Gəncəni kimlər və niyə qanadır - prosesin arxasında bu paytaxtlar durur

İslam.az musavat.com-a istinadla Rauf Arifoğlunun yazısını oxuculara təqdim edir

Mingəçevir olaylarının ilk gecəsində, enerji böhranı başlayan anda bir köşə yazdım. Oradakı sitatı olduğu kimi verirəm:

''Ölkəmiz yenicə qürurverici olayları yaşamışdı, paytaxtımızın baş meydanından şərəfli ordumuzun keçidini heyranlıq və şükranlıqla izləmişdik. Dost və düşmənlərimiz dövlətimizin qüdrətini görüb, qəbullanmışdılar.

Ermənilər və onların içimizdəki uzantıları narahat olmuşdular...

Belə bir zamanda ölkə texniki bir səbəbdən qaranlığa qərq oldu və Azərbaycan işıqsız qaldı.

Mən çox narahatam; hər nə səbəbdən baş versə də, bu, yaxşı hal deyil; xüsusi ilə ona görə narahatam ki, bu, sanki hansısa güclərin o möhtəşəm paraddan sonra Azərbaycana mesajı idi...''

(Link burda - http://musavat.com/author-news/felaket-gecesi-qaranliqda-kesf-olunan-gercekler-rauf-arifoglunun-yazisi_538352.html)

**

Ardınca Gəncənin İcra başçısını vurdular.

Dərhal Ələkrəm Hümbətov və Zabil Məhərrəmov başda olmaqla, xaricdəki separatçı "azərbaycanlılar", Avropada oturum alan bəzi mühacirlər fəaliyyətə başladılar.

7cf64581-00e8-4e6c-88ff-b03227090d72.jpg (48 KB)

Onların heç biri gəncəli deyil, əksəriyyəti din və etnik pərdələr altında fəliyyət göstərən təxribatçılardır.

Lakin hamısı ''Gəncə xalqı''na müraciət edir, onun ayağa qalxıb, üsyan etməsinə çağırış edirdilər.

Tətikci Yunis Səfərov da bu şəbəkənin adamıdır. Yaxud da onu və ailəsini yönəldən! Onlar olayları mütləq din pərdəsinə bürümək üçün əllərindən gələni edirlər.

Açıq deyim - İran hədəf göstərilir. Kampaniyanı o qədər açıq və kobud aparırlar ki, heyrətlənməyə bilmirsən. Lakin biz jurnalistləri belə oyunlarına bəzən alət edə bilirlər...

Tətikçi Səfərovun ''dəstəkçiləri'' yutubedə özlərini yırtırlar - arxa fon, danışıq və şüarlar, çağırışlar, - baxanda elə təəssürat oyadlır ki, sanki bu kərətalar İrandan, lap elə Qumdan çəkiliş yapıblar.

6dbb653a-802c-4abe-a0d7-bae53b547456.jpg (71 KB)

Saytı, ya da kanalı araşdırırsan, bağıranın özünün yaşayış yerini öyrənirsən... Məlum olur ki, adam Hollandiyadadır. Ya da İrəvanda. Ya da Moskvada, ''separatçı azərbaycanlıların'' studiyalarından birində...

Söyüş müxalifəti də Qərb paytaxtlarından start vermişdi kampaniyaya - onlara daxildən insan resursları düzəldə bilmədilər. İndi ''B'' variantı işə salınıb...

Nə olur olsun, baş verənləri ictimai rəydə İranın üzərinə yıxıb, belə bir görüntü verib, Azərbaycanı öz qonşusu, strateji partnyoru ilə düşmən etmək niyyəti ortadadır.

Buna da paralel olaraq, Azərbaycan daxilində İrana simpatiya bəsləyən vətəndaşlarımızın, dini icma və ayrı-ayrı inanclıların aktiv, ya da passiv dəstəyini almaqdı planları... Bu məqamda rəsmi İran susmamalı, açıq bəyan və olayı pisləyən bəyanat verməli, ona simpatiya bəsləyənlərə açıq inkar mesajı yollamalıdır...

**

Daha bir mühüm məqam - hər kəs ölkənin hərbi prokuroru, Elmar Vəliyevin qardaşı Xanlar Vəliyevin açıqlamasını xəfifə aldı, ''qardaş yanğısı'' dedi.

Doğrudur, tətikçinin anası erməni deyil. Bunu yanlış dedi.

Lakin onun təsvirində bir detal da vardı.

Moskvadakı 157 saylı məktəbdə kitabxanaçı işləyən Leyla Səfərova haqda dedikləri...

''Yunis Səfərovun anası Rusiya kəşfiyyatına işləyir'' - ölkənin ən məlumatlı şəxslərindən biri olan Xanlar Vəliyevin bu sözlərinə çoxları güldü, ciddi baxmadılar...

loqo yunis.jpg (492 KB)

Necədi, sizin üçün, belə bir məlumat - Leyla Səfərova artıq 4 ildir ki, ''FSB'' akademiyasının kitabxanaçısıdır. Bu özəl və dəqiq məlumat diqqətəlayiq deyil?

Oraya - bu mühüm bir posta sizcə sıradan birini götürərlər?

Niyə ölkənin ən məlumatlı adamlarından birinin iddiasını kənara qoyduq?

**

İki polis zabiti Gəncənin baş meydanında qətlə yetirildi - tətikçi Yunisin yarımçıq işi tamamlanır? Normal vətəndaş belə bir qətlə əl atarmı? İki polis zabitini xəncərləyərmi?

Günlərdir, sosial şəbəkələr üzərindən ayağa qalxın deyən şəbəkə ortaya cəmi 150-200 adam çıxarda bildi.

Lakin bu qədər məhdud qüvvə ilə də ölkədəki atmosferi dəyişə bildi.

Sosial şəbəkədə Gəncədəki xain iğtişaşı yayınlayanların əksəriyyətinin xarici bağlantıları var - bu detala da diqqət etdim.

Bir sözlə, Azərbaycana qarşı qorxulu bir oyuna start verilib. Xatırlayırsınızsa, bu ilin əvvəllərində prezidentin köməkçilərindən biri açıq dedi ki, seçkiləri ona görə qabağa çəkdik ki, Azərbaycanı payıza qədər qarışdırmaq istəyirlər.

Prosesə start verildiyini də dedi. İctimaiyyəti müqavimətə çağırdı.

Çağırış baş tutdu. Lakin xarici və daxili düşmənlərin məkrli planı dəyişməyib, görünən budur.

Bu dəfə ictimai yox, ümummilli müqavimət təşkil olanmalıdır.

Yekunda onu deyim ki, bizim vurulan başçı Elmar Vəliyevlə xüsumətimiz var. Gəncə camaatına etdiklərinin bir qismini bizə və müxbirlərimizə qarşı edib. Ondan tənqid yazan xanım müxbirlərimizdən birinin Gəncədə yaşayan qardaşını həbs etdirib - hələ də içəridədir. Redaksiyamıza qarşı mənəvi terror təşkil edib...

Mən ölkəmdə bu cür məmurların iş başında olmasını istəmirəm.

Lakin sadəcə bu qədər - pis hesab etdiyimiz hər kəsə silah çəksək, bizə də silah çəkəcəklər - hər kəsin öz pisi var...

Elmar Vəliyev ile ilgili görsel sonucu

Bu baxımdan, Elmar Vəliyevə səmimi qəlbdən nifrət edənləri də vəzifəyə çağırıram. Xarici güclərin təxribatlarına qoşulmayın. İstər Gəncə meydanında, istərsə də Facebook platformasında.

**

5116ce31-cba9-4c0c-8b5c-b83e8947a8f2.jpg (158 KB)

1990-cı ilin yanvar  ayı. AMDP "Yeni Müsavat"ın könüllü döyüşçüləri. Sağdan və soldan 5-ci (ayaqda) mənəm

Mən bu şəhərdə ''Yeni Müsavat'' qəzetinin ilk redaksiyasını qurmuşam, 5 il bu şəhərdə təhsil almışam, ölkənin ilk silahlı və könüllü batalyonunun qurulmasında və Gəncə ətrafında yerləşən Çaykəndin düşməndən təmizlənməsi prosesində iştirak etmişəm. Gəncə mənə doğmadı.

Gəncəni  - Azərbaycanı təxribatlardan və qandan qoruyaq.



Yerləşdirilib:11 İyul, 2018  03:55, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 1
Müəllif: Asim | 11 İyul, 2018  09:16
# Ответить
-3


]]>]]>

Rauf Arifoglu, sen ozun ingilis bayragisan, sen nesen ki yazdigin da nese olsun!!
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
12 Noyabr, 2018

ABŞ Pakistanda 2 mindən çox mülki şəxsi qətlə yetirib

12 Noyabr, 2018

İmam Əli (ə): "Sənin ən pis (din) qardaşın..."

12 Noyabr, 2018
Türkiyəyə hücuma hazırlaşan terrorçular məhv edildi
12 Noyabr, 2018
Tramp Baltikyanı ölkələrlə Balkanları səhv salıb
12 Noyabr, 2018
ABŞ Fələstin-İsrail münaqişəsinin nizamlanması planını təqdim edəcək
12 Noyabr, 2018

Şabranda xəstə "Cinçıxartma" adı ilə döyülərək öldürülüb

12 Noyabr, 2018

“Fussilət” surəsində işlədilən “nəhs (uğursuz) gün” ifadəsinin mənası nədir? İslam suallarda

12 Noyabr, 2018

Camal Qaşıqçı son nəfəsdə nə deyib?

12 Noyabr, 2018

Azərbaycanda Konstitusiya Günüdür

10 Noyabr, 2018
Əfqanıstanda qubernator partlayış nəticəsində ölüb
10 Noyabr, 2018

Türkiyədə hərbi bazada güclü partlayış: 7 şəhid, 25 yaralı

10 Noyabr, 2018

Soruşun ki, biləsiniz: Hacı Samir sualları cavablandırır - 12 Video

10 Noyabr, 2018

Bəzi dini kitablarda haqqında “Səduqi-əvvəl” yazılan məşhur hədis alimi kimdir? İslam suallarda

10 Noyabr, 2018

ABŞ Suriyada dinc sakinlərin evlərini bombalayıb, 26 nəfər ölüb

10 Noyabr, 2018
Səudiyyə Ərəbistanı ABŞ-ın təyyarələrindən imtina etdi
9 Noyabr, 2018
WSJ: İrana qarşı sanksiyalar Rusiyaya sərf edir
9 Noyabr, 2018

Suriya Ordusu İŞİD-in oğurladığı onlarla əsiri azad edib

9 Noyabr, 2018

Başqasına bəd-dua etmək günahdırmı? İslam suallarda

9 Noyabr, 2018
Mosulda partlayış nəticəsində ölən və yaralananlar var
9 Noyabr, 2018

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

8 Noyabr, 2018
İspaniyanın Baş nazirinə sui-qəsd cəhdi olub
8 Noyabr, 2018

Tramp jurnalistlə mübahisə etdi: "CNN səni işlətdiyi üçün utanmalıdır" Video

8 Noyabr, 2018

Səudiyyə koalisiyası Yəməndə ciddi itkilər verdi Video

8 Noyabr, 2018

Tacikistanda cəzaçəkmə müəssisəsində qiyam nəticəsində 13 məhbus ölüb

8 Noyabr, 2018

Təvəkkül etməyin həddi nədir? İslam suallarda

8 Noyabr, 2018

Misir məhkəməsi İŞİD-in 40 üzvü barədə hökm çıxarıb

8 Noyabr, 2018

Bu gün, noyabrın 8-i, Səfər ayı başa çatır

7 Noyabr, 2018

Səudiyyəlilər daha bir jurnalisti öldürdülər

XƏBƏRARXİVİ
«Noy.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
2627282930  
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com