Fitrə zəkatı necə verilir?

Fitrə zəkatı ramazan ayının başa çatması münasibətilə ödənilən zəkatdır. Şafii, hənbəli və maliki məzhəblərinə görə, fitrə zəkatını vermək fərzdir, hənəfi məzhəbində isə vacib sayılır (fərz deyil). Cəfəri məzhəbinə görə, imkanı çatan hər bir müsəlmanın özü və öhdəsində olan kəslər üçün fitrə zəkatı verməsi vacibdir (cəfəri məzhəbindəki vacib əhli-sünnə məzhəbindəki fərzin hökmünü daşıyır). Fitrə zəkatının vacibliyini Həzrət Mühəmməd Peyğəmbər (s) hicri 2-ci ildə, ramazan ayının sonunda söylədiyi xütbə vasitəsilə müsəlmanlara elan etmişdir.

İslam müqəddəslərindən rəvayət olunmuş hədislərdə fitrə zəkatının verilməsinə çox təkid edilmişdir. Məsələn, İmam Cəfər Sadiq (ə) buyurub: «Orucluq qurtaranda fitrə zəkatı vermək lazımdır; necə ki namazı qurtaranda Peyğəmbərə salavat demək lazımdır. Hər kim ramazan orucunu qurtarandan sonra qəsdən fitrə zəkatı verməsə, orucu qəbul olmaz. Necə ki, namazın axırında peyğəmbərə salavat göndərməyən adamın namazı qəbul olmaz». Həmçinin, İmam Sadiqlən (ə) rəvayət edilmiş başqa bir hədisdə deyilir: «Hər kim orucunu yaxşı söz və yaxşı əməllə başa vursa, Allah onun orucunu qəbul edər». Soruşdular: «Yaxşı söz və yaxşı əməl hansıdır?». İmam cavab verdi: «Yaxşı söz – kəlmeyi-şəhadət, yaxşı əməl – fitrə verməkdir».

Cəfəri məzhəbi baxımından, fitrə zəkatının əsas hökmləri bundan ibarətdir:

Fitrə zəkatını ramazanın son günündə, məğrib azanından sonra ayırmaq və Fitr bayramı günü bayram namazı qılmazdan əvvəl öz ünvanına çatdırmaq müstəhəbdir. Əgər bu mümkün olmazsa, bayram namazı qılınandan sonra mümkün olan ən qısa vaxt ərzində ödənməlidir. Ev sahibi özü üçün və dolanışığı onun öhdəsində olan şəxslər üçün (yaşından asılı olmayaraq) fitrə zəkatı ayırıb ödəməlidir. Fitrə zəkatının miqdarı həmin bölgədə daha çox istifadə edilən aşağıdakı ərzaq növlərinin birindən adambaşına bir sa, yəni 3 kq olmaqla hesablanır: buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı. Bu ərzağın qiymətinə uyğun olan məbləğdə pul da verilə bilər. Fitrə zəkatı maddi vəziyyəti çətin olan adamlara (fəqirlərə) verilməlidir. Hər kəs öz kasıb qohumuna ya qonşusuna fitrə zəkatı versə, daha yaxşıdır. Cəfəri məzhəbinə görə, ramazanın sonuncu günündə, iftar vaxtı gəlmiş qonağın fitrə zəkatı da ev sahibinin boynundadır. Maddi durumu həddən artıq pis olan ailələr fitrə zəkatını ödəməkdən azaddırlar.

Əhli-sünnə məzhəblərinə görə, fitrə zəkatı fərz yox, vacibdir. Hənəfi məzhəbinə görə, bir şəxsin özünün və ailəsinin ehtiyacından artıq qalan əmlakı nisab həddinə çatsa, öhdəsinə fitrə zəkatı düşür.

Şafii məzhəbinə görə, ramazan ayının ilk günündən etibarən fitrə zəkatını vermək caizdir. Fitr bayramı günü sübh namazı ilə bayram namazı arasındakı vaxt ərzində verilməsi sünnətdir, üzrsüz olaraq bayram namazından sonraya saxlanması məkruh, üzrsüz olaraq bayram günü məğribdən sonraya saxlanması haramdır.

Əhli-sünnə məzhəblərinin hamısında fitrə zəkatı adi zəkatda müəyyən edilmiş 8 təbəqəyə verilə bilər. Malikilər fitrə verilən şəxsin seyyid olmamasını lazım bilirlər.

Fitr zəkatının miqdarına gəlincə, əhli-sünnə məzhəblərində bütün ərzaq növləri üçün adambaşına bir sa, yəni 3 kq ölçü qoyulub. Yalnız hənəfi məzhəbində fitrə zəkatının miqdarı buğda üçün adambaşına yarım sa (təqribən 1,5 kq) müəyyən edilib; qalan ərzaq növləri üçün ölçü 3 kq-dır.



Yerləşdirilib:13 İyun, 2018  15:36, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
16 Fevral, 2019
Trampın keçmiş müşavirinin “WikiLeaks”lə əlaqəsi olub
16 Fevral, 2019

İŞİD silahlıları İraqda dinc sakinləri oğurlayıb

16 Fevral, 2019

Ərdoğan: "Aİ Türkiyəni müsəlman ölkəsi olduğuna görə qəbul etmir"

16 Fevral, 2019

Qüsl alan zaman baş və boyun yuyulduqdan sonra dərhal bədənin sağ və sol tərəfini yumağa başlamaq lazımdır? İslam suallarda

16 Fevral, 2019
Nigeriyada silahlıların hücumu zamanı 66 nəfər öldürülüb
16 Fevral, 2019
Şamaxıda yenidən vulkan püskürüb
15 Fevral, 2019

Putin: Dünyada tam müstəqil dövlət yoxdur

15 Fevral, 2019

Səddam Hüseynin ailəsi İraqdan necə qaçdı? Nəvəsindən etiraflar

15 Fevral, 2019
Komitə sədri nikahsız kəbin kəsən mollaların cəzalandırılmasını istədi
15 Fevral, 2019

Səudiyyə Ərəbistanı ABŞ və Kanadada cinayət törətmiş vətəndaşlarını bu ölkələrdən qaçırıb

15 Fevral, 2019
FTX İŞİD-in gizli özəyinin təşkilatçılarından birini saxlayıb
15 Fevral, 2019

Namazı şiə (cəfəri) məzhəbinə uyğun şəkildə, amma möhürsüz qılmaq nə dərəcədə düzgündür? İslam suallarda

15 Fevral, 2019
Ərdoğandan Suriya ilə bağlı vacib bəyanat
15 Fevral, 2019
Tramp ABŞ-da fövqəladə vəziyyət elan edəcək
14 Fevral, 2019
Türkiyədə İŞİD-ə üzv olmaqla şübhəli bilinən Suriya vətəndaşları saxlanılıb
14 Fevral, 2019

Madurodan ABŞ-a ittiham: göndərdiyi humanitar yardım zəhərlidir

14 Fevral, 2019
Putin, Ərdoğan və Ruhani Soçidə Suriya problemini müzakirə edəcək
14 Fevral, 2019

Qurandakı "səhvlər": 2. Quranda İmran "müəmması" Video

14 Fevral, 2019

Eyni mal onlayn mağazada fərqli qiymətlərlə yerləşdirilərsə və müştəriyə də fərqli qiymətlərlə satılarsa, bu cür ticarət halaldırmı? İslam suallarda

14 Fevral, 2019
ABŞ Rusiyaya qarşı yeni sanksiyalara hazırlaşır
14 Fevral, 2019

İranda terror aktı: onlarla ölü

13 Fevral, 2019
Cammu və Kəşmirdə partlayış baş verib
13 Fevral, 2019

İƏT ölkələrinin Gənclərlə iş üzrə İlk Fəaliyyət Planı qəbul edildi

13 Fevral, 2019
ABŞ-ın dövlət borcu tarixi rekorda çatdı
13 Fevral, 2019

Şahzadənin davranışı narazılıqla qarşılandı Video

13 Fevral, 2019

Dərisini soyunan Nəsimiyə biz kürkümüzü geyindirmək istəyirik - Nəsimişünas

13 Fevral, 2019

Vəsiyyət Hekayə

13 Fevral, 2019
Almaniyada azərbaycanlılar ilə qaradərililər arasında kütləvi dava baş verib
XƏBƏRARXİVİ
«Fev.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728   
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com