İƏT Gənclər Forumu: İslam Dünyasında innovativ və texnoloji həmlə (Foto)

Rusiya Federasiyası, Tatarstan Republikasının paytaxtı Kazan şəhərində İƏT Gənclər Forumu və Tatarstan Hökuməti tərəfindən bu il 4-cüsü təşkil olunan “İƏT ölkələri Gənc İş Adamları Beynəlxalq Forumu”nun dünən, 10 may tarixində, təntənəli açılış mərasimi oldu.

Bu Forum, İƏT ölkələrində gənclər arasında innovativ layihələrin və Startapların təşviqi, təlimi, maliyyələşdirilməsi və sonrakı inkişafının dəstəklənməsi məqsədilə 4-cü ildir ki, İƏT Gənclər Forumunun dəstəyi, Tatarstan Hökumətinin partnyorluğu və İƏT ölkələrindən olan innovativ mərkəzlərin iştirakı ilə yüzlərlə gənc iş adamlarının irəli sürdüyü layihələrin cəlb olunduğu beynəlxalq Platformaya çevrilmişdir.

Bu il Foruma müxtəlif ölkələrdən online olaraq 1000-ə yaxın innovativ layihə daxil olmuş, onların arasından 26 ölkəni təmsil edən 50 ən yaxşısı və uğurlusu seçilərək Forumda təqdimat və araşdırması həyata keçirilmiş, maliyyələşmə üçün investorlara təqdim edilmişdir. 6 gün davam edən Forum zamanı eyni zamanda İƏT ölkələrindən dəvət olunmuş yüzlərlə gənc iş adamları və startap layihələri müəllifləri üçün təlimlər, iş adamları ilə görüşlər, praktiki panellər, informativ vorkşoplar təşkil olunmuş, bununla onların gələcək inkişafı və innovativ layihələri üçün dəstək göstərilmişdir.

Forumun açılış mərasimində Tatarstan Respublikasının prezidenti Rüstəm Minnixanov, İslam Əməkdaşlıq Təşkilatı Baş Katibi Yusif əl Useymin, İslam İnkişaf Bankının vitse-prezidenti Zamir İqbal, İƏT Gənclər Forumunun sədri Elşad İskəndərov, Tatarstanın Sələt Gənclər Hərəkatının sədri Timur Suleymanov çıxış etmişlər.

Prezident Rüstəm Minnixanov bu Forumun 4-cü ildir ki, davamlı və inkişaf edərək fəaliyyət göstərməsini təqdir edərək İƏT Gənclər Forumunu təbrik etmiş, Tatarstanın “İnnopolis” Yüksək Texnologiyalar şəhərinin bütün imkanlarının bu Forumun bundan sonra da inkişafı üçün təqdim edə biləcəklərini bildirmişdir.

İƏT Gənclər Forumunun sədri Elşad İskəndərov 4 ildir uğurla davam edən bu təşəbbüsün əsas hədəflərinin islam ölkələrində gənclər arasında işsizliyin azaldılması, bu gənclərin beynəlxalq rəqabət şəraitində təsirli yer tutması olduğunu vurğuladı. E. İskəndərov bu il sentyabr ayında İslam Dünyasında ilk dəfə İstanbulda İƏT Gənc İş Adamları Beynəlxalq Sərgisinin keçiriləcəyini və bu sərgidən gözləntilərin də böyük olacağını, belə təşəbbüslər vasitəsilə gənclər arasında texnoloji və innovativ irəliləyişin baş verəcəyinə inamını da ifadə etdi.

Qeyd edək ki, 4 ildə bu platforma vasitəsilə müxtəlif ölkələrdən minlərlə layihə cəlb olunmuş, yüzdən çox layihə bilavasitə Kazan Forumu zamanı investorlar tərəfindən maliyyələşdirilmiş, yüzlərlə gənc iş adamı beynəlxalq trenerlərin iştirakı ilə müvafiq intensiv təlimlərdən faydalanaraq başqa platformalarda öz layihələrinə investorlar cəlb edə bilmişlər. Bu illərdə Kazan Forumunda Azərbaycandan da olan gənc iş adamları iştirak etmiş, onların bəzisi öz layihələri üçün müxtəlif beynəlxalq platformalarda investorlardan böyük həcmdə vəsait cəlb edə bilmişlər.

Bu ildən Kazan Gənc İş Adamları Forumuna Pakistanın məşhur “Crorona Ka” investisiya şirkəti də partnyor olaraq qoşulmuşdur.



Yerləşdirilib:11 May, 2018  10:54, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
21 May, 2018

Ramazan ayında nəzir orucu tutmaq olarmı? İslam suallarda

21 May, 2018
Yəməndə İŞİD komandirlərindən biri həbs edilib
21 May, 2018
Ermənistan silahlı bölmələri atəşkəs rejimini 97 dəfə pozub
19 May, 2018

Qüds bütün müsəlmanların mübarizəsidir - Ərdoğan

19 May, 2018

Əfqanıstanda oyun zamanı stadionda partlayış baş verib, 8 nəfər ölüb

19 May, 2018

İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Sammitinin yekun bəyannaməsi qəbul edilib

19 May, 2018

Quranda adı çəkilən Talut kimdir? İslam suallarda

19 May, 2018
İstanbulda “Zülmə lənət, Qüdsə dəstək!” mitinqi keçirilib
19 May, 2018
Ermənilər atəşkəs rejimini 102 dəfə pozub
18 May, 2018
İsrail İordaniya ilə sərhəddə divar tikintisini yekunlaşdırdı
18 May, 2018

Ramazan: Hədis bağçasından seçmələr Video

18 May, 2018

Dərk edənlər və etməyənlər üçün Ramazan

18 May, 2018
KXDR Cənubi Koreya ilə dialoqu tamamilə donduracağı ilə hədələyib
18 May, 2018

Küveyt fələstinlilərin qorunması üzrə BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsini yayıb

18 May, 2018

Bu gün İstanbulda İƏT-in fövqəladə sammiti keçiriləcək

18 May, 2018

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

18 May, 2018

Laçının işğalından 26 il ötür

18 May, 2018
Ermənilər atəşkəs rejimini 85 dəfə pozublar
17 May, 2018
Kataloniya rəhbərindən İspaniya kralına hörmətsizlik
17 May, 2018
Roma Papası rahibələrə Facebooka girməyə icazə verib
17 May, 2018

“Bakı sakinləri oruc tuturmu?” sorğusunun eybəcərlikləri Video

17 May, 2018
İŞİD Messi və Ronaldonun başlarını kəsməklə təhdid etdi
17 May, 2018

Müsəlmanlar Qüds sınağından niyə üzüağ çıxa bilmədi? Nəzər nöqtəsi

17 May, 2018

Peyğəmbərin (s) Ramazan xütbəsi

17 May, 2018

Azərbaycanın XİN başçısı İstanbulda İƏT toplantısında iştirak edəcək

17 May, 2018

Peyğəmbərin (s) sağlığında baş vermiş hansı yeganə savaşda İmam Əli (ə) o həzrətlə birlikdə iştirak etməmişdir? İslam suallarda

17 May, 2018

Allahın rəhmət ayı - Ramazan Video

17 May, 2018
Ermənilər atəşkəs rejimini 90 dəfə pozub
XƏBƏRARXİVİ
«May.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com