Dilemma: məzhəblərarası vəhdət, yoxsa lənət?

Son zamanlar Azərbaycanda çoxluq təşkil edən şiə məzhəbinin davamçıları sırasında müxtəlif qruplar peyda olub. Bəziləri müctəhidləri baltalayır, bəziləri “bizə Quran kifayətdir” deyir, bir qismi də nəinki əhli-sünnəni, hətta əhli-sünnə ilə vəhdətə dəvət edən hər kəsi, o cümlədən bu günün və keçmişin böyük alimlərini təkfir edir, onlara lənət oxuyur. Bu qrupların ideya baxımından hardan və nədən qaynaqlanması, həmçinin onların arxasında kimlərin dayanması ilə işimiz yoxdur, bu, başqa bir mövzudur. Sözümüzün canı nədir?..

Dindarlarla ateistlər arasında gedən polemika zamanı bəzən Allaha iman gətirənlər təəccüblərini gizlədə bilmirlər: “Doğurdanmı bu boyda kainatın, bəşəriyyətin, heyvanların və bitkilərin heç nədən, özünün isə meymundan yarandığına inanırsan??? Doğurdanmı asimandakı ulduzlarda, güzgüdəki əksində, uşaqlıq şəkillərində, küləyin sızıltısında, yağışın pıçıltısında Allahın nişanələrini görmürsən???”

Həqiqətən, imanın şirinliyini duyanların, bu şirinlik duyğusunun Allahın bir inayəti olduğunu anlayanların tam səmimi olaraq opponentlərinə yazıqları gəlir. Qəlblərində haqq olduqlarına bir əminlik varkən dostlarını, qohumlarını, yaxınlarını qərq olduqları zülmətdən qurtarmağa çalışırlar, səy göstərirlər. Anlamazlıq divarına tuş gəldikdə isə ancaq “heyif!” söyləyərək yollarına davam edirlər…

Vəhdət həftəsini yaşamaqdayıq. Və bu vəhdət həftəsində dindarlarla ateistlərin polemikalarını əbəs yerə xatırlamadıq. Bəzən elə hallar olur ki, 2 X 2 = 4! Yaxud “Qatıq ağdır!” Ya da ki, “Yumurta varsa, deməli hardasa toyuq da var!” Hər şey gün kimi aydın, səlis. Düşünürsən ki, daha burda nə mübahisə, nə fikir ayrılığı!? Lap Allahın varlığı kimi. Amma təəssüf ki, bəzən ateistə Tanrını tanıtdırmaq naminə dəridən-qabıqdan çıxan dindar səhəri gün özü çevrilib olur “ateist”, gün kimi aydın olan mətləbləri görmür.

Bu günlərdə belə halları, təəssüf ki, çox müçahidə etdik.

Məsələn, “Allaummələn Ömər, Ömər, Ömər” yazılan tortu sifariş etdirib bişirtdirən, sonra da onun fotosunu sevə-sevə sosial şəbəkələrdə paylaşan dindara nə deyəsən? Ona hansı epitetləri şamil edəsən? Adamın beləsini yazığı gəlir, vallah...

Yaxud da tam ciddiliklə “bu vəhdət kimə lazımdır?”, “nə üçün vəhdəti elə biz etməliyik?” suallarını verənə nə söyləyəsən? Eyni məntiqlə bu adam sabah “axı niyə mən namaz qılmalıyam, onlar ki qılmırlar!” da söyləyə bilər… Məəttəl qalırsan: doğurdan bu qədər kor, bu qədər dardüşüncəli olmaq mümkündürmü?

Əziz qardaşım! Dünən, 1 həftə öncə, 1 il əvvəl sən İŞİD-i, vəhhabiləri qamçılayırdın. Bu gün vəhdəti qamçılayırsan. İŞİD, vəhhabi kimi insanları təkfir edirsən. Hansı əsl sən idin, hansı halda daha səmimi idin: bu gün, vəhdətə zərbə vurduğun an, yoxsa dünən, vəhdətə zərbə vuran vəhhabini pisləyəndə? Dünən İŞİD-i müdafiə edənlərlə sosial şəbəkələrdə, lap elə həyatda rastlaşanda, bəhsə girəndə istifadə etdiyin bir arqumenti də bəlkə indi özünə qarşı istifadə edəsən, hə? Məsələn, xəvaricə ünvanladığın bir suala da özün cavab ver indi: “Ay bədbəxt! Bir bax gör sənin hərəkətlərinə kim dəstək verir, kim səni alqışlayır? İsrail! İslam düşmənləri! İndi başa düşürsən kimə xidmət edirsən öz təkfirlərinlə?” Hə, cavab ver, əziz qardaş… Gör sənin vəhdətə qarşı çıxmağın kimə, hansı qüvvələrə xidmət edir? Bax gör Peyğəmbər (s), Əhli-Beyt (ə) səndən razı qalardımı bu nifrətinə görə?

Sonda isə Allahın bizə iki əmrini bir daha xatırlayaq, xatırlayaq və yaxşı-yaxşı düşünək:

“Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin.” (Hucurat, 10).

“Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!” (Ali-İmran, 103).



Yerləşdirilib:4 Dekabr, 2017  17:32, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 28
Müəllif: Salam | 4 Dekabr, 2017  22:48
# Ответить
0


]]>]]>

Bu tort boş yerə sifariş olunmayıb bunun arxasında şiə dayanmır. bunu edən şiə deyil
Müəllif: Salam | 4 Dekabr, 2017  22:49
# Ответить
0


]]>]]>

Onu edənin dindar olduğun kim deyir
Müəllif: Sadi | 4 Dekabr, 2017  22:52
# Ответить
0


]]>]]>

Bele qetiyyetle danishma. FB-da paylashilib, paylashan da shiedir, beh-behle ona ehsen deyenler de shielerdi. Calish bir az teesubden uzaq ol
Müəllif: Salam | 4 Dekabr, 2017  22:54
# Ответить
0


]]>]]>

Hardan bilirsən şiədir?bəlkə sənin qeyb elmin var?!
Müəllif: Sadi | 4 Dekabr, 2017  22:56
# Ответить
0


]]>]]>

Estagfrullah! Senin yaninda biz kimik ki? Qeyb elmi ancaq sene mexsusdur ki, deyirsen shie deyil ))
Müəllif: Salam | 4 Dekabr, 2017  22:57
# Ответить
0


]]>]]>

Hər özunə şiə deyənə inanmayın indi çox çətin zamandır hər şeyə inanmaq olmazl
Müəllif: Sadi | 4 Dekabr, 2017  22:59
# Ответить
0


]]>]]>

Basha dusurem, adama agir gelir ki, siralarimizda bele gerizekalilar var... Amma realliq budur. Guya bu tort olmasa qalan shey hamisi gul kimidi
Müəllif: Nazim | 5 Dekabr, 2017  02:16
# Ответить
0


]]>]]>

Alımlərdən hansısa demışki FB qapısı olmayan şəhərdir,kim istəyir girir və kim estəyir cıxır.Belə bir şəhərdə görsənən hər görüntünü məzhəbi adla adlandırmaq doğru deyil,belə görüntülər sırf islam düşmənlırinin məhsuludur,əgər biz sosial şəbəkələrdə yayılan hər görüntüyə uysaq onda gərək ələsgəri elə peyqəmbər,adnanıda imam qəbul edək,tortun qoyulduğu "vitrini" yox onun reseptini fikirləşib dizayn verib bişirtdirəni tanıtdırmaq lazım nəinki məzhəbi adları hallandlrmaq,yoxsaki "vitrin" hər "dükanda" var və dükanlarda fərqli "şəbəkəyə" məxsusdur həmcinin hamısıda "spesreseptlə" bişirilən tortlardır!Mən hesab edirəmki əgər biz müsəlmanlar vəhdət istəyiriksə bu problemi məzhəbi adla adlandırmalı deyilik,cunki belə neqativlər butun məzhəblərdə mövcuddur,bu ümumən sosial şəbəkələrdə tüğyan edən problemdir və bu problemi məzhəb adıyla əlaqələndirməyin əlehinəyəm!Allah müsəlmanları fitnə fəsaddan qorusun!
Müəllif: Sadiq | 5 Dekabr, 2017  07:03
# Ответить
0


]]>]]>

Siz de dehsetsiz ee. Ele bildiniz bilmediniz ancaq tenqid etmeyi bilirsiz.Eminsen ki bu tortu sifaris eden bisiren sekilin ceken umumiyyetle muselmandir? Nolar ki? bir defe de husi zenn edin de ancaq baltalamagi bilirsiz
Müəllif: Malik | 5 Dekabr, 2017  07:06
# Ответить
0


]]>]]>

Sadi elə sənin özünün burada araqatan olub-olmamgin da sabit deyil. O ki, qaldi təəssüb məsələsinə insan gərək dininin təssübünü cəksin. Her seye senin kimi sui-zennle yanasmasin. Bir az husni zenli ol
Müəllif: Samir | 5 Dekabr, 2017  07:11
# Ответить
0


]]>]]>

Hansı vəhdətdən dəm vurusunuz. Yazda da elə qəşəng bəzyirsiniz ki, guya vəhdəti el siz yaradırsınız. Niyə. Vəhdət ancaq şiə üçündür? Niyə bir dəfə bir sünni, yaxud digəri çıxıb demir ki, mən də əliyyən-vəliyullah deyib sizinlə vəhdət edirəm. Bilirsini bu təbliğat üsulunun özü də yanlışdır. Yalandan haqq-hesaba basmağnan lazım deyil ee guya bizdə tolerantlıq burdan geldi, mezheblerarası munasibetler burdan getdi. Polis olmasa bir gunun icinde qirarlar bir-birini. Özü də maraqlıdır ee şiə çox sünni az. Azlıq çoxuqla vəhdət etməyə can ataqdan çoxluğu azlıqla vəhdətə (əslində buna vəhdət deməzlər) t lqin edirlər. Elə sizlər də bu sifarişin icracilarisiniz
Müəllif: Malik | 5 Dekabr, 2017  07:20
# Ответить
0


]]>]]>

Samir nə fərqi var kim-kimə yaxınlaşdı. Əsas odur ki, vəhdət, birlik olsun. İndi burda sünninin ya şiənin digrinə yaxnlaşmasının nəyi pisdur ki?
Müəllif: Samir | 5 Dekabr, 2017  07:23
# Ответить
0


]]>]]>

Necə yəni nə fərqi var? Fərqi çoxdur. 10 dəfə mən yaxınlaşanda, bir dəfə də digəri yaxınlaşsın. Söhbət qarşılıqlı vəhdətdən getmir ki?
Müəllif: Zaur | 5 Dekabr, 2017  10:06 | Ответ на #9183
# Ответить
0


]]>]]>

Samir, bu nə mənasız, məntiqsiz düşüncədir? Deməli Türkiyədə, İndoneziyada, ümumiyyətlə sünnilər çoxluq təşkil etdiyi ölkələrdə şiələrin basıb gözünü çıxarmalıdırlar? Sən necə müsəlmansan? Azərbaycanda şiəçoxdu deyib vəhdətə niyə zərbə vurursan ki? Elə şiənin böyüklüyü də gücü olub zəifi himayə etməsindədi. Sən Müslümü yada sal, xaincəsinə zərbə vurmadı. Çünki şiəidi, mövlası da Əli (ə) idi. Heyif ki, indi onun belə "davamçıları" var...
Müəllif: Salam | 5 Dekabr, 2017  07:32
# Ответить
0


]]>]]>

Samir elə araqarışdıran fitnə yaradan sənin kimilərdir nə boş danışırsan hz.Eli o qədər haqq tapdalandı amma din aradan getməsin deyə susdu sən Ondan artıqsan
Müəllif: Samir | 5 Dekabr, 2017  08:23 | Ответ на #9184
# Ответить
0


]]>]]>

Dinin keşikçisi sənsən ya mən? Maşşalh özünü deyəsən İmam (ə) hesab edirsən. Dinin sahibi var, qoruyucusu var. Sənin mənim "müdafiəmə" ehtiyacı yoxdur. O ki, qaldı fitnə məsələsinə dediyin sözə fikir ver. Fitnəni kimin yaratdigi askar ortadadir
Müəllif: Natiq | 5 Dekabr, 2017  08:35
# Ответить
0


]]>]]>

Çox təəssüflər olsun ki, bu gün cəmiyyətimizi yuxarıda göstərilən şəkil kimi fotolar, statuslar, yaxud hanssa video ilə qarşıdıra bilirlər. Məsələn, Fb-a yayılmış bir şəkil var. Həccdə şeytanı daşlama mərasiminin fotosunu qoyub altında hesablama aparıblar ki, guya bu daşlar satılır, filan qədər pul qazanılır. Hər il demək olar ki, həcc mövsümündə bu foto paylaşılır və hər il də yeni adamlar buna inanaraq şərh də yazır. İndi də belədir. "Vəhdət həftəsində" bu cür fotonun paylaşılması normaldır. Çünki düşmən fitnəni salmağın yolunu yaxşı bilir. Odur ki, əzizlər burada bir-birimizə qarşılıqlı ittihamlar irəli sürmək olmaz. Allah bizləri bir-birimizə raufu-mehriban elsin. AMİN!!!
Müəllif: Rasim | 5 Dekabr, 2017  09:49
# Ответить
+1


]]>]]>

Fitnəkar hər yerdə fitnəkardır. Sadəcə məqam gözləyir. Məqam düşən kimi zərbə endirir. Allah bizi fitnəyə uyanlardan qərar verməsin
Müəllif: Zaur | 5 Dekabr, 2017  10:02
# Ответить
0


]]>]]>

Boş-boş danışmayın! Bu tortu səhifəsində şiə, özü də başında əmmaməsi olan şiə paylaşıb. Şəxsən görmüşəm. Qaldı ki yazıdakı başqa məqamlara, burdakı şərhlərdən də görünür ki, tam doğru yazılıb. Deməli vəhdətə hələ çox var. Eybi yoxdu, imam Zaman (ə.f) inşallah gəlib sizin kimiləri başa salar
Müəllif: Zaura | 5 Dekabr, 2017  10:26 | Ответ на #9192
# Ответить
0


]]>]]>

Günlərin bir günü bir əmmaməli mollanı tutub gətirirlər müctehidin yanına.Deyirlər ki, bəs bu oğurluq edib. Cəzasını təyin edin. Müctehid gətirilə adama yaxınlaşıb əba və əmmaməni ondan alır və deyir. Bunları da bizdən oğurlayıb.
Müəllif: Salam | 5 Dekabr, 2017  10:52
# Ответить
0


]]>]]>

Kimsə profilinə əmmaməli şəkil qoyubsa deməli şiədir hardan bilirsən vahabi deyil?çox ağıllısan?!
Müəllif: Zaur | 5 Dekabr, 2017  11:19 | Ответ на #9197
# Ответить
0


]]>]]>

Sən başdan ayağa AĞIL təcəssümüsən ))) Kor təəssübdən savayı bir şey deyil. Salam Aleykum!
Müəllif: Yusif | 5 Dekabr, 2017  11:02
# Ответить
0


]]>]]>

Zaur lap vəhhabilər kimi danışdın. Zahirə baxıb qiymət verirsən? Bu nə cür yanaşmadır.
Müəllif: Elvin | 5 Dekabr, 2017  11:16
# Ответить
0


]]>]]>

SÜNNİ VƏ ŞİƏ MƏNBƏLƏRİNDƏ YEKDİLLİKLƏ QEYD EDİLİR Kİ, İMAM MEHDİ (ə) ZÜHUR ETDİYİ ZAMAN MƏZHƏBLƏRİ ARADAN QALDIRACAQ VƏ MÜSƏLMANLARI BİRLƏŞDİRƏCƏK İNŞALLAH. MƏZHƏB DAVASI SALAN ŞEYTANSİFƏT DİN XADİMLƏRİNƏ ARTIQ HEÇ KİM QULAQ ASMIR. BÜTÜN ZİYALI MÜSƏLMANLAR VƏHDƏTƏ CAN ATIR.
Müəllif: Taleh | 5 Dekabr, 2017  11:50 | Ответ на #9200
# Ответить
0


]]>]]>

Əhsən sənə qardaşım. Düz deyirsən Elşad Miri kimi şeytansifətlərə qulaq asmaq lazım deyil. Vəhdət etmək lazımdır.
Müəllif: Shia | 5 Dekabr, 2017  11:30
# Ответить
0


]]>]]>

Eceb eliyib bishiribler! Zor eliyibler! Bi dene sunni cixib vehdetden danishmir, ele ancaq bizik yaltaqliq eliyen
Müəllif: Mehman | 5 Dekabr, 2017  11:46 | Ответ на #9202
# Ответить
0


]]>]]>

Biz öz mərifətimiz göstəririk. Onlar da öz mərifətlərini. O ki qaldı torta belə soymeye lenetlemeye hevesli adamsa get gprum "Ləzgi" məscidinin qabaginda da Ömere lenet deye bileceksen? Kişiliyin catacaq buna?
Müəllif: Rufat | 5 Dekabr, 2017  11:51 | Ответ на #9202
# Ответить
0


]]>]]>

Sən deyəsən Yasirin kanalina cox baxirsan)))
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
18 Avqust, 2018

Ərdoğan: Türkiyəni əzə bilməyəcəklər

18 Avqust, 2018
Terrorçular ABŞ hərbçilərinə hücum etdilər
18 Avqust, 2018

Bu gecə İmam Baqirin (ə) şəhadətinin ildönümüdür

18 Avqust, 2018

Kəlmeyi-teyyibə nədir? İslam suallarda

18 Avqust, 2018

Tramp: Türkiyə özünü pis aparır

18 Avqust, 2018
İsraillilər daha üç fələstinlini öldürdülər
17 Avqust, 2018

Gəncədə törədilən terror aktı ilə bağlı daha iki nəfər həbs olunub

17 Avqust, 2018

İsrailin baş naziri növbəti dəfə polis tərəfindən dindirilir

17 Avqust, 2018

İran hicablı qadınlara münasibətlə bağlı Tiflisə nota göndərdi

17 Avqust, 2018
Dövlət Departamenti İranla dialoqa başlamaq üçün şərtlərini açıqlayıb
17 Avqust, 2018
İraq qırıcıları Suriyada İŞİD-in operativ qərargahına zərbə endirib
17 Avqust, 2018

Soruşun ki, biləsiniz: Hacı Samir Ağayev sualları cavablandırır -2 Video

17 Avqust, 2018

Günəş və ya Ay tutulması zamanı qadın heyz halındadırsa, pak olduqdan sonra ayat namazının qəzasını qılmalıdırmı? İslam suallarda

17 Avqust, 2018
Türkiyə “iPhone”u boykot edir
17 Avqust, 2018

ABŞ Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq edəcək

16 Avqust, 2018

Azərbaycanlı uşaqlar İraqdan Bakıya gətirilib

16 Avqust, 2018

Türkiyə ordusu şəhid verdi

16 Avqust, 2018
Terrorçular Əfqanıstan ordusunun təlim mərkəzinə hücum edib
16 Avqust, 2018
ABŞ vətəndaşlarının əksəriyyəti Donald Trampdan narazıdır
16 Avqust, 2018

Qəddafinin 45 tərəfdarı edam ediləcək

16 Avqust, 2018

Təyəmmüm edən zaman əllərin içini yerə bir dəfə vurmaq lazımdır ya iki dəfə? İslam suallarda

16 Avqust, 2018

Qətər Türkiyəyə 15 milyard dollar sərmayə yatıracaq

16 Avqust, 2018
Ermənilər atəşkəs rejimini 87 dəfə pozub
15 Avqust, 2018

Türkiyə prezidentinin mətbuat katibi: "İqtisadi vəziyyət düzəlməyə başlayıb"

15 Avqust, 2018

İran prezidenti: "Xəzər Konvensiyasının imzalanması ABŞ və NATO-nun sövdələşməsinin qarşısını alıb"

15 Avqust, 2018

Azərbaycandan sonuncu qrup Həcc ziyarətinə yola düşüb

15 Avqust, 2018

Səudiyyəlilərin öldürdüyü yəmənli uşaqların həyatdakı son görüntüləri  VİDEO

15 Avqust, 2018

Dövlət Departamenti: ABŞ-ın Türkiyənin iqtisadi problemlərində rolu yoxdur

XƏBƏRARXİVİ
«Avq.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com