Gəncə olaylarının gizli kodları: onları necə oxuyaq?

Gəncədə iyulun 10-da baş verənlər böyük bir provokasiyanın izlərini üzə çıxardı. Rəsmi məlumatda qeyd olunur ki, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub.

Məlumatda 150-200 nəfərlik təxribatçı qrupun olduğu qeyd olunur. Qanlı cinayəti törətməkdə şübhəli bilinən iki nəfər - 1988-ci il təvəllüdlü, əvvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov olduğu müəyyən edilib və onların tutulması üçün intensiv iş aparılır.

gəncədə iğtişaş ile ilgili görsel sonucu

Əgər buna qədər Mingəçevirdə baş verən qəza və iyulun 3-də Elmar Vəliyeva atəş açılması qəza və kriminal hadisə hesab olunurdusa, indi artıq bir çoxları haqlı olaraq bu hadisələrin bağlantılı olduğunu, planlı təxribat kimi qiymətləndirir. Bunun üçün bir sıra əsaslar da var.

Açıq-aşkar təxribat

İyulun 3-də Gəncənin icra başçısı güllələnəndə ilk günlərdə birmənalı münasibət yox idi. Hökumət qurumları və rəsmilərin açıqlamalarında hadisə kriminal cinayət, daha sonra isə radikal dini fanatik tərəfindən həyata keçirildiyi, hadisəni törədən Yunis Səfərovun Suriyada təlim keçdiyi qeyd olunurdu. Eyni zamanda sosial şəbəkələrdə hadisənin dini motivli olduğu, Y.Səfərovun icra başçısından dini zəmində qisas aldığı haqda yazılar, kollajlar paylaşılmağa başlandı.

Daha sonra məlum oldu ki, sosial şəbəkələrdə, “whatsapp” mesajları ilə xalqı iyulun 10-da Gəncənin mərkəzində etiraz aksiyasına çağırırlar. Bu aksiyanın təşkilatçısı və ya təşkilatçıları bilinmirdi. Eyni zamanda hökumətin bu aksiyaya hazırlaşdığı haqda məlumatlar yayıldı. Hətta Gəncəyə Daxili Qoşun hissəsinin və texnikanın yeridildiyini əks etdirən kadrlar yayıldı. Bu səbəbdən də bir çoxları Gəncədə hər hansı aksiyanın baş verəcəyini gözləmirdi. Lakin görünür ki, hesablar səhv olub. Təxribat işi təşkil olunmuşdu və Gəncənin mərkəzində məlum hadisə baş verdi.

Bu, dini hadisədirmi?

Gəncə hadisələrini dini motivə calamaq cəhdləri var. Hadisələrin arxasında din və İranın olması ilə bağlı rəsmi qurumlar olmasa da, mediada və ayrı-ayrı şəxslərin dilindən iddialar var. Əlbəttə, Yunis Səfərovun dindar olması və iyulun 10-da Gəncədə polisləri vurarkən “Allahu Əkbər” şüarı səsləndirilməsi ilə bağlı dəlillər var.

Yunis Səfərov ile ilgili görsel sonucu

Ancaq Səfərovun və ya polisləri qətlə yetirən şəxslərin dindar olması bu hadisənin dini başqaldırma olmasını demək üçün əsas vermir. Əksinə, bu hadisələrdə dinin açıq-aşkar gözə soxulması məqsədli ola bilər. Mümkündür ki, bu hadisəni hazırlayanlar əhalinin dini həssaslığı, dindarların narazılığı amilini bildikləri üçün bu hadisəyə dini rəng qatılmasında maraqlı olublar.

Bu hadisələrə dini zəmində provokasiya demək üçün bir sıra faktorlar olmalıdır. İlk növbədə dini çağırış, fətva olmalıdır. Gəncə hadisəsi ilə bağlı elə bir çağırış yoxdur. Nə sui-qəsd zamanı, nə də ondan əvvəl Yunis Səfərovun bu hadisə ilə bağlı çıxışı, çağırışı, dini qisas haqda bir açıqlaması yoxdur. Eyni zamanda dünənki qətllə bağlı da hansısa bir çağırış olmayıb. Məsələn, Yaxın Şərqin müsəlman ölkələrində dini zəmində hadisələr planlaşdırılanda əvvəlcə bunun videosu çəkilir, müraciəti hazırlanır, prosesin özü bir teatrlaşdırılır. Amma Gəncədə bunların heç biri yoxdur. Gəncə hadisələrində əsas ittiham olunan şəxsin dindar olması və polislər qətlə yetirilərkən dini şüar səsləndirilməsi faktı var. Bu isə qeyd etdiyimiz kimi, provokasiya ola bilərdi.

Amma bunlar hadisələrin din uğrunda olduğunu deməyə əsas vermir. Ümumilikdə şiəlikdə bu cür kripto cinayət qrupları təcrübəsi yoxdur. Qətl isə konkret iki halda verilə bilər. Birincisi mühakimə ilə - bu, edamdır. İkincisi isə xüsusi hallarda dini liderlər qətl fətvası verə bilərlər.

İranla bağlı onu demək olar ki, İslam Respublikasında Azərbaycana qarşı düşmən qüvvələr olsa da, hazırkı halda bu cür hadisələri açıq izlərlə törədib məsuliyyəti üzərinə götürmək Tehranın maraqlarına cavab vermir. Qətlin üzərində İranın “əl izinin” qalması onun maraqlarına cavab verə bilməz. Gəncədə baş verən iğtişaşlar ən uzağı Azərbaycanın qərb regionunda aksiya və xaosa gətirə bilər. Ancaq bunun əvəzində Bakı və Tehran arasında ciddi münaqişə yarana bilər. Bu isə indiki zamanda Tehranın maraqlarına cavab vermir. Üstəlik, Azərbaycanda sabitliyin pozulması Tehranın özü üçün ciddi risk daşıyır.

gəncədə iğtişaş ile ilgili görsel sonucu

Ölkədə din sahəsi nəzarətdədirmi?

Gəncə hadisələri bir ziddiyyəti ortaya qoydu. Hakimiyyət orqanları ilk günlərdən başlayaraq bu hadisənin dini zəmində, din şüarı ilə edildiyini qeyd etdilər. Bu isə həm də son illərdə Azərbaycanda dini sahədə vəziyyətin nəzarətdə olması ilə bağlı təbliğatı puça çıxarır. Belə çıxır ki, vəziyyət deyildiyi kimi olmayıb. Dövlət qurumları ölkənin ikinci böyük şəhərində dini situasiyanı nəzarətdə saxlaya bilməyib.

Yeri gəlmişkən, bu hadisələr həm də göstərdi ki, bir sıra dövlət qurumları həm informasiya axını, həm də qiymətləndirmək baxımından situasiyanı nəzarətdə saxlaya bilmir. Çevik reaksiya, operativ iş aparılmır. Bu isə nəinki indiki situasiyada, ümumilikdə müharibə vəziyyətində olan ölkə üçün çox təhlükəlidir. Ümumilikdə son Mingəçevir hadisələrindən sonra baş verənlər göstərdi ki, bəzi dövlət qurumlarının çevikliyi, operativ reaksiya və qərar qəbul etmələri ilə bağlı müəyyən sıxıntılar var. Bu sahədə ciddi işlər görülməlidir. Qəza və təxribatlar bir sıra əskikləri ortaya çıxardı.

Ortaya çıxan əsas pozitiv nüans isə budur ki, bütün cəhdlərə baxmayaraq Gəncə camaatı və inanclıların böyük əksəriyyəti bu təxribat və təhriklərə uymadı.

Kənan RÖVŞƏNOĞLU,

“Yeni Müsavat”



Yerləşdirilib:12 İyul, 2018  14:23, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
15 İyul, 2018

Tohid İbrahimbəyli İranda dini təhsil alan şəxslərin iştirakı ilə "Hüseyniyyun" (Hüseynçilər) adlı silahlı dəstə yaradıb

15 İyul, 2018
DİN: Rəşad Böyükkişiyev qumbara istifadə etməyə çalışarkən məhv edilib
15 İyul, 2018

Sumqayıt şəhərində radikal müxalifətin və dini qrupların 18 əsas fəal üzvü saxlanılıb

15 İyul, 2018

Erməni kəşfiyyat-diversiya qrupunun üzvü əsir götürülüb

14 İyul, 2018

Bircə şamla isidilən hamamın sirri VİDEO

14 İyul, 2018
Pakistanın sabiq Baş naziri və qızı həbs edildi
14 İyul, 2018
Səudiyyə şahzadəsi Knessetdə çıxış edəcək
14 İyul, 2018

Niyə Aya baxanda salavat çevirirlər? İslam suallarda

14 İyul, 2018
Erməni tərəfi atəşkəs rejimini 92 dəfə pozub
14 İyul, 2018
Pakistanda iki mitinqdə törədilən partlayışlarda ölənlərin sayı 132 nəfərə çatıb
13 İyul, 2018

Gəncədəki terror aktları dövlətçiliyimizə qarşı törədilən cinayətlərdir - Prezident

13 İyul, 2018

Terrorçuluğa çağırış edən şəxslər barədə 21 cinayət işi başlanılıb, 3 nəfər həbs edilib

13 İyul, 2018

“Gülənçi”lər Azərbaycandan və Ukraynadan Türkiyəyə gətirildilər

13 İyul, 2018

Vəkildən açıqlama: Adnan Oktar şizofrenikdir

13 İyul, 2018

İlahiyyat İnstitutu: Azərbaycan dindarları radikal qrupların təhriklərinə heç vaxt əhəmiyyət verməyəcəklər

13 İyul, 2018

İnsan zöhr namazını qılmadan səhvən əsr namazını qılmışsa, ardınca zöhr namazını qılmaq kifayət edərmi? İslam suallarda

13 İyul, 2018
Ermənilər Azərbaycan Ordusunun mövqelərini minaatanlardan atəşə tutublar
13 İyul, 2018

Gəncədə polisə hücum edənlərdən biri məhv edilib, tutulanların sayı 11-ə çatıb

12 İyul, 2018

Gəncə hadisələri ilə bağlı 9 nəfər həbs olunub

12 İyul, 2018
Donald Tramp ikitərəfli görüşləri ləğv edib
12 İyul, 2018

Ölkədə ərazisində enerjinin növbəti dəfə kəsilməsinə rəsmi aydınlıq gətirilib

12 İyul, 2018

Gəncə olaylarının gizli kodları: onları necə oxuyaq? Nəzər nöqtəsi

12 İyul, 2018

Stoltenberq: Gürcüstan NATO-nun üzvü olacaq

12 İyul, 2018

Türkiyədə fövqəladə vəziyyət ləğv olunur - İyulun 17-də

12 İyul, 2018
Ermənilər atəşkəs rejimini 101 dəfə pozublar
12 İyul, 2018

Dünyasını dəyişmiş şəxsin günahlarının bağışlanması üçün yaxınları nə edə bilərlər? İslam suallarda

12 İyul, 2018
NATO ölkələri İrana səsləndilər
12 İyul, 2018
Netanyahu Putinə Suriyaya dair vəd verdi
XƏBƏRARXİVİ
«İyl.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com