Bir daha Dini Komitə və Elşad Mirinin kitabı haqqında

Son günlər sosial şəbəkələrdə və bəzi saytlarda Elşad Mirinin “İslamda yoxdur!” kitabının nəşrinə Dini Qurumlarla İş üzrə DövlətKomitəsi tərəfindən qoyulan qadağa müəyyən müzakirələrə səbəb oldu. Daha doğrusu isə müəllif Komitənin, konkret olaraq Dinşünaslıq ekspertizası şöbəsinin ünvanına sərt fikirlər səsləndirdi,onları qeyri-peşəkarlıqda ittiham etdi, hətta məhkəməyə müraciət edəcəyini açıqladı. Sonra özünə məxsus saytda 1-2 nəfər ideya məsləkdaşını da danışdırıb, öz mövqeyinin düzlüyünü isbatlamağa çalışdı. Məsələni belə təqdim etməyə çalışdı ki, onun bütün məqsədi və amalı, İslama daxil olmuş xurafatları dindən təmizləmək, dinimizi, bütün müsəlmanları ağ günə çıxardıb xoşbəxt etmək, bütün problemləri dərhal və bir kitabla həll etmək idi ki, DQİDK qaragüruhun fətvasına uyub bu “müqəddəs” missiyaya imkan vermədi. Hətta guya DQİDK bunu şəxsiqərəzlik zəminində edib.  Bir deputat isə bir az da qabağa gedib bütün bunları DQİDK-də yerləşmiş məzhəbçi əməkdaşların həyata keçirdiyini iddia etdi. Yenə sağ olsun ki, DQİDK-nin sədrini İran casusu elan etmədi.

Dünən isə DQİDK açıqlama yayıb konkret, səhifəbəsəhifə həmin kitabda harda və hansı məsələdə cəmiyyət üçün təhlükəli fikirlərin olduğunu və məhz buna görə kitaba icazə verilmədiyini izah etdi. Qeyd edək ki, kifayət qədər də obyektiv açıqlama idi.

Əsas sözümüzə keçməzdən əvvəl bu kitabla bağlı 1-2 kəlmə də biz demək istərdik.

Əvvəla mütləq onu qeyd edək ki, Elşad Mirinin xalqımızın 70%-nin inandığı, bizim də bölüşdüyümüz əqidə ilə şəxsi qərəzliyi olsa və bunu hər imkan düşəndə biruzə versə də, bizim Elşad Miri ilə heç bir şəxsi qərəzimiz yoxdu. Obyektiv olaraq Elşad Mirini öz üzərində işləyən, din sahəsində fəal mövqe sərgiləyən, cəmiyyətdə həqiqətən düzgün maarifləndirmə işi aparmağa potensialı olan bir fərd kimi tanıyırıq. Adam reallığı da adekvat qəbul etmək qabiliyyətindədir. Hətta onu tənqid edənlərin də bəzisindən həm savadlı, həm də daha zəkalıdır. Amma..

Amma problemi var. Adam gündəmə gəlmək xəstəsidir. Bütün oxuduğu, çalışdığı, araşdırdığı, öz üzərində işlədiyinin bircə amalı var – mümkün qədər böyük bir kütləni qıcıqlandırıb gündəmə gəlmək. Və gündəmə gəlməyin mənfi, ya müsbət PR ilə olacağının da adam üçün heç bir fərqi yoxdur. Yəni, adam konkret, bildiyimiz şoumendir. Şou aləminin öz qaydaları var, gərək hər vasitə ilə gündəmdə qalasan, yoxsa unudularsan, biznesin çökər. Məhşur ulduzların dəfələrlə etdikləri öz etirafları var ki, gündəmə gəlmək üçün bəzən iki ulduz və ya şoumen öz aralarında əvvəlcədən danışıb, sonra mətbuatda boğuşmağa başlayırlar. Təhqir, aşağılama, “ifşa”..  Biri bir qəpik. Fanatların da bir qismi bunları söyür, bir qismi müdafiə edir. Həmin şoumenlər üçün söyülmək və ya təriflənməyin heç bir fərqi yoxdur. Kifayətdi ki, onlar haqda danışsınlar, emosiya göstərsinlər.

Bax, bizim bu Elşad Miri də eyni yolu tutub. Yəqin ki, hardasa PR-ın qaydalarını oxuyub belə edir, axı savadlıdır. DQİDK qadağan edib? Əla! Gündəmə gəlmək üçün təzə imkan. Çıx, söy DQİDK-ni. Özü kimi 1-2-nə də şərait yaranır. İcazə verəcəkdi? Super! Çıx denən ki, heç Komitə də etiraz etməyə söz tapmadı. Amma kitabın da gündəmə gəlməyi üçün gərək qabaqcadan hazırlaşasan ha! Peyğəmbərə günahkar deyəsən, peyğəmbər nəslini aşağılayasan, Quranı adi kitab elan edəsən, kimlərinsə əqidəsini təhqir edəsən və s. Yoxsa o kitab kimə lazımdı? Kimdi onunla gündəmə gələn?

Elşad Miri yazdığı kitaba qəşəng  ad qoyub: “İslamda yoxdur!”. Doğurdan da hazırda cəmiyyətimizdə kifayət qədər xurafatdan doğan inanclar, adətlər var ki, onlar İslamda yoxdur. Məsələn, təmtəraqlı, sahibini borca, çətinliyə salan yas mərasimləri. İslamda yoxdur! Qızların zorla ərə verilməsi. İslamda yoxdur! Cadugərlik, fala baxdırmaq. Yoxdur! Gedib cəhad adı ilə uşaq, qoca, arvad başı kəsmək, qadınları əsir alıb zorlamaq, əsirləri yandırmaq. Yoxdur! Başqasının inancına rişxənd etmək, təhqir etmək. O da yoxdur! Amma Elşad Miri üçün problem ondadı ki, bunları bütün ilahiyyatçılar deyir. O da eyni şeyi desə, düzdür cəmiyyətdə maarifləndirmə olar, amma axı gündəmə gəlməyəcəksən. Ona görə də, hamının dediyi bu sözlərə əlavə olaraq, nə dinə, nə cəmiyyətə, nə inanca heç bir xeyir verməyəcək mövzular da tapmaq lazımdı. Müsəlmanların müqəddəsatı, onların hisslərini təhqir edəcək nə məqam var? Quran? Peyğəmbər? Əla! “Quran müqəddəs deyil!” Kim desə ki, müqəddəsdi, cahildi. “Peyğəmbər günah edib!” Kim desə ki, etməyib, geridəqalmışdı. Hətta çox güman ki, İran casusudu.

Ölkədə ən çox hansı məzhəbdi? Kimə sataşsaq daha çox etiraz doğar? Şiələr? Super! Onda “şiələr hamsı casusdu”, “siğə adı ilə əxlaqsızlıq edirlər”, “hamsı siğədən törəyib”, “peyğəmbər nəvəsinə matəm saxlamaq cahillikdir”, “peyğəmbər nəslindən olanlara ehtiram göstərmək isə”.., ha ha, o qədər gülüncdür ki, danışmağa dəyməz. Hətta mümkündür ki, bunları etmək milli xəyanət və İrana casusluqdur. Füzuli də mərsiyə yazıbmış? O da cahildi və çox güman SEPAH-ın agentidir. Nə olsun ki, SEPAH-dan 500 il əvvəl yaşayıb.. .

Elşad Miri və onun kimi düşünüb hərəkət edənlərin məntiqi, təəssüf ki, budur. Halbuki, doğurdan da, hansı məzhəbdə olmalarından asılı olmayaraq, İslama, müsəlmanlara, dinimizə, cəmiyyətimizə nə qədər fayda verə bilərdilər. Axı doğurdan bunun üçün ağıl və potensialları var.

Nə isə. Elşad Miriyə, ona dəstək verərək, kitaba mənfi rəy verənləri ittiham edənlərə ağıl öyrətmək fikrimiz yoxdur. Onlara adından danışdıqları İslamda axirətin olması, əməllərə görə cavabların olması, dinimizin parçalanma yox, ittifaq və birliyə çağırması haqda da danışmayacayıq. Heç deməyəcəyik ki, hazırda dinimizin, cəmiyyət və müsəlmanlarımızın seyidlik, peyğəmbərin günah edib-etməməsindən qat-qat vacib problemləri var, o istiqamətdə çalışmaq lazımdı. Deməyəcəyik ki, məzhəb və xırda fikri ayrılıqları əsasında qaşınmayan yerdən qan çıxarıb parçalanma salmaq dinimizi, cəmiyyətimizi, müsəlmanları zəiflədir, düşmənlərə yem edir.  Əminik ki, onlar bunu bizdən pis bilmirlər. Sadəcə onlar öz yollarını belə seçiblər.  Yəqin ki, bu yazımız da onlara gündəmə gəlmək üçün yeni bir fürsət verəcək (heç olmasa bir “çox sağ ol” göndərsinlər).

Bizim demək istədiyimiz tam başqa idi. Biz o kitaba mənfi rəy verdiklərinə görə neçə gündü tənqid və təhqirə məruz qalanlara TƏŞƏKKÜR etmək istəyirik! İşlərinə dırnaqarası baxmadıqları, cəmiyyətin mənafeini nəzərdə tutub tanışlıq, başdansovduluq etmədikləri üçün. Sağ olsunlar!  İnanırıq ki, bu obyektivliyi daima qoruyacaqlar.



Yerləşdirilib:10 Fevral, 2018  14:16, ]]>Çap]]>
 
Bu bölmədə:
19 Fevral, 2018
Tənqid haqqında

Son şərhlər : 2
Müəllif: iRasim | 10 Fevral, 2018  20:34
# Ответить
+6


]]>]]>

Ela!)))))
Müəllif: Sadiq | 14 Fevral, 2018  15:46
# Ответить
+1


]]>]]>

Bu əsl qapaqdır. Elshad Miriye. Yeni bala get tapanda gelersen)))
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
19 Fevral, 2018
Suriya rejimi PYD/YPG-ni qorumaq üçün Afrinə gedirsə, bizi kimsə dayandıra bilməz - Çavuşoğlu
19 Fevral, 2018

İŞİD üzvü olan azərbaycanlı qadınlara İraqda hökm oxundu

19 Fevral, 2018
Səudiyyə Ərəbistanında qadınlara ərlərinin razılığı olmadan biznes qurmaq icazəsi verilib
19 Fevral, 2018
Nigeriyada terrorda şübhəli bilinən 475 nəfər azad edilib
19 Fevral, 2018

Tənqid haqqında Nəzər nöqtəsi

19 Fevral, 2018

İraqda Almaniyadan olan yeniyetmə qız İŞİD-ə qoşulduğuna görə həbs edilib

19 Fevral, 2018

İran XİN: ABŞ-ın mövqeyi nüvə sövdələşməsini etibarsız etmir

19 Fevral, 2018

Suriya 48 saat ərzində Afrinə qoşun yeridə bilər

19 Fevral, 2018
Ermənistan silahlı bölmələri atəşkəs rejimini 136 dəfə pozub
19 Fevral, 2018

Toy olmadan qızın nişanı qaytarılıbsa, o azad sayılır yoxsa talaq və iddə tələb olunur? İslam suallarda

19 Fevral, 2018

Suriyada terror aktı nəticəsində 5 nəfər ölüb, 7-si yaralanıb

19 Fevral, 2018
İran İraqa hərbi yardım təklif edib
19 Fevral, 2018
İŞİD Dağıstandakı atışmaya görə məsuliyyəti öz üzərinə götürüb
17 Fevral, 2018
Poroşenko Rusiya bayrağının bütün dünyada qadağan olunmasını təklif edib
17 Fevral, 2018

Ayağının üzündəki yaraya yod sürtmüş şəxs dəstəmazı necə almalıdır? İslam suallarda

17 Fevral, 2018

Qaradağlı faciəsindən 26 il ötür

17 Fevral, 2018
Ermənilər atəşkəs rejimini 125 dəfə pozub
16 Fevral, 2018
Dini Komitəyə yeni səlahiyyətlər verilib
16 Fevral, 2018

Niderland parlamenti qondarma erməni soyqırımını tanıdı

16 Fevral, 2018

“Zeytun budağı” əməliyyatında zərərsizləşdirilən terrorçuların sayı 1551-ə çatıb

16 Fevral, 2018

Hesabat: dünyada hər altı uşaqdan biri münaqişə zonasında yaşayır

16 Fevral, 2018

Həccə gedəcək zəvvarlara Məkkəni tərk etmək qadağası: heç bir yenilik yoxdur

16 Fevral, 2018

Nigeriyada silahlı hücum nəticəsində 18 nəfər öldürülüb

16 Fevral, 2018

"Kəbə: dünəndən bu günə" Video

16 Fevral, 2018

“Peyğəmbərlər özlərindən sonra miras qoymazlar” sözünün əsası varmı? İslam suallarda

16 Fevral, 2018

ABŞ Məhkəməsi: Trampın Miqrasiya fərmanı müsəlmanların hüquqlarını tapdayır

16 Fevral, 2018
Ermənilər atəşkəs rejimini 123 dəfə pozublar
15 Fevral, 2018

Azərbaycan Həcc kvotası rəqəmləri ilə kim alver edir?

XƏBƏRARXİVİ
«Fev.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728    
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com