Müsəlman ölkələrindən Fələstinə böyük dəstək (Fotolent)

Bütün maneələrə baxmayaraq, “Qüds - İslam Dünyası Gənclər Paytaxtı” proqramının möhtəşəm açılış mərasimi keçirildi.

Dünən Fələstinin mərkəzi Ramalla şəhərində “Qüds – İslam Dünyası Gənclər Paytaxtı” beynəlxalq proqramının təntənəli açılış mərasimi baş tutmuşdur.  İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun təşəbbüsü ilə həyata keçirilən proqramın açılış tədbirində, İsrail tərəfindən törədilən bəzi süni maneələr baxmayaraq, 10-u nazir səviyyəsində olmaqla, 30-dan artıq İƏT ölkəsinin rəsmi nümayəndə heyəti iştirak etmişdir. Açılış mərasimində eyni zamanda, “Gənclər Paytaxtı” proqramının 14 İƏT üzv ölkəsinin dövlət başçılarından ibarət Qəyyumlar Şurasının yaradılması elan edilmiş və bu Şuranın ilk işçi iclası keçirilmişdir.

Dünən axşam Fələstin dövlət başçısının iqamətgahında keçirilən açılış mərasimində Fələstinin Gənclər və İdman Naziri Cibril Racub və İƏT Gənclər Forumunun sədri səfir Elşad İskəndərov Programı rəsmən açıq elan etdilər. Elşad İskəndərov öz çıxışında Qüdsün İslami kimliyininin hədəfə alındigi çətin bir vaxtda, musəlmanların ilk Qibləsi olan bu şəhərin Gənclər Paytaxtı elan edilməsini əməldə İslam Həmrəyliyinə töfhə kimi dəyərləndirdi. Proqram və onun icra edən İƏT Gənclər Forumuna qarşı, bu proqramı saxlamaq üçün törədilən əngəllərdən danışan, bütün bu çətinliklərə rəğmən qurumun Proqramı davam etdirməkdə qərarlı olduğunu vurğulayan E.İskəndərov, İƏT ölkələrini əməldə həmrəylik nümayiş etdirməyə dəvət etdi.

Fələstin dövlətinin rəhbəri Mahmud Abbas çıxış edərək, bu layihənin əsas müəllifi olan, Azərbaycan və Türkiyə  hökumətlərinin təşəbbüsü ilə təsis olunmuş İƏT Gənclər Forumunun fəaliyyətlərinə yüksək qiymət vermiş, “Qüds – İslam Dünyası Gənclər Paytaxtı” proqramının Qüdsün Fələstin paytaxtı elan edilməsi haqda İƏT Zirvə Toplantısının əməli müstəviyə keçəcəyinin müqəddiməsi olduğuna inamını ifadə etmiş, Qüdsü Fələstindən ayırmaq istəyənlərə layiqli cavab adlandırmış, eləcə də bu il Bakı şəhərində keçiriləcək İƏT Gənclər və İdman Nazirlərinin növbəti sessiyasında “Qüds – Gənclər Paytaxtı” proqramına üzv-ölkələrin daha yüksək səviyyədə dəstək verəcəyinə ümid etdiyini bildirmişdir.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimov öz çıxışında keçən ilin Azərbaycanda ölkə başçısı İlham Əliyev tərəfindən İslam Həmrəyliyi ili olunduğu, bu istiqamətdə keçirilmiş tədbirlər haqda məlumat vermiş, Azərbaycanın bu istiqamətdə siyasətini bundan sonra da davam etdirəcəyini qeyd etmiş, Qüds – İƏT Gənclər Paytaxtı proqramının uğurla həyata keçməsi üçün Azzərbaycanın lazımi dəstək verəcəyini bildirmişdir.

Açılış mərasimində həmçinin, Türkiyə, İordaniya, Kuveyt, Qatar, Pakistan, Bəhreyn, Mərakeş kimi ölkələrin gənclər və idman nazirləri çıxış etmiş, eləcə də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Erdoğanın və İƏT-in baş katibi Yusif Əl-Useyminin tədbir iştirakçılarına ünvanlanmış təbrik məktubları oxunmuşdur.

Açılış mərasimi çərçivəsində Fələstin tarixində ilk dəfə, İƏT Gənclər Forumunun təşəbbüsü ilə, gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirəcək və milli dialoqa dəstək olacaq Fələstin Gənclərinin Milli Şurasının yaradıldığı da elan olundu.

Qeyd etmək lazımdır ki, “İslam Dünyası Gənclər Paytaxtı” beynəlxalq proqramı İƏT Gənclər Forumunun təşəbbüsü və koordinasiyası ilə ilk dəfə 2015-ci ildən həyata keçirilməyə başlamış,  2016-cı ildə İstanbul, 2017-ci ildə isə Malayziyanın Putracaya, Mərakeşin Fəs və İranın Şiraz şəhərləri İslam dünyası gənclər paytaxtı elan olunmuşlar.



Yerləşdirilib:7 Fevral, 2018  13:13, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
23 May, 2018
"F-35" qırıcılarının Türkiyəyə tədarükü tarixi açıqlanıb
23 May, 2018

Dindarlar Şəhidlər məscidində azanın verilməsininn bərpasını istəyir

23 May, 2018

İŞİD-in büdcəsi nə qədərdir? Rəsmi açıqlama

23 May, 2018

Orucun fəlsəfəsi - təqva

23 May, 2018

Yəmənlə sərhəddə Səudiyyə Ərəbistanının 5 hərbçisi öldürülüb

23 May, 2018

İsrail fələstinlilər üçün Qüdsü bağladı

23 May, 2018

Türkiyədə daha 70 hərbçinin həbsinə sanksiya verilib

23 May, 2018
Ermənistan hərbçisinin meyiti döyüş postunda aşkarlanıb
23 May, 2018

Kişi həyat yoldaşına “səndən narazıyam” deyirsə, qadının orucu və namazları qəbul olurmu? İslam suallarda

23 May, 2018
Qəbiristanlıqlar bələdiyyə mülkiyyətinə verilib
23 May, 2018
Ermənilər atəşkəs rejimini 92 dəfə pozublar
22 May, 2018

İƏT baş katibi Azərbaycan prezidentinə məktub göndərib

22 May, 2018

Leysan yağışlar Peyğəmbər (s) məscidini sulara qərq etdi Video

22 May, 2018
Qarabağ Seyid Ocaqlarının rəhbəri iftar süfrəsi təşkil edib
22 May, 2018
Suriya ordusu 7 ilin ən genişmiqyaslı hücumuna hazırlaşır
22 May, 2018

Fələstin İsraili beynəlxalq məhkəməyə verib

22 May, 2018

Türkiyə İsraillə iqtisadi əlaqələrini təkrar nəzərdən keçirəcək - Ərdoğan

22 May, 2018

İmam Əli (ə): "Özü-özünün müəllimi və tərbiyəçisi olan kəs..."

22 May, 2018

Bizi təhqir edirlər: susaq ya susmayaq?

22 May, 2018

Əfqanıstanda silahlılarla döyüşlərdə 20 polis ölüb

22 May, 2018

Ramazan ayının gündəlik müstəhəb əməlləri

22 May, 2018

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

22 May, 2018
Ruhani: "ABŞ-ın İrana nə etməli olduğunu diqtə etmək hüququ yoxdur"
22 May, 2018
Ermənistan silahlı bölmələri atəşkəs rejimini 88 dəfə pozub
21 May, 2018

İslam.az təbrik edir

21 May, 2018

Kəbədə kran aşıb Video

21 May, 2018

Orucu necə tutmalı? Ən çox verilən suallara cavablar

21 May, 2018
Əfqanıstanda son iki gündə 63 "taliban"çı məhv edilib
XƏBƏRARXİVİ
«May.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com