Hacı Şahin Həsənli: “Onları dindar hesab etmirəm, ayıq olun ”

“Birmənalı şəkildə bu hərəkətlərin dinlə əlaqəsi ola bilməz. İslam dini inşaları aranı qarışdırmağa yox, barışdırmağa, sülhə xidmət edir. Bugünkü gündə hər hansı insanlar din adı ilə hüquq mühafizə orqanın əməkdaşlarına hücum etməsi dinlə əlaqəli deyil. Bu dinin mahiyyətinə ziddir. Bu hərəkətlərin dinlə əlaqələndirilməsi yolverilməzdir”.

İslam.az xəbər verir ki, bunu musavat.com-a Məşhədi Dadaş məscidinin imam-cüməsi, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli ötən gün Gəncədə baş vermiş iğtişaşı şərh edərkən deyib.

O bildirib ki, gəncəli dindarların heç biri dünənki iğtişaşa qatılmayıb: “Uzun illərdir Azərbaycanda müxtəlif din nümayəndələri qardaş kimi yaşayır. Azərbaycanlının inancında aqressivliyə yer olmayıb. Azərbaycanlılar üçün din yaradana və yaradılışa məhəbbətdir. Belə bir şəraitdə bir qrup insanın din şüarı ilə bu cinayəti etməsi İslama qarşı xəyanətdir. Bu kimi hərəkətlərin birmənalı olaraq dinlə heç bir əlaqəsi ola bilməz. Gəncə əhalisi inanca, dini dəyərlərə bağlı insanlardır. Gecə Gəncədə olan inanclı insanlarla əlaqə saxladım. Onların heç biri dünən Gəncədə baş vermiş iğtişaşa qatılmayıb. Onlar qeyd edirlər ki, bu iğtişaşın dinlə əlaqəsi yoxdur. İğtişaşı törədənlər dindarlar deyil, məhdud sayda qrupun üzvləridir. Ümumiyyətlə, Azərbaycanın inanclı insanları bu tip aksiyalarda iştirak etməyiblər”.

İlahiyyatçı Gəncə sakinlərinə səslənərək deyir ki, kimsə bizim inancımızdan istifadə etmək istəyir: “Öz tərəfimdən Gəncədəki inanclı insanlara səslənmək istəyirəm ki, sadəcə ayıq-sayıq olsunlar. Kimsə bizim inancımızdan sui-istifadə etmək istəyir. Çünki Azərbaycanda dini zəmində iğtişaşlar yaratmaq arzusunda olan qüvvələr, dövlətlər var. Onlar öz çirkin niyyətlərini din amilindən istifadə edərək həyata keçirtmək istəyirlər. Ona görə inanclı insanlar, ümumiyyətlə, Azərbaycanın bütün vətəndaşları ayıq-sayıq olmalıdılar ki, bu kimi hərəkətlərə yol verməsinlər. Bu günə qədər də yol verilməyib. Azərbaycanda radikallığın sosial bazası olmayıb, bu gün də yoxdur. Sadəcə olaraq məhdud sayda insan dini şüarlardan istifadə edib. Bu da o demək deyil ki, o insanlar dindar olub. Onları dindar hesab etmirəm. Məlumatlara görə onlar heç gəncəli də olmayıblar. Şəhərə kənardan gəlmiş insanlardır. İslam kimi tərəqqi din insanları zorakılığa, öz qardaşına silah qaldırmağa dəvət edə bilərmi? Əlbəttə ki, yox. Günahsız insanı öldürmək, qətlə yetirmək heç bir dində yoxdur. Onların əməlləri qanunların kobud şəkildə pozulması, dini dəyərlərin tapdalanmasıdır”.

Hacı Şahin Həsənli onu da qeyd edir ki, gəncəlilər tarixən dinin mənəvi dəyərlərinə bağlı olub: “Gəncə ölkənin ikinci ən böyük şəhəridir. Eyni zamanda Gəncə mənəvi mərkəzlərimizdən biridir. Gəncə əhalisi tarixən dinin mənəvi dəyərlərinə bağlıdır. Hadisələri məhz Gəncədə keçirilməklə göstərmək istəyirlər ki, iğtişaşı guya Gəncədəki inanclı insanlar törədib. Halbuki gəncəlilər və inanclı insanlar Azərbaycan dövlətinə heç vaxt xəyanət etməzlər. Onların bu planlarının da puç olacağına əminəm”.



Yerləşdirilib:11 İyul, 2018  14:10, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
16 Oktyabr, 2018

KİV: Türkiyəli müstəntiqlər Camal Qaşıqçının öldürüldüyünə dair dəlillər əldə edib

16 Oktyabr, 2018

Yəməndəki azı 2.2 milyon uşaq aclıqdan əziyyət çəkir -UNICEF

16 Oktyabr, 2018

İran oğurlanan 14 sərhədçisi barədə bəyanat verib: Daxildən xəyanət olub

16 Oktyabr, 2018

Silahlılar 14 iranlı hərbçini qaçırıblar

16 Oktyabr, 2018

Zifaf gecəsi canlı yayında! Niyə də yox?! İynə

16 Oktyabr, 2018

İŞİD 130 ailəni girov götürdü

16 Oktyabr, 2018

Muhəmməd ibn Əbubəkr İmam Əlinin (ə) tərəfdarı olmuşdurmu? İslam suallarda

16 Oktyabr, 2018
Səudiyyə Ərəbistanının qırıcısı qəzaya uğrayıb
16 Oktyabr, 2018
Ermənilər atəşkəs rejimini 29 dəfə pozublar
15 Oktyabr, 2018
İran nefti üçün yeni alıcılar tapdı
15 Oktyabr, 2018
Səudiyyə Ərəbistanı ABŞ və Britaniyaya xəbərdarlıq etdi
15 Oktyabr, 2018

Həzrət Rüqəyyənin ziyarətgahı təmirdən sonra zəvvarların ixtiyarına verilib FOTO

15 Oktyabr, 2018

Qolları sındırılan səhabə. Kərbəladan səhnələr - 4

15 Oktyabr, 2018

İraqda içməli sudan zəhərlənənlərin sayı 111 min nəfərə çatıb

15 Oktyabr, 2018

Evdə ailə üzvləri ilə birlikdə camaat namazı qılmaq üçün ən azı neçə nəfərin namaza qatılması lazımdır? İslam suallarda

15 Oktyabr, 2018
Tramp Ağ evin bəzi əməkdaşlarına etibar etmədiyini deyib
15 Oktyabr, 2018
Ermənilər atəşkəs rejimini 28 dəfə pozub
13 Oktyabr, 2018

Atlantik okeanı sahillərində dünyanın ən hündür məscidi FOTO

13 Oktyabr, 2018
Pentaqon məlumatlar bazasının sındırıldığını açıqladı
13 Oktyabr, 2018

Bəni-İsrail sözünün mənası nədir? İslam suallarda

13 Oktyabr, 2018
Tramp keşiş Bransonun azadlığa buraxılmasından danışdı
13 Oktyabr, 2018

Türkiyə ABŞ-a səudiyyəli jurnalistin qətlinin sübutlarını təqdim edib

12 Oktyabr, 2018

Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda 6 fələstinli ölüb

12 Oktyabr, 2018
Türkiyədə casusluqda ittiham olunan amerikalı keşiş azadlığa buraxılıb
12 Oktyabr, 2018

Səudiyyə Ərəbistanı reallıqları: şahzadələr itkin düşüblər

12 Oktyabr, 2018

BƏƏ səfiri İsrailə dəstək verən toplantıya qatılıb

12 Oktyabr, 2018
ABŞ-ın daha bir ştatında ölüm hökmü ləğv edilib
12 Oktyabr, 2018

"Rəhman" surəsində Allah iki şərqin və iki qərbin Rəbbi adlandırılır. Bunun izahı nədir? İslam suallarda

XƏBƏRARXİVİ
«Okt.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com