“Əhli-beyt sevənlərin yurdu Azərbaycan” sənədli filmin təqdimatı keçirildi

Bakıda, “World Business Center” (Dünya Biznes Mərkəzi) iş mərkəzinin  akt zalında yeni, “Əhli-beyt sevənlərin yurdu Azərbaycan” adlı sənədli filminin təqdimat mərasimi keçirilmişdir.

Film Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənabları tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi təşəbbüsünə dəstək olaraq Dialoq və Əməkdaşlıq uğrunda İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun sifarişi ilə ərsəyə gəlmişdir.

Filmin təqdimat mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, İƏT Gənclər Forumunun səlahiyyətli nümayəndələri, Bakı və ətraf qəsəbələrin dini icma rəhbərləri və imamları, dini icmaların, ictimai birliklərin, gənclər təşkilatlarının üzvləri, eləcə də filmin yaradıcı heyəti  iştirak etmişdir. Təqdimat mərasimində çıxış edən DQİDK şöbə müdiri Əliheydər Zülfüqarov, filmin eksperti, QMİ Fətva şöbəsi müdiri, BDU İlahiyyat dosenti Aqil Şirinov, filmin ssenaristi, Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru Natiq Rəhimov, filmin sifarisçisi olan İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin direktoru Elçin Əsgərov “Əhli-beyt sevənlərin yurdu Azərbaycan” sənədli filmi və filmin məqsədləri haqda iştirakçılara geniş məlumat vermişlər. Daha sonra filmin nümayişi keçirilmişdir.

Sənədli filmin əsas mövzusu Azərbaycan xalqının öz milli-dini ənənələrinə bağlılığı, İslam irsinə göstərdiyi önəm, Azərbaycanda əsrlər ərzində formalaşmış və indi də davam edən məzhəblərarası tolerantlıq mühitinin formalaşmasında peyğəmbər ailəsi və əhli-beytinə Azərbaycan xalqının, məzhəbindən asılı olmayaraq, bütün təbəqələri tərəfindən tarixən göstərilən hörmət, Azərbaycan ədəbiyyatı, ənənələri, deyimlərində olan İslam irsi izləri, müasir Azərbaycan dövlətinin dini irsimizin qorunub saxlanmasına ayırdığı diqqət və qayğının   əyani təsviri olmuşdur. Xalq artisti Nurəddin Mehdixanlının səsləndirdiyi 33 dəqiqəlik filmdə çıxış edən ilahiyyatçı və ekspertlər, tarix boyu ölkədə Əhlibeyt irsinə olan sevgi və hörmətdən, eyni zamanda bununla bağlı formalaşan ənənələrdən və həmin irsə hörmət olaraq inşa edilən tarixi abidələrdən bəhs etmişlər.

Filmin rejissoru Kamran Səfərəlizadə, ssenari müəllifi Natiq Rəhimov, direktoru Elçin Əsgərovdur.

Həmçinin təqdimat mərasimində verilən məlumata görə, sosial şəbəkələrdə bir ay əvvəldən paylanmış bu filmi, keçən müddət ərzində 70 min nəfərdən artıq istifadəçi izləmişdir.



Yerləşdirilib:4 Dekabr, 2017  11:37, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 1
Müəllif: Nadir | 4 Dekabr, 2017  13:41
# Ответить
0


]]>]]>

Çox gözəl filmdir. Təşəkkürlər
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
25 Sentyabr, 2018
Ərdoğan Almaniyada Avropanın ən böyük məscidini açacaq
25 Sentyabr, 2018

Trampdan gözlənilməz açıqlama: “Ruhani gözəl insandır”

25 Sentyabr, 2018

Səudiyyə şahzadəsinin sonunun əvvəli

25 Sentyabr, 2018
Rusiyanın Suriyaya verəcəyi S300 sistemləri komplekslərinin sayı açıqlanıb
25 Sentyabr, 2018
İŞİD Mərkəzi Asiyada xilafət yaratmaq istəyir
25 Sentyabr, 2018

Ayətullah Xamenei BƏƏ və Səudiyyə Ərəbistanını ittiham etdi

25 Sentyabr, 2018

Tarixdə Təbəri adlı bir neçə alim olmuşdurmu? İslam suallarda

25 Sentyabr, 2018
Neftin qiyməti rekord həddə çatdı
25 Sentyabr, 2018

İranda parad zamanı törədilən terror aktı ilə bağlı 22 nəfər saxlanılıb

24 Sentyabr, 2018

Bakı İslam Universiteti bağlandı

24 Sentyabr, 2018

Qəzzada toqquşmalar: fələstinli öldü

24 Sentyabr, 2018
Ərdoğan Suriyadakı “terror bataqlığı”ndan söz açdı
24 Sentyabr, 2018

Aşura qatillərinin aqibəti

24 Sentyabr, 2018

Bakı Nəqliyyat Agentliyindən ibrətamiz - VİDEO

24 Sentyabr, 2018
Yaxın Şərqdən Trampın təhdidlərinə cavab
24 Sentyabr, 2018
Çində dörd min sayt bloklandı
24 Sentyabr, 2018

Alimlər yuxu üçün ən zərərli vəziyyəti müəyyənləşdirdi

24 Sentyabr, 2018

İranda terror törədənlər - VİDEO

24 Sentyabr, 2018

Namazın oturuş tələb olunan hissələrində oturuş tərzi necə olmalıdır? İslam suallarda

24 Sentyabr, 2018
Kərbəla və Qarabağ şəhidləri anılıb
24 Sentyabr, 2018
Ərdoğan ABŞ-ı PKK-nın Suriya qoluna dəstək verməkdə ittiham edib
24 Sentyabr, 2018

Son 1 ayda Əfqanıstanda təhlükəsizlik qüvvələrinin 513 əməkdaşı öldürülüb

22 Sentyabr, 2018

Məşədi Dadaş məscidində Aşura VİDEO

22 Sentyabr, 2018

Soruşun ki, biləsiniz: Hacı Ramil sualları cavablandırır - 7 Video

22 Sentyabr, 2018

Əfqanıstanda mina partlayıb, 8 uşaq ölüb

22 Sentyabr, 2018

Dini kitablarda rast gəldiyimiz fəqir anlayışının mənası nədir? İslam suallarda

22 Sentyabr, 2018

BMT rəsmisi: "Yəməndə insanlar aclıqdan yarpaq yeyirlər"

22 Sentyabr, 2018

İranda hərbi paradda terror törədilib, 24 hərbçi ölüb FOTO, VİDEO

XƏBƏRARXİVİ
«Sen.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com