“İslamda yoxdur!” kitabının müdafiəsnə erməni diaspor agentləri də qoşuldu

Bu gün Elşad Miriyə məxsus a24.az saytında “Norveçin məşhur saytı Elşad Mirinin qadağan olunmuş kitabından yazdı” adlı xəbərdə bildirilir ki, Norveçdə yerləşən “Forum18” agentliyinin saytında Elşad Mirinin DQİDK tərəfindən nəşrinə icazə verilməyən kitabından yazıblar.

A24.az saytı Forum18 saytında Felix Corley adlı müəllifin imzası ilə yazılmış bu məlumatı müsbət məzmunlu xəbər kimi təqdim edərək, bu məqaləni “İslamda yoxdur” kitabının müdafiəsi kimi qələmə verib. Amma əslində nədir?

Əvvəla, Forum18 Norveçin məşhur saytı deyil. Forum18 agentliyi və onun saytının əsas missiyası, rəsmi olaraq,  keçmiş SSRİ ölkələrində dini etiqad azadlığını müdafiə etmək olsa da, əslində keçmiş SSRİ-nin müsəlman respublikalarında  guya təqib olunan missioner təşkilatlarını müdafiə etmək, müsəlman və qeyri-xristian (Çin, Vyetnam, Türkiyə, Laos və s.) ölkələrində missoner təşkilatlarının yerli əhalini xristianlaşdırmaq fəaliyyətlərini dəstəkləmək, İslam ölkələri haqda mənfi imic yaratmaqdan ibarətdir. Bu agentliyin işi müxtəlif beynəlxalq təşkilatlara şikayətlər, müraciətlər yazaraq, missioner qurumların müsəlman və qeyri-xristian ölkələrində fəaliyyətini genişləndirməyə çalışmaqdı. Oxucuları da buna müvafiq olaraq kifayət qədər birtərəflidi.

İkincisi, Təşkilatın bu fəaliyyətinə insan hüquqları və dini azadlıq prizmasından göz yummaq olardı. Amma yuxarıda qeyd olunan Felix Corley olmasaydı. İş orasındadır ki, Forum18 saytında əsasən Azərbaycan üzrə ixtisaslaşan və əsas fəaliyyəti yalnız Azərbaycanı aşağılamaq olan Felix Corley ölkəmizə, İslam dininə dərin nifrəti və bu istiqamətdə  erməni diasporası ilə geniş əməkdaşlığı ilə fərqlənir.

Felix Corley təkcə Forum18 saytında yazmır. O son 20 ildən artıq müddətdə bəzi digər mətbuat nümunələrində Azərbaycan, Türkiyəyə və İslam dininə qarşı nifrət püskürən yazıları və ermənilərin “faciəli, amma böyük” tarixi üzrə silsilə araşdırmaları ilə də məşhurdu.

Beləcə yaxından əməkdaşlıq edib ölkəmizə qarşı nifrət dolu yazılar yazdığı mətbuat nümunələrindən biri də ABŞ-da nəşr olunan “Armenian weekly” (Erməni həftəliyi) qəzeti olub. Bu qəzetdə Corleyin əsas yazıları da Azərbaycana qarşı, Azərbaycanda ermənilərin faciələri haqda olub. Eyni zamanda Felix Corley erməni kilsəsi tarixi, KQB arxivlərində erməni məsələsi üzrə bir sıra kitabların müəllifidir, ermənilərin Türkiyə və Azərbaycanda təqibi üzrə ən çox istinad olunan beynəlxalq  yazarlardandır. BBC, İndependent kimi nüfuzlu nəşrlərdə də Türkiyədə ermənilərin sıxışdırılması ilə bağlı silsilə yazılar yazır.

“İslamda yoxdur!” kitabı haqda yazdığına da baxanda görünür ki, bu mövzuya diqqət yetirməsi, kitabın İslam dininə qarşı olduğunu hesab etməsindən qaynaqlanır və bəh-bəhlə məhz bu məqama toxunur.

Əlavə edək ki, Azərbaycanda bütün dinlərə, o cümlədən Azərbaycan üçün qeyri-ənənəvi olan xristian təşkilatlarına dini fəaliyyətləri üçün bütün şərait yaradılsa da nə Forum18, nə də Felix Corley bir dəfə də bu barədə müsbət yazı yazmayıb və yalnız şikayətlər və problemlərə köklənib, bu da agentlik və saytın əsas məqsədini biruzə verir. Odur ki, “İslamda yoxdur!” kitabının azərbaycanlı və müsəlman müdafiəçiləri, bizcə, Felix Corleyin bu dəstəyindən sevinməkdənsə utansaydılar və bu yazını gündəmə gətirməsəydilər daha düzgün olardı.

Ermənilər Bakıda daha rahat yatmayacaqlar (erməni qəristanlıqları barədə Felix Corleyin "Armenian weekly" jurnalındakı yazısı)

Hrant Drinkin simasında ermənilərinTürkiyədə təqibi barədə Felix Corleyin "İndependent"dəki məqaləsi

 

 

Erməni tarixi haqda Felix Corleyin kitabı

 

Erməni tarixi haqda Felix Corleyin kitabı

 

 

 



Yerləşdirilib:14 Fevral, 2018  15:38, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
19 Yanvar, 2019

İlin ilk Ay tutulması baş verəcək: ayət namazı qılınacaq

19 Yanvar, 2019

Liviya sahillərində azı 14 miqrant itkin düşüb

19 Yanvar, 2019

Peyğəmbərimiz (s) meraca haradan, yəni kimin evindən getmişdir? İslam suallarda

19 Yanvar, 2019

Bu gecə Əyyami-Fatimiyyə daxil olur

19 Yanvar, 2019

Liviyada silahlı toqquşma nəticəsində 13 nəfər ölüb

18 Yanvar, 2019
Türkiyədə FETÖ-çulara qarşı yeni əməliyyat
18 Yanvar, 2019

Ərəb Ölkələri Liqası: "Əsədi dəvət etməmişik"

18 Yanvar, 2019

20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş Quran gecəsi keçiriləcək

18 Yanvar, 2019
Yer kürəsi asteroidlə toqquşa bilər
18 Yanvar, 2019
Rusiyada iki qırıcı toqquşdu
18 Yanvar, 2019
Ər-Riyaddan ABŞ-ı qəzəbləndirəcək qərar
18 Yanvar, 2019

Kəbənin yanındakı yarımdairə şəklində divar nədir? İslam suallarda

18 Yanvar, 2019
İŞİD Rusiyada baş verən partlayışlara görə məsuliyyəti üzərinə götürüb
18 Yanvar, 2019

Türkiyənin tanınmış din alimi universitet rektoru təyin edilib

17 Yanvar, 2019
Ermənistanın iki hərbiçisi minaya düşüb
17 Yanvar, 2019

Xəzər dənizində dalğanın hündürlüyü 7,5 metrdir - Qərargah

17 Yanvar, 2019

İŞİD ABŞ hərbçilərinə hücum etdi: ölənlər var

17 Yanvar, 2019

Qırğızıstanda məmur geyiminə görə parlamentdən qovuldu Video

17 Yanvar, 2019
Türkiyədə azərbaycanlı İŞİD-çiyə hökm oxundu
17 Yanvar, 2019

Quranda adları çəkilən Harun, Harut və Qarun eyni şəxslərdirmi? İslam suallarda

17 Yanvar, 2019

Keniyada hotelə silahlı hücum olub, 21 nəfər ölüb

17 Yanvar, 2019

Tbilisidə binada güclü partlayış: ölənlər var

16 Yanvar, 2019
Kamerunda yaraqlılar 36 nəfəri qaçırıb
16 Yanvar, 2019

Suriyada baş verən partlayış nəticəsində 9 nəfər ölüb

16 Yanvar, 2019

Müsəlman deyil, amma əməli... Video

16 Yanvar, 2019
Trampa qarşı impiçment yaxınlarda işə salına bilər
16 Yanvar, 2019
Putinə sui-qəsd hazırlayan terrorçu Serbiyada saxlanıldı
16 Yanvar, 2019

Ən düzgün hədisləri haradan əldə etmək olar? İslam suallarda

XƏBƏRARXİVİ
«Yan.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com