Dövlət Komitəsi Elşad Mirini "başa saldı"

“Müəllifin seyidlik anlayışı və Peyğəmbərin məsumluğu ilə bağlı mövqeyi cəmiyyətdə dini durumda mənfi təzahürlərin meydana gəlməsinə rəvac verə bilər”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Elşad Miriyevin (Elşad Miri) müəllifi olduğu “İslamda yoxdur!” kitabının nəşrini məqsədəuyğun hesab etməməsinə aydınlıq gətirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov APA-ya açıqlamasında bildirib ki, bu barədə son günlər KİV-də və sosial şəbəkələrdə müxtəlif məlumatlar yayılır.

Daha çox müəllifin özünə istinad edilən məlumatlarda, həmçinin E.Miriyevin sosial şəbəkələrdə yaydığı video müraciətlərdə Dövlət Komitəsinə və  onun əməkdaşlarına qarşı  müəyyən ittihamlar yer alıb: “Məlumat üçün bildiririk ki, dinşünaslıq ekspertizası ilə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsi məşğul olur. Şöbənin 8 əməkdaşı var və onların hamısı Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin  məzunlarıdır. Həmçinin dinşünas ekspert kimi rəy verən əməkdaşlar dövlət qulluqçusu olmaq üçün müvafiq imtahan və müsahibədən keçmiş mütəxəssislərdir. Əlavə olaraq onu da bildiririk ki, Dövlət Komitəsində ictimai əsaslarla Dinşünaslıq Ekspertizası Şurası fəaliyyət göstərir. Şuranın üzvləri əsasən dini konfessiyaların nümayəndələrindən və müstəqil dinşünaslardan ibarətdir. Hansısa dini təyinatlı ədəbiyyatla bağlı ekspertlər arasında fikir ayrılığı yarandıqda və ya buna bənzər hallarda həmin ekspertlərə müraciət olunur və onlardan müvafiq rəy alınır. Bu günədək bir hal istisna olmaqla aparılmış dinşünaslıq ekspertizaları ilə bağlı Dövlət Komitəsindən məhkəməyə hər hansı müraciət edilməyib. Yalnız Yehovanın Şahidləri dini icması Dövlət Komitəsində verilmiş ekspert rəyi ilə bağlı məhkəməyə müraciət edib. Hazırda bu iddiaya İnsan Hüquqları üzrə Avropa Məhkəməsində baxılır”.

N. Məmmədov nəzərə çatdırıb ki, Dövlət Komitəsində dinşünaslıq ekspertizasına təqdim edilmiş hər bir kitab barədə rəy hazırlanır. Rəy əsasən iki hissədən - tədqiqi hissə və nəticədən ibarət olur: “Əgər hansısa dini ədəbiyyatın çapı və ya idxalı məqsədəuyğun hesab edilməsə, rəydə bunun səbəbi göstərilir. Dinşünaslıq ekspertizası zamanı bir qayda olaraq ekspertin qarşısında “Təqdim edilən ədəbiyyatda dini nifrət və  düşmənçiliyə rəvac verəcək fikirlər varmı?”, “Dinlər və məzhəblərarası münasibətlərə xələl gətirəcək fikirlər mövcuddurmu?”, “Ölkədəki mövcud dini duruma, tolerant və  multikultural mühitə mənfi təsir göstərəcək fikirlərə yer verilibmi?” sualları qoyulur. Bu suallardan da göründüyü kimi, dini təyinatlı ədəbiyyatın  ekspertizasında əsas məsələ və qarşıya qoyulan məqsəd onun dinə, şəriətə uyğun olub-olmadığını müəyyən etmək deyil, hansı mövqedən yazılmasını və  cəmiyyətə, ölkədəki mövcud  dini duruma, dinlər və məzhəblərarası münasibətlərə necə təsir göstərməsini müəyyənləşdirməkdir. Çünki dövlət dinə, şəriət məsələlərinə qarışmır və hansı fikrin şəriətə uyğun olub-olmamasını müəyyənləşdirmək daha çox din xadimlərinin və alimlərin işidir. Amma dövlət ölkədəki dini duruma, dinlər və  məzhəblərarası münasibətlərə görə məsuliyyət daşıyır. Bu baxımdan Dövlət Komitəsi  üçün müəllifin ictimai mövqeyi, elmi dərəcəsi yox, fikirlərinin dini duruma necə təsir göstərəcəyi önəmlidir. Başqa sözlə, dövlət şəriəti deyil, ölkədə dini durumdakı sabitliyi müdafiə edir, onu qorumağa çalışır”.

Şöbə müdiri qeyd edib ki, E.Miriyevin “İslamda yoxdur!” kitabının dinşünaslıq ekspertizası məhz bu meyarlar əsasında aparılıb: “Hazırlanmış rəylə Elşad Miriyev özü şəxsən tanışdır və həmin rəylə hər kəs tanış ola bilər. Rəydə bildirilir ki, kitabda ölkədəki dini duruma mənfi təsir göstərə biləcək fikirlər aşkar edildiyindən onun nəşri məqsədəuyğun hesab edilmir. Həmin fikirlər isə  rəydə də qeyd olunduğu kimi, əsasən, seyidlik anlayışı və Peyğəmbərin məsumluğu ilə bağlıdır. Müəllifin bu məsələlər barədə mövqeyi  cəmiyyətdə maarifləndirmədən daha çox dini durumda mənfi təzahürlərin meydana gəlməsinə rəvac verə bilər. Bunu müəyyənləşdirmək  və görmək üçün son bir neçə gündə  məsələ ilə bağlı sosial şəbəkələrin ötəri bir monitorinqini aparmaq kifayətdir. Digər tərəfdən, Dövlət Komitəsində olan zaman E.Miriyevə hansı şərtlə kitabının çapına icazə verilə biləcəyi izah edilib. Ona bildirilib ki, kitab yalnız iki halda çap edilə bilər: ya məhkəmə qərarı ilə (bunun üçün Elşad Miriyev məhkəməyə müraciət etməlidir), ya da ekspertin qeyd etdiyi məqamlar (əsasən seyidlik və Peyğəmbərin məsumluğu ilə bağlı məqamlar) kitabdan çıxarılmalıdır.  Onu da qeyd etmək lazımdır ki, kitabda toxunulan məsələlərlə (xüsusilə, sehr, cadu, azyaşlıların ailə qurması və s.) bağlı cəmiyyətdə maarifçilik işinin aparılmasına həqiqətən də ehtiyac var. Lakin həssas dini məsələlərlə bağlı maarifləndirmə işi aparılarkən ölkədəki dini mühit, insanların, xüsusilə dindarların həssaslıq göstərdiyi məqamlar, müəyyən fikirlərin cəmiyyətdə doğura biləcəyi reaksiyalar mümkün qədər nəzərə alınmalı, dindarların heysiyyatına toxuna biləcək nüanslardan maksimum qaçınılmalıdır. Hətta mümkün qədər mülayim və ehtiyatlı danışıq və yazı üslubu seçilməlidir. Lakin Elşad Miriyevin məlum kitabının “dili” və “üslubu” bilərəkdən və ya bilməyərəkdən sərtdir. (məsələn, səh:45) Mövzularla bağlı sualların qoyuluşundan, daha doğrusu mövzuların məqsədli şəkildə sərt sual formasında qoyulmasından və mövzuya yanaşmadan aydın görünür ki, müəllif oxucunu (cəmiyyəti) maarifləndirməkdən daha çox, müəyyən dini kəsimi qıcıqlandırmaq məqsədi güdür. (səh:41, 44, 45-46).  Məsələn, hansısa bir şəxsin, o cümlədən E.Miriyevin seyidlik anlayışını və seyidləri qəbul etməməsini başa düşmək olar. Bu, hər kəsin şəxsi işidir. Lakin “seyidlik” və “iblis təkəbbürlüyü” arasında hansısa formada bənzərlik “tapmaq” və müqayisə aparmaq (səh: 48) və ya ironik eyhamla “ağır”, “yüngül” seyidlər ifadəsini işlətmək nəinki ilahiyyatçıya yaraşmır, hətta insanların heysiyyatına toxunmaq kimi qiymətləndirilə bilər. (səh. 45) O ki qaldı kitabın hansısa ölkədə (Türkiyədə və s.) çap ediləcəyinə, nəzərə almaq lazımdır ki, həmin ölkələrdəki dini mühit, cəmiyyətin dinə münasibəti Azərbaycanla müqayisədə xeyli fərqlidir. Elşad Miriyevin kitabının ekspertizası zamanı həmin ölkələrdəki dini mühit yox, məhz Azərbaycandakı mövcud dini şərait nəzərə alınıb”.

N. Məmmədov vurğulayıb ki, hansısa dini təyinatlı kitabın nəşrinin məqsədəuyğun sayılmaması həmin kitabdakı fikirlərin cəmiyyətdən gizlədilməsi anlamına gəlmir. Onsuz da həmin fikirlər və müəllifin mövqeyi nə qədər zərərli olsa da, internet vasitəsi ilə yayıla bilir: “Sadəcə, bu cür kitabların çapının məqsədəuyğun hesab edilməməsi, belə demək mümkündürsə, onlara legitimlik statusunun verilməməsi anlamına gəlir. İndiki dini şəraitdə dini fikrin və rəyin düzgün istiqamətləndirilməsi və oriyentasiyası baxımından bu, hələlik effektiv vasitə kimi qiymətləndirilir. O ki qaldı dinşünaslıq ekspertizasının qanunvericiliyə uyğun olub-olmamasına, bu məsələ “Dini etiqad azadlığı haqqında” qanunun 22-ci maddəsinə əsasən tənzimlənir. Əgər dinşünaslıq ekspertizasının keçirilməsi qanunsuzdursa, bəs nə üçün E.Miriyev vaxtilə Komitədə çalışanda dini təyinatlı ədəbiyyatlar barədə rəy verib? Onun bəzi kitablara rəy verməsini Komitənin o zamankı sədri Rafiq Əliyev öz müsahibəsində bildirib. Elşad .Miriyevin kitabına müsbət rəy verilməməsinin Qafqaz Müsəlmanları İdarəsi ilə əlqələndirilməsi isə absurddur. Çünki Elşad Miriyevin kitablarına hər hansı məhdudiyyət tətbiq edilməyib. Yalnız bir faktı qeyd edək ki, E.Miriyev tərəfindən dinşünaslıq ekspertizasına təqdim edilən onlarla dini ədəbiyyata müsbət rəy verilib.

Dövlət Komitəsinin şöbə müdiri əlavə olaraq qeyd edib ki, ölkədə çap edilən bütün dini təyinatlı ədəbiyyatlar dinşünaslıq ekspertizasından keçirilir və burada heç kim, o cümlədən Komitənin və QMİ-nin əməkdaşları istisna təşkil etmirlər. İxtisasca ilahiyyatçı olmasına və müvafiq əmrlə Komitədə bu sahəni kurasiya etməsinə baxmayaraq, Komitənin sədr müavini Gündüz İsmayılovun müəllifi olduğu dini təyinatlı kitablar da (““Müsəlman”dan İslama qədər”, “XXI əsrdən baxış: İslam, Quran, Müsəlman”) dinşünaslıq ekspertizasından keçirilib. Bunu bilmək üçün həmin kitablara baxmaq kifayətdir: “Hətta Elşad Miriyev Komitədə olan zaman həmin kitablar ona şəxsən təqdim olunub. Lakin o, video müraciətində məqsədli şəkildə Gündüz İsmayılovun dini təyinatlı olmayan “Azərbaycanda dini məsələ: təhdidlər və hədəflər. İdeoloji, milli, ictimai təhlükəsizlik müstəvisində” adlı kitabını (özü də kitabın adını “Azərbaycanda dini məsələ” formasında bilərəkdən qısa deməklə) dini kitab kimi təqdim edib.

Elşad Miriyevin kitabına rəy vermiş Namiq Cırıyevə gəlincə, o, on ilə yaxındır Komitədə çalışır və təcrübəli mütəxəssisdir. Bakı Dövlət Universitetinin İlahiyyat fakultəsinin məzunudur. 2003-2006-cı illərdə AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun aspiranturasında təhsil alıb və həmin İnstitutda kiçik elmi işçi kimi çalışıb. 2008-ci ildən Komitənin Dinşünaslıq ekspertizası şöbəsində işləyir. Azərbaycan və ərəb dillərindəki dini təyinatlı ədəbiyyatların ekspertizası ilə məşğuldur. “Müsəlman kimliyi”, “Möminlər qardaşdırlar”, “Ailə dəyərlərimiz”, “Təfriqəçiliyə yox deyək” adlı kitab və broşürlərin müəllifidir.

Dövlət Komitəsindən o da bildirilib ki, Elşad Miriyevin müxtəlif illərdə 20-dək kitabının çapına və onlarla kitabı idxal etdirməsinə razılıq verilib.



Yerləşdirilib:9 Fevral, 2018  21:34, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
19 İyul, 2018

Azərbaycan və İtaliya prezidentləri Şah İsmayıl Xətaiyə həsr edilmiş sərgi ilə tanış olublar

19 İyul, 2018

Adnan Oktarın cinayət işi bağlı 116 nəfər həbs edilib

19 İyul, 2018

İsraildə irqçi qanun: ölkə ancaq yəhudilərindi!

19 İyul, 2018

Yəməndə vəba nəticəsində 2311 nəfər ölüb

19 İyul, 2018

Teymurləngin Hafiz Şirazi və Nəsimi kimi mütəfəkkirlərlə görüşməsi haqqında məlumatların əsası varmı? İslam suallarda

19 İyul, 2018
Ermənistan silahlı qüvvələri atəşkəsi 90 dəfə pozub
19 İyul, 2018
Kərkükdə ardıcıl beş partlayış törədilib, ölən və yaralananlar var
18 İyul, 2018

Bu il Azərbaycanda 16 dini icma dövlət qeydiyyatına alınıb

18 İyul, 2018
Əfqanıstanda iki ABŞ hərbçisi öldürülüb
18 İyul, 2018
Misir növbəti dəfə Qəzza ilə sərhədi bağladı
18 İyul, 2018

Səudiyyə Ərəbistanında 5 nəfər edam edildi

18 İyul, 2018

İntihar etmiş şəxs üçün ehsan vermək, onun qəbrini ziyarət etmək olarmı? İslam suallarda

18 İyul, 2018
Amerikalı konqresmen Trampı “Putinin pudeli” adlandırdı
18 İyul, 2018
Ermənistan silahlı qüvvələri atəşkəsi 98 dəfə pozub
17 İyul, 2018
Səudiyyəli qadınlara daha bir hüquq verildi
17 İyul, 2018

Şah İsmayıl Səfəvi Xətai kim olub?

17 İyul, 2018

Bu gün Şah İsmayıl Xətainin doğum günüdür

17 İyul, 2018
Müasir dövrün ən zəngin şəxsinin adı açıqlandı
17 İyul, 2018

Namaz qılan insanı çağırsalar, nə etməlidir? İslam suallarda

17 İyul, 2018

Putinlə Trampın mətbuat konfransında jurnalistə zor tətbiq edildi Video

17 İyul, 2018
Ermənilər atəşkəs rejimini 103 dəfə pozublar
16 İyul, 2018

Tramp və Putin arasında təkbətək görüş başa çatıb

16 İyul, 2018

Prezidentin bəyanatından bixəbərdilər, ya...? Bizim replika

16 İyul, 2018

İran hökuməti Gəncədəki sui-qəsdləri və terror hadisələrini pisləyib

16 İyul, 2018

Mübariz Qurbanlı: Din adı altında sabitliyi pozmağa çalışırlar

16 İyul, 2018

Tramp Avropa Birliyi və Rusiyanı ABŞ-ın düşməni adlandırdı

16 İyul, 2018

Xəlifə sözünün mənası nədir? İslam suallarda

16 İyul, 2018

Nigeriyada 70 əsgər yoxa çıxdı

XƏBƏRARXİVİ
«İyl.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com