Rahatlayın, arzunuza çatdınız: Gəncə ilə bağlı rəsmi məlumat

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin güllələnməsi faktı ilə bağlı növbəti açıqlama yayıb.

İslam.az-ın xəbərinə görə, açıqlamada bildirilir:

“Xəbər verildiyi kimi, 2018-ci il iyul ayının 3-də, Gəncə şəhərində anadan olmuş Yunis Səfərov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istinaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirilən əvvəlcədən planlaşdırılmış terror aktıdır.

O, 2016-cı ildə İran İslam Respublikasına gedərək 8 ay Qum şəhərində yaşamış və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib.

2017-ci ildə isə Azərbaycana qayıdaraq Gəncə şəhərinə gəlmiş, həmin ilin iyun ayında odlu silah əldə etmək üçün “Kapitalbank”ın Gəncə  filialında postda duran polis əməkdaşına hücum edib, başına küt alətlə xəsarət yetirərək “Makarov” markalı xidməti tapançasını ələ keçirib.

Bundan sonra, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi öldürmək məqsədilə 2018-ci ilin yanvar ayında Elmar Vəliyevi izləyib, şübhəli davranışı polis əməkdaşının diqqətini cəlb etdiyindən həmin tapançadan atəş açaraq onu yaralyıb hadisə yerindən qaçıb.

Cari il iyul ayının 3-də isə Gəncə şəhər İcra Hakimiyyətinin qarşısına gələrək, qeyd olunduğu kimi, Elmar Vəliyevi və onun yanında olan polis əməkdaşını qətlə yetirməyə cəhd edib.

Araşdırmalar göstərib ki, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olub.

O, bu məqsədini həyata keçirmək üçün “Müsəlman birliyi hərəkatı” adından Azərbaycan vətəndaşlarına videomüraciət də hazırlayıb onu xarici ölkədə yaşayan məsləkdaşlarına göndərib və iyul ayının 3-də Gəncə şəhərində törətdiyi terror aktı baş tuacağı halda həmin müraciətin respublikada yayılmasını nəzərdə tutub”.

Qeyd olunur ki, videomüraciətdə Yunis Səfərov “Müsəlman birliyi hərəkatı”nın sədri Taleh Bağırzadənin üç körpəsini başsız qoyan şəxsi öldürmüşəm, bundan nümunə götürün “İslamın düşmənlərini öldürün, Azərbaycanda hakimiyyəti islam birliyi ələ almalıdır" deyərək, ölkə əhalisini respublikanın vəzifəli şəxlərinə qarşı silahlı mübarizəyə qalxmağa çağırış edib.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Yunis Səfərovla birgə cinayətin hazırlanmasında iştirak edən mütəşəkkil cinayətkar dəstənin üzvlərindən daha üç nəfər tutulub. Bu cinayətkar dəstənin digər üzvlərinin müəyyən edilib məsuliyyətə cəlb olunması üçün tədbirlər davam etdirilir.

Eyni zamanda bildiririk ki, terror aktlarına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış edənlərə qarşı qanunla müəyyən edilmiş ən ciddi tədbirlər görüləcək.  Müvafiq cinayət işi üzrə istinaqın gedişi haqqında əlavə məlumat veriləcək”.

P.S. Beləliklə, hüquq mühafizə orqanlarının ilk öncə demək istəmədiyi halda neçə gündür zorla bu kriminal hadisəni dinin və şiə adamlarının adına çıxarmaq üçün bar-bar bağıran və yeni gərginlik yaratmaq istəyən "o taydakı qəhrəmanlar" arzularına çatdılar. Hüquq mühafizə orqanları onları eşitdi.

İndi  qalır müəyyən etmək: bu adam Suriyada harada vuruşub? Qumda oxuyub gedib İŞİD tərkibində döyüşübsə, onda İŞİDin elə şiələr olduğu haqqında təkfirçi düşüncəli qrupların yeni iddialarını gözləməliyik. Yox, əgər məlum olsa ki, "Hizbullah" tərkibində İŞİDə qarşı vuruşubsa, onda bu, Azərbaycan şiələrinin Suriyada döyüşməsi haqqında ilk fakt olacaq.

Azərbaycanda "islam inqilabı" arzusunda olan "Mübariz ruhanilərimizi" təbrik edirik: burdakıların başına nə gələcəyi vacib deyil, əsas onların danışması üçün mövzu var. FB-də "inqilab" edib gündəmə gələcəklər...

Bir zamanlar bolşeviklərin belə taktikası var idi: proletariatı daha çox hökumətə qarşı qaldırmaq üçün onların daha çox çətinliyə düşməsinə çalışırdılar. Bu məqsədlə bolşeviklərin yaratdıqları kriminal qruplar fəhlələrə maaş daşıyan inkasatorlara hücum edib pulları oğurlayırdılar ki, fəhlələr ağır vəziyyətə düşsünlər. Belə qruplardan birinə də Stalin rəhbərlik edirdi. Bu hadisələr baş verəndə keçmişi xatırlatdı...



Yerləşdirilib:6 İyul, 2018  17:09, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
22 Fevral, 2019

Azərbaycanda Həcc ziyarətinin qiyməti bahalaşdı

22 Fevral, 2019
Türkiyədə 300 hərbçinin saxlanılmasına sanksiya verilib
22 Fevral, 2019

“Haqqın dərgahı” verilişini Hacı Şahin Həsənli aparacaq

22 Fevral, 2019
Azərbaycanda əhali siyahıya alınacaq
22 Fevral, 2019
Ərdoğan və Tramp Suriyadakı son hadisələri müzakirə edib
22 Fevral, 2019

Deyirlər ki, körpənin sidiyi murdar deyil. Bu doğrudurmu? İslam suallarda

22 Fevral, 2019

Suriyada partlayış nəticəsində 15 nəfər ölüb

22 Fevral, 2019

İran parlamentinin üzvü: "Həsən Ruhani Britaniya kəşfiyyatından təlimat alır"

21 Fevral, 2019
Nazarbayev Qazaxıstan hökumətini istefaya göndərdi
21 Fevral, 2019

Cəbhədə Ermənistana məxsus PUA məhv edilib Foto

21 Fevral, 2019

"Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma..." Günün ayəsi

21 Fevral, 2019

Qurandakı "səhvlər": 3. Həzrət Nuhun (ə) ailəsi tufandan xilas olub ya yox? Video

21 Fevral, 2019

Azərbaycanın rayonları üçün namaz vaxtları Bakıdan fərqlidirmi? İslam suallarda

21 Fevral, 2019
İsrail təyyarələri Qəzzada fələstinlilərin yürüş düşərgəsini vurub
21 Fevral, 2019

Tramp İŞİD üzvünün arvadını ABŞ-a buraxmadı

20 Fevral, 2019

XİN-dən Elşad İskəndərovla bağlı bəyanat

20 Fevral, 2019
Türkiyədə bir neçə terror aktının qarşısı alındı
20 Fevral, 2019

Dövlət Departamenti: ABŞ Suriyanı parçalamaq istəmir

20 Fevral, 2019
Suriyada terrorçuların komanda məntəqələri məhv edilib
20 Fevral, 2019

İnsanın qəzəbli halda, başqasının eşitmədiyi tərzdə söyüş söyməsi günahdırmı? İslam suallarda

20 Fevral, 2019
Tramp ABŞ Kosmik Qüvvələrinin yaradılması haqqında memorandum imzalayıb
20 Fevral, 2019
Suriyada "Ən-Nüsra" terror qruplaşmasının lideri ağır yaralanıb
19 Fevral, 2019
Rusiya və Qətər S-400-ün tədarükü barədə danışıqlar aparır
19 Fevral, 2019

Tarixdə bir gün: "Altı günlük" müharibə Günün fotosu

19 Fevral, 2019

Rusiya XİN: İŞİD təbliğatı gücləndirib

19 Fevral, 2019

Qahirədəki terrordan sonra ordu əməliyyat keçirib: 16 silahlı ölüb

19 Fevral, 2019
İraqda İŞİD-in gizli qruplarının insanları oğurlaması halları artıb
19 Fevral, 2019
İsrail qüvvələri 22 fələstinlini həbs edib
XƏBƏRARXİVİ
«Fev.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728   
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com