Müsəlmanlar Qüds sınağından niyə üzüağ çıxa bilmədi?

ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsi və buna etiraz edən 60-dan çox fələstinlinin qətlə yetirilməsi dünyada böyük təpkilərə səbəb oldu. Hətta İsrailin özündə yəhudilər hökumətin dinc insanların yürüşünə silahlı müdaxiləsinə etiraz etdi, ABŞ-da konqresmenlər Trampın və İsrail hökumətinin addımlarını pisləyən bəyanat yaydılar.

Ancaq təbii ki, ən böyük gözlənti müsəlman ölkələrindən idi. Çünki Qüds müsəlmanların ilk qibləsi, yəni ibadət edərkən üzlərini tutduqları şəhər olub. Həzrət Məhəmməd (s.ə.s) bu şəhərdən “meraca” gedib. “Əl-Əqsa” Quranda mübarək məkan adlandırılıb, müsəlman aləmi üçün Məkkə və Mədinədən üçüncü müqəddəs məkandır. Məscidin adı Məhəmməd Peyğəmbərin (s.ə.s) sağlığında Məkkəyə ən uzaq yerdə olması səbəbindən “Məscid əl-Əqsa” adlandırılıb.

Müsəlman ölkələri uzun illər Qüds məsələsini “qırmızı xətt” elan ediblər və buna görə bir çoxu İsraillə əlaqələr qurmayıb. Hətta indinin özündə də bir sıra ölkələrin İsraillə diplomatik əlaqələri mövcud deyil, hətta İran, Səudiyyə Ərəbistanı, Pakistan kimi ölkələr İsraili dövlət kimi tanımır. Məhz Qüds şəhərinə görə, bu şəhərin 1967-ci ildə İsrail ordusu tərəfindən işğalından sonra müsəlman ölkələri neft embarqosu elan ediblər və dünyada enerji böhranına səbəb olublar.

Ancaq konkret olaraq sonuncu hadisə bu günə qədər olanların necə deyərlər yekunu idi. İsrail Qüds şəhərini paytaxt kimi rəsmiləşdirirdi. ABŞ artıq bu şəhəri İsrailin paytaxtı olaraq tanıyaraq səfirliyini Qüdsə köçürdü. Eyni zamanda yaxın zamanlarda digər bir neçə ölkənin də səfirliyini Qüdsə köçürəcəyi ehtimal olunur. Baş nazir Netanyahu isə deyib ki, gələn il “Eurovision” mahnı yarışması Qüdsdə keçiriləcək. Yəni artıq necə deyərlər, “cin şüşədən çıxıb”.

İsrail və ABŞ-ın Qüdslə bağlı qərarına və Qəzzada törədilən qətliama müsəlman ölkələrinin reaksiyası çox sönük oldu. Yalnız Türkiyə İsraildəki səfirini geri çağırdı. Pakistan və daha bir neçə ölkə isə baş verənləri qınadılar. Misir, Səudiyyə Ərəbistanı və Bəhreyn kimi ölkələr isə nəinki proseslərə seyrçi qalmadılar, əksinə İsrailin addımlarını “özünümüdafiə” adı ilə dəstəklədilər. Misirin kəşfiyyat naziri isə Həmas siyasi büro sədri İsmayıl Haniyədən aksiyaları dayandırmağı tələb edib.

Bu hadisələr bir daha müsəlman aləmi, ümmət kimi bir anlayışın olmadığını sübut edir. Yeri gəlmişkən, son hadisələrdə səsi çıxmayan İslam Əməkdaşlıq Təşkilatı ötən əsrin 60-cı illərində məhz Fələstin məsələsi ilə bağlı yaradılıb və ötən 50 ildə heç bir ciddi addım ata bilməyib. İndi də hər hansı birgə addım ata bilmədilər. Əlbəttə, ərəblərin və ya müsəlman ölkələrinin birləşib İsraillə savaşdığı tarixlər çox keçmişdə qalıb. İndi İsrailə raket atmağa cəsarət edə biləcək qüvvə Qəzzada Həmas, İslami Cihad, Livanda Hizbullah və Suriyadakı silahlı İran tərəfdarı silahlı qruplardır. Ancaq müsəlman ölkələrinin ən azı birgə hərəkət edərək İsrailə və ABŞ-a qarşı ortaq mövqe müəyyən edə, ən azından insani faciənin qarşısını ala, məsələnin BMT müstəvisində həllinə nail ola bilərdi. Ötən ilin dekabrında BMT-də keçirilən səsvermədə dünya ölkələri Fələstinin yanında dayandılar. Ancaq indi əvvəldən bilindiyi halda müsəlmanlar 15 maya hər hansı hazırlıq görmədilər və faktiki olaraq gedişatla barışdılar.

Bunun isə əsas səbəbi müsəlman aləmində baş verən müharibələr və bölünmələrdir. Yaxın Şərqdə davam edən müharibələr. geostrateji maraqlar müsəlman ölkələri arasında dərin uçurumlar yaradıb. Suriya məsələsinə görə, açıq olmasa da, İran və Türkiyə arasında, eləcə də İran və Səudiyyə, o cümlədən digər müsəlman ölkələri arasında düşmənçilik var. Yəmən münaqişəsinə görə, Səudiyyə və BƏƏ İranla faktiki olaraq düşməndir. Ötən il baş verən Qətər böhranı Liviya və Misirdə aralarında fikir ayrılığı yaranan Türkiyə və Qətər ittifaqı ilə Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Küveyt, Bəhreyn kimi ölkələr arasında az qala savaşa səbəb olacaq həddə düşmənçilik var. Hazırda da bu böhranlar davam edir.

Belə bir vəziyyətdə müsəlman ölkələrinin “köhnə problem” olan Qüds üçün bir araya gəlməsi real deyil, necə ki, olmadı. Əksinə, Səudiyyə Ərəbistanı, Misir kimi ölkələr İran və Türkiyə kimi ölkələrə qarşı İsraillə yaxınlaşmaq xəttini tutdular. Hazırda mürəkkəb vəziyyətdə müsəlman ölkələrinin hətta formal da olsa qərar almaq üçün bir araya gəlməsi mümkün olmadı. Ehtimal ki, bundan sonra da daha təsirli qərarların alınması mümkün olmayacaq. Təbii ki, ərəb-müsəlman cəmiyyətində köklü dəyişikliklər olmasa.

Kənan Rövşənoğlu

musavat.com



Yerləşdirilib:17 May, 2018  12:54, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
10 Dekabr, 2018

Əfqanıstanda Taliban silahlılarının hücumu nəticəsində onlarla polis həlak olub

10 Dekabr, 2018
İraqlılar İŞİD üzərində qələbənin birinci ildönümünü qeyd edirlər
10 Dekabr, 2018
Səudiyyə Ərəbistanı Türkiyəyə rədd cavabı verdi
10 Dekabr, 2018
Trampın impiçment məsələsi nəzərdən keçirilə bilər
10 Dekabr, 2018

İsmi-əzəm (Allahın ən böyük adı) hansıdır? İslam suallarda

10 Dekabr, 2018
Dəməşq aeroportuna hava hücumunun qarşısı alınıb
10 Dekabr, 2018
CNN Qaşıqçının ölüm qabağı dediyi son sözləri nəşr edib
8 Dekabr, 2018
Dağıstanda İŞİD-çi məhv edildi
8 Dekabr, 2018
Tramp: "Tillersonun dövlət katibi vəzifəsini icra etməsi üçün zehni bacarığı yox idi"
8 Dekabr, 2018

Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda 33 fələstinli yaralanıb

8 Dekabr, 2018

Azərbaycan neft hasilatını 20 min barel azaldacaq

7 Dekabr, 2018

Ermənistanın sabiq prezidenti yenidən həbs olunacaq

7 Dekabr, 2018

BMT: Bəşəriyyətin yarıdan çoxu internet istifadəçisidir

7 Dekabr, 2018
Gəncə hadisələri ilə bağlı həbs edilən 11 nəfərin məhkəməsi başlayır
7 Dekabr, 2018

Yəmən danışıqları ərəfəsində Səudiyyə koalisiyası irimiqyaslı hücuma keçib

7 Dekabr, 2018

Bəzən qeyri-peşəkarlar kitab yazmaq fikrinə düşürlər – ilahiyyatçı

7 Dekabr, 2018

"Taliban" silahlılarının hücumu nəticəsində 14 hərbçi ölüb

7 Dekabr, 2018

Peyğəmbərə (s) cadu edilibmi? İslam suallarda

7 Dekabr, 2018

Azərbaycanda qəbir yerlərinin ölçüləri müəyyənləşib

7 Dekabr, 2018

Azərbaycanda qəbirlərin ətrafının hasara alınması qadağan edilib Yeni qayda

6 Dekabr, 2018

İsrail rəsmilərinin Bəhreynə səfərinə maneə yoxdur – Bəhreyn XİN

6 Dekabr, 2018

"Tramp Qafqazda hücuma keçəcək, əsas diqqət Ermənistana yönəlib..." - "Stratfor"

6 Dekabr, 2018

İranda terror aktı törədilib, ölənlər var

6 Dekabr, 2018

Həzrət İsa Peyğəmbər (ə) xristianların dediyi kimi çarmıxa çəkilibmi? İslam suallarda

6 Dekabr, 2018
Tramp Bill və Hillari Klintona salam vermədi
6 Dekabr, 2018

Koalisiya qüvvələri Suriyanın Hacin şəhərini bombalayıb, 5 nəfər ölüb

5 Dekabr, 2018
Putin ABŞ-ın ultimatumuna cavab verdi
5 Dekabr, 2018

Səudiyyə təyyarələri Yəməndə səhvən öz müttəfiqlərini vurub – 17 ölü

XƏBƏRARXİVİ
«Dek.2018»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com