Şəhadət meydanında qılınan namaz

Kərbəla çölündə gərgin döyüş bir neçə saat idi ki, davam edirdi. İmam Hüseynin (ə) silahdaşlarından təqribən 50 nəfəri düşmənin ilk həmləsini dəf edərkən şəhid olmuşdu. Qalanlar da bir-bir döyüş meydanına çıxıb savaşır və şəhidlik şərbətini nuş edirdilər.

İmamın ətrafında Əhli-beyt üzvlərindən savayı, bir ovuc adam qalmışdı. Zöhr namazının vaxtı çatdı. İmam Hüseynin (ə) silahdaşlarından biri – Əbu Sümamə Əmr ibn Abdullah Seydavi adlı səhabə üzünü o həzrətə tutub söylədi: “Ey Peyğəmbərin övladı! Səni öldür¬mək arzusunda olan bu düşmənlər öz məqsədlərinə doğru yaxınlaşırlar. Mən öz qanıma qəltan olub ölməyincə buna imkan verməyəcəyəm. Amma çox istərdim ki, bu son zöhr namazımı Sənin imam¬lığınla qılım”. İmam Hüseyn (ə) vaxtı öyrənmək üçün səmaya baxdı, zöhr vaxtının çatdığını dəqiqləşdirib Əbu Sümaməyə buyurdu: “Namazı yadıma saldın. Allah səni namaz qılanların və Onu (yəni Allahı) zikr edənlərin cərgəsində qərar versin!”.

Sonra İmam Hüseyn (ə) namaz qılmaq üçün düşməndən möhlət almağı tapşırdı. Onun istəyini qarşı tərəfə elan etdilər. Ömər ibn Sədin qoşununda sayılıb-seçilən cəngavərlərdən sayılan Husayn ibn Təmim namaz təklifini eşidəndə bağırdı: “Ey Hüseyn, sənin namazın Allah dərgahında qəbul olmayacaq!”. İmam Hüseynin (ə) qocaman silahdaşı Həbib ibn Müzahir qəzəbli halda: “Allah Rəsulunun övladının namazı qəbul olmayacaq, amma sənin namazın qəbul olacaq?!” - deyə, onun üzərinə şığıdı. Həbibin zərbəsi ilə atdan yıxılan Husaynı silahdaşları aradan çıxartdılar. Həbib isə hücumu davam etdirib, düşmən səflərinin içinə daxil oldu.

75 yaşlı Həbib aşura günündə düşmənin 60-dan artıq döyüşçüsünü məhv edib, Bədil Təmimi adlı bir xəyanətkarın zərbəsi ilə şəhid oldu. Həbib elə şücaətli idi ki, qatili onun başını kəsib, öz atının boynundan asmışdı və bununla fəxr edirdi.

İmam Hüseyn (ə) sağ qalan səhabələrini iki hissəyə ayırdı. Əvvəlcə birinci hissə o həzrətin imamlığı ilə zöhr namazını (xovf namazı şəklində) qıldı. Bu zaman ikinci dəstə düşmənin hücumunu dəf etmək üçün hazır vəziyyətdə durmuşdu. Sonra eyni qayda ilə ikinci dəstə namaz qıldı. Namaz gedişində iki səhabə – Səid ibn Abdullah Hənəfi və Züheyr ibn Qəyn Bəcəli İmam Hüseyni (ə) oxlardan və nizələrdən qoruyurdu.

Səid ibn Abdullah Hənəfi Kufədəkt Əhli-beyt tərəfdarlarının öncüllərindən sayılırdı. O, kufəlilərin dəvət məktublarından birini İmama çatdırmış, sonralar Müslimə beyət edərək, onun məktubunu Məkkəyə gətirib İmama təqdim etmişdi. Elə həmin vaxtdan Səid Məkkədə İmam Hüseynin (ə) hüzurunda qaldı, Kərbəlaya kimi onu müşayiət etdi. Aşura gecəsində İmam Hüseyn (ə) öz səhabələrinin boynundan beyətini götürüb, onları dağılışmağa dəvət edəndə Səid qətiyyətlə bildirdi ki, heç yerə gedən deyil və son nəfəsinə kimi İmamın uğrunda döyüşməyə hazırdır.

Səid namaz zamanı özünü İmamın qarşısında sipər edib, atılan oxların qabağını bədəni ilə alırdı. Namaz bitər-bitməz Səid ölümcül yaralı halda yerə yıxıldı. Son nəfəsində gözlərini açıb: “Ey Peyğəmbə¬rin nəvəsi, əhdimə vəfa etdimmi?” - deyə soruşdu. İmam ona belə cavab verdi: “Bəli, sən məndən də əvvəl cənnətə gedirsən”. Yazırlar ki, Səid ibn Abdullahın bədənində saysız-hesabsız nizə yarası vardı, bütün bunlardan əlavə, bədəninə 13 ox dəymişdi.

İmam Hüseynə (ə) namaz vaxtının girdiyini xatırlatmış və o həzrətin xeyir-duasını almış Əbu Sümamə Əmr ibn Abdüllah Seydavi (və ya Saidi) isə döyüş meydanına yollanan axırıncı səhabələrdən oldu. Əbu Sümamə Kufədə Müslimin yaxın adam¬larından idi, onun üçün silah tədarükü görürdü. Müslim ibn Əqil şəhid olduqdan sonra Əbu Sümamə də şəhərdən qaçıb, özünü İmam Hüseynə (ə) yetirdi. Bəzi tarixçilər onun aşura günü təkbətək döyüşlərdə başından ağır yaralanıb huşunu itirdiyini, qohumları tərəfindən müalicə olunduğunu və bir ildən sonra vəfat etdiyini yazıblar. Lakin daha dəqiq məlumatlara görə, Əbu Sümamə təkbətək döyüşlərin son mərhələsində meydana çıxıb, şücaətlə vuruşdu və öz əmisi oğlu Qeys ibn Abdullah tərəfindən şəhid edildi (onunla əmisi oğlu arasında çoxdan ədavət var idi).



Yerləşdirilib:3 Oktyabr, 2017  15:51, ]]>Çap]]>
 
Bu bölmədə:
19 Fevral, 2018
Tənqid haqqında

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
23 Fevral, 2018
Buzovnada qeyri-qanuni ibadət yeri aşkarlanıb
23 Fevral, 2018

Türkiyə XİN başçısı: "Hollandiya parlamentinin qərarı İslam düşmənçiliyinin göstəricisidir"

23 Fevral, 2018

Türkiyədə oğul ateist atasını belə dəfn etdi

23 Fevral, 2018

Afrinə girmək istəyən 40 avtomobildən ibarət karvan vurulub Video

23 Fevral, 2018
Azərbaycanda böyük bir əfv gözlənilir
23 Fevral, 2018
Fələstin prezidenti ABŞ-da xəstəxanaya yerləşdirilib
23 Fevral, 2018
Ermənistan silahlı bölmələri atəşkəs rejimini 122 dəfə pozub
23 Fevral, 2018
Hindistan ordusu Kəşmirdə Pakistanın mövqeyinə hücum edib
23 Fevral, 2018

Tərki-övla nədir? İslam suallarda

23 Fevral, 2018
ABŞ Suriya silahlı qüvvələrinə zərbə endirə bilər
23 Fevral, 2018
Hollandiya qondarma "erməni soyqırımı"nı tanıyıb
22 Fevral, 2018

KİV: İraqda İŞİD rəhbərinin müavini məhv edilib

22 Fevral, 2018

Pirlər, pirilər və... Replika

22 Fevral, 2018
Dağlıq Qarabağda daha bir erməni əsgəri ölüb
22 Fevral, 2018

İƏT: Xocalı hadisəsi Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının nəticəsidir

22 Fevral, 2018

"Zeytun budağı"nda 1829  terrorçu zərərsizləşdirilib

22 Fevral, 2018

Rusiyalı senator: İraqda valideynini itirmiş 15-ə yaxın azərbaycanlı uşaq var

22 Fevral, 2018
Ermənilər atəşkəs rejimini 96 dəfə pozublar
22 Fevral, 2018

Müsəlman şəxsin kilsəyə getməsi və orada ibadət etməsi icazəlidirmi? İslam suallarda

22 Fevral, 2018
ABŞ Suriyada atəşkəsi dəstəkləyəcək
22 Fevral, 2018
Nigeriyada 80-ə yaxın məktəbli qız terrorçulardan xilas edilib
21 Fevral, 2018

Dövlət Komitəsi bəzi mübahisəli kitabların yayımına icazə verilməsi barədə fikirlərə münasibət bildirib

21 Fevral, 2018

Evlərinin dağılmasını istəməyənlər üçün Həzrət Əlidən (ə) hikmət

21 Fevral, 2018

Türkiyədə məktəbdə qalmaqal: Uşaqlara təkbir dedirtdilər Video

21 Fevral, 2018
Türkiyənin iki hərbçisi şəhid olub
21 Fevral, 2018
Mosul sakinləri yenidən şəhəri tərk edir
21 Fevral, 2018

Afrin düyünü - kim kimin dostudur? Nəzər nöqtəsi

21 Fevral, 2018

BMT rəsmisi Türkiyəni Afrində hərbi əməliyyatları dayandırmağa çağırıb

XƏBƏRARXİVİ
«Fev.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728    
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com