Zərrabın etirafları Ərdoğanın uduşudur - TƏHLİL

Türkiyə və dünya mediasının gündəm mövzusu təbrizli iş adamı Rza Zərrabın etirafları ilə çalxalanır. Ötən il ABŞ-ın Floridada ştatında həbs olunan Rza artıq Amerika məhkəməsində cinayətlərini etiraf etməklə kifayətlənmir, eyni iş üzrə mühakimə olunan Türkiyənin dövlət bankı “Halkbank”ın sabiq baş direktor müavini Hakan Atilla əleyhinə ifadələr verir. Son olaraq məhkəmədə banklara qızıl ticarətini dəstəkləməsi üçün birbaşa Ərdoğan tərəfindən təlimat verildiyini bildirib.

Bilməyənlər üçün xatırladaq ki, İran, Türkiyə və Makedoniya vətəndaşı olan Rza Zərrab və ailəsi daha əvvəl qızıl ticarətçisi olub. Ancaq Zərrabı “məşhurlaşdıran” onun İranın gizli ticarət şəbəkəsinin üzvü olmasıdır. O, 2011-ci ildən sonra ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları gizli şəkildə yararaq çirkli pulların yuyulmasında iştirak edib. Söhbət nə az, nə çox, 86 milyard dollarlıq qara ticarətdən gedir. Sxem isə zahirən sadə olub. Zərrab və onun İrandakı şəriki Babək Zəncani İran neft-qazının Türkiyə üzərindən gizli ticarətini aparır.

Картинки по запросу reza zarrab Erdoğan İran zencani

Ancaq ödəmə İrana leqal edilə bilmir və bu səbəbdən ödənəcək pullar Zərrabın Türkiyədəki şirkətlərinin “Halkbank”dakı hesablarına yatırılır. Türkiyə banklarında bir neçə mərhələdə pullar hesablardan hesaba ötürülür və nəhayət bu pullar hesabına Dubayda qızıl alqı-satqısı həyata keçirilir, pullar Dubay dinarına çevrilir. Nəhayət, uzun və dolaşıq prosesin sonunda leqal pullar şəklində İran banklarındakı hesablara yerləşdirilir.

Amma prosesdə qalmaqal tərəfi ondadır ki, Zərrab Türkiyədə bütün bu işləri iqtisadiyyat naziri və daha bir neçə rəsmilərlə gizli ortaqlıqla həyata keçirib. Hətta o, məhkəmədə etiraf edib ki, sabiq nazir Zəfər Çağlayana 45-50 milyon avro, 7 milyon dollar və 2 milyon türk lirəsi verib. Daha sonra isə prosesdə naziri özünə ortaq edib.

Əlbəttə, bütün bunlar məhkəmənin gedişində açıqlanan məlumatlardır. Rza Zərrabın başqa sensasiyalı açıqlamaları da ola bilər. Eyni zamanda bu etirafların nə qədər həqiqət olduğu və təsdiqlənməsi mümkün olması da bir başqa mövzudur.

Bu məsələdə ən çox qabardılan nöqtə qalmaqalın Türkiyənin indiki hakimiyyətinə bulaşması və ya bulaşdırılmasıdır.

Картинки по запросу Erdoğan İran

Artıq Türkiyə prezidenti də Zərrabın iddialarına münasibət bildirib. Rəcəb Tayyib Ərdoğan deyib ki, İranla ticarət əlaqələri olub və davam edib. Embarqo ilə bağlı olaraq ABŞ qarşısında öhdəliyinin olmadığını deyən prezident embarqonu pozmadıqlarını deyib.

Türkiyə prezidenti açıq şəkildə bildirib ki, Türkiyə ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiya qərarına qoşulmayıb və ticarət əlaqələrini davam etdirib.

Ancaq eyni zamanda embarqo ilə bağlı ABŞ-ın qanunlarını pozmadıqlarını deyir. Yəni Türkiyə sadəcə ticarət edib, embarqo ilə bağlı Amerika maliyyə sisteminin aldadılmasında iştirak etməyib. Məsələ ondadır ki, amerikalıların əsas ittihamı məhz gizli bir qrupun Amerika maliyyə sistemini aldadaraq embarqo tətbiq olunan sahələrdə gizli ticarət aparıblar.

Bütün qeyd olunanlar bu prosesin necə deyərlər, texniki və hüququ tərəfləridir. Məsələnin bu tərəfi ilə bağlı daha kimlərin ittiham olunacağı, kimlərin bəraət alacağını zaman göstərəcək. Bununla bağlı Türkiyənin siyasi hakimiyyətinin nə qədər məsuliyyət daşıdığı da məhkəmə sonunda məlum olacaq. Hansı nazirin nə qədər rüşvət alması necə deyərlər, texniki detaldır.

Картинки по запросу tayyip erdoğan

Ancaq bu hadisəyə mənəvi və siyasi aspektdən yanaşsaq Türkiyə prezidenti nəinki ittiham olunur, əksinə mənəvi və siyasi baxımdan üstün mövqedədir. Rəcəb Tayyib Ərdoğanın açıqlamasına baxsaq, burada 3 mühüm məqamı qeyd edə bilərik.

Birincisi, Ərdoğan deyir ki, Türkiyə ABŞ-ın embarqolarına tabe deyil, İranla ticarətini davam etdirəcək. Yəni Türkiyə artıq ABŞ-ın “əlavəsi", onun qərarlarına sorğu-sualsız riayət edən ölkə deyil. Türkiyə özü ilə bağlı qərarları özü qəbul edir.

İkincisi, Türkiyə hakimiyyəti ABŞ-ın qərarlarını deyil, ölkəsinin maraqlarını əsas götürüb və xarici siyasətini, ticarət əlaqələrini dövlət maraqlarına uyğun aparıb. Çünki istənilən halda bu prosesdə Türkiyə qazanıb. İrandan daha ucuz neft və qaz alıb, eyni zamanda tranzit haqları alıb.

Üçüncüsü və əvvəlkilərdən geri qalmayan sonuncu arqument məsələnin mənəvi tərəfidir. Daha dəqiqi müsəlman qardaşlığı məsələsidir. Görünən budur ki, ABŞ-ın embarqoları zamanı Ankara Tehranın sıxışdırılmasına dəstək verməyib, əksinə, embarqonun yarılması, qonşu müsəlman ölkəsinin neft və qazını sata bilməsinə dəstək verib, Amerikanın “maşası” rolunda çıxış etməyib. Bu isə müsəlman həmrəyliyi və din qardaşlığı fenomenidir.

Bu 3 arqument istənilən müsəlman ölkəsinin siyasi lideri üçün böyük bir üstünlükdür. Məhz bu səbəbdən Türkiyə prezidenti rahatdır, Türkiyə xalqı qarşısında necə deyərlər, arzu olunanı edib.

Kənan Rövşənoğlu

Musavat.com



Yerləşdirilib:1 Dekabr, 2017  01:22, ]]>Çap]]>
 
Bu bölmədə:
19 Fevral, 2018
Tənqid haqqında

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
20 Fevral, 2018

"Reuters": Suriya ordusu Afrinə daxil olmağa başlayıb

20 Fevral, 2018

İranda iğtişaşlar zamanı ölənlərin sayı 5 nəfərə çatıb

20 Fevral, 2018

"Allahlıq etməyi O bilir” İbrətamiz

20 Fevral, 2018

Ərdoğan: "Afrini yaxın zamanlarda terrorçulardan azad edəcəyik"

20 Fevral, 2018

Əsədin ordusunun Afrinə girməməsinin səbəbi bəlli oldu

20 Fevral, 2018
Əfqanıstanda buraxılış məntəqəsinə hücum nəticəsində 8 polis ölüb
20 Fevral, 2018
İraq ordusu "T90" tanklarını Rusiyadan təhvil alıb
20 Fevral, 2018

Ordu komandanı: "Livan İsrailin təcavüzünü dəf etmək üçün bütün vasitələrə əl atacaq"

20 Fevral, 2018

İstanbuldakı Ayasofiya məscidinin adı hansı mənanı ifadə edir? İslam suallarda

20 Fevral, 2018
Ermənistan silahlı bölmələri atəşkəs rejimini 124 dəfə pozub
20 Fevral, 2018

Bu gün Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

19 Fevral, 2018
Suriya rejimi PYD/YPG-ni qorumaq üçün Afrinə gedirsə, bizi kimsə dayandıra bilməz - Çavuşoğlu
19 Fevral, 2018

İŞİD üzvü olan azərbaycanlı qadınlara İraqda hökm oxundu

19 Fevral, 2018
Səudiyyə Ərəbistanında qadınlara ərlərinin razılığı olmadan biznes qurmaq icazəsi verilib
19 Fevral, 2018
Nigeriyada terrorda şübhəli bilinən 475 nəfər azad edilib
19 Fevral, 2018

Tənqid haqqında Nəzər nöqtəsi

19 Fevral, 2018

İraqda Almaniyadan olan yeniyetmə qız İŞİD-ə qoşulduğuna görə həbs edilib

19 Fevral, 2018

İran XİN: ABŞ-ın mövqeyi nüvə sövdələşməsini etibarsız etmir

19 Fevral, 2018

Suriya 48 saat ərzində Afrinə qoşun yeridə bilər

19 Fevral, 2018
Ermənistan silahlı bölmələri atəşkəs rejimini 136 dəfə pozub
19 Fevral, 2018

Toy olmadan qızın nişanı qaytarılıbsa, o azad sayılır yoxsa talaq və iddə tələb olunur? İslam suallarda

19 Fevral, 2018

Suriyada terror aktı nəticəsində 5 nəfər ölüb, 7-si yaralanıb

19 Fevral, 2018
İran İraqa hərbi yardım təklif edib
19 Fevral, 2018
İŞİD Dağıstandakı atışmaya görə məsuliyyəti öz üzərinə götürüb
17 Fevral, 2018
Poroşenko Rusiya bayrağının bütün dünyada qadağan olunmasını təklif edib
17 Fevral, 2018

Ayağının üzündəki yaraya yod sürtmüş şəxs dəstəmazı necə almalıdır? İslam suallarda

17 Fevral, 2018

Qaradağlı faciəsindən 26 il ötür

17 Fevral, 2018
Ermənilər atəşkəs rejimini 125 dəfə pozub
XƏBƏRARXİVİ
«Fev.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728    
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com