Ramazan orucuna sabah ancaq Azərbaycanmı başlayır?

Xəbər verdiyimiz kimi, sabah, mayın 17-də Azərbaycanda Mübarək Ramazan ayının ilk günüdür. Bu barədə rəsmi məlumat da artıq verilib.

Lakin sosial şəbəkələrdə aparılan müzakirələr zamanı verilən suallar və irəli sürülən iddialar, həmçinin bəzi saytlarda dərc edilən məlumatlar nəticəsində insanlarımızda belə təsəvvür yarana bilər ki, sabahdan etibarən Ramazan orucuna yalnız Azərbaycan ərazisində başlanılır, müsəlman dünyasının əksəriyyəti isə 16 maydan Ramazana başlamışdır. İslam.az bunu nəzərə alaraq, məsələyə bir qədər aydınlıq gətirmək qərarı verdi.

Əvvəla qeyd etmək istərdik ki, Azərbaycanda olduğu kimi, dünyanın əksər müsəlman ölkələrində də (ərəb, Məğrib, Afrika, Asiya və Orta Asiya ölkələrində, Rusiyada) Ramazan ayının 1-i sabaha, 17 maya təsadüf edəcək.

Yalnız məhdud sayda ölkələrdə Ramazan orucuna bu gündən, mayın 16-dan başlanılıb. Onlara nümunə kimi Türkiyəni və Avropada Türkiyə Diyanətinin metodologiyasına bağlı bir neçə müsəlman icmasını göstərə bilərik. Bu da ki, Türkiyənin yeni ayın müəyyən olunması ilə bağlı metodoloji yanaşmasına əsaslanır.

Odur ki, yuxarıda qeyd olunanlara əsaslanaraq demək olar ki, belə şəraitdə Azərbaycanın İslam dünyasından fərqli qaydada oruc tutmasını iddia etmək böhtandır. Bu iddiaları irəli sürənlərdən bəziləri şayiələrə uyurlar və məlumatsızlqlarının qurbanı olurlar. Dövlətin verdiyi (məhz verdiyi) deputat mandatı daşıyıb dövləti bəyənməyən bəziləri kimi digərləri isə, bilərəkdən yalan danışıb cəmiyyətimizdə ikitirəlik və qarışıqlıq salırlar, dövlət orqanlarını təhqir edirlər, Azərbaycan müsəlmanlarının dini inancını aşağılayırlar (“Azərbaycandakı İslamın gerçək dinlə ciddi əlaqəsi yoxdur” – deputat).

İstənilən halda, həm bu gündən oruc tutan, həm də sabahdan Ramazan orucuna başlayacaq müsəlmanlara Allah dərgahında ibadətlərinin qəbul olmasını diləyirik.



Yerləşdirilib:16 May, 2018  19:49, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 1
Müəllif: esref | 17 May, 2018  04:08
# Ответить
0


]]>]]>

Deputat kimdi? Fazil yene quslayib?
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
21 May, 2018

Ramazan ayında nəzir orucu tutmaq olarmı? İslam suallarda

21 May, 2018
Yəməndə İŞİD komandirlərindən biri həbs edilib
21 May, 2018
Ermənistan silahlı bölmələri atəşkəs rejimini 97 dəfə pozub
19 May, 2018

Qüds bütün müsəlmanların mübarizəsidir - Ərdoğan

19 May, 2018

Əfqanıstanda oyun zamanı stadionda partlayış baş verib, 8 nəfər ölüb

19 May, 2018

İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Sammitinin yekun bəyannaməsi qəbul edilib

19 May, 2018

Quranda adı çəkilən Talut kimdir? İslam suallarda

19 May, 2018
İstanbulda “Zülmə lənət, Qüdsə dəstək!” mitinqi keçirilib
19 May, 2018
Ermənilər atəşkəs rejimini 102 dəfə pozub
18 May, 2018
İsrail İordaniya ilə sərhəddə divar tikintisini yekunlaşdırdı
18 May, 2018

Ramazan: Hədis bağçasından seçmələr Video

18 May, 2018

Dərk edənlər və etməyənlər üçün Ramazan

18 May, 2018
KXDR Cənubi Koreya ilə dialoqu tamamilə donduracağı ilə hədələyib
18 May, 2018

Küveyt fələstinlilərin qorunması üzrə BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsini yayıb

18 May, 2018

Bu gün İstanbulda İƏT-in fövqəladə sammiti keçiriləcək

18 May, 2018

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

18 May, 2018

Laçının işğalından 26 il ötür

18 May, 2018
Ermənilər atəşkəs rejimini 85 dəfə pozublar
17 May, 2018
Kataloniya rəhbərindən İspaniya kralına hörmətsizlik
17 May, 2018
Roma Papası rahibələrə Facebooka girməyə icazə verib
17 May, 2018

“Bakı sakinləri oruc tuturmu?” sorğusunun eybəcərlikləri Video

17 May, 2018
İŞİD Messi və Ronaldonun başlarını kəsməklə təhdid etdi
17 May, 2018

Müsəlmanlar Qüds sınağından niyə üzüağ çıxa bilmədi? Nəzər nöqtəsi

17 May, 2018

Peyğəmbərin (s) Ramazan xütbəsi

17 May, 2018

Azərbaycanın XİN başçısı İstanbulda İƏT toplantısında iştirak edəcək

17 May, 2018

Peyğəmbərin (s) sağlığında baş vermiş hansı yeganə savaşda İmam Əli (ə) o həzrətlə birlikdə iştirak etməmişdir? İslam suallarda

17 May, 2018

Allahın rəhmət ayı - Ramazan Video

17 May, 2018
Ermənilər atəşkəs rejimini 90 dəfə pozub
XƏBƏRARXİVİ
«May.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com