Cinayətə dini don geyindirmək cəhdi nəyə hesablanıb?

Son bir neçə gün Azərbaycanda ciddi hadisələrbir birini əvəzlədi. Məlum enerji böhranı fonunda Gəncənin icra başçısı Elmar Vəliyevə də silahlı hücum oldu. İlk baxışdan dinə aid olmayan sonuncu məsələyə gözlənilmədən dini rənglər qatıldı. Belə ki, Vəliyevə atəş açan Yunis Səfərovun qatı dindar olduğu və əslində icra başçısına şəxsi ədavət zəminində hücuym etmədiyi iddia olundu. Bəzi qüvvələr bəyan etdilər ki, bəs Yunis imam Hüseynin (ə) qisasını almaq üçün bu addımı atıb. İslam.az bu məsələ ilə bağlı bəzi məqamları qeyd etməyi zəruri hesab etdi.

Əvvəla bildirək ki, İslam heç zaman cinayətkarların din pərdəsi altında etdiklərini qəbul etməyib və dəstəkləməyib. Hər dövrdə, hər ictimai quruluşda və istənilən şəxsə qarşı. Ən son nümunə isə İŞİD fitnəsidir. Düzdür, bu şeytani hərəkatı İslama birləşdirmək istəyənlər çox idi və indi də çoxdur (xüsusən də qeyri-müsəlmanlar). Amma İslamın heç bir cərəyanı bu anti-bəşəri qurumu müsəlman birliyi kimi tanımadı.

İkincisi, Yunis Səfərova “din təəssübkeşi” statusu vermək təşəbbüsü yenə də, bəzi digər oxşar hadisələrdə olduğu kimi, xaricdən qaynaqlandı. Ayrı-ayrı adamlar fürsətdən istifadə etmək qərarına gəldilər və hərəkətə keçdilər. Xaricdə oturub ölkədə ən xırda anlaşılmazlığı fitnə alovunu şölələndirmək üçün istifadə etməyə hazır olanlar repertuarlarına sadiq qaldılar. Çox maraqlı sual yaranır: nə üçün bu cinayət məhz indi, ölkədə belə gərgin vəziyyət meydaha gəldiyi dönəmdə törədildi? Nə əvvəl, nə sonra? Bəlkə məqsəd elə gərginliyi artırmaq, cəmiyyətdə təlatüm yaratmaq idi? Bəlkə müəyyən qüvvələr şiə cameəsindən yenə məkirli planları üçün istifadə etmək istəyirdilər?

Üçüncüsü isə, cinayətkara “mücahid” statusu vermək cəhdlərinə xaricdə deyil, vətənində yaşayan dindarların sosial şəbəkələrdə verdikləri reaksiya idi. Böyük əksəriyyət belə cəhdləri qınadı, bəziləri isə lap konkret ünvanı göstərməklə quşu gözündən vurdular. Bəlli oldu ki, Azərbaycan dindarı kifayət qədər bəsirətlidir. Artıq xaricdə oturub burdakı camaatı təxribata sürükləmək səyləri elə ilk cəhddəcə ifşa olunur və fiaskoya uğrayır. Hamı anlayır ki, xaricdən buraları qarışdırmaq istəyənləri burdakı cammat və din maraqlandırmır, qətiyyən. Allaha şükür olsun, artıq insanlarımızın gözü açıqdır və bu cür təxribatlar elə beşiyindəcə boğulmağa məhkumdur.

İslam.az



Yerləşdirilib:5 İyul, 2018  13:41, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
17 Oktyabr, 2018

22 yaşlı terrorçu Krımda 18 nəfəri öldürüb intihar etdi

17 Oktyabr, 2018

Müşk ətri verən şəhid. Kərbəladan səhnələr - 5

17 Oktyabr, 2018
Əfqanıstanda terror hücumunda deputatlığa namizəd öldürülüb
17 Oktyabr, 2018

Bu gün imam Museyi Kazimin (ə) mövlud günüdür

17 Oktyabr, 2018

İranda parad zamanı törədilən terror aktının əsas təşkilatçısı məhv edilib

17 Oktyabr, 2018

İnsan vurdurduğu iynənin yerindən qan gəldiyini bilmədən namaz qılsa və bundan namazdan sonra xəbər tutsa, namaz düzgündürmü? İslam suallarda

17 Oktyabr, 2018

Qaşıqçı işində şübhəli bilinən şəxslər Səudiyyə şahzadəsi ilə əlaqəlidirlər

17 Oktyabr, 2018
Ermənilər Azərbaycan ordusunun mövqelərini atəşə tutublar
16 Oktyabr, 2018

KİV: Türkiyəli müstəntiqlər Camal Qaşıqçının öldürüldüyünə dair dəlillər əldə edib

16 Oktyabr, 2018

Yəməndəki azı 2.2 milyon uşaq aclıqdan əziyyət çəkir -UNICEF

16 Oktyabr, 2018

İran oğurlanan 14 sərhədçisi barədə bəyanat verib: Daxildən xəyanət olub

16 Oktyabr, 2018

Silahlılar 14 iranlı hərbçini qaçırıblar

16 Oktyabr, 2018

Zifaf gecəsi canlı yayında! Niyə də yox?! İynə

16 Oktyabr, 2018

İŞİD 130 ailəni girov götürdü

16 Oktyabr, 2018

Muhəmməd ibn Əbubəkr İmam Əlinin (ə) tərəfdarı olmuşdurmu? İslam suallarda

16 Oktyabr, 2018
Səudiyyə Ərəbistanının qırıcısı qəzaya uğrayıb
16 Oktyabr, 2018
Ermənilər atəşkəs rejimini 29 dəfə pozublar
15 Oktyabr, 2018
İran nefti üçün yeni alıcılar tapdı
15 Oktyabr, 2018
Səudiyyə Ərəbistanı ABŞ və Britaniyaya xəbərdarlıq etdi
15 Oktyabr, 2018

Həzrət Rüqəyyənin ziyarətgahı təmirdən sonra zəvvarların ixtiyarına verilib FOTO

15 Oktyabr, 2018

Qolları sındırılan səhabə. Kərbəladan səhnələr - 4

15 Oktyabr, 2018

İraqda içməli sudan zəhərlənənlərin sayı 111 min nəfərə çatıb

15 Oktyabr, 2018

Evdə ailə üzvləri ilə birlikdə camaat namazı qılmaq üçün ən azı neçə nəfərin namaza qatılması lazımdır? İslam suallarda

15 Oktyabr, 2018
Tramp Ağ evin bəzi əməkdaşlarına etibar etmədiyini deyib
15 Oktyabr, 2018
Ermənilər atəşkəs rejimini 28 dəfə pozub
13 Oktyabr, 2018

Atlantik okeanı sahillərində dünyanın ən hündür məscidi FOTO

13 Oktyabr, 2018
Pentaqon məlumatlar bazasının sındırıldığını açıqladı
13 Oktyabr, 2018

Bəni-İsrail sözünün mənası nədir? İslam suallarda

XƏBƏRARXİVİ
«Okt.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com