Fazil İrəvani

Artıq neçə ildir ki, Vətən torpaqlarımızın bir hissəsi xain qonşularımızın tapdağı altındadır. Ermənilər həmin torpaqların Azərbaycana məxsusluğunu sübuta yetirən tarixi abidə və sənədləri təhrif edib özününküləşdirir, qədim azəri ərazilərini öz adlarına çıxmaq istəyirlər. Amma fakt budur ki, nəinki yalnız Dağlıq Qarabağ, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın və Kəlbəcər, hətta müasir Ermənistanın paytaxtı İrəvan şəhəri də tarixən Azərbaycanın tərkib hissəsi olmuşdur. Azərbaycanın tərkibindən qoparılmazdan və ermənilərin orada məskunlaşmasından əvvəl İrəvan müsəlman şəhəri olmuş, buradan dünya şöhrətli İslam alimləri çıxmışdır. Onlardan biri də mərhum Ayətullahu'l-uzma Fazil İrəvanidir.

"Fazil İrəvani" ləqəbi ilə şöhrət tapmış Ayətullahu'l-uzma Molla Məhəmməd ibn Məhəmməd Baqir hicri 1232-ci (miladi 1817-ci) ildə qədim Azərbaycan şəhəri İrəvanda doğulmuşdur. Vətənində ibtidai dini təhsil aldıqdan sonra Məhəmməd daha yüksək səviyyəli bilik əldə etmək məqsədilə İraqa gedir. O, əvvəlcə Kərbəla şəhərinə yola düşərək, təhsilinin birinci mərhələsini burada keçir. Kərbəlada qaldığı 4 il müddətində Fazil İrəvaninin əsas ustadı "Zəvabitu'l-usul" kitabının müəllifi mərhum Seyyid İbrahim Musəvi Qəzvini (vəf. təqr. 1846) olmuşdur. Həmin müddət ərzində Fazil İrəvani fiqh və üsuli-fiqh elmlərinin incəliklərinə yiyələnir.

Sonra Fazil öz dövründə cəfəri məzhəbinin elm paytaxtı sayılan Nəcəfi-Əşrəfə köçür və böyük müctəhidlərin dərslərində iştirak edir. Şeyx Həsən Kaşifu'l-Qita (vəf. 1846), "Cəvahiru'l-kəlam" kitabının müəllifi Şeyx Məhəmməd Həsən İsfahani Nəcəfi (vəf. 1850) və müctəhidlərin şeyxi Mürtəza Ənsari (1799-1864) kimi elm nəhəngləri Fazil İrəvaninin səylərini lazımi istiqamətə yönəldərək, onun bacarıqlı müctəhid kimi yetişməsinə köməklik göstərirlər. Tarixçilərin yazdığına görə, Fazil İrəvani təhsilinin son mərhələsində yalnız Şeyx Ənsarinin dərslərində iştirak edirmiş. Uzunmüddətli təhsil və tədqiqatlardan sonra Fazil İrəvani öz ustadları Şeyx Mürtəza Ənsari və Şeyx Məhəmmədhəsən İsfahani Nəcəfidən ictihad icazəsi alır, özünü hərtərəfli müctəhid kimi sübuta yetirərək, Nəcəf elm mərkəzində dərs deməyə başlayır. Fazil İrəvaninin fiqh və üsuli-fiqh dərsləri öz əhatə dairəsinə və tutumuna görə yüksək qiymətləndirilir, çoxlu tələbə cəlb edirdi. Bu böyük şəxsiyyət, sonralar məşhur alim kimi tanınacaq bir neçə müctəhidin yetişməsində əvəzsiz xidmət göstərmişdir. Şimali və Cənubi Azərbaycandan dini təhsil almaq məqsədi ilə Nəcəfə gedən tələbələrin çoxu Fazil İrəvaninin dərslərində iştirak edirdi. Fazilin şagirdlərinin arasında aşağıdakılar xüsusilə seçilir: Ayətullah Məhəmməd Əli Naxçıvani (vəf. 1916), Ayətullah Seyyid Əbülhəsən Əngəci (vəf. 1938), mərcəi-təqlid Höccət Kuhkəmərinin atası Seyyid Əli Kuhkəməri (vəf. 1941), Seyyid Əhməd Xosrovşahi (vəf. 1909), Ayətullah Əbülqasim Ordubadi və s.

Təqribən 1881-ci ildə Nəcəfin adlı-sanlı alimlərindən olan Ayətullahu'l-uzma Seyyid Hüseyn Kuhkəməri vəfat edir və həmin vaxtdan etibarən Fazil İrəvani mərcəi-təqlid kimi daha da məşhurlaşır. Fazilin həyatını qələmə alan biblioqraflar onu "füru və üsul elmlərini bütöv əhatə edən, mə'qul (ağla və məntiqə əsaslanan) və mənqul (rəvayətə əsaslanan) elmlərin bilicisi" kimi səciyyələndirmişlər. "Reyhanətu'l-ədəb" kitabında onun haqqında yazılıb:

"Şeyx Ənsari və Seyyid Hüseyn Kuhkəmərindən sonra Nəcəf elm hövzəsində tədris və dini rəyasət ona verildi və o, bilik sahiblərinin müraciət mənbəyi oldu. Onun mə'qul və mənqul elmlər sahəsindəki mütəxəssislik və əhatəliliyini heç kim inkar etmirdi. O, Hindistan, İran, Türkiyə, Qafqaz və Rusiyada böyük şöhrətə malik idi və əksər şiələrin mərcəi-təqlidi sayılırdı".

Fazil İrəvani Nəcəf şəhərindəki Şeyx Tusi məscidində camaat namazına imamlıq edirdi. Deyilənlərə görə, bu namazlar həddən artıq izdihamlı keçirmiş.

Bu böyük şəxsiyyət ölçüyəgəlməz dərəcədə dərin dini biliyə malik olmaqla yanaşı, əxlaq və mənəviyyat, iman və təqva baxımından da çox yüksək səviyyədə dururdu. Zahidanə həyat tərzi sürən Fazil İrəvani, ona göndərilən xüms-zəkat pullarını son qəpiyinə kimi dini elmləri öyrənən tələbələrə və başqa şər'i istiqamətlərə sərf edirdi.

Fazil İrəvaninin öz müasirləri, xüsusilə, müctəhidlər arasında necə böyük nüfuza malik olduğunu aşağıdakı misaldan aydın görmək olar:

Fazil İrəvaninin müasiri olan məşhur müctəhid və hədis alimi Ayətullahu'l-uzma Şeyx Məhəmmədhəsən Maməqanidən (1822-1905) bir dini məsələyə cavab verməsini xahiş edirlər. Ayətullah Maməqani bu təklifə qəti etiraz edib buyurur: "Nə qədər ki, Ayətullah Fazil İrəvani sağdır, fətva almaq məqsədilə mənə müraciət etməyin. Bizə yaraşmaz ki, Fazil İrəvaninin müqabilində durub öz rəyimizi bildirək".

Fazil İrəvani İslam maarifini yaymaq yolunda bütün ömrü boyu səylə çalışmış, qiymətli kitablar yazmışdır. Mənbələrdə ona aid edilən 15-ə yaxın kitabın adı çəkilir. Fazil İrəvaninin qələmindən çıxmış aşağıdakı əsərlər daha məşhurdur: "Beyzavi təfsirinə haşiyə", "İctihad və təqlid", "Üsulu'l-fiqh", Şeyx Mürtəza Ənsarinin "Məkasib" və "Rəsail" kitablarına haşiyə, "İstishab" və s.

Fazil İrəvaninin Şeyx Cavad, Şeyx Mahmud və Şeyx Mürtəza adlı oğulları da mükəmməl ruhani təhsili almışlar.

Ömrünü İslam maarifinin çiçəklənməsinə və təbliğinə həsr etmiş Ayətullahu'l-uzma Fazil İrəvani hicri 1306-cı il rəbiüləvvəl ayının 3-də (miladi tarixlə 1888-ci ilin noyabrı) Nəcəf şəhərində haqqa qovuşmuş və elə orada da dəfn olunmuşdur.

Natiq RƏHİMOV (natiq@islam.az)

 



Yerləşdirilib:20 Noyabr, 2007  23:29, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
24 Aprel, 2019

"Yer üzündə təkəbbürlə gəzmə..." Günün fotosu

24 Aprel, 2019

Şri-Lankada partlayışları bir ailənin üzvləri törədib

24 Aprel, 2019
Tramp “The New York Times” nəşrini ondan üzr istəməyə çağırıb
24 Aprel, 2019

Qarabağ Seyid Ocaqlarının rəhbərindən təqdirəlayiq təklif

24 Aprel, 2019

Səudiyyə Ərəbistanı şiə siyasi fəallar da daxil olmaqla, 37 nəfəri edam etdi

24 Aprel, 2019

Həzrət Əliyə məxsus olan Zülfüqar qılıncının Türkiyədə muzeydə saxlanması doğrudurmu? İslam suallarda

24 Aprel, 2019
Terrorçu PKK ermənilərdən ibarət silahlı dəstə qurub
24 Aprel, 2019

Şri-Lankada silsilə partlayış qurbanlarının sayı 359-a çatıb

23 Aprel, 2019

Dindarlar Şri-Lanka terroruna görə katolik icmasına başsağlığı ziyarətinə getdilər

23 Aprel, 2019

İŞİD Şri-Lankadakı hücumlara görə məsuliyyət üzərinə götürüb

23 Aprel, 2019

İndoneziyada seçkilər zamanı 69 nəfər ölüb

23 Aprel, 2019
Qar uçqununa düşən əsgərin meyiti tapılıb
23 Aprel, 2019
Türkiyə İrana qarşı sanksiyalara görə möhlətin uzadılmamasına qarşıdır
23 Aprel, 2019

Hamiləliyin qarşısını almaq üçün vasitələrdən istifadə etmək olarmı? İslam suallarda

23 Aprel, 2019
2020-ci ildə ABŞ-da sürücüsüz taksi xidməti göstəriləcək
23 Aprel, 2019
Həftərin qoşunu Tripoliyə hücumun ikinci mərhələsinə başlayıb
22 Aprel, 2019
Suriyalı Ben Laden Hələbdə öldürüldü
22 Aprel, 2019
Şri-Lankada terror aktlarını törədən qruplaşmanın adı məlum olub
22 Aprel, 2019

Danimarkanın ən zəngin adamı terror aktında 3 övladını itirdi

22 Aprel, 2019

Liviya paytaxtındakı döyüşlərdə ölənlərin sayı 250-i keçib

22 Aprel, 2019
Şri-Lankadakı terrorla bağlı kütləvi həbslər başladı
22 Aprel, 2019

Əfqanıstanda nazirliyə hücum nəticəsində 10 nəfər həlak olub

22 Aprel, 2019

Tiyəsində “Bismillahir-Rəhmanir-Rəhim” ayəsi yazılan bıçaqla heyvan kəsmək olarmı? İslam suallarda

22 Aprel, 2019

Ukraynada bülletenlərin 90 faizindən çoxu sayılıb, Vladimir Zelenski qalibdir

22 Aprel, 2019

Şri-Lankada kilsələrdə partlayışlar: 290 ölü

21 Aprel, 2019

Ukraynada prezident seçkilərinin II turu keçirilir

21 Aprel, 2019

Bu gün imam Mehdinin (ə) mövlud günüdür

20 Aprel, 2019

Sudanın keçmiş Prezidentinin evində milyonlarla avro aşkarlanıb

XƏBƏRARXİVİ
«Apr.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
2930     
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com