“Fazil Mustafa “maarifçilik” adı ilə inanc sistemini təhqir edir” – Elçin Əsgərovdan deputata cavab

“Bu hərəkətlərin məqsədi dini cameəni qarışdırmaq və ölkələr arasında süni gərginliklər yaratmaqdır”.

İslam.az-ın verdiyi məlumata görə, bu fikirləri Yenicag.az-a açıqlamasında millət vəkili Fazil Mustafanın Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sabiq sədri Elşad İskəndərova yönəlik tənqidi fikirlərinə münasibət bildirən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun (İKGF) Bakıda yerləşən Avrasiya Regional Mərkəzinin direktoru Elçin Əsgərov deyib.

Əsgərovun fikrincə, Fazil Mustafanın Elşad İskəndərovun ünvanına səsləndirdiyi ittihamlar tam əsassızdır və cəmiyyətdə qarışıqlıq salmağa hesablanıb:

“Hesab edirəm ki, məsələnin ictimai mahiyyəti ilə bağlı Elşad müəllim öz statusunda Fazil Mustafanın böhtanlarına əsaslı və birmənalı şəkildə cavab verib.

Əvvəla, Elşad İskəndərovu “məlum şəbəkə” və başqa bu kimi işarələrin adı ilə guya İrana bağlı olmaqda ittiham etmək cəhdi qərəzli olmaqdan daha çox gülüncdür. Bunu deyən Fazil Mustafa da bilir ki, bu, belə deyil.

Amma açıqlamalarında etikaya uyğun olmayan tərzdə böyük bir kəsimin inanclarına toxunmasının sərt ictimai reaksiya doğurduğunu görərək indi mövzunu başqa istiqamətə yönəltmək istəyir ki, guya bu qəhrəmanlıq edib, üstünə isə hansısa xarici şəbəkə gəlir. Biz son iki gündə Elşad müəllimin səhifəsində onun mövqeyinə verilən dəstəkləri gördük.

Burada inanclı vətəndaşlarla yanaşı, böyük əksəriyyəti xüsusi dindarlıqla əlaqəli olmayanlar, ümumiyyətlə dünyəvi insanlar da var, Babək heyranlı istiqlalçı ruhlu insan da, Şah İsmayıla “şah babam” deyən böyük Azərbaycan düşüncəli milliyətçi də, insanların inancına həqarəti qəbul etməyən liberal düşüncəli insanlarımız da var.

Bunların hamısını da bir araya gətirən hansısa mifik şəbəkə deyil, məhz Fazil Mustafanın insanların dini hisslərinə qarşı davamlı aşağılayıcı mövqeyidi. O ki qaldı xarici təsirlərlə mübarizəyə, Fazil Mustafanın İranın adını belə çəkməkdən ehtiyatlandığını nəzərə alaraq, onu guya “kəskin tənqid” etməyində nə qədər səmimi olduğunu deyə bilmərəm.

Amma Elşad İskəndərovun DQİDK sədri olarkən, 2013-cü il prezident seçkiləri ərəfəsində İran təhsilli bəzi dini radikallar tərəfindən dindarları radikal müxalifətə, konkret Milli Şura tərəfə çəkməyə, müxalifətin düşərgəsinə qatılmağa, bununla da ölkədə gərginliyi artırmağa yönəlik cəhdlərin qarşısını almaq üçün hansı addımlar atdığını və bu cəhdlərin qarşısını uğurla aldığını, dindar vətəndaşlarımızda dövlətə etimadın yüksəldilməsi üçün nələr etdiyini, həmin dini qruplar tərəfindən buna görə “din düşməni” elan edildiyini o zaman dini durumdan xəbəri olan hamı bilir.

Eynilə, şahidi olduğum, bəzən İƏT beynəlxalq tədbirləri çərçivəsində Azərbaycanın milli maraqlarına aid məsələlər müzakirə olunarkən, yanlış mövqe göstərən İran nümayəndələrinin öz mövqelərini dəyişməsi üçün göstərdiyi kəskin mövqe halları da var.

Amma o da bəllidir ki, FETÖ hər zaman Azərbaycanın yaxın qonşuları – Rusiya və İranla, hətta qardaş Türkiyənin indiki iqtidarı ilə münasibətlərin gərginliyi istiqamətində iş aparıb. Bunu etməkdə isə ən təxribatçı üslub zaman-zaman dini cameəni qarışdırmaq, ölkələr arasında süni gərginliklər yaratmaqdır ki, Fazil bəy istəsə də, istəməsə də, sərgilədiyi mövqe buna oxşayır.

Elşad İskəndərovun uzunmüddətli “susqunluqdan” sonra meydana çıxması fikri də həqiqətə uyğun deyil. İƏT Gənclər Forumu son 4 ildə, İƏT-ə üzv ölkələrdə, o cümlədən Azərbaycanda, 100-dən çox beynəlxalq tədbir keçirib ki, bu barədə mətbuatda kifayət qədər məlumat tapa bilərlər. Bu, əməli işdir, sosial şəbəkələrdə status yazmaq deyil.

Onu da qeyd edim ki, bu məsələləri şəxsi və ya konspiroloji müstəviyə keçirməklə əsas hədəfdən yayındırmaq lazım deyil. Söhbət nə İrandan, nə Turandan, nə sırf ağlamaq mədəniyyətini tərənnüm etməkdən, nə ifrata varan mərsiyəxanları müdafiədən getmir.

Bu, Fazil Mustafa tərəfindən birinci dəfə olan hal deyildi ki, məsələni konkret situasiyaya bağlayıb oradan nəticə çıxaraq. Fakt ondan ibarətdir ki, Fazil bəyin uzun müddətdir “maarifçilik” adı ilə etdiyi hücumlarda konkret inanc sistemi aşağılanır və təhqir olunur.

İnanın, əgər həqiqətən, məqsəd yalnız xurafatla mübarizədən getsəydi, bu gün onu tənqid edənlərin çoxu, onu müdafiə edərdi. Xurafat və mövhumata, elə o Aşura mərasimlərinin ifrat və təhriflərinə qarşı onlarla kitab, məqalə yazılır, maarifləndirmə işi aparılır. Hansına qarşı belə təpki var ki? Əksinə, din xadimlərimiz də dəstəkləyir.

Onun da ötəsində guya “İslama yad” simvollarla mübarizə adı altında Azərbaycan milli kimliyinin sütunları olan simalar – istər Şah İsmayıl olsun, istər Babək – onları dağıtmaqla məşğuldur”.

Məsələnin digər tərəfi odur ki, Azərbaycanda dini sülh və barış heç kimin dini inanclarını təhqir etməkdən keçmir – nə çoxluğun, nə azlığın. Əsl millətçilik, dövlətçilik və əsl vətəndaşlıq bu köklü təhlükələri önləməkdir.



Yerləşdirilib:14 İyun, 2018  21:26, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
17 Oktyabr, 2018

22 yaşlı terrorçu Krımda 18 nəfəri öldürüb intihar etdi

17 Oktyabr, 2018

Müşk ətri verən şəhid. Kərbəladan səhnələr - 5

17 Oktyabr, 2018
Əfqanıstanda terror hücumunda deputatlığa namizəd öldürülüb
17 Oktyabr, 2018

Bu gün imam Museyi Kazimin (ə) mövlud günüdür

17 Oktyabr, 2018

İranda parad zamanı törədilən terror aktının əsas təşkilatçısı məhv edilib

17 Oktyabr, 2018

İnsan vurdurduğu iynənin yerindən qan gəldiyini bilmədən namaz qılsa və bundan namazdan sonra xəbər tutsa, namaz düzgündürmü? İslam suallarda

17 Oktyabr, 2018

Qaşıqçı işində şübhəli bilinən şəxslər Səudiyyə şahzadəsi ilə əlaqəlidirlər

17 Oktyabr, 2018
Ermənilər Azərbaycan ordusunun mövqelərini atəşə tutublar
16 Oktyabr, 2018

KİV: Türkiyəli müstəntiqlər Camal Qaşıqçının öldürüldüyünə dair dəlillər əldə edib

16 Oktyabr, 2018

Yəməndəki azı 2.2 milyon uşaq aclıqdan əziyyət çəkir -UNICEF

16 Oktyabr, 2018

İran oğurlanan 14 sərhədçisi barədə bəyanat verib: Daxildən xəyanət olub

16 Oktyabr, 2018

Silahlılar 14 iranlı hərbçini qaçırıblar

16 Oktyabr, 2018

Zifaf gecəsi canlı yayında! Niyə də yox?! İynə

16 Oktyabr, 2018

İŞİD 130 ailəni girov götürdü

16 Oktyabr, 2018

Muhəmməd ibn Əbubəkr İmam Əlinin (ə) tərəfdarı olmuşdurmu? İslam suallarda

16 Oktyabr, 2018
Səudiyyə Ərəbistanının qırıcısı qəzaya uğrayıb
16 Oktyabr, 2018
Ermənilər atəşkəs rejimini 29 dəfə pozublar
15 Oktyabr, 2018
İran nefti üçün yeni alıcılar tapdı
15 Oktyabr, 2018
Səudiyyə Ərəbistanı ABŞ və Britaniyaya xəbərdarlıq etdi
15 Oktyabr, 2018

Həzrət Rüqəyyənin ziyarətgahı təmirdən sonra zəvvarların ixtiyarına verilib FOTO

15 Oktyabr, 2018

Qolları sındırılan səhabə. Kərbəladan səhnələr - 4

15 Oktyabr, 2018

İraqda içməli sudan zəhərlənənlərin sayı 111 min nəfərə çatıb

15 Oktyabr, 2018

Evdə ailə üzvləri ilə birlikdə camaat namazı qılmaq üçün ən azı neçə nəfərin namaza qatılması lazımdır? İslam suallarda

15 Oktyabr, 2018
Tramp Ağ evin bəzi əməkdaşlarına etibar etmədiyini deyib
15 Oktyabr, 2018
Ermənilər atəşkəs rejimini 28 dəfə pozub
13 Oktyabr, 2018

Atlantik okeanı sahillərində dünyanın ən hündür məscidi FOTO

13 Oktyabr, 2018
Pentaqon məlumatlar bazasının sındırıldığını açıqladı
13 Oktyabr, 2018

Bəni-İsrail sözünün mənası nədir? İslam suallarda

XƏBƏRARXİVİ
«Okt.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com