İlqar Kamildən millət vəkilinə: "Haranız ağrıyır, Fazil bəy?"

Deputat Fazil Mustafanın sosial şəbəkədə Kərbəla şəhidlərinin əzadarlığı ilə bağlı paylaşdığı fikirlər qalmaqallara və sosial gərginliyə səbəb olub. Bununla bağlı gənc şair İlqar Kamil Facebook sosial şəbəkəsindəki profilində F.Mustafaya ünvanlanmış "Günəş belə etməzdi - Fazil Mustafaya!" adlı yazı paylaşıb. İlqar Kamilin həmin yazısını təqdim edirik:

"Hörmətli Fazil bəy, neçə gündü məlum olaylarla bağlı sizin açıqlamalarınızı izləyirəm, əziz atalarımız demiş, avazınız yaxşı gəlir, amma oxuduğunuz, çox təəssüf ki, Quran deyil. Barı milli nəsə bir şey oxusaydınız...

..Biz nə mərifətdə, nə savadda, nə ədəbdə, nə ərkanda, nə insafda, nə şücaətdə, nə də azərbaycanlılıqda cümhuriyyət qurucularının tayı deyilik.., yəni biz o irsi qoruya bilməmişik.. Siz də lütfən razılaşın, bəli, biz o irsə tam sahib çıxa bilməmişik, o boyda işlər görməsinə rəğmən xalqına ömrünün sonunacan yalnız "uca millət" deyə müraciət edən Rəsulzadədən fərqli olaraq, beş dənə kitab oxuyub, ikisini də yazan kimi düşünürük ki, vəssəlam, bu yazıq xalqa nə istəsək, deyə bilərik. Qaşlarımızı çatır, yumruğumuzu düyünləyir, deyirik, söyürük, danlayırıq... bu nə hikkə, qardaşım, adam heç doğma balasıyla bu qədər rahat ola bilmir.

"İşıq qəfil yandı, qaranlığın bağrı yarıldı.

Günəş belə etməzdi".

Sizi kənardan izlədikcə adam az qala bu qənaətə gəlir ki, dərdiniz, iddia etdiyiniz kimi, əzadarlıqlardakı səs-küy, ağlaşma-filan deyil, ifrat aqressiyanız sözünün mustafasını deyə bilməyən qəzəbli bir adamı xatırladır, adama elə gəlir, sizi narahat edən bir başa Aşuranın özüdür, amma sonra deyirsən, yox, əşşi, ola bilməz, Aşura yalnız vicdansız adamı narahat edə bilər, Fazil bəyi niyə narahat etsin ki? Aşura yalnız zalımı qorxuda bilər, Fazil bəy hara, zülm hara? Haqq yalnız batili incidə bilər, Fazil bəy, axı, həqiqət çarçısıdı. Günəş yalnız zülmətin canına xof sala bilər, Fazil bəy, axı, bu xalqın aydınıdı...

İstər şəhid Mübariz İbrahimovdan, istər o böyük şəhidlərin ehtişamlı Aşura hərəkatından dünyanın harasında, kimə danışırsan heyrətdən sayqı şapkası çıxarır, istəsəniz gedin yoxlayın, bir sadə fransıza, bir ispana, bir almana, bir rusa... lap elə Marsda həyat axtaran İlon Maskın özünə danışın bu haqda, görün necə vəcdə gələcək ruhları, necə təsirlənəcək, necə sayqı duyacaqlar...

Oğlunuza başqa mədəniyyətlərə, kültürlərə sayğılı yanaşma düşüncəsini aşılamanızı təqdir edirəm, fəqət bəs öz kültürümüzün günahı nədir? Fazil bəy, açıq deyin, sizi bu kültürümüzdə narahat edən şey nədir? Səs-küymü? Elə isə, bu səs-küyü yatırtmaqçün qaldırdığınız hay-həşir, inciməyin, daha çox baş ağrıdıcıdır.

Hər şeyə Qurandan əsas istəyən hörmətli Fazil bəy, bəs sizin fikirlərinizi bölüşməyən hər kəsə bir təhqiramiz yarlıq yapışdırmağın necə, ayəsini göstərə bilərsiniz? Xeyr, bu, Quran əxlaqı deyil, heç Rəsulzadə əxlaqı da deyil, yadıma gələn Lenin belə deyirdi: bizdən olmayan bizim düşmənimizdir!

Freyd bizim milli deyimimiz olan "eşşəyə gücü çatmır, palanı döyür" məsələsini "смещение" adlandırırdı, sən demə, təhtəl-şüurumuzun bizi qorumaqçün belə bir maraqlı mexanizmi varmış, adam, məsələn, kobud müdirinə bir söz deyə bilməyəndə gəlib evdə uşağını çırpışdırmaqla da sakitləşə bilirmiş. Yadımdadı, ətrafındakı zalımlara bir söz deməyə cəsarəti çatmayan adamların dönüb-durub Allaha daş atmasını da belə izah etmişdim: əsəbidirlər, gərgindirlər, narahatdırlar, qəzəblərini kiməsə boşaltmalıdırlar axı, zalıma zalımsan deyib işə salsınlar özlərini? Bəs nə etsinlər, necə etsinlər, ürəkləri partlayar axı, odur, sakitləşməkçün ən yaxşı ünvan, söyənlərini belə sevəcək qədər böyük olan mehriban Allahdır!

Yəni, hörmətli millət vəkilimiz, mən sizdəki bu aqressiyanın da əsl qaynağını, mənşəyini, səbəbini anlamağa çalışıram, siz müsəlmansınız, siz ziyalısınız, siz Aşuraya qarşı ola bilməzsiniz, yox, məsələ başqadır, odur, bir qardaş kimi bütün səmimiyyətimlə o məşhur sualı soruşmağa məcburam:

Haranız ağrıyır, Fazil bəy?"



Yerləşdirilib:13 İyun, 2018  14:01, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
18 İyun, 2018
ABŞ koalisiyası Suriya ordusuna zərbə endirib
18 İyun, 2018

QAT sədri: "Fazil Mustafa bilgilidir, lakin yanlış nəticə çıxarır"

18 İyun, 2018

Səcdəyə gedərkən əvvəlcə əlləri yoxsa dizləri yerə qoymaq lazımdır? İslam suallarda

18 İyun, 2018
Nigeriyada iki partlayış nəticəsində 31 nəfər ölüb
18 İyun, 2018
Ermənilər atəşkəs rejimini 102 dəfə pozub
16 İyun, 2018
Yəmən ordusu Hodeyda şəhərinin hava limanına nəzarəti əlinə alıb
16 İyun, 2018

Ramazan ayında qeyri-vacib səbəbdən səfərə çıxan adam kəffarə verməlidirmi? Islam suallarda

16 İyun, 2018

Donald Tramp: "Bütün terrorçular Parisdədirlər"

16 İyun, 2018
Ermənilər atəşkəs rejimini 86 dəfə pozublar
15 İyun, 2018

Azərbaycan məscidlərində bayram namazı qılınıb Fotolent

15 İyun, 2018

"Azərbaycanda əsirlər boyu müxtəlif din və məzhəb ardıclıları çiyin-çiyinə yaşayıb" - Vüsal Hətəmov

15 İyun, 2018

Bayramınız mübarək, əziz müsəlmanlar!

14 İyun, 2018

“Fazil Mustafa “maarifçilik” adı ilə inanc sistemini təhqir edir” – Elçin Əsgərovdan deputata cavab

14 İyun, 2018

İƏT Gənclər Forumu müsəlmanları Ramazan bayramı münasibəti ilə təbrik edib

14 İyun, 2018
Türkiyə ordusu İraqın şimalında bir neçə terrorçunu məhv edib
14 İyun, 2018

Ərdoğan Putinə S-500 raket komplekslərinin birgə istehsalını təklif edib

14 İyun, 2018

Ramazan bayramı namazı necə qılınır?

14 İyun, 2018

BMT Baş Assambleyası İsrailin Qəzza sektorundakı hərəkətlərini pisləyib

14 İyun, 2018

Yəməndə BƏƏ-nin 4 hərbçisi husilər tərəfindən öldürülüb

14 İyun, 2018
Norveçdə Trampın Nobel mükafatına namizədliyi irəli sürülüb
14 İyun, 2018

Fitr bayramı axşamı pulu olmayan adam bayramdan bir neçə gün sonra pul tapıb fitrə zəkatı verə bilərmi? Islam suallarda

14 İyun, 2018

Fitrə zəkatının miqdarı nə qədərdir?

14 İyun, 2018
Ermənilər atəşkəs rejimini 82 dəfə pozublar
13 İyun, 2018

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

13 İyun, 2018

Fitrə zəkatı necə verilir?

13 İyun, 2018

Donald Tramp: "Artıq Şimali Koreyadan nüvə təhdidi yoxdur"

13 İyun, 2018

İlqar Kamildən millət vəkilinə: "Haranız ağrıyır, Fazil bəy?"

13 İyun, 2018

Mükafatların verildiyi gün – Ramazan bayramı

XƏBƏRARXİVİ
«İyn.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com