Həzrəti Muhəmmədin (s.ə.s.) təbliği və göstərdiyi həssaslıq

 

II yazı



Rəsulullah (s.ə.s.) məhz belə bir güclü imanla insanların İslam günəşi ilə nurlana bilməsi üçün bütün gücünü sərf edirdi. Abdullah ibn Cahş Nəhlə səfərində bir neçə nəfəri əsir götürmüşdü. Onların arasında Hakəm ibn Keysan da var idi. Həzrəti Peyğəmbər (s.ə.s.) Hakəmi İslama dəvət edir. İslamın şərtlərindən uzun-uzadı danışır və heç bir şübhə qalmasın deyə, söylədiklərini dönə-dönə təkrar edir. Peyğəmbərimizin bu qədər səylə dəvət etməsinə baxmayaraq, Hakəmin müsəlman olmadığına qəzəblənən Hz. Ömər deyir: "Ya Rəsulullah! Niyə bu qədər danışırsan. Vallah, o, heç vaxt müsəlman olan deyil. İcazə ver, boynunu vurum, cəhənnəmə vasil olsun". Lakin Peyğəmbərimiz Hakəmə İslamdan danışmağa davam edir. Hakəm diqqətini toplayaraq: "İslam nədir?" deyə soruşur. Hz. Muhəmməd (s.ə.s.) buyurur: "Allaha heç bir şeyi şərik qoşmadan ibadət etmək və Muhəmmədin də onun qulu və elçisi olduğuna şəhadət gətirməkdir". Hakəm: "Müsəlman oldum" - deyir. Bundan sonra Allahın Rəsulu səhabələrinə tərəf çevrilərək: "Əgər mən bir az əvvəl sizin dediyinizi etsəydim, o indi cəhənnəmə getmişdi" - deyə buyurur.

 

Peyğəmbərimiz (s.ə.s.) İslama dəvət edərkən kimsə arasında fərq qoymazdı. Belə ki, Həzrəti Muhəmməd, onu öldürmək məqsədilə gələn Ömər ibn Xəttaba, Məkkənin fəthinə qədər hər cür düşmənçilik edən İqrimə ibn Əbu Cəhlə, Hz. Həmzəni şəhid edən Vəhşiyə və hətta onun cəsədini parçalayaraq, ciyərini qəzəblə dişləri ilə didən Əbu Süfyanın arvadı Hində belə təbliğ qapısını bağlamamışdır.

Allahın Rəsulu (s.ə.s.) əmisi Hz. Həmzəni şəhid edərək onu dərin bir kədərə qərq edən Vəhşini İslama dəvət etmək üçün səhabələrindən birini göndərir. Vəhşi Rəsulullaha (s.ə.s.) cavab olaraq deyir: "Ya Muhəmməd! Sən, "Bir adam öldürən, yaxud Allaha şərik qoşan və ya zina edən birisi qiyamət günü ikiqat əzaba uğrayar, cəhənnəmdə əzab içində əbədi olaraq qalar"(Furqan, 68-69) deyərək Allahın hökmünü bəyan etdiyin halda, necə olur ki, məni İslama dəvət edirsən?! Mən bu günahların hamısını etmişəm. Mənim üçün hansı qurtuluş yolu ola bilər ki?".

Bunun cavabında "Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlər istisnadır; Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir!"(Furqan, 70) ayəsi nazil edilir. Vəhşi belə xəbər göndərir: "Ya Muhəmməd, bu çox ağır bir şərtdir. Tövbə etmək, iman gətirmək və saleh əməllər işləmək. Bəlkə mənim bunlara gücüm çatmadı?".

Bunun ardınca ""Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan kəs əlbəttə, böyük günah etmiş olur" (Nisa, 48) ayəsi nazil edilir.

Həzrəti Peyğəmbər (s.ə.s.) bu ayəni ona göndərdikdə Vəhşi bu dəfə belə bir xəbər göndərir: "Ya Muhəmməd, əfv etmək, bağışlamaq Allaha məxsusdur. Bilmirəm, məni əfv edər, yoxsa yox. Bundan başqa bir şey varmı?".

Bundan sonra Allah Təala bu ayəni göndərir: "(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: " Ey Mənim günah törətməklə özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmətindən ümidsiz olmayın. Allah tövbə etdikdə bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!" (Zumər, 53).

Elçi bir neçə dəfə gedib gəldikdən sonra, nəhayət Vəhşi son ayədəki müjdəyə sevinir və ürəyi rahat olur. "Mərhəmətin nə qədər böyükdür, ya Rəbbim!" – deyir, səmimi bir şəkildə yoldaşlarıyla birlikdə tövbə edərək müsəlman olur.

Səhabələr Həzrəti Peyğəmbərdən soruşurlar: "Ya Rəsulallah! Bu əfv və mərhəmət yalnız Vəhşiyə aiddir, yoxsa bütün müsəlmanlar da buraya daxildir?". Allahın Elçisi: "Bütün müsəlmanlara aiddir" buyurur.

Həzrəti Peyğəmbərimiz (s.ə.s.), ona qarşı ən sərt düşmənçilik edənlər üçün bu dərəcədə əmək sərf edir və əlindən gələn hər şeyi edirdi. O, iman gətirmələri üçün hər bir insanın ayağına getməyə belə razı idi. Əsma belə rəvayət edir:

Peyğəmbərimiz (s.ə.s.) Məkkənin fəthindən sonra bir gün Məscid-i Haramda oturarmuşdu. Bu vaxt Həzrəti Əbu Bəkr atası Əbu Kuhafəni onun yanına gətirir. Allahın Elçisi onu görəndə: "Ya Əbu Bəkr! Gərək yaşlı atanı bura gətirməyəydin, mən onun yanına gedərdim" deyir. Əbu Bəkr belə cavab verir: "Ya Rəsulallah! Onun sənin yanına gəlməsi, sənin onun yanına getməyindən daha münasibdir".

Rəsulullah (s.ə.s.) Əbu Kuhafəni qarşısında əyləşdirir və əlini onun ürəyinin üstünə qoyaraq: ""Ey Əbu Kuhafə! Müsəlman ol, əmin-amanlığa çat!" deyir. O da səmimi qəlbdən şəhadət gətirir və müsəlman olur.

Həzrəti Peyğəmbər hər bir insan üçün fədakarlıq göstərir, onların dərhal iman gətirmələrini istəyirdi. Bəra belə rəvayət edir:

Bir dəfə dəbilqə geyinmiş bir adam Peyğəmbərin yanına gələrək: "Ya Rəsulallah! Döyüşdə iştirak edim və sonra müsəlman olum?" – deyə soruşur. Rəsulullah (s.ə.s.) belə buyurur: "Müsəlman ol, sonra döyüşdə iştirak et!". Həmin adam müsəlman olur, döyüşdə iştirak edir və şəhid olur. Rəsulullah (s.ə.s.) onun haqqında: "Az əməl işlədi, amma çox qazandı!" - buyurur.

Rəsulullahın (s.ə.s.) bu davranışı insanların hər əvvəl və vaxt keçmədən Allaha təslim olmalarının əhəmiyyətini göstərir.

Rəsulullahdan (s.ə.s.) dini mövzularda bir şey soruşduqda o haqda bir vəhy nazil olmayıbsa, "bilmirəm" deyir və ya vəhy gələnə qədər gözləyərdi. Özündən heç nə söyləməzdi.

Peyğəmbərimiz (s.ə.s.), bunun əksinə, bildiyi halda suala cavab verməyən şəxslərə də xəbərdarlıq edərək belə buyurmuşdur: "Bir adamdan bildiyi bir məsələ haqqında soruşduqda cavab verməsə, qiyamət günündə ağzına atəşdən bir yüyən vurular".

Nəticə etibarilə, Rəsulullah (s.ə.s.) istər vəhyi alarkən, istərsə də onu insanlara təbliğ edərkən, dəqiqliyə və həssaslığa mükəmməl bir şəkildə riayət etmiş, vəzifəsini tam mənası ilə yerinə yetirmişdir. Vida həccində də "Təbliğ etdimmi?" - deyərək üç dəfə soruşmuş və hər üçündə də "Bəli" cavabını almışdır. Daha sonra insanların bu təsdiqinə Allah-Təalanı şahid gətirərək, təbliğ edən bir insanın həyatının necə olmalı olduğunu son nöqtəsinə qədər şəxsən özü yaşayaraq göstərmişdir. Ömrünün qalan hissəsində də vəzifəsini tam şəkildə yerinə yetirməyin ona verdiyi zövqlə həmd və şükrünü daha da artırmışdır.

Abbas QURBANOV (abbas@islam.az)

 



Yerləşdirilib:20 Noyabr, 2007  23:21, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
15 Oktyabr, 2019

Terrorçular Suriyadan Türkiyəyə top mərmisi atıb, 2 dinc sakin ölüb

15 Oktyabr, 2019
Ankarada İŞİD-in 10 terrorçusu saxlanıldı
15 Oktyabr, 2019

Tunisin yeni prezidenti: İsraillə əlaqələri normallaşdırmaq xəyanətdir

15 Oktyabr, 2019
Suriya ordusu Mənbicə daxil olub
15 Oktyabr, 2019

Risalədə rast gəlinən çəki vahidi “müdd” nə qədərdir? İslam suallarda

15 Oktyabr, 2019
ABŞ prezidenti Türkiyəyə qarşı sanksiyalar tətbiq edib
15 Oktyabr, 2019

Türkiyə MN: Suriyada məhv edilən terrorçuların sayı 560-a çatıb

14 Oktyabr, 2019

Tramp: "Türkiyəyə qarşı böyük sanksiyalar gəlir"

14 Oktyabr, 2019
İsrail ordusu Fələstin Şərqi Qüds qubernatorunu həbs edib
14 Oktyabr, 2019
Suriyalılar və kürdlər danışıqlar masasına əyləşdilər
14 Oktyabr, 2019
ABŞ hərbçiləri Suriya ordusunun hərəkətinə mane olur
14 Oktyabr, 2019

Kafur nədir? İslam suallarda

14 Oktyabr, 2019

"Barış pınarı": Suriyada 525 terrorçu məhv edilib

14 Oktyabr, 2019

Akademik Vasim Məmmədəliyev vəfat edib

12 Oktyabr, 2019

ABŞ Səudiyyə Ərəbistanına daha 3 min əsgər yerləşdirəcək

12 Oktyabr, 2019

Hamının sayqı duyduğu insan Daimi oxucumuz yazır

12 Oktyabr, 2019

Sufilərin “hu” zikrinin mənası nədir? İslam suallarda

12 Oktyabr, 2019

"Barış pınarı": Suriyada 399 terrorçu məhv edilib

12 Oktyabr, 2019

Türkiyəd daha 8 dinc sakin terrorun qurbanı oldu

11 Oktyabr, 2019
İran tankeri raket hücumuna məruz qalıb
11 Oktyabr, 2019

Türkiyə “Barış pınarı” əməliyyatında şəhid verib

11 Oktyabr, 2019

Kərbəla şəhidləri: şikəst, həbsdə dünyasını dəyişmiş, yaralı...

11 Oktyabr, 2019

“Barış pınarı”: Suriyada 277 terrorçu məhv edilib

11 Oktyabr, 2019

İraqda zəvvarları daşıyan avtobus qəzaya uğrayıb, 8 nəfər ölüb

11 Oktyabr, 2019

“İrşad” kitabı nədən bəhs edir və etibarlıdırmı? İslam suallarda

11 Oktyabr, 2019

Tramp: ABŞ Türkiyəyə qarşı sərt sanksiyalar tətbiq edə bilər

11 Oktyabr, 2019

Türkiyə Suriya ərazisindən atəşə tutuldu: ölən və yaralananlar var

10 Oktyabr, 2019
İndoneziyada nazirə sui-qəsd təşkil olunub
XƏBƏRARXİVİ
«Okt.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com