Fahişələrə fəxri adlar verilən yerdə məktəbli qızların abort etdirməsi təəccüblü deyil...

...Hələ 1990-cı illərdən dönə-dönə yazdıq; teleekranlarda öz geyimləri,  abırsız-həyasız söz və davranışlarıyla, mahnılarıyla cəmiyyətə, uşaq və gənclərə  birbaşa əxlaqsızlıq, fahişəlik təlqin edən müğənniləri, nəinki efirə buraxmamaq- cinayət məsuliyyətinə cəlb etmək gərəkdir... Dinləyən olmadı. Əksinə, aşağılar belələlərini alqışladı, sevdi, gəncləri onların fanatına çevirdi...  Yuxarılar isə bundan ruhlanaraq belələrinə “əməkdar artist”, “xalq artisti” adları verdi...

***

Ən böyük tərbiyə vasitələrindən biri nümunədir... Aygünlər, Brilyantları,  Röyaları, Rəqsanələri yarıçılpaq geyimdə görən azyaşlı, yeniyetmə qızlarımız elə sandı ki, Azərbaycan qadını elə belə olmalıdır. Düşündü ki, nə qədər çox soyunsan, bir o qədər çox sevilərsən, bir o qədər uğur, karyera(!) qazanarsan...

***

Bu minvalla böyüklü-kiçikli – zərif cins nümayəndələri başladı üstdən-aşağı, altdan yuxarı soyunmağa. Kişilər də baxdı ləzzət aldı. Kasıblar yarıçılpaq geyinənləri bala-bala “bişir”məyə, varlılar isə onlara sponsorluq etməyə girişdi...

***

Hətta qızlarının dar cinsdən pırtlayan arxasına, yaxud mini-yubkadan, görünən budlarına baxıb övladlarının gözəlliyi ilə  fəxr edən atalar tapıldı...

***

60-70 yaşlı müəllimlərin gözü 12-13 yaşlı qızların  yarıçılpaq bədəninə düşdü... Qaynataları ayağını-ayağının üstə aşırıb oturan gəlinlərinin budları cəlb etdi...

***

7-8-ci siniflərin  oğlan şagirdləri baxışlarını dərs boyu yanlarında oturan qızlar bir yana, 30-40  yaşlı müəllimələrin çılpaq dizlərindən  çəkə bilmədi... Təhsilimiz inkişaf etdi...

***

Yağışdan sonra göbələk kimi artan xarici, daxili özəl şirkətlər, firmalar, marketlər açıq-açığına elanlar vurdular:”İşə mini-ətəkli cazibədar qızlar tələb olunur”...

***

Rəsmi qurumlarda, ali və orta məktəblərdə əxlaqsızlıq təlqin edən geyimlər əvəzinə, Allahın, dinimizin buyurduğu  hicaba –qızın, qadının zinət yerlərini gizlətməsinə qadağa qoyuldu...

***

Dələduz, şeytanpərəst Sorosların fitvasıyla, qrantıyla cəmiyyətimizin bakirəliyini pozub “Açıx cəmiyyət”lər yaratdıq... Abır, həyaya, namusa, bakirəliyə istehza etməyə başladıq... Nəticədə 12-13 yaşlı “açıx” qızlarımızın sayı çoxaldı...

***

Aygünlər açıq-açığına “United Condoms off benetton” prezervativ şirkətinin sponsorluğuyla ANS-də-filanda prezervativlərlə təhlükəsiz cinsi əlaqəni təbliğ etməyə başladı...

***

QHT-lərin dəstəyi ilə gənclər küçələrə tökülüb “azadlıq”, “demokratiya” simvoluna çevrilmiş prezervativləri qızlara, oğlanlara paylamağa başladı...

***

Qızlara da, qadınlara da belə bir fikir yeridildi ki,  küçədə-bayırda təsadüfi cinsi əlaqəyə girəndə prezervativdən yararlansanız- birda heç bir qəbahət yoxdur... Əxlaq, namus-qeyrət-filan boş şeydir... “Azad yaşayın”!..

***

Bütün bunlardan sonra nədən 1200 məktəblinin abort etməsindən təəccüblənirik? Hələ düşünün ki, neçə minlər də “təhlükəsizlik qaydalarına” əməl edərək prezervativ işlətdiyindən  hamilə qalmayıb...

***

Bəli... Belə-belə işlər... Əslində biz allahsız bolşevik-kommunistlərin təcavüzündən qurtulub könüllü şəkildə  vicdansız, mənəviyyatsız Qərbin saxta “azadlığ”ına, dermokratiyasına hamilə qaldıq... Bu yandan da sovet dövründən doğub böyütdüyümüz korrupsiyanın, monopoliyanın zorlamasına məruz qaldıq... O vaxtdan da tez-tez abort etdiririk... Və bütün ağrılara da dözürük.. Odur ki, gördüklərimizdə  təəccüblü heç nə yoxdur...

***

İlahi bir səs deyir: ”Allah buyurduğu kimi yaşamaq istəmədiniz, indi buyurun, Şeytanın, nəfsinizin buyurduğu kimi yaşayın...”

Sultan Laçın

moderator.az



Yerləşdirilib:10 Mart, 2018  23:02, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
24 Sentyabr, 2018

Qəzzada toqquşmalar: fələstinli öldü

24 Sentyabr, 2018
Ərdoğan Suriyadakı “terror bataqlığı”ndan söz açdı
24 Sentyabr, 2018

Aşura qatillərinin aqibəti

24 Sentyabr, 2018

Bakı Nəqliyyat Agentliyindən ibrətamiz - VİDEO

24 Sentyabr, 2018
Yaxın Şərqdən Trampın təhdidlərinə cavab
24 Sentyabr, 2018
Çində dörd min sayt bloklandı
24 Sentyabr, 2018

Alimlər yuxu üçün ən zərərli vəziyyəti müəyyənləşdirdi

24 Sentyabr, 2018

İranda terror törədənlər - VİDEO

24 Sentyabr, 2018

Namazın oturuş tələb olunan hissələrində oturuş tərzi necə olmalıdır? İslam suallarda

24 Sentyabr, 2018
Kərbəla və Qarabağ şəhidləri anılıb
24 Sentyabr, 2018
Ərdoğan ABŞ-ı PKK-nın Suriya qoluna dəstək verməkdə ittiham edib
24 Sentyabr, 2018

Son 1 ayda Əfqanıstanda təhlükəsizlik qüvvələrinin 513 əməkdaşı öldürülüb

22 Sentyabr, 2018

Məşədi Dadaş məscidində Aşura VİDEO

22 Sentyabr, 2018

Soruşun ki, biləsiniz: Hacı Ramil sualları cavablandırır - 7 Video

22 Sentyabr, 2018

Əfqanıstanda mina partlayıb, 8 uşaq ölüb

22 Sentyabr, 2018

Dini kitablarda rast gəldiyimiz fəqir anlayışının mənası nədir? İslam suallarda

22 Sentyabr, 2018

BMT rəsmisi: "Yəməndə insanlar aclıqdan yarpaq yeyirlər"

22 Sentyabr, 2018

İranda hərbi paradda terror törədilib, 24 hərbçi ölüb FOTO, VİDEO

21 Sentyabr, 2018
Səudiyyə Ərəbistanında ilk dəfə
21 Sentyabr, 2018

Fatimeyi-Zəhra məscidində Aşura məclisi Fotolent

21 Sentyabr, 2018

Niyə hər il Məhərrəmlik mövsümünü qeyd edirik?

21 Sentyabr, 2018
Türkiyə ordusunda kütləvi həbslər
21 Sentyabr, 2018

"Aşurada iraqlı atanın oğlunun başını kəsməsi" videosu saxta çıxıb VİDEO

21 Sentyabr, 2018

Prezident Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda iştirak edir FOTOLENT

21 Sentyabr, 2018

Zeyd ibn Ərqəm kimdir? İslam suallarda

21 Sentyabr, 2018
Amerika "S-400" aldığına görə Çinə sanksiya tətbiq edib
21 Sentyabr, 2018
Ermənistan atəşkəs rejiminə əməl etmir
20 Sentyabr, 2018

Elçin Əsgərov: Bəzi dəyərlər var ki, onları heç nə unutdurmağa qadir deyil

XƏBƏRARXİVİ
«Sen.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com