Bu gün Muhəmməd peyğəmbərin (s) mövlud günüdür

Bu gün, dekabrın 5-i, Allahın bəşər üçün göndərdiyi minlərlə peyğəmbərin sonuncusu, Tanrı dininin ən kamil formasını insanlara çatdıran, bütün yaradılanların ən üstünü olan Həzrəti Muhəmmədin (s) mövlud günüdür. Bu gün bütün İslam aləmi üçün ən əziz bayramlardan biridir.

Muhəmməd peyğəmbər (s) "fil ili"ndə, Miladi tarixi ilə 570-ci il Rəbiül-əvvəl ayının 17-də dünyaya göz açıb.

Mərhəmətli Allah peyğəmbərimizi insanlar arasında seçərək, özünə Rəsul etmişdi, onu aləmlərə rəhmət olaraq peyğəmbər göndərmişdir. Quranda buyurulur: "Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik." ("Ənbiya", 107). Allah onu gözəl əxlaqına görə insanlara təqlid nümunəsi kimi vəsf edir: "Allahın Rəsulu Allaha, Qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl nümunədir" ("Əhzab", 21).

Muhəmməd (s) 40 yaşında olarkən peyğəmbərliyə yüksəlmişdi. Hira mağarasında olarkən, ona MÜqəddəs Quranın ilk ayəsi nazil olmuşdu: "Yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!" ("Ələq", 1).

Bəşər tarixi boyu, sonuncu peyğəmbərin dünyaya gəlməsindən öncə və sonra, milyardlarla insan anadan olub və vəfat edib. Amma nəzər saldığımız doğum tam fərqli bir hadisə idi. Allah-Taala yaradılışın zirvəsi saydığı insanlara nemət olaraq son elçisini dünyaya gətirirdi. Artıq bəşərin ən yeni tarixi yazılmağa başladı. Bəşəriyyət əsrlərlə formalaşan dəyərlərə yeni rakursdan nəzər salmalı oldu. Dayaqları sarsılmaz görünən ehkamlar yerlə-yeksan oldu. Adəmin, Nuhun, İbrahimin, Musanın, İsanın misilsiz zəhmətləri və səyləri ilə yetişən Allahın dini, Məhəmməd (s) tərəfindən cilalanmış şəkildə Adəm övladlarına təqdim edildi. Bütün suallar cavablandırıldı. Bütün intizarlara son qoyuldu. Artıq heç kim "bundan daha kamili ola bilər" söyləməyə cürət tapmadı. Söyləyənlər oldusa da, suallarına cavab tapmayanlar qaldısa da – zatən, onlar özləri özlərini aldatdılar. Aşkara göz yumdular. Gözlərini yumdular və "Günəş yoxdur ki! Hər yan zülmətdir ki!" söylədilər. O isə artıq var idi. Allah insanlara göstərdiyi bütün lütflərin ən üstününü bəşəriyyətə bəxş etdi. O, dünyaya gəldi. Xatəmun-ənbiyya dünyaya göz açdı.

Mövlud bayramı bütün bunları insanlara bir daha xatırladır, onları əməli salehliyə, xoşxasiyyətliliyə, gözəl əxlaqa çağırır.

Bu əziz bayram münasibəti ilə bütün dünya müsəlmanlarını təbrik edirik!



Yerləşdirilib:5 Dekabr, 2017  09:50, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 1
Müəllif: Nazim | 6 Dekabr, 2017  20:00
# Ответить
+1


]]>]]>

Təbriklərə qatılıtam!Salavat!
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
22 May, 2018

İƏT baş katibi Azərbaycan prezidentinə məktub göndərib

22 May, 2018

Leysan yağışlar Peyğəmbər (s) məscidini sulara qərq etdi Video

22 May, 2018
Qarabağ Seyid Ocaqlarının rəhbəri iftar süfrəsi təşkil edib
22 May, 2018
Suriya ordusu 7 ilin ən genişmiqyaslı hücumuna hazırlaşır
22 May, 2018

Fələstin İsraili beynəlxalq məhkəməyə verib

22 May, 2018

Türkiyə İsraillə iqtisadi əlaqələrini təkrar nəzərdən keçirəcək - Ərdoğan

22 May, 2018

İmam Əli (ə): "Özü-özünün müəllimi və tərbiyəçisi olan kəs..."

22 May, 2018

Bizi təhqir edirlər: susaq ya susmayaq?

22 May, 2018

Əfqanıstanda silahlılarla döyüşlərdə 20 polis ölüb

22 May, 2018

Ramazan ayının gündəlik müstəhəb əməlləri

22 May, 2018

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

22 May, 2018
Ruhani: "ABŞ-ın İrana nə etməli olduğunu diqtə etmək hüququ yoxdur"
22 May, 2018
Ermənistan silahlı bölmələri atəşkəs rejimini 88 dəfə pozub
21 May, 2018

İslam.az təbrik edir

21 May, 2018

Kəbədə kran aşıb Video

21 May, 2018

Orucu necə tutmalı? Ən çox verilən suallara cavablar

21 May, 2018
Əfqanıstanda son iki gündə 63 "taliban"çı məhv edilib
21 May, 2018
İŞİD Qroznıda kilsəyə hücuma görə məsuliyyəti üzərinə götürüb
21 May, 2018

Ramazan ayında nəzir orucu tutmaq olarmı? İslam suallarda

21 May, 2018
Yəməndə İŞİD komandirlərindən biri həbs edilib
21 May, 2018
Ermənistan silahlı bölmələri atəşkəs rejimini 97 dəfə pozub
19 May, 2018

Qüds bütün müsəlmanların mübarizəsidir - Ərdoğan

19 May, 2018

Əfqanıstanda oyun zamanı stadionda partlayış baş verib, 8 nəfər ölüb

19 May, 2018

İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Sammitinin yekun bəyannaməsi qəbul edilib

19 May, 2018

Quranda adı çəkilən Talut kimdir? İslam suallarda

19 May, 2018
İstanbulda “Zülmə lənət, Qüdsə dəstək!” mitinqi keçirilib
19 May, 2018
Ermənilər atəşkəs rejimini 102 dəfə pozub
18 May, 2018
İsrail İordaniya ilə sərhəddə divar tikintisini yekunlaşdırdı
XƏBƏRARXİVİ
«May.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com