Mükafatların verildiyi gün – Ramazan bayramı

Ramazan (fitr) bayramı İslamda ən böyük iki bayramdan biri. Ramazan ayının sona çatması münasibətilə şəvval ayının 1-də qeyd edilir. Dini mətnlərdə «eyd əl-fitr» (fitr bayramı) kimi də xatırlanır.

Ramazan bayramına keçən gecə ayrılmış fitrə pulunu bayram günü səhər öz təyinatı üzrə çatdırmaq məsləhətdir. Ramazan bayramı günü oruc tutmaq haramdır. Həmin gün səhər vaxtı qüsl almaq, ətir səpmək, təmiz və səliqəli libas geyinmək, qohum-qonşuları təbrik etmək, əzizlərin görüşünə getmək savabdır. Bütün bayramlarda olduğu kimi, ramazan bayramı günündə də küsülülərin barışması təkid edilir. Bayram günündə ölülərin məzarını ziyarət edib, ruhlarına rəhməğ diləmək də ənənə şəklini alıb.

Ramazan bayramı günü qılınan bayram namazı eynilə Qurban bayramının namazı kimidir. Bayram namazını qılmaq şafii və maliki məzhəblərndə təkid edilən sünnət sayılır. Hənəfi məzhəbinə görə, bayram namazını qılmaq vacibdir (fərzdən daha aşağı səviyyədə). Hənbəli məzhəbinə görə isə, vacibi-kifayidir. Yəni heç kim bu namazı qılmasa, bütün müsəlmanlar günahkar sayılarlar; amma bir nəfər qılsa, başqalarının öhdəsindən bu vəzifə götürülmüş olar. Cəfəri məzhəbi baxımından, peyğəmbərin və imamın zamanında bayram namazını camaatla qılmaq vacibdir. İmamın qeyb dövründə isə qılınması müstəhəbdir; həm camaatla, həm də təklikdə qılına bilər.

Həzrət Mühəmməd Peyğəmbər (s) buyurmuşdur: «Şəvval ayının ayparası görünəndə (yəni Fitr bayramı gecəsi) mələklər möminlərə elan edərlər: «Sabah öz mükafat¬larınızı almağa tələsin; sabah mükafat günüdür». İmam Əli ibn Əbu Talib (ə) xəlifə olduğu dövrdə ramazan bayramı günü müsəlmanların qarşısında xütbə söyləyərək buyurmuşdu: «Ey camaat, bu gün yaxşı əməl sahiblərinə savab verilər, pis əməl sahibləri ziyana uğrayarlar. Bu gün qiyamətə çox bənzəyir. Evinizdən çıxıb məscidə toplaşmağınız qiyamətdə qəbirdən çıxıb Rəbbinizin hüzurunda toplaşmağınıza oxşayır. Məsciddə namaza durarkən qiyamətdə Rəbbinizin hüzurunda duracağınızı təsəvvür edin. Məsciddən evinizə dönməniz isə qiyamətin sonunda behiştə və ya cəhənnəmə getmənizi xatırlatsın sizə.

Ey Allahın bəndələri! Bilin, oruc tutan kişi və qadınlara veriləcək ən kiçik savab budur ki, Ramazanın sonuncu günündə Allahın əmri ilə mələklərdən biri car çəkib elan edər: «Müjdə olsun sizə, ey Allahın bəndələri! Sizin ötən günahlarınız bağışlandı. Görək gələcəkdə özünüzü necə aparacaqsınız».

Ramazan bayramına keçən gecəni ibadət və dua ilə keçirmək müstəhəbdir. Həmin gecə də ehya saxlamağın və çoxlu namaz qılmağın savabı var.

Fitr bayramına keçən gecənin axşam namazlarından və bayram gününün namazlarından sonra bu duanı oxumaq böyük savaba malikdir: «Allahü əkbər. Allahü əkbər. La ilahə illəllah. Vallahü əkbər. Vallahü əkbər. Və lillahil-həmd. Əl-həmdü lillahi əla ma hədana. Və ləhüş-şükri əla ma əvlana». Tərcüməsi: «Allah böyükdür. Allah böyükdür. Allahdan başqa məbud yoxdur. Allah böyükdür. Allah böyükdür. Həmd Allaha məxsusdur. Bizi hidayət etdiyinə görə Allaha həmd olsun. Bizi özünə dost etdiyinə görə Ona şükr olsun».

Rəvayətlərdə deyilir ki, İmam Zeynül-abidin (ə) ramazan bayramının gecəsi sübhə kimi oyaq qalıb namaz qılar və deyərdi: «Bu gecə heç də Qədr gecəsindən əskik deyil». İmam Əli ibn Əbu Talib (ə) isə həmin gecənin üstünlüyünü belə təsvir edirdi: «Yeri var ki, insan hər il dörd gecə yalnız ibadətlə məşğul olsun: fitr bayramı gecəsi, qurban bayramı gecəsi, şəbanın orta gecəsi və rəcəb ayının birinci gecəsi».

Bəzi ölkələrdə ramazan bayramı böyük təntənə ilə bir neçə gün (ən azı 3 gün) qeyd edilir.



Yerləşdirilib:13 İyun, 2018  11:55, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
18 Avqust, 2018

Ərdoğan: Türkiyəni əzə bilməyəcəklər

18 Avqust, 2018
Terrorçular ABŞ hərbçilərinə hücum etdilər
18 Avqust, 2018

Bu gecə İmam Baqirin (ə) şəhadətinin ildönümüdür

18 Avqust, 2018

Kəlmeyi-teyyibə nədir? İslam suallarda

18 Avqust, 2018

Tramp: Türkiyə özünü pis aparır

18 Avqust, 2018
İsraillilər daha üç fələstinlini öldürdülər
17 Avqust, 2018

Gəncədə törədilən terror aktı ilə bağlı daha iki nəfər həbs olunub

17 Avqust, 2018

İsrailin baş naziri növbəti dəfə polis tərəfindən dindirilir

17 Avqust, 2018

İran hicablı qadınlara münasibətlə bağlı Tiflisə nota göndərdi

17 Avqust, 2018
Dövlət Departamenti İranla dialoqa başlamaq üçün şərtlərini açıqlayıb
17 Avqust, 2018
İraq qırıcıları Suriyada İŞİD-in operativ qərargahına zərbə endirib
17 Avqust, 2018

Soruşun ki, biləsiniz: Hacı Samir Ağayev sualları cavablandırır -2 Video

17 Avqust, 2018

Günəş və ya Ay tutulması zamanı qadın heyz halındadırsa, pak olduqdan sonra ayat namazının qəzasını qılmalıdırmı? İslam suallarda

17 Avqust, 2018
Türkiyə “iPhone”u boykot edir
17 Avqust, 2018

ABŞ Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq edəcək

16 Avqust, 2018

Azərbaycanlı uşaqlar İraqdan Bakıya gətirilib

16 Avqust, 2018

Türkiyə ordusu şəhid verdi

16 Avqust, 2018
Terrorçular Əfqanıstan ordusunun təlim mərkəzinə hücum edib
16 Avqust, 2018
ABŞ vətəndaşlarının əksəriyyəti Donald Trampdan narazıdır
16 Avqust, 2018

Qəddafinin 45 tərəfdarı edam ediləcək

16 Avqust, 2018

Təyəmmüm edən zaman əllərin içini yerə bir dəfə vurmaq lazımdır ya iki dəfə? İslam suallarda

16 Avqust, 2018

Qətər Türkiyəyə 15 milyard dollar sərmayə yatıracaq

16 Avqust, 2018
Ermənilər atəşkəs rejimini 87 dəfə pozub
15 Avqust, 2018

Türkiyə prezidentinin mətbuat katibi: "İqtisadi vəziyyət düzəlməyə başlayıb"

15 Avqust, 2018

İran prezidenti: "Xəzər Konvensiyasının imzalanması ABŞ və NATO-nun sövdələşməsinin qarşısını alıb"

15 Avqust, 2018

Azərbaycandan sonuncu qrup Həcc ziyarətinə yola düşüb

15 Avqust, 2018

Səudiyyəlilərin öldürdüyü yəmənli uşaqların həyatdakı son görüntüləri  VİDEO

15 Avqust, 2018

Dövlət Departamenti: ABŞ-ın Türkiyənin iqtisadi problemlərində rolu yoxdur

XƏBƏRARXİVİ
«Avq.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com