Kimdir müqəssir? Bıçaqlanan ata, qarət olunan baba…

“Babasının evindən pul oğurlayan nəvə tutuldu”, “Anasını silahla hədələyən oğul həbs edildi”, “Oğul atasını bıçaqladı”... Son zamanlar informasiya portallarında bu kimi xəbərlərə tez-tez rast gəlirik. Hadisələr nə Nyu-Yorkun zənci məhəllələrində cərəyan edir, nə Tailandda, nə də ki, Mozambikdə. Məkan doğma Azərbaycanımızdır.

Gənc nəsil bəlkə də “nə olsun ki? Həyatda hər şey mümkündür” şərhini versin. Amma orta və yaşlı nəslin nümayəndələri üçün belə hadisələr nonsensdir. Hətta indi. Axı bu məmləkət heç vaxt belə alçaqlıqlara, nankorluq nümunələrinə geniş meydan olmayıb. Xalq arasında geniş yayılan “Allahsız yerdə otur, böyüksüz yerdə oturma” deyimi də Azərbaycanda ağsaqqala münasibətin bariz nümunəsidir (Əlbəttə, bu deyimi mənfi də yozmaq olar. Axı Allahsız yerdə nə üçün oturaq ki? Lakin məqsəd heç də Allahsızlığı təbliğ etmək deyil, yaşlı nəslin hörmətə layiq olmasını qabartmaqdır). Bəs nə oldu ki, indi vəziyyət tam dəyişdi?

Qlobal dəyişikliklər heç vaxt birdən olmur. Tədricən zəmin yaranır, gələcək dəyişikliyin heç də hamı tərəfindən görülməyən işartıları sezilir, münbit şərait yaradılır və... Bu günümüzün reallığı da bir gecəyə, bir aya meydana gəlməyib. SSRİ dağılandan sonra müstəqilliyimizin ilk illərində ölkəni ağuşuna alan Qərbin “azad və bərabər” münasibətlər konsepsiyasından başlayan proses günümüzdə çox eybəcər görkəm alıb. O zaman bəlkə də cəlbedici görünürdü bunlar: “Axı uşağın da hüquqları var, ona az “olmaz” qadağası qoyun!”, “Nə olsun ki yaşlıdır, nə üçün gənc ona yer verməlidir ki? Axı o da insandır, o da gediş haqqı ödəyir”, “Necə yəni qızınızı sinif yoldaşları ilə restorana buraxmırsınız? Rəzalət! Siz ki qızınızı qapalı məxluq kimi böyüdürsünüz!” və s. Camaat da bu yalançı şüarlara inanaraq əl-ələ verib yalançı hədəflərə doğru irəlilədi. O isə azadlıq, firavanlıq, müasirlik deyilmiş. Bütün bunlar səhrada ilğım kimi qeybə çəkildi. Yerində isə günümüzün reallığı peyda oldu: böyük-kiçik fərqlənməsi tədricən aradan getdi, abır və həya lazımsız atavizmlər kimi illərin burulğanında itdi, bir zamanlar kişilik və qeyrət rəmzi hesab edilənlər “çuşkalıq” və “qədeşlik” damğası ilə dalana sıxışdırıldı. Biz özümüzdən, bizi biz edənlərdən üz döndərdik, başladıq “onların” yolunu getməyə, “onların” dəyərlərini təbliğ etməyə. Eynicinsli nikahlara, qeyri-rəsmi münasibətlərə - alqış! Bakirəliyin evliliyə qədər qorunmasına, valideynlərə hörmətə - lənət!  Və... olacağı oldu. Bütün bunlar dəhşətlidir, üzücüdür, acınacaqlıdır. Lakin bundan da dəhşətlisi odur ki, insanlar hansı bəlaya düçar olduqlarını anlamırlar, azğınlıqlarını davam etdirirlər və bu azğınlqıda xoşbəxtdirlər.

Amma şikayət etməyə haqqımız yoxdur. Çünki özümüzdən savayı günahkar yoxdur. Bu gün oğlu tərəfindən bıçaqlanan atalar, nəvəsi tərəfindən evi qarət edilən babalar, oğlu tərəfindən silahla hədələnən analardır müqəssir. Bu gənc nəsli yetişdirən babalar, nənələr, atalar, analardır günahkar. Çünki qızlarını göbəyi açıq küçələrə onlar buraxıblar, oğullarını gündə bir qızla “firlanmasına” onlar göz yumublar, övladlarını “zəmanəyə uyğun” həyasız, abırsız, utanmaz, mənəviyyatsız onlar böyüdüblər. Fəqət bu günü, acı nəticəni əvvəlcədən görə bilməyiblər. İndi də cəzasını çəkirlər. Hələ belə hallar nə qədər artacaq gələcəkdə - onu bir Allah bilir! Çünki səhvi düzəltmək üçün ən vacib və ən birinci tələb olunan şey onun səhv olduğunu anlamaq və etiraf etməkdir. Biz isə hələ bu mərhələni nəinki keçməmişik, heç ona yaxınlaşmamışıq da... Allah Özü bizə rəhm eləsin!



Yerləşdirilib:13 Mart, 2018  11:37, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
18 Avqust, 2018

Ərdoğan: Türkiyəni əzə bilməyəcəklər

18 Avqust, 2018
Terrorçular ABŞ hərbçilərinə hücum etdilər
18 Avqust, 2018

Bu gecə İmam Baqirin (ə) şəhadətinin ildönümüdür

18 Avqust, 2018

Kəlmeyi-teyyibə nədir? İslam suallarda

18 Avqust, 2018

Tramp: Türkiyə özünü pis aparır

18 Avqust, 2018
İsraillilər daha üç fələstinlini öldürdülər
17 Avqust, 2018

Gəncədə törədilən terror aktı ilə bağlı daha iki nəfər həbs olunub

17 Avqust, 2018

İsrailin baş naziri növbəti dəfə polis tərəfindən dindirilir

17 Avqust, 2018

İran hicablı qadınlara münasibətlə bağlı Tiflisə nota göndərdi

17 Avqust, 2018
Dövlət Departamenti İranla dialoqa başlamaq üçün şərtlərini açıqlayıb
17 Avqust, 2018
İraq qırıcıları Suriyada İŞİD-in operativ qərargahına zərbə endirib
17 Avqust, 2018

Soruşun ki, biləsiniz: Hacı Samir Ağayev sualları cavablandırır -2 Video

17 Avqust, 2018

Günəş və ya Ay tutulması zamanı qadın heyz halındadırsa, pak olduqdan sonra ayat namazının qəzasını qılmalıdırmı? İslam suallarda

17 Avqust, 2018
Türkiyə “iPhone”u boykot edir
17 Avqust, 2018

ABŞ Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq edəcək

16 Avqust, 2018

Azərbaycanlı uşaqlar İraqdan Bakıya gətirilib

16 Avqust, 2018

Türkiyə ordusu şəhid verdi

16 Avqust, 2018
Terrorçular Əfqanıstan ordusunun təlim mərkəzinə hücum edib
16 Avqust, 2018
ABŞ vətəndaşlarının əksəriyyəti Donald Trampdan narazıdır
16 Avqust, 2018

Qəddafinin 45 tərəfdarı edam ediləcək

16 Avqust, 2018

Təyəmmüm edən zaman əllərin içini yerə bir dəfə vurmaq lazımdır ya iki dəfə? İslam suallarda

16 Avqust, 2018

Qətər Türkiyəyə 15 milyard dollar sərmayə yatıracaq

16 Avqust, 2018
Ermənilər atəşkəs rejimini 87 dəfə pozub
15 Avqust, 2018

Türkiyə prezidentinin mətbuat katibi: "İqtisadi vəziyyət düzəlməyə başlayıb"

15 Avqust, 2018

İran prezidenti: "Xəzər Konvensiyasının imzalanması ABŞ və NATO-nun sövdələşməsinin qarşısını alıb"

15 Avqust, 2018

Azərbaycandan sonuncu qrup Həcc ziyarətinə yola düşüb

15 Avqust, 2018

Səudiyyəlilərin öldürdüyü yəmənli uşaqların həyatdakı son görüntüləri  VİDEO

15 Avqust, 2018

Dövlət Departamenti: ABŞ-ın Türkiyənin iqtisadi problemlərində rolu yoxdur

XƏBƏRARXİVİ
«Avq.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com