Milləti bəyənmirsənsə, ona necə vəkil ola bilərsən?

Millətə, xalqa, azərbaycanlılara vəkillik etməklə vəzifələndirilən şəxs – millət vəkili. O, hansı xüsusuiyyətlərə malik olmalıdır, hansı sifətləri özündə ehtiva etməlidir? Yəqin ki, hər kəsin çoxsaylı cavab variantları var. Amma bir variant danılmaz, inkaredilməz, hətta deyərdik ki, aksiom hökmündədir. Millətə vəkillik etmək istəyən bu milləti sevməlidir, ona, milli-mənəvi dəyərlərinə hörmət etməlidir. İndi təsəvvür edin ki, azərbaycanlıların bir millət vəkili belə fikir söyləyir: "Bu da azərbaycanlıların ənənəvi dini. 500 il, 300 il, 100 il öncə yaşananlarla bu gün yaşananların fərqini görməzsiniz. Bu dinin adına Azərbaycanda İslam deyirlər”. Bu fikrə istehza da deyə bilərik, rişxənd də, kinayə də. Amma mətləb dəyişməyəcək. Millətin vəkili özündə ehtiva etməli artıq qeyd etdiyimiz xüsusiyyətə nəinki malik deyil, hətta özündə onun tam əksini, ona tərs mütənasib olanını cəmləyib.

Millətimizin vəkili deyir ki, "Bu da azərbaycanlıların ənənəvi dini”. Sual vermir – “ənənəvi dindirmi bu?”. İddia edir ki, bu – elə bizim ənənəvi dinimizdir. Dolayısı ilə elə onun da dinidir. Çünki adam iddia edir ki, AZƏRBAYCANLIDIR. Əgər əksi olsaydı, bizə hansı əsasla vəkillik edir? Yəni adam tam əmindir ki, “bu azərbaycanlıların ənənəvi dinidir”. Və... buna da rişxənd edir!? Yaxşı. O zaman artıq verdiyimiz sual növbəti dəfə çıxır meydana: əgər sən bu milləti bəyənmirsənsə, hələ durub rişxənd edirsənsə, sən bu millətə necə vəkillik edə bilərsən? Millət budur. Sən seçkilərdə namizədliyini irəli sürəndə də elə belə idi, heç dəyişməyib. Yaxşı, bəs bəyənmədiyin millətə vəkillik etmək hansı məntiqə, hansı ağıla, hansı vicdana uyğundur? Gedib başqa, bəyəndiyin millətə, xalqa vəkillik etmək üçün çalışmaq daha düzgün olmazdımı? Məsələn, Afrikanın hansısa qəbiləsinin etimadını qazanmağa çalışardın və yaxud... O qədər variant var ki! Banqladeş, Surinam, Madaqaskar, Cibuti... İmkan verərdin bu milləti sevən, onu bəyənən, ona kinayə ilə yanaşmayan bir başqası alardı da o mandatı! Axı bu xalqa onun daha çox xeyri dəyərdi!..

Sonra bu millətə vəkillik iddiasında olan yazır ki, “500 il, 300 il, 100 il öncə yaşananlarla bu gün yaşananların fərqini görməzsiniz”. Əcəb! Cınqırığını çıxarmağa məəttəlsən ki, “din polisləri” tökülür: “Bidət!”, “Şirk!”. Bəs, yaxşı, neyləməliyik? Əcəba, millətin vəkili nə fərqi axtarır? Bəli, 500 il əvvəl də belə olub, hələ ona qədər dünyanın sonu gəlməsə, 500 il sonra da belə olacaq. Nə yenilik görmək istəyir millətin vəkili? (Hərçənd, belə istəklərə bəraət qazandırmasaq da, anlayırıq: adamın dindən anlayışı yoxdur. Özü də anlamır ki, bu “dini novatorluqları” qaynaqçının “onsuz da orda da kəsib calayırlar da” iddiası ilə özünü tibbə, orqan köçürülməsi əməliyyatlarına sırıması kimi bir şeydir). Bəlkə namaz qılanda əlimizi cibimizə qoyaq? Hə? Niyə də yox?! Adam deyir məzhəbim yoxdur, bəlkə elə özü əli cibində namaz qılır, bəyənmədiyi “cahil” azərbaycanlıları da buna səsləyir? Ya bəlkə Ramazan orucunu günaşırı tutaq? Nə qədər olar e? Bu hətta 500 il deyil, 1400 ildir davam edir! Ya da ki, vəhhabilərin Suriyada, İraqda “icad” etdikləri edam növlərini praktikada tətbiq edək. Məsələn, əsirləri elektrik mişarla doğrayaq, turşu vannasında əridək, boğazlarına qumbara bağlayıb partladaq, qumbaraatanla vuraq (yeri gəlmişkən, millətin vəkilinin şəxsi FB səhifəsində onun paylaşmalarını bəyənənlər və rəy yazanlar arasında belə təfəkkürdə olan radikallar da var. Millətin vəkilinə dəstək verir, imkanları olacağı təqdirdə onun da düşmən gördüyü bu xalqın böyük hissəsinin “kökünü kəsəcəkləri” ilə hədələyirlər).

Sonda isə millətin vəkilinin “Bu dinin adına Azərbaycanda İslam deyirlər” iddiası. Bəli. Bura Azərbaycandır. Biz buyuq, bu da bizik. Amma bu günə qədər heç kimi bizim kimi olmağa məcbur etməmişik. 500 il, 300 il, 100 il öncə də, dünən də hər kəs öz dinini istədiyi kimi yaşayıb bu yurdda. Heç kim də gəlib burnunu onun işinə soxmayıb. Bu gün də belədir. Bəli, bəzi qüvvələr çox çalışır ki, sabah belə olmasın. Fitnə salır, təfriqə yaradır, məzhəb söhbətini atır ortaya. Özünü ağıllı və aydın, millətini isə axmaq və cahil sanır. Daha anlamır ki, hər şey tərsinədir. Onun kimilərini bu xalq 500 il, 300 il, 100 il öncə də, dünən də tarixin zibilliyinə müvəffəqiyyətlə göndərib. Bu gün də elə olacaq. Sabah da. 500 il sonra da.

P.S. Sonda bir zəruri qeydə ehtiyac duyuruq. Millətə vəkillik etmək istəyən, millətinin böyük hissəsini xurafatçı görən adam ona etiraz edənləri təhqir etməkdən qətiyyən çəkinmir. Kimə “gerizəkalı” deyir, kimə “həpənd”... Həzi Aslanova həsr edilmiş gözəl filmimizdə belə bir epizod var: alman əsiri Ramiz Novruzun canlandırdığı qəhrəman generalı alman dilində söyür. Cavab isə Azərbaycan dilində gəlir: “Öz üstünə, alə...!”



Yerləşdirilib:12 İyun, 2018  14:24, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
18 İyun, 2018
ABŞ koalisiyası Suriya ordusuna zərbə endirib
18 İyun, 2018

QAT sədri: "Fazil Mustafa bilgilidir, lakin yanlış nəticə çıxarır"

18 İyun, 2018

Səcdəyə gedərkən əvvəlcə əlləri yoxsa dizləri yerə qoymaq lazımdır? İslam suallarda

18 İyun, 2018
Nigeriyada iki partlayış nəticəsində 31 nəfər ölüb
18 İyun, 2018
Ermənilər atəşkəs rejimini 102 dəfə pozub
16 İyun, 2018
Yəmən ordusu Hodeyda şəhərinin hava limanına nəzarəti əlinə alıb
16 İyun, 2018

Ramazan ayında qeyri-vacib səbəbdən səfərə çıxan adam kəffarə verməlidirmi? Islam suallarda

16 İyun, 2018

Donald Tramp: "Bütün terrorçular Parisdədirlər"

16 İyun, 2018
Ermənilər atəşkəs rejimini 86 dəfə pozublar
15 İyun, 2018

Azərbaycan məscidlərində bayram namazı qılınıb Fotolent

15 İyun, 2018

"Azərbaycanda əsirlər boyu müxtəlif din və məzhəb ardıclıları çiyin-çiyinə yaşayıb" - Vüsal Hətəmov

15 İyun, 2018

Bayramınız mübarək, əziz müsəlmanlar!

14 İyun, 2018

“Fazil Mustafa “maarifçilik” adı ilə inanc sistemini təhqir edir” – Elçin Əsgərovdan deputata cavab

14 İyun, 2018

İƏT Gənclər Forumu müsəlmanları Ramazan bayramı münasibəti ilə təbrik edib

14 İyun, 2018
Türkiyə ordusu İraqın şimalında bir neçə terrorçunu məhv edib
14 İyun, 2018

Ərdoğan Putinə S-500 raket komplekslərinin birgə istehsalını təklif edib

14 İyun, 2018

Ramazan bayramı namazı necə qılınır?

14 İyun, 2018

BMT Baş Assambleyası İsrailin Qəzza sektorundakı hərəkətlərini pisləyib

14 İyun, 2018

Yəməndə BƏƏ-nin 4 hərbçisi husilər tərəfindən öldürülüb

14 İyun, 2018
Norveçdə Trampın Nobel mükafatına namizədliyi irəli sürülüb
14 İyun, 2018

Fitr bayramı axşamı pulu olmayan adam bayramdan bir neçə gün sonra pul tapıb fitrə zəkatı verə bilərmi? Islam suallarda

14 İyun, 2018

Fitrə zəkatının miqdarı nə qədərdir?

14 İyun, 2018
Ermənilər atəşkəs rejimini 82 dəfə pozublar
13 İyun, 2018

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

13 İyun, 2018

Fitrə zəkatı necə verilir?

13 İyun, 2018

Donald Tramp: "Artıq Şimali Koreyadan nüvə təhdidi yoxdur"

13 İyun, 2018

İlqar Kamildən millət vəkilinə: "Haranız ağrıyır, Fazil bəy?"

13 İyun, 2018

Mükafatların verildiyi gün – Ramazan bayramı

XƏBƏRARXİVİ
«İyn.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com