Peyğəmbərimizin islama dəvət metodu

Təbliğ və dəvət fəaliyyətində uğur əldə edə bilmək üçün müəyyən bir metod və proqramla hərəkət etmək lazımdır. Dəvət əhli məqsədinə nail ola bilmək üçün Etibarlı və düzgün metodlar tətbiq etmək məcburiyyətindədir. Əgər bu metod səhv və doğru yoldan uzaqlaşdıran bir şəkildədirsə, o halda uğur qazanmaq mümkün deyildir. Bu baxımdan dəvət metodu, dəvətin bir parçası sayılmalıdır.

Allah-Təala bir ayədə dəvət fəaliyyətinin gözəl bir üsulla edilməsini əmr edir:

"İnsanları hikmətlə, gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna (İslama) dəvət et, onlarla ən gözəl surətdə mücadilə et. Həqiqətən, sənin Rəbbin yolundan azanları (ən yaxşı) bilən, doğru yolda olanları da (ən yaxşı) tanıyandır" (Nəhl, 125).

Bu ayədə keçən "hikmət" və "gözəl öyüd", təbliğ vəzifəsini yerinə yetirən insanlar üçün çox mühümdür. Hikmət, təbliğlə məşğul olan şəxsin diqqətli və bəsirətli olması, təbliği kor-koranə etməməsi, doğrunu söyləyərək, yanlışdan və başqalarını yanlışa sürükləməkdən çəkinməsi, doğru qərar verməsi və söylədiyi şeylərin asanlıqla qəbul edilə biləcəyini təsdiq edən dəlillər gətirməsidir. Hikmət, xitab ediləcək şəxsin zehninin qavrama qabiliyyəti nəzərə alınaraq qoyulan məsələnin münasib bir şəkildə çatdırılmasını tələb edir.

Gözəl öyüdə gəlincə, şəxsin həmkarını yalnız məntiqi dəlillərlə deyil, eyni zamanda hisslərinə xitab edərək inandırmağa çalışmasıdır. Ayədə keçən "Onlarla ən gözəl şəkildə mücadilə et!" əmri isə təbliğ vəzifəsini ciddi bir şəkildə yerinə yetirməyi tələb edir. Buna görə də təbliğ əhli səmimi olmalı, könül qırmaqdan və sərt davranışlardan uzaq olmalıdır. Təbliğdə nümunəvi və cəsur bir şəxsiyyətə xas davranışlara malik olmalı, ağıl və məntiqə uyğun fikirlər irəli sürməli və tərəf müqabilini ən gözəl şəkildə inandırmağa çalışmalıdır. Təbliğ əhlinin vəzifəsi başa salmaq və başa saldığı məsələlərin insanlara faydalı olduğunu təlqin etməkdən ibarətdir. Bundan sonrası Allaha aiddir. Bu mövzu ilə bağlı Qurani-Kərimdə belə buyurulur:

"Kitab əhlinin zülm edənləri istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin və belə deyin: "Biz həm özümüzə nazil olana (Qurana), həm də sizə nazil olana (Tövrata və İncilə) inanırıq. Bizim də Allahımız, sizin də Allahınız birdir. Biz yalnız ona təslim olanlarıq!" (Ənkəbut, 46).

"De: "Bu mənim yolumdur. Mən və mənə tabe olanlar açıq-aşkar bir dəlillə (insanları) Allaha çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən isə müşriklərdən deyiləm!" (Yusuf, 108).

Bəsirət, haqq ilə batili bir-birindən ayıran bir xüsusiyyətdir. Bu ayədən aydın olur ki, Haqqa dəvət və irşad vəzifəsi olanlar həmişə açıq-aşkar dəlillərə dayanmalı, cəhalətdən və zor gücünə qəbul etdirməkdən qəti şəkildə çəkinməlidirlər. Açıq-aşkar bir dəlillə dəvət və irşad etmək, Hz. Peyğəmbərimizə (s.ə.s.) tabe olmağın xüsusi bir şüarıdır.

Allah Rəsulunun həyata keçirdiyi dəvət fəaliyyətinin üstündən əsrlər keçməsinin təbii nəticəsi olaraq, bu günün dəyişən şərtləri və müasir imkanlarına görə bir sıra müxtəlif metodlar tətbiq edilə bilər. Zaman və məkana uyğun bəzi metodların tətbiq edilməsi, Həzrəti Peyğəmbərimizin sünnəsinə qarşı deyil, tam əksinə onun da dəvətində istifadə etdiyi üsullardan biridir. Rəsulullah (s.ə.s.) mənfəətpərəst, sərt və bezdirici bir üsula əsaslanan dəvət metodundan uzaq olmuşdur. Buna görə də bu gün İslama dəvət fəaliyyəti ilə məşğul olarkən, Allah Rəsulunun tətbiq etdiyi bütün metodların tam təfərrüatı ilə öyrənilməsi və tətbiq edilməsi zəruridir. Növbəti yazılarımızda Hz. Peyğəmbərimizin (s.ə.s.) tətbiq etdiyi bu üslub və qaydalardan ayrı-ayrılıqda söhbət açılacaq.

Abbas QURBANOV (abbas@islam.az)

 



Yerləşdirilib:20 Noyabr, 2007  23:22, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
23 Yanvar, 2020
Tramp Qasım Süleymaninin yerinə gələn generalı təhdid etdi
22 Yanvar, 2020

Həyat yoldaşlarının bir-birini qısqanması icazəlidirmi? İslam suallarda

22 Yanvar, 2020
Daha bir iranlı komandir öldürüldü
22 Yanvar, 2020
İsrail hərbçiləri üç fələstinlini öldürdülər
21 Yanvar, 2020
Səudiyyə ordusunda ilk dəfə qadın bölməsi yaradılıb
21 Yanvar, 2020

Trampın başına 3 milyon dollar pul qoyldu

21 Yanvar, 2020
İŞİD-çi terrorçu qadın Norveç hökumətini parçaladı
21 Yanvar, 2020
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
21 Yanvar, 2020

İnsanın öz adını dəyişməsinə din icazə verirmi? İslam suallarda

21 Yanvar, 2020
İran Ukrayna təyyarəsinin vurulması ilə bağlı hesabatı yayıb
21 Yanvar, 2020
KİV: İŞİD-in yeni rəhbəri məlum olub
20 Yanvar, 2020
20 Yanvar faciəsindən 30 il ötür
18 Yanvar, 2020

“Təcridül-etiqad” kitabının müəllifi kimdir və bu kitab hansı mövzudadır? İslam suallarda

18 Yanvar, 2020
Hələbdə 28 dinc sakin öldürülüb
18 Yanvar, 2020
Türkiyə 4 terrorçunu Almaniyaya deportasiya edib
17 Yanvar, 2020
Bakı dünyanın ən bahalı şəhərləri siyahısında
XƏBƏRARXİVİ
«Yan.2020
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
© 2020 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com