Azərbaycanın erməniləri qorxuya salan qanadlı raketi

Ötən ay iyunun 26-da Bakıda Azərbaycan ordusunun yaradılmasının 100 illiyi münasibətilə keçirilən hərbi paradda nümayiş etdirilmiş silahlardan xüsusən biri - Türkiyənin istehsalı olan “hava-yer” tipli SOM-B1 qanadlı raketi düşməni təəcübləndirdi.

Çünki bu raket paradda ilk dəfə nümayiş olunurdu və erməni hərbi analitikləri etiraf etdilər ki, Azərbaycanın SOM-B1 qanadlı raketləri ilə silahlanması ona Qarabağda erməni qüvvələrinin infrastrukturuna yüzlərlə kilometr məsafədən dəqiq zərbə endirməyə imkan verir. Və bu raketlərə qarşı mübarizə aparmaq praktiki olaraq mümkün deyil. Çünki mürəkkəb trayektoriya ilə hərəkət edən qanadlı raketlərə qarşı mübarizə aparmaq üçün hava hücumundan müdafiə sistemlərinin çoxpilləli radarlar şəbəkəsi qurulmalıdır. Üstəlik belə raketləri izləmək və neytrallaşdırmaq üçün raket əleyhinə müasir silahlar, yüksək peşəkarlığa malik heyət olmalıdır.

İslam.az virtualaz.org-a istinadla xəbər verir ki, “The Quwa Defence News & Analysis Group” hərbi xəbərlər və analiz qrupu (Pakistan) Azərbaycan ordusunun silahlanmasına SOM qanadlı raketlərinin daxil olmasını şərh edib. Analitik qrup bildirir ki, Türkiyənin “Roketsan” şirkəti tərəfindən işlənib hazırlanan SOM qanadlı raketlərinin çəkisi 600 kiloqrama yaxın, atəş mənzili 250 kilometrdir. Hazırda Türkiyənin Hərbi Hava Qüvvələri həmin raketləri özünün F-16C və F-4 qırıcılarında yerləşdirib. Hərçənd Türkiyənin əldə edəcəyi F-35 qırıcıları üçün raketlərin daha kompakt versiyası da işlənib hazırlanır.

Xəbərlərə görə Azərbaycan 2017-ci ilin noyabrında Türkiyədən SOM raketlərini sifariş edib. Ehtimal edilir ki, Azərbaycan Hərbi Hava Qüvvələri SOM raketlərini mövcud aviaplatformalarında, xüsusən modernləşdirilmiş MiQ-29 qırıcısında quraşdıracaq. Çünki raketin MiQ-29 qırıcısında ilk sınaqlarının keçirildiyi haqda xəbərlər var. SOM-A və SOM-B1/B2 raketləri Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarələrinə güclü müdafiə imkanları verməklə yanaşı fiksə edilmiş və potensial olaraq hərəkətdə olan hədəflərə dəqiq zərbə imkanları da yaradacaq. Bu raketlər peyk siqnalları ilə idarə edilən inersiyal naviqasiya sistemlərinə əsaslanır.

Lakin analitik mərkəz qeyd edir ki, Azərbaycanın bu raketləri almasının Pakistanın aviasiya kompleksinə və JF-17 qırıcılarına da aidiyyatı ola bilər. Azərbaycanın Pakistandan JF-17 qırıcılarını almağa maraq göstərdiyi bir neçə il əvvəldən məlumdur. Bu barədə danışıqlar aparılıb, hətta tərəflərin müqavilə imzalamağa yaxın olduğu haqda xəbərlər də yayılıb. Mərkəz hesab edir ki, əgər Pakistanın Aviasiya Kompleksi JF-17 qırıcılarını Azərbaycana satmağa hələ də maraq göstərirsə o zaman bu təyyarələrdə SOM qanadlı raketlərinin quraşdırılması ən azından kommersiya baxımından əhəmiyyət kəsb edir.

Mərkəzin analitiklərinə görə Azərbaycan HHQ üçün təkcə bu raketi daşımaqdan ötrü yeni qırıcı platformasına investisiya qoymaq az əhəmiyyət daşıya bilərdi. Lakin digər tərəfdən SOM raketlərinin JF-17 qırıcılarına inteqrasiya edilməsi Pakistan tərəfdən bu təyyarələrin cəlbediciliyini artırmaq üçün əlavə effekt olardı. “Bunlar əlbətdə, nəzəriyyədir. Amma SOM raketlərinə malik olan Azərbaycan bir neçə variantdan birini seçə bilər”, - mərkəz qeyd edir.



Yerləşdirilib:9 İyul, 2018  13:58, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
23 Mart, 2019

Şəhidlərin qiyamət günündə şəfaət edəcəkləri barədə dəlil varmı? İslam suallarda

23 Mart, 2019
Ağ Ev Suriyanın İŞİD-dən azad olunduğunu bəyan etdi
23 Mart, 2019
Əfqanıstanda partlayış törədilib, qubernator və müavini yaralanıb
21 Mart, 2019

ABŞ İsrailin Holan yüksəklikləri üzərində suverenliyini tanımaq niyyətindədir

21 Mart, 2019

Həzrət Mühəmməd Peyğəmbər (s) neçə hərbi yürüşdə şəxsən iştirak etmişdir? İslam suallarda

21 Mart, 2019

İraqda bərə aşdı: 70 ölü

21 Mart, 2019

ABŞ yenidən Türkiyəni hədələdi

21 Mart, 2019

Əfqanıstanda Novruz şənliyində terror: ölənlər var

21 Mart, 2019

Yeni Zelandiyada avtomatların satışı qadağan olundu

21 Mart, 2019

Qazaxlar etiraz edirlər - Astananın adı dəyişdirilməsin

21 Mart, 2019
Türkiyədə terrorçularla əlaqəli olan azərbaycanlı saxlanıldı
21 Mart, 2019

Bu gecə Xanım Zeynəbin (s.ə) vəfatının ildönümüdür

20 Mart, 2019

Nursultan Nazarbayevin qızı Qazaxıstan Senatının sədri seçilib

20 Mart, 2019

Kasım-Jomart Tokayev Qazaxıstan Prezidenti vəzifələrinin icrasına başlayıb

20 Mart, 2019

Novruz bayramınız mübarək!

19 Mart, 2019

Nursultan Nazarbayev istefa verib

19 Mart, 2019

Ərdoğan: "Edam cəzasının ləğvi səhv qərar olub"

19 Mart, 2019
İranın Şərqi Azərbaycan əyalətində ilk dəfə qadın bələdiyyə sədri seçilib
19 Mart, 2019

Yəmənlilərin əks hücumunda Səudiyyə Ordusunun 3 zabiti ölüb

19 Mart, 2019
Məkkədə ilk dəfə olaraq gül festivalı keçirilib
19 Mart, 2019

İslam dininin idman yarışlarında iştirak etməyə və yarışlara azarkeşlik etməyə münasibəti necədir? İslam suallarda

19 Mart, 2019
Ərdoğan Qərbi Yeni Zelandiyada terror aktına reaksiya verməməkdə ittiham edib
19 Mart, 2019

Bu gün İlaxır çərşənbədir

18 Mart, 2019

İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

18 Mart, 2019

Xristian futbolçudan terrorda ölən müsəlmanlara dəstək Video

18 Mart, 2019
Türk əsgərlər xüsusi təhlükəli terrorçunu məhv etdilər
18 Mart, 2019
Roma Papası Yeni Zelandiyada məscidlərə hücumdan danışdı
18 Mart, 2019
Terrorçunun ailəsi üzr istədi
XƏBƏRARXİVİ
«Mar.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com