İstanbulda İƏT Sammitinin yekun bəyannaməsi qəbul edilib

Ötən gün İstanbulda Qüdsdə ABŞ səfirliyinin açılmasına və Qəzzada 60 fələstinlinin qətliamına görə müsəlman dövlətlərinin zirvə toplantısı keçirilib.

İslam.az AA-ya istinadla xəbər verir ki, toplantıya qatılan ölkələrin 13 dövlət başçısı, digərləri isə nazirlər müstəvisində təmsil ediliblər.

Toplantının sonunda yayımlanan yekun bəyannamədə deyilir: "(İƏT) Beynəlxalq sülhməramlı qüvvələri göndərmə yolu da daxil olmaqla, Fələstin xalqına beynəlxalq qorumanın təmin olunmasına çağırır".

Bəyanatda, İƏT-in mərkəzi missiyası və yaranma səbəbinin Qüdsü və bu şəhərin tarixi və hüquqi statusu ilə mənəvi mövqeyinin qorunması, İsrail tərəfindən törədilən pozuntulara və bu rejimin müstəmləkəçi və irqçi siyasətlərinin hər hansı bir tərəf tərəfindən dəstəklənməsinə son qoyulması məqsədilə lazım olan bütün tədbirləri almaq olduğunu vurğulanıb.

BMT Təhlükəsizlik Şurası başda olmaqla, beynəlxalq cəmiyyətə Fələstinlə bağlı beynəlxalq hüquq və nizamı qorumağa yönəlik qanuni öhdəliklərini yerinə yetirmə çağırışı edilən bəyanatda, "İsrail işğalçı qüvvəsinin saymazyana işlədiyi bu yoxlanmamış cinayətlərindən ötrü hesab verə bilmə biləcəyini təmin etmək, bu zülmlərə son qoymaq üçün hüquqi və əxlaqi öhdəlikləri istiqamətində hərəkət etmək və Fələstin xalqına beynəlxalq qorumanı təmin etmək" çağırışı edilib.

İşğal altındakı Fələstin torpaqlarında qeyri-insani qanunsuz işğala qarşı qanuni dinc etiraz hüquqlarından istifadə edən silahsız Fələstin xalqına İsrail qüvvələrinin həyata keçirilən cinayətkar aksiyaların ən güclü ifadələrlə pisləndiyi bəyanatda, " (İƏT) Xüsusilə son olaraq 14 Mayda baş verən və ən azı 60 vətəndaşın qəsdən öldürülməsi və təxminən 2 min 700 nəfərin yaralanması başda olmaqla, işğal altındakı Fələstin torpaqlarında həyata keçirilən ağır vəhşətli hadisələrindən işğalçı qüvvə olaraq İsraili tamamilə məsul tutur" ifadələri qeyd olunub.

"İƏT-in üzv dövlətlərindən, İƏT baş katibliyindən və İƏT köməkçi orqanlarından, habelə bağlı institutlarından Qüdsün İsrail tərəfindən zəbr edilməsini tanıyan, eləcə də səfirliyini Qüdsə köçürmək üzrə ABŞ administrasiyasınının nümunəsinə əməl edəcək ölkələrə, rəsmi şəxslərə, parlamentlərə, şirkət və ayrı-ayrı şəxslərə qarşı zəruri tədbirlər görməyi və iqtisadi qadağalar tətbiq etməyi xahiş edirik", - bəyannamədə deyilir.

İslam Əməkdaşlıq Təşkilatı həmçinin İsrailin Qəzza zolağında fələstinlilərin kütləvi qətl hadisələrinin və cinayətlərin araşdırılması ilə məşğul olan müstəqil beynəlxalq ekspertlər komissiyanın yaradılması ideyası ilə çıxış edib.

İstanbuldakı fövqəladə sammitin iştirakçıları həmçinin İsrailin paytaxtı Qüdsün tanınması ilə bağlı ABŞ prezidentinin qərarı yekdilliklə rədd edib, bu şəhərə Amerika səfirliyinin köçürülməsini pisləyib, eləcə də "dünyanın bütün ölkələrinə Fələstindəki vəziyyətin baxılmaq üçün BMT-nin Baş Assambleyasına, Təhlükəsizlik Şurasına və İnsan Hüquqları Şurasına dərhal çıxarılması üçün səylərini artırmağa çağırıb.



Yerləşdirilib:19 May, 2018  11:31, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
21 İyun, 2018

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 17 il ötür

21 İyun, 2018

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in açılışı olub

21 İyun, 2018
Azərbaycan-İran sərhədində atışma olub, bir hərbçi yaralanıb
21 İyun, 2018

Namazda qadının kişiyə iqtida etməsinə icazə verilirmi? İslam suallarda

21 İyun, 2018
İranda 39 ildən sonra qadınların stadionda futbola baxmasına rəsmi icazə verilib
21 İyun, 2018
Ermənilər atəşkəs rejimini 125 dəfə pozublar
20 İyun, 2018

Ayətullah Behcət: "Belə olsa, inşallah, xoşbəxtlik əlindən çıxmaz..."

20 İyun, 2018
Türkiyədə 2 hərbçi şəhid olub
20 İyun, 2018

Atalara həsr olunur... Video

20 İyun, 2018

İsrail əsgərləri 22 fələstinlini həbs etdi

20 İyun, 2018
Taliban bazanı ələ keçirdi: 30 əfqan əsgər öldürüldü
20 İyun, 2018

Diri şəxsin adının uşağa qoyulmasının düşər-düşməzi olur deyirlər. Bu fikir doğrudurmu? İslam suallarda

20 İyun, 2018

Azərbaycan Müdafiə Nazirliyi Günnüt zəfəri ilə bağlı video yayıb

20 İyun, 2018

BMT-nin xüsusi məruzəçisi: "Dünyada hər dəqiqə 20 nəfər qaçqına çevrilir"

20 İyun, 2018

ABŞ BMT-nin İnsan Haqları Şurasından çıxıb

20 İyun, 2018
Ermənilər atəşkəs rejimini 87 dəfə pozublar
19 İyun, 2018

Ermənistana məxsus PUA məhv edilib

19 İyun, 2018
ABŞ prezidentinin reytinqi rekord həddə çatıb
19 İyun, 2018
İsrailin sabiq naziri İran lehinə casusluğa görə həbs olunub
19 İyun, 2018

Kəramət nədir? İslam suallarda

19 İyun, 2018
Türkiyədə mina partladılıb: bir hərbçi şəhid olub
19 İyun, 2018
Ermənistan tərəfi atəşkəs rejimini 95 dəfə pozub
18 İyun, 2018
Türkiyəli hərbçilər Suriyanın Mənbic şəhərinə daxil olub
18 İyun, 2018
ABŞ koalisiyası Suriya ordusuna zərbə endirib
18 İyun, 2018

QAT sədri: "Fazil Mustafa bilgilidir, lakin yanlış nəticə çıxarır"

18 İyun, 2018

Səcdəyə gedərkən əvvəlcə əlləri yoxsa dizləri yerə qoymaq lazımdır? İslam suallarda

18 İyun, 2018
Nigeriyada iki partlayış nəticəsində 31 nəfər ölüb
18 İyun, 2018
Ermənilər atəşkəs rejimini 102 dəfə pozub
XƏBƏRARXİVİ
«İyn.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com