“Bakı sakinləri oruc tuturmu?” sorğusunun eybəcərlikləri (Video)

Baş redaktoru ateist olan bir sayt sorğu keçirib. Sorğunun nəticələrini də “Bakı sakinləri oruc tuturmu? – “Maraqlanmıram, nifrət edirəm...” başlığı ilə təqdim edib. Yazının sonunda oxucularımız sözügedən sorğunu izləyə bilərlər. Biz isə, İslam.az olaraq, bir neçə qeydə zərurət duyuruq.

Birincisi, “gözə girən” başlıq müasir dövrümüzdə sözün əsl mənasında başağrısına çevrilib. Yuxarıda qeyd etdiyimiz yazının sərlövhəsi də elə bu düşüncələrə əsaslanaraq meydana gəlib. İstər-istəməz düşünürsən ki, “axı kimdir bu nifrət edən?” Özü də Azərbaycanda. Düzdür, camaatın böyük hissəsi namaz qılmır, oruc tutmur, amma hər halda əksər azərbaycanlıların qəlbində Allah xofu var. Odur ki, başlığın nəyə hesablandığı aydındır. Xüsusən də görüntüləri izlədikdən və bu sözlərin hansı subyekt tərəfindən deyildiyini gördükdən sonra (İnsanın psixoloji problemləri var, ondan adekvat cavab gözləmək olardımı?). Bir sözlə, başlığın korrekt seçildiyini söyləmək çətindir.

İkincisi, redaksiyadan kimisə seçib əlində mikrofon sorğuya yola salanda, ən azından maraqlanmaq lazımdır: bu adam insanları sorğu-sual etdiyi mövzudan xəbərdardır ya söhbətdə “fransızdır”? Sual verir respondentə ki, “Orucu nə üçün tutursan?” O da cavab verir ki, “günahlarımın bağışlanması üçün”. Bura qədər hər şey normaldır. Amma jurnalistin növbəti sualı adamı mat qoyur: “Məgər günahınız elə çoxdur?”!!! Bərəkallah! Bir bu sual artıq onu göstərir ki, adam ümumiyyətlə İslamdan, dindəki buyruqlardan xəbərsizdir (zatən, baş redaktoru ateist olan saytdan başqa nə gözləyəsən ki?)

Sonda isə sorğu ilə bağlı bəzi rəqəmlər. Şərhsiz.

Sorğuya ümumilikdə 23 nəfər cəlb olunub (hər halda tamaşaçılara bu qədər təqdim olunur). Onlardan 7 nəfəri oruc tutduğu halda (30%), 8 nəfəri (34%) heç bir səbəbsiz oruc tutmur. 3 (13%) nəfər bildirib ki, səhhətlərində olan problemə görə İlahi ziyafətdən kənar qalıblar. Daha 2 nəfər qeyri-müsəlmandır. 2 nəfər açıqlama verməkdən imtina edib. Və 1 nəfər də oruc tutmadığını, amma çox istəkli olduğunu, sadəcə həyat tərzinin buna yol vermədiyini söyləyib…

İndi hər kəs vicdanını dinləyərək bir suala cavab versin: belə bir nəticə elə başlığa layiq idimi?



Yerləşdirilib:17 May, 2018  16:34, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 2
Müəllif: Xanim | 17 May, 2018  18:05
# Ответить
+1


]]>]]>

Düzü videonu izlədim, çox məyus oldum
Müəllif: emin | 17 May, 2018  18:50 | Ответ на #17108
# Ответить
0


]]>]]>

Hele arvadin daniwiqlari.Meni cox piss etdi.
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
21 May, 2018

Ramazan ayında nəzir orucu tutmaq olarmı? İslam suallarda

21 May, 2018
Yəməndə İŞİD komandirlərindən biri həbs edilib
21 May, 2018
Ermənistan silahlı bölmələri atəşkəs rejimini 97 dəfə pozub
19 May, 2018

Qüds bütün müsəlmanların mübarizəsidir - Ərdoğan

19 May, 2018

Əfqanıstanda oyun zamanı stadionda partlayış baş verib, 8 nəfər ölüb

19 May, 2018

İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Sammitinin yekun bəyannaməsi qəbul edilib

19 May, 2018

Quranda adı çəkilən Talut kimdir? İslam suallarda

19 May, 2018
İstanbulda “Zülmə lənət, Qüdsə dəstək!” mitinqi keçirilib
19 May, 2018
Ermənilər atəşkəs rejimini 102 dəfə pozub
18 May, 2018
İsrail İordaniya ilə sərhəddə divar tikintisini yekunlaşdırdı
18 May, 2018

Ramazan: Hədis bağçasından seçmələr Video

18 May, 2018

Dərk edənlər və etməyənlər üçün Ramazan

18 May, 2018
KXDR Cənubi Koreya ilə dialoqu tamamilə donduracağı ilə hədələyib
18 May, 2018

Küveyt fələstinlilərin qorunması üzrə BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsini yayıb

18 May, 2018

Bu gün İstanbulda İƏT-in fövqəladə sammiti keçiriləcək

18 May, 2018

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

18 May, 2018

Laçının işğalından 26 il ötür

18 May, 2018
Ermənilər atəşkəs rejimini 85 dəfə pozublar
17 May, 2018
Kataloniya rəhbərindən İspaniya kralına hörmətsizlik
17 May, 2018
Roma Papası rahibələrə Facebooka girməyə icazə verib
17 May, 2018

“Bakı sakinləri oruc tuturmu?” sorğusunun eybəcərlikləri Video

17 May, 2018
İŞİD Messi və Ronaldonun başlarını kəsməklə təhdid etdi
17 May, 2018

Müsəlmanlar Qüds sınağından niyə üzüağ çıxa bilmədi? Nəzər nöqtəsi

17 May, 2018

Peyğəmbərin (s) Ramazan xütbəsi

17 May, 2018

Azərbaycanın XİN başçısı İstanbulda İƏT toplantısında iştirak edəcək

17 May, 2018

Peyğəmbərin (s) sağlığında baş vermiş hansı yeganə savaşda İmam Əli (ə) o həzrətlə birlikdə iştirak etməmişdir? İslam suallarda

17 May, 2018

Allahın rəhmət ayı - Ramazan Video

17 May, 2018
Ermənilər atəşkəs rejimini 90 dəfə pozub
XƏBƏRARXİVİ
«May.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com