Ağıllı ol, şair!

Şair qeyzə gəldi. Kişi donuz ətindən hazırlanmış kolbasa yemək istəyən məqamda iştahasını pozublar, halal kolbasa təklif ediblər. Şair də od püskürdü! Status guppuldatdı şair!..  Biz isə şairə (şəstlə “şair” də yazırıq... Füzulinin ruhu bizi lənətləməsə yaxşıdır... ) 1-2 kəlmə deməzdən öncə bəzi məsələlərə aydınlıq gətirək.

Dindarları çox vaxt aqressivlikdə ittiham edirlər. Amma son dövrdə Azərbaycan cəmiyyətində ən aqressiv təbəqəyə deistlər və ateistlər çevriliblər. Hətta demək olar ki, ateizm yeni, radikal və dözümsüz bir dinə çevrilib. Bu yeni dinin əsas hədəfi də dindarlardır. Repertuarları da çox genişdir, təhqirdən tutmuş müxtəlif aşağımalara qədər, özlərini dağın başına qaldırmaqdan dini rişxəndə, dindarları geri zəkalı hesab etməyə qədər. Az qalırlar desinlər ki, dindarın öz dini inancını yaşamağa haqqı yoxdur ya da ki, gedib tövlədə yaşamalıdır.

Ay şair! Əvvəla, gəl görək hələ sən özün kimsən? Bu dünyada, ən azı şair kimi neyləmisən ki, dindara belə yuxarıdan aşağı baxırsan? De görək, sən Nizaminin, Füzulinin, Xəqaninin əsirlər öncə kəsilən ayaq dırnağı ola bilərsənmi? Halbuki, bu sadalananlar dindar idilər və elə o satıcının dediyini hələ əsirlər öncə deyirdilər.

İkincisi isə, cənablar, heyranlıq duyub özünüzü oxşatmaq istədiyiniz hüquqi və modern Qərbdə bu yanaşmanıza görə sizi məhkəməyə verib dərinizi soyardılar.

Üçüncüsü isə dindarın öz dinini və fikirlərini ən azı siz ateist və deistlərin ətrafa təlqin etdikləri qədər tanıtma və təbliğ etmə hüququ var. Demokratik bir ölkədir, kiməsə təklif irəli sürülə bilər. Və yenə də demokratik prinsiplərə uyğun olaraq, o kimsə təklifi rədd edə bilər.

P.S. Bu arada Yenicag.az yazır ki, şairlə “Favorit” mağazasında belə bir söhbət heç yerli dibli olmayıb. Şair arağından vurub yatarkən bunları yuxuda görüb və sonra durub yuxusunu statusa yazıbmış. Daha nə deyəsən? Ağıllı ol, şair!



Yerləşdirilib:10 Yanvar, 2018  16:12, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 12
Müəllif: Sadiq | 10 Yanvar, 2018  16:46
# Ответить
0


]]>]]>

Bunlar ağıllanan deyil ki? Çünki əzəldən ağıl olmayıbbunlarda. Ağıl olsaydi belə danışmazdı ki?
Müəllif: Mahir | 10 Yanvar, 2018  16:50
# Ответить
+1


]]>]]>

Gülümsərov elə bilir ki böyük alimdi. çoxlari da ona inanır həəə
Müəllif: Nadir | 10 Yanvar, 2018  17:15
# Ответить
0


]]>]]>

Bu hansı "şairdi" İranda iynəsi vurulan??
Müəllif: Taryel | 10 Yanvar, 2018  17:54
# Ответить
0


]]>]]>

Bu tip adamlara fikir vermək lazım deyil. Belə adamlar zəhərlərini tökmək üçün mütləq bir şey tapırlar. Söyülməkdən də ləzzət alırlar. Ona göə də onları bu ləzzətdən məhrum etmək lazımdır. heş adam yerinə də qoymursan qalır yana-yana
Müəllif: Mail | 10 Yanvar, 2018  19:24
# Ответить
0


]]>]]>

yekə-yekə də elə "aydın" deyir ki, özünə elə bil dünyanı bu yana çevirib. Sən qaranlıqdasan aydınlığa çıxmaq üşün cəhd də göstərmirsən
Müəllif: Salam | 10 Yanvar, 2018  22:11
# Ответить
0


]]>]]>

Bu"şairin"ağ yalan danışdığı elə statusundan aydın olur həmin mağaza özu açıqlama verib ki belə bir hal olmayıb
Müəllif: Tamerlan | 11 Yanvar, 2018  08:51
# Ответить
0


]]>]]>

Özü də etiraf edib ki, yalandan azıb. Hələ bir don da geyindirməyə çalışıb ki, guya cəmiyyətin diqqətini bu məsələyə çəkmək istəyib. amma buna deyən lazımdır ki sən kimsən axı? Sənə kim bu ixtiyarı verib? Get donuz ətini ye arağını iç də. Murdarın biri murdar
Müəllif: Ramil | 11 Yanvar, 2018  09:23
# Ответить
0


]]>]]>

Dünən də yazmışdı ki, mən yetim, yesir. oxucu ümidinə qalmamısam menim elit oxuyanlarim var)) Təvəzükarlığn son həddi)))
Müəllif: Eldar | 11 Yanvar, 2018  10:49
# Ответить
0


]]>]]>

Bunun kimiər nə qədər danışacaqlar o qədər də batacaqlar. Çünki Allah islamin dusmenlerini axmaqlardan qerar verib
Müəllif: Mubariz | 11 Yanvar, 2018  11:22
# Ответить
0


]]>]]>

Çox mənasız bir adamdır baş qoşmağa dəyməz
Müəllif: Kamal | 11 Yanvar, 2018  14:38
# Ответить
0


]]>]]>

Bunun kimiler cemiyyetde tessuf ki var. Beleleri ile eyni havani uduruq. Amma neynemek olar.
Müəllif: Nizami | 11 Yanvar, 2018  18:00
# Ответить
0


]]>]]>

Bunu adinin menasini bilen var? Nə deməkdi?
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
10 Dekabr, 2018

Əfqanıstanda Taliban silahlılarının hücumu nəticəsində onlarla polis həlak olub

10 Dekabr, 2018
İraqlılar İŞİD üzərində qələbənin birinci ildönümünü qeyd edirlər
10 Dekabr, 2018
Səudiyyə Ərəbistanı Türkiyəyə rədd cavabı verdi
10 Dekabr, 2018
Trampın impiçment məsələsi nəzərdən keçirilə bilər
10 Dekabr, 2018

İsmi-əzəm (Allahın ən böyük adı) hansıdır? İslam suallarda

10 Dekabr, 2018
Dəməşq aeroportuna hava hücumunun qarşısı alınıb
10 Dekabr, 2018
CNN Qaşıqçının ölüm qabağı dediyi son sözləri nəşr edib
8 Dekabr, 2018
Dağıstanda İŞİD-çi məhv edildi
8 Dekabr, 2018
Tramp: "Tillersonun dövlət katibi vəzifəsini icra etməsi üçün zehni bacarığı yox idi"
8 Dekabr, 2018

Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda 33 fələstinli yaralanıb

8 Dekabr, 2018

Azərbaycan neft hasilatını 20 min barel azaldacaq

7 Dekabr, 2018

Ermənistanın sabiq prezidenti yenidən həbs olunacaq

7 Dekabr, 2018

BMT: Bəşəriyyətin yarıdan çoxu internet istifadəçisidir

7 Dekabr, 2018
Gəncə hadisələri ilə bağlı həbs edilən 11 nəfərin məhkəməsi başlayır
7 Dekabr, 2018

Yəmən danışıqları ərəfəsində Səudiyyə koalisiyası irimiqyaslı hücuma keçib

7 Dekabr, 2018

Bəzən qeyri-peşəkarlar kitab yazmaq fikrinə düşürlər – ilahiyyatçı

7 Dekabr, 2018

"Taliban" silahlılarının hücumu nəticəsində 14 hərbçi ölüb

7 Dekabr, 2018

Peyğəmbərə (s) cadu edilibmi? İslam suallarda

7 Dekabr, 2018

Azərbaycanda qəbir yerlərinin ölçüləri müəyyənləşib

7 Dekabr, 2018

Azərbaycanda qəbirlərin ətrafının hasara alınması qadağan edilib Yeni qayda

6 Dekabr, 2018

İsrail rəsmilərinin Bəhreynə səfərinə maneə yoxdur – Bəhreyn XİN

6 Dekabr, 2018

"Tramp Qafqazda hücuma keçəcək, əsas diqqət Ermənistana yönəlib..." - "Stratfor"

6 Dekabr, 2018

İranda terror aktı törədilib, ölənlər var

6 Dekabr, 2018

Həzrət İsa Peyğəmbər (ə) xristianların dediyi kimi çarmıxa çəkilibmi? İslam suallarda

6 Dekabr, 2018
Tramp Bill və Hillari Klintona salam vermədi
6 Dekabr, 2018

Koalisiya qüvvələri Suriyanın Hacin şəhərini bombalayıb, 5 nəfər ölüb

5 Dekabr, 2018
Putin ABŞ-ın ultimatumuna cavab verdi
5 Dekabr, 2018

Səudiyyə təyyarələri Yəməndə səhvən öz müttəfiqlərini vurub – 17 ölü

XƏBƏRARXİVİ
«Dek.2018»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com