Azərbaycanda yeni dini bölücülük təhlükəsi

Və ya yeni radikal şiə düşüncəsi ölkədə necə və hansı arqumentlə yayılır?

Azərbaycan dini mühitində zərərli tendensiya müşahidə olunmağa başlayıb. Doğrudur, hələlik mövzu yalnız sosial şəbəkələrdə (amma qızğın şəkildə) müzakirə olunur, necə deyərlər, virtualdan reala keçməyib. Ancaq prosesin özü çox təhlükəlidir və daha təhlükəlisi odur ki, bu zərərli tendensiyaya hansısa görünməz əllər dəstək verir. Bu barədə bir qədər sonra...

Məsələ ondadır ki, Yaxın Şərqdə son 6 ildə dini-məzhəbi nifrətə köklənmiş terror müharibəsi bitməyə doğru getdiyi, qatı, inkarçı düşüncənin zərərliliyi fikrini hər kəsin qəbul etməyə başladığı bir zamanda Azərbaycanda ənənəvi şiə məzhəbi ardıcılları arasında təkfir düşüncəsi yayılmağa başlayıb.

Məlumdur ki, İslam dini ardıcılları arasında təkfirçi düşüncənin yaşı çox qədimə gedir. Öz inancını (daha çox eyni dində olanlara aiddir, nəinki başqa dinlərə qarşı) daha doğru və haqq bilən, fərqli düşünənləri “dindən çıxmış”, “yolunu azmış”, “küfrə düşmüş” kimi görən və buna görə də onları öldürməyə icazə verəcək qədər irəliyə gedən bu düşüncə əsrlər boyu yüz minlərlə günahsız insanın həyatına son qoyub, müsəlman aləmini inkişafdan saxlayıb. Son 6 ildə Yaxın Şərqdə bunun acı nəticələrini gördük.

Məlumdur ki, şiə cərəyanı daxilində ənənəvi, digər məzhəblərə loyal qruplarla yanaşı, daha sərt, hətta başqa məzhəbləri qəbul etməyən, eləcə də İslamın ilk illərində baş vermiş hadisədən çıxış edərək bəzi səhabələri lənətləyən, bunu az qalan inancın bir hissəsi olaraq təqdim edən, başyarma da daxil olmaqla, bir çox bu gün qatı hesab olunacaq hərəkətləri leqallaşdıran marginal qruplar olub və bu gün də var. Ancaq bu qruplar xüsusən də Azərbaycan kimi ölkələrdə azlıqda olduqları üçün səsləri o qədər də eşidilməyib. Xüsusən də son illərdə Yaxın Şərqdə baş verənlərdən sonra müsəlman ümməti daxilində sünni və şiələr arasında təkfirçi, qarşı görüşlərə hörmətlə yanaşma çağırışlar dəstək qazandığı üçün bu cür düşüncənin davamçıları nəzərə çarpmırdı.

Ancaq bu düşüncə hər zaman vardı və davam edir. Artıq uzun illərdir ki, küveytli din xadimi, səhabə haqqında təhqiramiz fikirlər işlədən Yasir əl-Həbib Londondan yayınlanan “Fadak” TV kanalı vasitəsilə, o cümlədən ABŞ-ın Kaliforniya ştatında yaşayan Məhəmməd Hidayəti “Salam” telekanalı vasitəsilə cəfərilik məzhəbi daxilində sərt fikirləri yayır.

İndi isə bu fikirlər Azərbaycanda tirajlanır. Sosial şəbəkələrdə mülayim, barışcıl, digər məzhəblərlə anlaşmaya meyilli qruplarla qatı məzhəbçilər arasında sözlü “duellər” baş verir. Ancaq qəribədir ki, Azərbaycanda bu qarşıdurma İran tərəfdarlığı ittihamlarının kölgəsində gedir. Məsələ ondadır ki, hazırkı İran İslam hakimiyyəti, o cümlədən İraq şiələrinin lideri Ayətullah Sistani müsəlman vəhdəti, digər məzhəblərə, onların müqəddəslərinə qarşı hörmətlə yanaşma tövsiyə edir, məzhəb ikitirəliyi salınmasına qarşı fətvalar veriblər. Lakin həm İranda, həm də İraqda və eləcə də digər ölkələrdə olan ifratçı şiə icmaları və onların dini liderləri bu səbəbə görə adıçəkilən üləmanı “şiəliyin əsaslarını sarsıtmaqda”, “şiə əqidəsindən kənara çıxmaqda” ittiham edir. Yuxarıda adıçəkilən kanallarda bunun onlarla örnəyi var. Söhbət konkret olaraq Peyğəmbərin (s.ə.s) həyat yoldaşı, eləcə də ilk xəlifələrə münasibətdən gedir. Hansı ki, bu mövzu uzun illər düşmənçilik və bölücülük səbəbi olub.

Əlbəttə, bu mövzu Azərbaycanda yaranmadığı üçün Azərbaycanda onun həll olunması da mümkün deyil. Amma məsələnin pis tərəfi odur ki, indi bu mövzunu ortaya atıb aranı qızışdıranlar var. Özü də münaqişə bu dəfə məzhəblər arasında deyil, bir məzhəbin daxilində gedir. Bu isə Azərbaycan üçün təhlükəlidir. Çünki Azərbaycanda bu günə qədər din və məzhəb ayrılığı mövzuları nifrət səbəbi olmayıb. İndi baş verən bu proses isə məqsədli şəkildə “İran tərəfdarları və əleyhdarları” arasında mübarizə kimi təqdim olunur. Çünki aydın məsələdir ki, Azərbaycan ictimai rəyində İrana qarşı, xüsusən də İran üləmasına qarşı soyuq münasibət var, İran təsirinin olması təhlükəli tendensiya kimi qəbul olunur. Bu səbəbdən də qarşı qrup məhz mülayim xətti İrana bağlamaqla mövzunu dini motivdən ayırıb ona geopolitik və siyasi çalar qatmağa çalışır. Ehtimal ki, hakimiyyətdə bilərəkdən və ya bilmədən buna gedən var.

Halbuki məsələ siyasi deyil, İslam məzhəbləri arasında münasibətlərdən və sərt xətt tərəfdarları ilə daha yumşaq, barışdırıcı xətt arasında qarşıdurmadan gedir. Bu mövzunun Azərbaycana ayaq açması din sahəsində düşmənçilik və nifrəti dərinləşdirəcək. Çünki qatı şiə qrupları həm daxildə, həm də “xaricə”, yəni digər məzhəblərə qarşı münasibətdə sərt görüşün tərəfdarıdırlar.

Hələlik mövzu sosial şəbəkələrdə mübahisə və müzakirələr, qarşılıqlı ittihamlar çərçivəsindən çıxmır. Tərəflər hədislər, dini rəvayətlər, tarixi hadisələri təftiş edərək bir-birinə qarşı arqument olaraq istifadə edir. Amma sabah bu prosesin daha sərt və amansız qarşıdurmaya çevrilməyəcəyinə də kimsə təminat verə bilməz.

Kənan RÖVŞƏNOĞLU

musavat.com



Yerləşdirilib:7 Dekabr, 2017  13:28, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 34
Müəllif: Samir | 7 Dekabr, 2017  15:09
# Ответить
0


]]>]]>

Son günlərdə xüsusən də vəhdət həftəsində bu məslələr məqsədyönlü şəkildə qabardılır. Soial şəbəkələrdə müakirələr açılır. Əslində radikal "şiələrin" lənət aşiqlərinin yerinə baxsan görürsn ki. haraan qaynaqanır. Maraqlıdır ki, bu qruplara ölkə səviyyəsind də dəyiş dolaşan yoxdur. Əksinə şərait də yaradırlar Görəsən niy ?
Müəllif: Safar | 7 Dekabr, 2017  15:13 | Ответ на #9339
# Ответить
-5


]]>]]>

İrandan din öyrənməkdənsə elə Avropa və ABŞ yaxşıdır
Müəllif: Safara | 7 Dekabr, 2017  15:16 | Ответ на #9344
# Ответить
+1


]]>]]>

Sen get dincəl. Bura senin yerin deyil. Get bala get isinle mesgul ol
Müəllif: Salam | 7 Dekabr, 2017  15:12
# Ответить
+1


]]>]]>

Xamneyi ağanın fətvası var ki digər məzhəblərin muqəddəsatın söymək haramdır
Müəllif: Rasim | 7 Dekabr, 2017  15:15
# Ответить
+2


]]>]]>

Nəinki Seyid Xameneyinin, digər müctehidlrin də belə fətvası var. Məsələ burasındadır ki, bu adamlar Seyid Sistanini əsas gptürürlər. Sistani aga isə askar şəkildə dedi ki, sünnilr bizim qardasimiz deyil ozumuzdur. Bele cixir ki, ozumuz ozumuzu soyuruk?
Müəllif: Salam | 7 Dekabr, 2017  15:16
# Ответить
+1


]]>]]>

Safar Allah sənin kimiləri bildiyi kimi etsin munafiq din duşmanı.Amerikanı istəyirsən çıx get ora səni kimsə burda saxlamır İranın daşı duşsun başınıza
Müəllif: Rahman | 7 Dekabr, 2017  15:33
# Ответить
+2


]]>]]>

Bir neçə gündür bu mövzu sosial şəbəkələrdə aktivləşib. Dəyərli ruhanilərimiz söhbətlərində bu məsələlərə işarə etdilər. Əlbəttə "İngilis şiəliyi" adi verilən bu məzhəbfasonların yalnız bir məqsədi var. O da Seyid Xameneyini hədəfə almaqdır. Əvvəl Seyyid Sitanidən iqtibas gətirirdilər. Sonra bunların başbilənləri Seyyid Sistanini söyəndən sonra keçdilər Vəhid Xorasaniyə. Ağa Vəhid Seyid Xameneyinin qildigi "Cümə" namazına və onun bəhx xaricinə gedəndən sonra nəuzibillah oldu "pixi". İndi də Konkret olaraq Seyid Sadiq Şirazinin qucaginda oturublar. Onun ozunun ve qardasinin kim oldugu da aşikardır. Konkret olaraq İngiltərənin maliyyəsi ilə fəaliyyət göstərirlər. Allah bunları hidayət eləsin.
Müəllif: Ayan2 | 8 Dekabr, 2017  14:32 | Ответ на #9349
# Ответить
0


]]>]]>

Salam.Mumkunse deyerdiz Seyid Sadiq Şirazi kimdir?
Müəllif: Ayana | 10 Dekabr, 2017  16:03 | Ответ на #9434
# Ответить
+1


]]>]]>

Seyyid Şirazi özünün mərceyi təqlid elan etmiş şəxsdir. Tərəfdarları da kifayət qədərdir. Özü də İranda yaşayır. İran hökumətini, dəqiq desək Ayətullah Xameneyini qəbul etmir. Tərəfdarları isə aşkar şəkildə təhqir edirır Seyid Xamneneyini. Qardasi İngilterede yasayir. İki kanal var Londondan yayimlanana ve butun gunu sunnuleri tehqir eden yasir ve Allahyari adinda iki adam var baslarina emmame qoyublar cixib ruhani kimi danisirlar. Ba onlarin da rehberi Sirazinin qardasidir. Eyni zamanda Seyid Şirazi özlərini Ziddi vilayet - yeni islam hokumetinin qurumlasini yalniz İmam Zaman eli ile mumkun olmasi, muctehdin hokumet qurmasinij yalnisligi ve muctehidin olke rehberi olmasini qebul etmeyenler qrupunu mudafie edir.
Müəllif: Salam | 7 Dekabr, 2017  16:09
# Ответить
+1


]]>]]>

Eger kimisə və ya nəyisə ingiltərə amerika himayə edirsə bilin ki onun İslamla əlaqəsi ola bilməz
Müəllif: Namiq | 7 Dekabr, 2017  16:54
# Ответить
-3


]]>]]>

Niyye iddia edirsiniz ki, kimisə ingilis maliyyə edir. Hardan bilirsiniz? Əlinizdə bununla bagli subut var? Elə yalandan İran nə hava calir ona oynayirsiniz.
Müəllif: Salam | 7 Dekabr, 2017  17:02
# Ответить
0


]]>]]>

Bəs kim maliyyə edir?? Bəlkə ingilislərin vəkilisən?! Bunu İran demir duşuncəsi olan hər kəs bilir ki.onları kim və niyə maliyyə və himayə edir artıq sözə ehtiyac yoxdur
Müəllif: Namiq | 7 Dekabr, 2017  17:21
# Ответить
-1


]]>]]>

Ancaq yersiz təəsübkeşlikdən başqa bir şey bilmirsiniz. Allah hər şeyi görür və bilir. Kimin-kim olduğu da aşkardır
Müəllif: Taleh | 7 Dekabr, 2017  17:41
# Ответить
0


]]>]]>

Adətən lənət həəskarı cəmiyyətdə "ziddoş" kimi tanınan adamlardı. Özü də "didiğim didixdi" prinsipini əsas gotururlər. Guya zahirdə özlərini loyal göstərirlər. Amma çox təhlükəli tayfadır.
Müəllif: Namiq | 7 Dekabr, 2017  18:02
# Ответить
-3


]]>]]>

Taleh "ziddoş" deyəndə nəyi nəzərdə tutursan. İrana, onun siyasətinə zidd olanları? Əlbəttə, bunu deyirsənsə o zaman mən buna müxalifəm. Çünki bu gün İranda islam adına qurulan rejimin islamdan xəbəri yoxdur.
Müəllif: Yusif | 7 Dekabr, 2017  18:21
# Ответить
+2


]]>]]>

Bütün günü Tv ekranlarindan Əhlü sünnəni söyən, müctehid təhqir edən fasiqdir. Ona uyanlar və tərəfini saxlayanlar da el onun tayidir
Müəllif: Remish | 7 Dekabr, 2017  18:36
# Ответить
+1


]]>]]>

Tale! İranı bəyənməmək, İrandan xoşu gəlməmək odu ki, onda mütləq sünniləri söyüb məzhəb davası açmalısan? Mənim də istəmirəm burda İran güclənib mənim dindarımı idarə etsin. Amma bu o demək deyil ki, buna görə mən gedib YAsire, Shiraziye bash eyib, sunnileri lenetıeyib mezheb davası açmalıyam. Bununla guya İranın burda təsiri azalacaq, ya nə olacaq? Ağlınız ora qədər işləyir
Müəllif: Remish | 7 Dekabr, 2017  18:37
# Ответить
0


]]>]]>

Namiq!! Tale qardash, bagishla, sehv saıdim. Bu söz Namiqe yazilib!1
Müəllif: Remish | 7 Dekabr, 2017  18:39
# Ответить
0


]]>]]>

Safar, senin de aglina keche yamayim ele. İran pisdise, ingilis yaxshi olmur. Namiq de, sen de, ele bu cur dushunenler hamsi eyni agildasiz. Azerbaycanli kimi dushunmeye beyniniz ve gotunuz yoxdu, mutleq gerek kimese yamaq, qul olasiz ele.
Müəllif: celal | 7 Dekabr, 2017  19:52
# Ответить
0


]]>]]>

Danisanda islamdan, haqqdan danisirsiz. Bele yersiz munaqishelerdense ibadetlerinizde ve emelleribizde muti olun. O Allah ki haminizi gorur, niyyetinizden xeberdardir. Nese fikir bildirende haqq-hesab gununuzu de nezere alin.
Müəllif: Remise | 7 Dekabr, 2017  21:16
# Ответить
-1


]]>]]>

İndi deyirsen ki sunnulerin xetrine deyer deye Omerin Hz Zehranin (s.e) qapisini yandirdigini demeyek? Hz Ali (a) edilən zulmlerden danismayaq?
Müəllif: Murad | 7 Dekabr, 2017  21:18
# Ответить
0


]]>]]>

Bu mübahisələr yersizdir. Bir neçə il əvvəl heç belə söhbətlər yox idi. Allah bu söhbətləri aramıza salanib təfriqə yaradanlara lenet elesin AMİN
Müəllif: Salam | 7 Dekabr, 2017  21:38
# Ответить
0


]]>]]>

Murad belə d Söhbətlər 14 esrdir ki var
Müəllif: Salam | 7 Dekabr, 2017  21:40
# Ответить
0


]]>]]>

Remisə bunları deməklə nəsə duzələcək?! Sizin bildiyinizi söymək haramdır deyən muctəhidlər bilmir?
Müəllif: Salam | 7 Dekabr, 2017  21:42
# Ответить
0


]]>]]>

Hz.ELİ Özu niyə 25 il susdu?bu haqda heç duşundunuz?
Müəllif: Nazim | 7 Dekabr, 2017  23:07
# Ответить
0


]]>]]>

Təsəvvür edin bütün dünyada bir müsəlman məzhəbin hamısı bir ağızdan xornan başqa müsəlman məzhəbi lənətləyib söyür və qeyri müsəlmanda kənatdan bu ikrah doğuran səhnəyə baxıb islam barəsində fikir özü ücün fikir formalaşdırır!Cəmi müsəlmanlara bir sual ünvanlayıram!Sizcə həmən o qeyri müsəlman islama meyl edər?!
Müəllif: Mehman | 8 Dekabr, 2017  08:17
# Ответить
0


]]>]]>

Əzizlər, Vallahi sabah qiyamətin günündə cavab vermləli olacağıq. Bəziləri üçün bu məsələ elə belə gəlir. Amma bu konkret olaraq şiəni parçalamaq üçün düşmənin qurduğu tələdir. İllərdir düşmn çalışır ki, şiənin içərisində təfriqə salsın lakin bacarmır. Nəhayət bu yolu tapıb və yaxşı maliyyə buraxır. Haram da belə bir şeydir ki, boğazdan bir əfə keşdi adamı boğaz eləyir. Tanıdığım ruhanilər var ki, illərdir dərs oxuyurlar. Amma bir bahalı maşın, bir az "sən yaxşı oglansan"Ş bir az vezife filan saqqızını oğurlayıblar. Allah bizləri düşmənin şərrindən qorusun AMİN
Müəllif: Qalib | 8 Dekabr, 2017  09:29
# Ответить
0


]]>]]>

Kənan Rövşənoglu qələminə qüvvət. Əla yazmısan. Bu tayfa şiənin vəhhabisidir. Bunları inkisaf etməyə qoymaq olmaz. Cavanlarimizi bu fitmeden uzaq tutmaq lazimdir ve bu fitneni yerinde bogmasaq gelecekde basimiza bela olacaq
Müəllif: Logman | 8 Dekabr, 2017  11:08
# Ответить
0


]]>]]>

Bu nə məntiqdir? Bu nə cür yanaşmadır? kiməsə lənət deyəndə, kimisə təhqir edəndə yaxşı mömün olursan? Müctehid söyən adamlar var ki, namazin sözləriniz düz əməlli bilmir. İmamların adini ardicil olaraq saya bilmir. Belə xəstə təfəkkürlü adamlardan uzaq olmaq lazimdir
Müəllif: Zamiq | 8 Dekabr, 2017  11:36
# Ответить
-3


]]>]]>

Yene İranperestler yigisib bura. Besdirin de İslam basqa İran basqa.
Müəllif: Remish | 8 Dekabr, 2017  16:13 | Ответ на #9426
# Ответить
0


]]>]]>

Sen de hesab edirsen ki, sunnileri soymeyenler iranperestlerdi? Soyenler ise "vetenperverler"?
Müəllif: Huseyn | 8 Dekabr, 2017  18:06 | Ответ на #9439
# Ответить
+2


]]>]]>

Remish qardas bunlarin beyinleri yuyulub ancaq bir soz yazilib İRAN dusmen. her seyi onunla olcurler. Amma İranin bizim sohbetimize hec bir dexli yoxdur axir))))
Müəllif: Zamiq | 10 Dekabr, 2017  15:58
# Ответить
-2


]]>]]>

Xosunuz gelir İrandan gedir orda yasayin
Müəllif: Salam | 10 Dekabr, 2017  17:08
# Ответить
0


]]>]]>

Sən kimsən ki harda yaşamaq haqda göstəriş verəsən. elə burda yaşayacayıq İranda qardaşımızdır sənə xoş deyil get başqa yerdə yaşa
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
11 Dekabr, 2017

Nyu-York meri: "Avtobus terminallındakı partlayış uğursuz terror cəhdidir"

11 Dekabr, 2017

İsrailə etiraz olaraq Aya-Sofyada namaz qıldılar

11 Dekabr, 2017

Türkiyə HHQ-nin əməliyyatı nəticəsində 17 PKK terrorçu məhv edilib

11 Dekabr, 2017

Peyğəmbər (s): "Günah, onu etməyən kəs üçün də bədbəxtlikdir. Çünki..."

11 Dekabr, 2017

“Göstərəcəm ki, prezident necə ölər” - Saakaşvili məhkəmədə

11 Dekabr, 2017

Saakaşvilinin tərəfdarları Kiyevdə məhkəmə binasına girməyə cəhd ediblər

11 Dekabr, 2017

Rusiya hərbi qüvvələrini Suriyadan çıxarır

11 Dekabr, 2017

İŞİD üzvü olan 6 min nəfər Afrikaya qayıda bilər

11 Dekabr, 2017
Səudiyyə Ərəbistanında ictimai kinoteatrlara icazə verilir
11 Dekabr, 2017

“Dünya bilməlidir ki, İsrail – yəhudi dövləti deyil!” - Yəhudi Hərəkatından etiraz

11 Dekabr, 2017

Ərdoğan: "Trampın Qüds qərarının həyata keçirilməsinin asan olmayacağını göstərəcəyik"

11 Dekabr, 2017

Adam özünə ölüm arzulaya bilərmi? İslam suallarda

11 Dekabr, 2017

İraq İŞİD üzərində qələbəni bayram edib

11 Dekabr, 2017
Ermənilər atəşkəs rejimini 117 dəfə pozublar
9 Dekabr, 2017

Rəcəb Tayyip Ərdoğan Prezident İlham Əliyevi İstanbulda Qüdslə bağlı toplantıya dəvət edib

9 Dekabr, 2017
Tramp Rusiya əleyhinə yeni sanksiyaları təsdiqləyib
9 Dekabr, 2017

Dilimizə ərəb dilindən keçən 15 söz

9 Dekabr, 2017
Erməni silahlı bölmələri atəşkəsi 130 dəfə pozub
9 Dekabr, 2017

Qüds şəhərinin adının mənası nədir? İslam suallarda

9 Dekabr, 2017

Mixeil Saakaşvili Kiyevdə həbs edilib

9 Dekabr, 2017
Obama Tramp dövründəki ABŞ-ı nasist Almaniyası ilə müqayisə edib
8 Dekabr, 2017

Saqqalı vermişik ələ...Birdəfəlik? Replika

8 Dekabr, 2017
ABŞ-ın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürüləcəyi vaxt açıqlanıb
8 Dekabr, 2017

İsrail hərbçiləri Qüdsdə nümayişçilərə hücum edib

8 Dekabr, 2017

Cocuq Mərcanlı məscidinin dini icması dövlət qeydiyyatına alınıb

8 Dekabr, 2017

Ayətullah Behcət: “Hər kim Xaliqə və məxluqa yəqin etsə..."

8 Dekabr, 2017

Müdafiə Naziri: "İŞİD-ə qoşulan ölkə vətəndaşları öldürülsün"

8 Dekabr, 2017

Hizbullah lideri: İsrail fələstinliləri deportasiya edəcək

XƏBƏRARXİVİ
«Dek.2017»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com