Seyidlik necə ötürülür?

Oxucu sual verir: Seyidlik necə ötürülür? Atası yox, anası seyid olan şəxs də seyid sayılırmı?

Seyidlik əsil-nəsəb vasitəsilə qazanılan bir şərəfdir. Həzrət Muhəmməd Peyğəmbərin (ə) ulu babası Haşimin nəslindən olanlar seyid sayılırlar. Daha dar mənada isə Peyğəmbərin (s) nəslindən olanlar, yəni Həzrət Fatimə (ə) ilə İmam Əlinin (ə) izdivacından doğulmuş övladların törəmələri seyid adlanır. Seyidlik ata xətti ilə ötürülür. Seyid kişinin həm oğlu, həm də qızı seyiddir. Amma yalnız oğul öz övladlarına seyildiyi ötürür. Seyidlər üçün şəriətdə nəzərdə tutulmuş hökmlər də ata xətti ilə seyid olan şəxslərə şamildir. Atası yox, anası seyid olan şəxslər şəriət baxımından seyid sayılmırlar, onlara xümsdən seyid payı verilməz. Anası seyid olan şəxslərə ənənəyə uyğun olaraq “mirzə” deyilirdi.



Yerləşdirilib:13 Yanvar, 2018  10:48, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 9
Müəllif: bende | 14 Yanvar, 2018  17:01
# Ответить
+1


]]>]]>

Salam aleykum. Meqalenizi oxudum ve bir meqam meni rahat buraxmir. Seyyidlik ancaq ata xetti ile oturulur,ana seyyidlik oturmur,onda bu seyyidlik ele Fatime (e) xanimda bashlamamish qurtarmali idi. Yox,eger davam edirse,demeli biz seyyid adini Peygemberimizin (s.e.s.) neslinin davamcilarina yox,imam Alinin neslinin davamcilarina deyirik. Men bashqa variant gormurem. Daha genish melumati olan varsa,buyurun,memnuniyyetle oxuyaram. Allah razi olsun.
Müəllif: Administrator | 15 Yanvar, 2018  11:20 | Ответ на #12139
# Ответить
0


]]>]]>

Əleykəssalam. Bunun izahı ayə və hədislərlə verilir. Həzrət Fatimənin (ə) məsələsi istisnadır. Quran Həzrət İsanı (ə) Nuhun (ə) zürriyyəsi adlandırır (Ənam, 84-85). Halbuki, Həzrət İsanın (ə) atası yox idi və o həzrət ana xətti ilə Həzrət Davuda (ə), ordan da Həzrət Nuha (ə) birləşirdi. İslam alimləri bu ayəyə, eləcə də, mübahilə ayəsində İmam Həsən və İmam Hüseyn (ə) barəsində işlədilmiş "övladlarımız" kəlməsinə istinad edirlər. Bu, Quranın buyurduğu istisnalardır. Amma Fatimeyi-Zəhradan (ə) sonra seyidlik ata xətti ilə keçir.
Müəllif: Ali | 15 Yanvar, 2018  11:23
# Ответить
0


]]>]]>

Əleykə salam. Şeyx Səduq (r) səhih «Uyunu əxbarur – Riza (ə)» və Əbu Mənsur Əhməd ibn Əli ibn Əbu Talib Təbərsi «İhticac» kitabında imam Museyi-Kazımın (ə) belə buyurduğunu nəql etmişdir: «Bir gün Abbasi xəlifələrindən olan Harun Rəşidin məclisinə getdim. O, mənə bəzi suallar verərək, cavab istədi. Suallardan biri də, (sizin də sualınız) bu idi: «Necə «Biz Peyğəmbərin (s) nəslindənik» deyərsiniz? Halbuki, Peyğəmbərin (s) xələfi yoxdur; xələf ancaq oğlan övladı olar, qız övladından xələf olmaz! Siz isə qızından olan övladlarısınız, Peyğəmbərin (s) xələfi yoxdur!» İmam Museyi-Kazım (ə) ona cavab olaraq «Ən am» surəsinin bu ayələrini oxudu: «Onun (Nuh və ya İbrahimin) soyundan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu hidayətə çatdırdıq. Biz əməli salehləri bu cür mükafatlandırırıq. (Yenə onun soyundan) Zəkəriyyanı, Yəhyanı, İsanı və İlyası da (hidayətə yetişdirdik). Onların hamısı əməli salehlərdəndir» ardı var...
Müəllif: Ali | 15 Yanvar, 2018  11:25
# Ответить
0


]]>]]>

Daha sonra İmam (ə) Harunun diqqətini ayədəki dəlil olaraq göstərdiyi yerə cəlb etdi: «Ey möminlərin Əmiri! Həzrət İsanın (ə) atası kimdir?» Harun cavabında belə dedi: «İsanın (ə) atası yoxdur». Bu əsnada İmam (ə) belə buyurdu: «Bax, Allah-təala onu Məryəmin (ə.s) vasitəsiylə peyğəmbərlərin nəslinə ilhaq etmişdir. Bizi də anamız Fatimə (ə.s.) tərəfindən Peyğəmbərin (s) nəslinə ilhaq etmişdir». ardı var ...
Müəllif: Ali | 15 Yanvar, 2018  11:26
# Ответить
0


]]>]]>

İmam Fəxri Razi «Təfsiri-Kəbir»in IV cildinin 124-cü səhifəsində zikr olunan ayənin ardınca V məsələdə belə deyir: «Bu ayə, Həsən və Hüseynin Rəsulallahın (s) soyundan olmalarına dəlalət edir. Çünki Allah-təala bu ayədə Həzrət İsanı, həzrət İbrahimin nəslindən saymışdır (həzrət İsanın isə atası yoxdur). Bu bağlılıq ana tərəfindəndir. Beləcə, Həsən və Hüseyn də ana tərəfindən həzrət Rəsulallahın (s) zürrüyəti idilər. Həzrət Məhəmməd Baqir (ə) Həccacın yanında eyni ayə ilə istidlal etmişdir». Daha sonra imam Museyi-Kazım (ə) Haruna, «Yenə də dəlil gətirimmi?» deyə buyurdu. Harun, «Bəli, gətir» dedikdə, o həzrət (ə) «Ali-İmran» surəsinin 61-ci ayəsindəki bu «Mübahilə ayəsi»ni qiraət etdi: «Artıq sənə yetişən bu elmdən sonra onun haqqında səninlə çəkişib-mübahisə edərlərsə, de ki: «Gəlin, oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, nəfslərmizi və nəfslərnizi bir yerə toplayaraq; sonra qarşılıqlı lənətləşək. Allahın lənəti olsun yalan söyləyənlərə!». ardı var ...
Müəllif: Ali | 15 Yanvar, 2018  11:26
# Ответить
0


]]>]]>

İmam (ə) sonra belə buyurdu: «Heç bir kəs Allahın əmri olan bu mübahilə zamanı həzrət Peyğəmbərin (s) xristianlar qarşısında Əli ibn Əbu Talib(ə), Fatimə (ə.s), Həsən (ə) və Hüseyndən (ə) başqa müsəlmanlardan bir kəsin belə bu hadisəyə qatılmış olduğunu iddia etməmişdir. «Ənfüsəna»dan (nəfislərimiz) məqsəd, Əli ibn Əbu Talib (ə), «nisaina»dan (qadınlarımız) məqsəd, Fatimətüz- Zəhra (ə.s), «əbnaəna»dan (oğullarımız) məqsəd isə Allahın onlara «Rəsulallahın oğulları» deyə buyurduğu Həsən (ə) və Hüseyndir(ə)». Harun imam Museyi-Kazımdan (ə) bu aydın dəlili gördükdə, özündən asılı olmadan, «Əhsəntə ya Əbəl Həsən» (yəni afərin, necə də gözəl söylədin, ya Əbəl Həsən) dedi.
Müəllif: Ali | 15 Yanvar, 2018  11:32
# Ответить
+2


]]>]]>

II xəlifə Ömər ibn Xəttabın belə dediyini nəql etmişlər: «Rəsulallahın (s) belə buyurduğunu eşitdim: «Hər qövm və nəsil Qiyamət günü, mənim qövm və nəslimdən başqa kəsiləcəkdir. Hər qızın övladlarının əsəbəsi Fatimənin övladları istisna olmaqla, ata tərəfindəndir. Çünki mən onların (Fatimənin övladlarının) babası və əcdadıyam».
Müəllif: bende | 17 Yanvar, 2018  22:15
# Ответить
0


]]>]]>

Salam aleykum. Cavab yazdiginiz ucun teshekkur edirem. Bezi meqamlar var,onlari muzakire etmek isterdim.
Müəllif: bende | 17 Yanvar, 2018  22:19
# Ответить
-1


]]>]]>

Misal getirdiyiniz Enam suresinin ayelerinde sohbet peygemberlerden gedir. Isa Mesihi ana terefinden peygemberlerin ceergesine qoshulmasi aydin ve tebii gorstenir. Muhemmed peygember (s.e.s.) ise axirinci peygember idi,onun gelishi ile Allahin dini tamamlanmish ve Qiyametin yaxinlashmasi bildirilmishdi. Bele oldugda bu istisnanin ne zeruriyyeti var idi?
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
19 Yanvar, 2018

Kişi ilə qadın arasında 4 aydan artıq yaxınlıq olmayıbsa, onlar boşanmış (talaqlı) sayılırlar? İslam suallarda

19 Yanvar, 2018
Ermənistan silahlı bölmələri atəşkəs rejimini 116 dəfə pozub
19 Yanvar, 2018
Suriya "Nüsra cəbhəsi" terror qruplaşmasına qarşı irimiqyaslı əməliyyata hazırlaşır
18 Yanvar, 2018

Türkiyə PKK-nın Suriyadakı qolunun mövqelərini bombalayıb

18 Yanvar, 2018

İƏT Parlament İttifaqı Konfransının sessiyasında Ermənistanın işğalçılıq siyasəti bir daha pislənilib

18 Yanvar, 2018

Mövlud Çavuşoğlu: "ABŞ terrorçularla əməkdaşlıqdan əl çəkməlidir"

18 Yanvar, 2018

Türkiyənin Afrin “düyünü” - kəsmək, yoxsa açmaq? Nəzər nöqtəsi

18 Yanvar, 2018

Pentaqon Suriyada "sərhəd qüvvələri"nin yaradılmadığını bəyan edib

18 Yanvar, 2018

Netanyahu: ABŞ bu ilin sonunadək İsraildəki Səfirliyini Qüdsə köçürəcək

18 Yanvar, 2018

Tillerson: ABŞ İŞİD-in tam məhvinə qədər Suriyada qalacaq

18 Yanvar, 2018

"Ərəb baharı" nın nəticəsi: Yaxın Şərq nə itirdi?

18 Yanvar, 2018

Namaz vaxtlarına aid olan gecəyarısı necə hesablanır? İslam suallarda

18 Yanvar, 2018
İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlıların şikayəti əsasında məhkəmə başlayıb
18 Yanvar, 2018
Ermənilər Azərbaycan ordusunun mövqelərini atəşə tutublar
17 Yanvar, 2018
Bakıda satışına razılıq verilməmiş dini təyinatlı ədəbiyyat aşkarlanıb
17 Yanvar, 2018

DİN, DTX, Baş Prokurorluq və Dövlət Komitəsi arasında dini ekstremizmə qarşı Tədbirlər Planı imzalanıb

17 Yanvar, 2018

BMT: Yəmən əhalisinin 80 faizinin humanitar yardıma ehtiyacı var

17 Yanvar, 2018

ABŞ səfirliyinin Qüdsə köçürüləcəyi vaxt açıqlanıb

17 Yanvar, 2018

“Bu məqama necə çatdılar” kitabı nəşr olunub

17 Yanvar, 2018

BMT baş katibi: “Suriyada həddindən çox əcnəbi hərbçi cəmləşib”

17 Yanvar, 2018

İƏT Parlament İttifaqı Konfransının 13-cü sessiyası çərçivəsində Azərbaycanla bağlı iki qətnamə layihəsi qəbul edilib

17 Yanvar, 2018

Bərbər kişilərin üzünü ülgüclə qırxırsa, bərbərxana üçün icarəyə yer vermək olarmı? İslam suallarda

17 Yanvar, 2018

İran prezidenti İslam dünyası üçün əsas prioriteti açıqlayıb

17 Yanvar, 2018
Atəşkəs rejimi 133 dəfə pozulub
16 Yanvar, 2018
Azərbaycanda qanunsuz dini ədəbiyyat satan 13 nəfər cərimələnib
16 Yanvar, 2018

ABŞ-ın terrorçulardan ibarət 30 minlik “qoşun”u - Türkiyə təhdid edilir

16 Yanvar, 2018

Fələstin İsraili dövlət kimi tanımaqdan imtina edib

16 Yanvar, 2018

Ramzan Kadırov Azərbaycanda tapılan 104 yaşlı çeçen qadına Qroznıda ev bağışlayıb

XƏBƏRARXİVİ
«Yan.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com