Peyğəmbəri (s) və Mehdini (ə.f) söyüşlə müdafiə edən “müsəlmanlar”, “dindarlar”...

Bu yazı nə verlişi nə jurnalisti nə də oradakı qonaqları müdafiə xarateri daşımır.

Hey dedim yazmayım. Düzələr, düzələr deyib özümə təsəlli verdim. Bəzən nadandırlar, bilmirlər deyə düşündüm. Bəzən isə...

Kimsə elə düşünər ki, yəqin ətrafımızda baş verən hadisələrin həssaslığındandır ki, bəzi dar düşüncəli “müsəlmanlar” söyüş söyür. Mən bunu da düşündüm. Və bir gün...

Bir gün şahidi olduğum hadisədə bu düşüncəmdə də yanıldığımı göstərdi.

UEFA Çempionlar Liqası “Qarabağ”- “Çelsi” matçında Referi matçın 19-cu dəqiqəsində “Qarabağ”ın cərimə meydançası daxilində mübahisəli epizodda “Çelsi”nin hücumçusu Villiana qarşı kobud oyuna görə kapitan Rəşad Sadıqova qırmızı vərəqə göstərildi. Monitor arxasından şirə dönən və müsəlmançılıq iddiasında olanlar sosial şəbəkədə hakim barəsində və ictimai yerlərdə ağızların açıb gözlərin bağladılar. Söyüş, təhqir kim necə istədi yazdı, yazdı və yazdı...

Nadan və cahillərin söyüş söyməsi də normal olmasa belə, bu ən azı özünə dindar və müsəlmana deyən şəxslərə heç, amma heç yaraşmadı və olduqca eybəcər bir mənzərə yarandı. Bu mənzərənin üfünətli qoxusu elə yayılırdı ki...

İndi deyəcəksiniz ki, gör neçə müddət keçib indimi yadına düşüb bunlar?!

Yox, yox, tələsməyin, sözümün əmması var...

Son günlərdə Apa televiziyasının “Yaşıl Orta” verlişində Həzrət Mehdi (ə.f), müqəddəslik və sair mövzular barədə müzakirələr getdi.

Verlişdə səsləndirilən fikirlər təbii ki birmənalı qarşılanmadı. “Həzrət Mehdi (ə.f) gəlməyəcək” “Quran müqəddəs deyil” və bu kimi iddiaları qəbul etməyən bəziləri fikirlərini elmi cavab, yazı, video və sair vasitələrlə deyil yenə də etik normalara sığmayan söyüş və ədəbsizliklə cavab verdilər.

Növbəti verlişdə isə “Həzrət Mehdi (ə.f) gələcək”, “Quran müqəddəsdir” iddiasını təsdiqləyənlər çıxış etdi və fikirlərini elmi dəlillərlə ortaya qoydular. Bəs nəticə?

Nəticə sıfıra bərabərdir. Əxlaq cəhətdən, ədəb baxımından...

Diqqət edin, Elşad Miri də çıxqdıqda, Elşad Mirinin söylədiyini rədd edənlər də verlişə çıxdıqda söyüşlər göydə uçuşur...

Hər iki tərəfi də qeyd etdim ki, heç kim özünü paklığa çıxarıb digərinə ağız büzməsin. Təəssüf ki, bəziləri söyüş söyməkdə eyni yolun yolçusudur. Burada söyüşün muxatəbinə çevrilən üçüncü bir tərəf də var. Bilirsiz kim? Bir qadın, bir aparıcı, bir ana...

Ağzına yiyəlik edə bilməyən nadan kütlə bir-birlərinin ünvanına yağdırdıqları söyüşlər azmış kimi hələ utanmadan verliş aparıcısını da təhqir edib söyürlər. Bu azğın dəstə daha da irəli gedərək ictimai yerdə jurnalistin ailəsinə ölüm arzu edir, təhqir yağdırır. Bilirsiz niyə belə edir? Guya, deyilənlərə görə bu söyüşlə din, İslam müdafiə edirmiş...

Bu necə din müdafiəsidir əcaba? Görəsən peyğəmbər (s) bizə belə bir təbliğ metodu irs qoyub? Yaxud ey Quranilər Quranda varmı bu təhqir və söyüşlər? Bəlkə Həzrət Mehdi (ə.f) bunu sizdən istəyir? Kim?! Kim?! Kim?!

Kiməsə söyəndə, ona gəlinlik paltarı geydirəndə nə olacaq ki? Bu axı sizin acizliyinizi göstərir. Fərqindəsinizmi?

Bəli, biz müəyyən fikirlərlə razılaşmaya qəbul etməyə bilərik. Bu olduqca təbiidir. Yaxşı olmaz ki kimisə söymək yerinə özümüzə zəhmət verib elmi şəkildə, ədəblə cavablandıraq?

Sizə bir söz deyim. Yox qoy qalsın. Bir ayə deyim əvəzinə. Quran ki, hamının qəbul etdiyi ortaq, müqəddəs bir kitabdır. Dəlilimiz də bu müqəddəs kitabdan olsun. Allah müsəlmanlara kafir və bütpərəstlərin özlərinə ilah seçdikləri taxta və daşdan yonulan heykəlləri söyməyi qadağan edir: “Kafirlərin Allahın əvəzinə çağırdıqlarını (bütlər və cinləri) söyməyin ki, onlar da ədavət və nadanlıq üzündən Allahı söyərlər...” (“Ənam” surəsi, 108)

Bizim dinimiz baxın bu dindir. Kafir belə olsa ona müqəddəs olan taxta heykəli belə təhqir və söyməməyi tövsiyə edir. Səbəbi də ayədə qeyd olunub. Çünki o batil belə olsa, sənin haqq bildiyini təhqir edər. Çünki nadandır, anlamır. Anlasa zatən daşa taxtaya deyil Yaradan itaət edərdi.

Bu ayə bu gün müsəlmanlar arasında məzlumdur. Bu ayənin muxatəbləri olan “müsəlmanlar” nəinki cansız əşyanı, müqəddəs dəyərləri, insanları utanmadan ictimai yerlərdə söyür, təhqir edir. Amma unudur ki, peyğəmbər (s) buyurub: “Söyüş söyən kimi həyasız yoxdur.”

Söyüş söyən “müsəlmanlar” əgər müsəlmandılarsa, onda bu dinin ana qaynağı olan müqəddəs Qurani-Kərimi özlərinə öndər bilsinlər. Əks halda peyğəmbərin (s) buyurduğu həyasızlar sinfinə daxil olacaqlar.

Mahir Şəkərov – İlahiyyatçı-araşdırmaçı

Hədəf14.az



Yerləşdirilib:2 Dekabr, 2017  23:12, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 17
Müəllif: Nazim | 3 Dekabr, 2017  02:46
# Ответить
+1


]]>]]>

Ümumiyətlə bu veriliş olmasa belə söyuş hal hazırda cəmiyətimizin ən qabarıq nöqsanlarından biridir,hətda az qala hər ifadədə söz birləşməsi kimi istifadə olunur və bu artıq hec kəsi nə təccübləndirmir nədəki narahat etmir,cünki "deyərəm mənidə söyərlər abrım əldən gedər yadaki dava düşər ondansa hec nə deməyim" deyə bunada öyrəşdik!Əfsuslar olsunki artıq cəmiyətimizin "elitar" etalonundada bu adiləşib və hətda milyonlar qarşısında belə cəkinmədən bunu edirlər və cəzasısda qalırlar,yani "əşi əsəbləşdiriblər məndə söymüşəm" bəhanəsiylə.Kücəylə gedərkən tez tez söyüş dialoqu eşıtmək artıq adıləşib və cəmiyətin əxlaqında öz neqativ təsirini qoymaqdadır.Bunun qarşısını ictimayi qınaq və cərimələrlə almaq mümkündür,əks halda söyüş o qədər adiləşəcəkki insanlar etik davrananlara təccüblə baxacaq!
Müəllif: Mehdi | 3 Dekabr, 2017  10:36
# Ответить
+1


]]>]]>

Elşad Miri özünə sayğac qoyub söyüşləri saymaqlar məşğuldur. odur ki, onu "təhqir edən müsəlmanlar" bilsinlər ki, əslində müdafiə etmirlər zərbə vururlar.
Müəllif: Qadir | 3 Dekabr, 2017  10:45
# Ответить
+1


]]>]]>

Hörmətli müəllif. Yazınızda çox düzgün qeyd etmisiniz. İslam dini bizə bu cür yanaşmanı qadağan edir. Eyni zamanda bəllidir ki, adı çəkilən verilislər, ora cıxardılan adamların elə məqsədi də budur. Bu cür söyüşlər, təhqirlərlə onlar məqsədlərinə çatırlar. Əslində bu hallara ya reaksiya verməmək, yaxud da savadlı ilahiyyatçılarımızın tutarlı bir cavabından sora son qoymaq lazımdır. Çünki məsələni uatdıqca bu adamlar daha da həvəslənir. Verilis reytinq yigdigini dusunerek sabah yenə həmin adamı cagiracaq. Adam da elə biləcək ki, yaxsi is gorur yenə agzina gələni danısacaq.
Müəllif: Mirbagir | 3 Dekabr, 2017  11:06
# Ответить
+1


]]>]]>

Çox düzgün bir mövqedir. Biz istənilən halda öz əxlaqımızı nümayiş etdirməliyik
Müəllif: Samir | 3 Dekabr, 2017  11:20
# Ответить
0


]]>]]>

İnciməyin. Amma normal danışıq normal adamlar ucundur. Elsad Miri kimilərə axmağın cəzası toxmaqdır prinsipi ilə yanasmaq lazımdır. Bu mənim fikrimir. Amma soyus məsələsinə gəlincə sizinlə razıyam musəlman soyus soyməz. Sadəcə dedyim budur ki Elsad kimilere moize filan tesir eden deyil
Müəllif: Mirza | 3 Dekabr, 2017  13:15
# Ответить
0


]]>]]>

Sosial şəbəkələrdə dindarların bu cür reaksiyas bir tərəfdən seviniricidir. ÇÜnki günün tələbi olan bu prosesdə dindarların müzakirələri xoşdur. Lakin qeyd edilən kimi söyüş və təhqir yolverilməzdir. Amma bir şeyi də diqqətə amaq lazımdır. Ola bilər ki, söyüş söyən təhir edənlər heç dindarlar da deyil. Çünki klavyatiura arxasında kimin kim olduğu bəlli olmur.
Müəllif: Natiq | 3 Dekabr, 2017  13:35
# Ответить
0


]]>]]>

Söyüləsi adami söyərlər...
Müəllif: Nazim | 3 Dekabr, 2017  14:28
# Ответить
+1


]]>]]>

Quran və Əhli-beyt bizə söyüş söyməməyi öyrədir,bəs biz öyrənirikmi?Qüran və Əhli-beytə əməli itaət edirikmi?Biz yolumuzu bu tələbə üyğun getməliyikki bu iki ağır əmanətin buyurduğu hədəfə cataq!Qınaq və tənqid normaldır lakin bir ağızlaki halal haramı gözləyib Pak və Müqəddəs Allaha namaz qılırıq o ağızı söyüşlə xarab etmək olmaz əzizlərim!Məgər Ağamız Rəsullullah bizə nümunə deyilmi,nümunədirsə bəs Quran buyurmurki Ya Rəsulullah sən böyük əxlaq sahibisən hərcəndki ona edilən tənə və təhqirləri hec kəsə etməyiblər!Məgər Quran Rəsulullaha buyurmurki Allahın kəlamını gözəl tərzdə təbliq et.Əlbətdəki Müqəddasatımıza xələl gətirənləri tənqid edib qarşısın almalıyıq lakin söyüşlə təhqir etməyibdə qəzəbimizi cilovlayaraq Quran və Əhli-beytə uymaq şərtiylə.Səbr və təmkinlə hər bir caşmış insanı təhriflərə yol verməkdən ayırmalıyıq,necəki bunu rəhbər ağa Xameneyi və digər yol gostərənlırimiz edir!Vəssəlamu aleykum və rəhmətullahi və bərəkatuh!
Müəllif: Natiq | 3 Dekabr, 2017  16:14 | Ответ на #9084
# Ответить
0


]]>]]>

Nazim belələrinin qabağından qaçsaq lap ağını çıxardacaq. Odur ki, normalar çərçivəsində söymək caizdir)))
Müəllif: Rasim | 3 Dekabr, 2017  16:46
# Ответить
+1


]]>]]>

Söyüş söymk başqa, layiqli payını vermək başqa. Söyüş söymək didar işi deyil. Odur ki, bu məsələnin dindarlara heç bir dəxli yoxdur
Müəllif: Huseyn | 3 Dekabr, 2017  18:32
# Ответить
+1


]]>]]>

Elşad Miri həmin adam deyil ki, Aşurada fotoaparatı alıb əlinə fürsət güdürdü ki, birdən nəsə tutar sonra da lağağı obyektinə çevirər. Belə adamın təfəkkürü xəstədir. Ona görə heç baş qoşmağa dəyməz. Nəinki bunu söymək. Bunu söymək insanın özünün mənəviyyatına ziyandır
Müəllif: Nazim | 3 Dekabr, 2017  19:01
# Ответить
+1


]]>]]>

Qabağınnan niyə qacırıqki Natiq,belələrini elmlə diz cökdürürük Haqqın qarşısında hamıda görürki bu caşıb və bundan sonra kimdiki caşmışlara önəm verən,özü görəcəkki özünü pis vəziyətə qoydu elə öz fikrlərinin yanlışlığını hec özüdə bilmədə acıb qoyacaq ortalıqa,necəki vaxt varıydı təkfircilər dini sahəmizi boş sanıb atıldılar meydana onda Allah ilahiyatcılarımız qorusin onları dəlil və sübutlarla kəkələməyə vadar edib elm meydanından qacmağa məcbur etdılər,elşadıda özü özünü inkar eləməyə vadar edəcək kifayət qədər elm əhlimiz var,daha söyüş nəyə lazimdırki,söyüş yalnız biz müsəlmanların əxlaqına xələl gətirəcək ifadədir.Hətda əmr lənətullah Ağamız Əmirəlmöminin üzünə tupürdükdə belə Ağa qəzəbini boğub ona əxlaqdan kənar hec bir söz demədi,biz onun şiəsiyiksə gərək hər halda calışıb onun kimi davranaq,elşadları öz yanlış fikirlərinə görə elmlə peşman edəcəyik və edirikdə,məsləhətdə budurki söyüş vasitəsiylə ona xal qazanmağa imkan verməyək.Allah amanında!
Müəllif: Asim | 4 Dekabr, 2017  09:22
# Ответить
0


]]>]]>

Butun bunlar bize Turkiye turklerinden kecib, onlar da sosial sebeke demire futbol meydanclaru demir her yerde soyush soyurler.
Müəllif: Resad | 4 Dekabr, 2017  09:27
# Ответить
0


]]>]]>

Bu Elsad Miri sohbeti bitmeyecek gorsen
Müəllif: Samir | 4 Dekabr, 2017  09:42
# Ответить
-1


]]>]]>

Teze soz yazin da... Min defe ceynenmish movzudu
Müəllif: Raqib | 4 Dekabr, 2017  09:54 | Ответ на #9129
# Ответить
+1


]]>]]>

Samir çeynənmiş niyə olur ki? Müqəddəs kitabımızda "Ərrəhman" surəsində bir ayə her ayeden bir təkrarlanır. Sonda da deyir ki, bəlkə ibrət alasınız. Bizlərə sözü Allah 50 dəfə deyir ibrət almırıq. Gör bəndə nə qədər deməlidir ki, hec olmasa eside bilek
Müəllif: Rahman | 4 Dekabr, 2017  11:56
# Ответить
+1


]]>]]>

Məsələ 2278.Söyüş və nalayiq sözlər söyləməyin haram olması məsələsində dillər arasında heç bir fərq yoxdur. Hətta əgər bir dildə danışan insanı başqa bir dildə söysələr və söyülən şəxs bunun mənasını başa düşməsə belə, bu haramdır. Həmçinin, söyüşün haram olması məsələsində insanlar arasında fərq yoxdur. Yalnız şəriətə müxalif olan və şəriətin hörmətinin saxlanmasını lazım görmədiyi bidətçi insan istisnadır. Həmçinin, haramlıq məsələsində yetkin insanla həddi-büluğa çatmamış insanı söymək arasında və valideynlə övlad, arvadla ər, qardaşla bacı, müəllimlə şagird, sahibkar (idarəedici) ilə işçi arasında və s. fərq yoxdur. Ayətullahul-üzma Seyyid Əli Hüseyni Sistani - "Geniş izahlı şəriət məsələləri", 1-ci cild
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
11 Dekabr, 2017

Nyu-York meri: "Avtobus terminallındakı partlayış uğursuz terror cəhdidir"

11 Dekabr, 2017

İsrailə etiraz olaraq Aya-Sofyada namaz qıldılar

11 Dekabr, 2017

Türkiyə HHQ-nin əməliyyatı nəticəsində 17 PKK terrorçu məhv edilib

11 Dekabr, 2017

Peyğəmbər (s): "Günah, onu etməyən kəs üçün də bədbəxtlikdir. Çünki..."

11 Dekabr, 2017

“Göstərəcəm ki, prezident necə ölər” - Saakaşvili məhkəmədə

11 Dekabr, 2017

Saakaşvilinin tərəfdarları Kiyevdə məhkəmə binasına girməyə cəhd ediblər

11 Dekabr, 2017

Rusiya hərbi qüvvələrini Suriyadan çıxarır

11 Dekabr, 2017

İŞİD üzvü olan 6 min nəfər Afrikaya qayıda bilər

11 Dekabr, 2017
Səudiyyə Ərəbistanında ictimai kinoteatrlara icazə verilir
11 Dekabr, 2017

“Dünya bilməlidir ki, İsrail – yəhudi dövləti deyil!” - Yəhudi Hərəkatından etiraz

11 Dekabr, 2017

Ərdoğan: "Trampın Qüds qərarının həyata keçirilməsinin asan olmayacağını göstərəcəyik"

11 Dekabr, 2017

Adam özünə ölüm arzulaya bilərmi? İslam suallarda

11 Dekabr, 2017

İraq İŞİD üzərində qələbəni bayram edib

11 Dekabr, 2017
Ermənilər atəşkəs rejimini 117 dəfə pozublar
9 Dekabr, 2017

Rəcəb Tayyip Ərdoğan Prezident İlham Əliyevi İstanbulda Qüdslə bağlı toplantıya dəvət edib

9 Dekabr, 2017
Tramp Rusiya əleyhinə yeni sanksiyaları təsdiqləyib
9 Dekabr, 2017

Dilimizə ərəb dilindən keçən 15 söz

9 Dekabr, 2017
Erməni silahlı bölmələri atəşkəsi 130 dəfə pozub
9 Dekabr, 2017

Qüds şəhərinin adının mənası nədir? İslam suallarda

9 Dekabr, 2017

Mixeil Saakaşvili Kiyevdə həbs edilib

9 Dekabr, 2017
Obama Tramp dövründəki ABŞ-ı nasist Almaniyası ilə müqayisə edib
8 Dekabr, 2017

Saqqalı vermişik ələ...Birdəfəlik? Replika

8 Dekabr, 2017
ABŞ-ın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürüləcəyi vaxt açıqlanıb
8 Dekabr, 2017

İsrail hərbçiləri Qüdsdə nümayişçilərə hücum edib

8 Dekabr, 2017

Cocuq Mərcanlı məscidinin dini icması dövlət qeydiyyatına alınıb

8 Dekabr, 2017

Ayətullah Behcət: “Hər kim Xaliqə və məxluqa yəqin etsə..."

8 Dekabr, 2017

Müdafiə Naziri: "İŞİD-ə qoşulan ölkə vətəndaşları öldürülsün"

8 Dekabr, 2017

Hizbullah lideri: İsrail fələstinliləri deportasiya edəcək

XƏBƏRARXİVİ
«Dek.2017»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com