Putindən etiraf: “Türk sərnişin təyyarəsini vurun əmri verdim…”

Rusiya prezidenti Vladimir Putin öz adına çəkilmiş sənədli filmdə, 2014-ci ildə içində bomba olduğu və Soçi Qış Olimpiya oyunlarının açılış mərasimini hədəf aldığı bildirilən "Pegasus" hava yollarına aid sərnişin təyyarəsinin vurulması əmrini verdiyini deyib.

İslam.az musavat.com-a istinadla xəbər verir ki, Putin eyni sənədli filmdə babasının Lenin və Stalin üçün aşpazlıq etdiyini söyləyib.

Putin Soçi Qış Olimpiadasının açılışından qısa bir müddət öncə, Ukraynadan İstanbula gedən bir sərnişin təyyarəsinin qaçırıldığı və bu təyyarənin Olimpiya oyunlarının açılış mərasimini hədəf alacağı haqda xəbər aldıqlarını bildirib. Rusiya prezidentinin dediyinə görə, sonradan bu məlumatın yanlış olduğu haqda kəşfiyyat məlumatı alıblar.

Sənədli filmdə jurnalist Andrey Kondraşova müsahibə verən Putin bunları deyib:

“2014-cü ilin 7 fevralında Soçi Olimpiadasının təhlükəsizliyindən cavabdeh olan rəsmilər mənə zəng etdilər. Mənə, Ukraynadan İstanbula getməkdə olan bir təyyarənin qaçırıldığını, quldurların havadan Soçiyə enmək istədiklərini dedilər. "Pegasus" hava yollarına aid Xarkov- İstanbul səfəri edən Boinq 737-800 tipli təyyarədə bir sərnişinin üzərində bomba olduğu və istiqamətini Soçiyə çevirdiyi xəbərləri də gəlirdi. Mən də onlara “təcili vəziyyət prosedurunu yerinə yetirin” (bu təyyarənin vurulması anlamına gəlir) əmrini verdim. Mən onlara “plana görə hərəkət edin” dedim. Bu əmrdən bir neçə dəqiqə sonra, başqa bir telefon zəngi gəldi və xəbərin yanlış olduğu haqda məlumat verildi. Bundan sonra, əmri ləğv etdim və Soçi Olimpiadasının açılış mərasiminə qatıldım”, - deyə Putin qeyd edib.

"Röyter"in xəbərinə görə, Kremlin sözçüsü Dmitri Peskov da Putinin sənədli filmdəki ifadələrini təsdiq edib.

Qeyd edək ki, Pegasus Hava Yollarına aid Xarkov- İstanbul marşurutu ilə səfəri edən Boinq 737-800 tipli təyyarədə bir sərnişinin üzərində bomba olduğu və istiqamətini Soçiyə çevirdiyi xəbərləri yayılmışdı.

"Pegasus" hava yollarına məxsus 110 sərnişin daşıyan təyyarə 7 fevral 2014-cü ildə qaçırılma siqnalı vermiş, türk pilot təyyarəni Soçi yerinə Sabiha Gökçən Hava Limanına endirmişdi. Dövrün valisi Hüseyn Avni Mutlu, bütün sərnişinlərin təyyarədən problemsiz endirildiyindən sonra, təyyarəni qaçırmaq istəyən şəxslərin zərərsizləşdirildiklərini bildirmişdi.



Yerləşdirilib:12 Mart, 2018  15:44, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
18 Oktyabr, 2018
Dünya əhalisinin artım proqnozu açıqlanıb
18 Oktyabr, 2018

Türkiyə polisi İstanbul meşəsində Camal Qaşıqçının meyitini axtarıb

18 Oktyabr, 2018

Soruşun ki, biləsiniz: Hacı Ramil sualları cavablandırır - 10 Video

18 Oktyabr, 2018
ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv edəcək
18 Oktyabr, 2018
Türkiyəni tərk edən səudiyyəli konsul barəsində araşdırmaya başlanıldı
18 Oktyabr, 2018
ABŞ Suriyada kürdləri bombaladı
18 Oktyabr, 2018

İncildə Həzrət Mühəmməd Peyğəmbər (s) barədə nə isə deyilirmi? İslam suallarda

18 Oktyabr, 2018

İŞİD Suriyada tam məhv olmadığını xatırlatdı

18 Oktyabr, 2018

DTX-dan əməliyyat: Xarici casus həbs edildi (FOTO)

17 Oktyabr, 2018

22 yaşlı terrorçu Krımda 18 nəfəri öldürüb intihar etdi

17 Oktyabr, 2018

Müşk ətri verən şəhid. Kərbəladan səhnələr - 5

17 Oktyabr, 2018
Əfqanıstanda terror hücumunda deputatlığa namizəd öldürülüb
17 Oktyabr, 2018

Bu gün imam Museyi Kazimin (ə) mövlud günüdür

17 Oktyabr, 2018

İranda parad zamanı törədilən terror aktının əsas təşkilatçısı məhv edilib

17 Oktyabr, 2018

İnsan vurdurduğu iynənin yerindən qan gəldiyini bilmədən namaz qılsa və bundan namazdan sonra xəbər tutsa, namaz düzgündürmü? İslam suallarda

17 Oktyabr, 2018

Qaşıqçı işində şübhəli bilinən şəxslər Səudiyyə şahzadəsi ilə əlaqəlidirlər

17 Oktyabr, 2018
Ermənilər Azərbaycan ordusunun mövqelərini atəşə tutublar
16 Oktyabr, 2018

KİV: Türkiyəli müstəntiqlər Camal Qaşıqçının öldürüldüyünə dair dəlillər əldə edib

16 Oktyabr, 2018

Yəməndəki azı 2.2 milyon uşaq aclıqdan əziyyət çəkir -UNICEF

16 Oktyabr, 2018

İran oğurlanan 14 sərhədçisi barədə bəyanat verib: Daxildən xəyanət olub

16 Oktyabr, 2018

Silahlılar 14 iranlı hərbçini qaçırıblar

16 Oktyabr, 2018

Zifaf gecəsi canlı yayında! Niyə də yox?! İynə

16 Oktyabr, 2018

İŞİD 130 ailəni girov götürdü

16 Oktyabr, 2018

Muhəmməd ibn Əbubəkr İmam Əlinin (ə) tərəfdarı olmuşdurmu? İslam suallarda

16 Oktyabr, 2018
Səudiyyə Ərəbistanının qırıcısı qəzaya uğrayıb
16 Oktyabr, 2018
Ermənilər atəşkəs rejimini 29 dəfə pozublar
15 Oktyabr, 2018
İran nefti üçün yeni alıcılar tapdı
15 Oktyabr, 2018
Səudiyyə Ərəbistanı ABŞ və Britaniyaya xəbərdarlıq etdi
XƏBƏRARXİVİ
«Okt.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com