Həzrəti Muhəmmədin (s.ə.s.) təbliği və göstərdiyi həssaslıq

 

I yazı



"(Ya Rəsulum) Yoxsa bu Qurana inanmasalar, arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!" (Kəhf, 6).

Allah-Təala peyğəmbərləri insanlar arasından seçərək onları İslamı təbliğ edib öyrətməklə vəzifələndirmişdir. Həzrəti Peyğəmbərimiz (s.ə.s.) bu vəzifəni yerinə yetirərkən tayı-bərabəri olmayan bir əzmkarlıq, yüksək fədakarlıq göstərmiş, səbir və dözüm nümunəsi olmuşdur.

 

Müşahidə etsək görərik ki, Allah Rəsulunun təbliğ və dəvəti dörd prinsip əsasında formalaşmışdır:

1) Qohum-əqrəba;
2) Öz tayfası;
3) Digər bütün ərəb tayfaları;
4) Qiyamətə qədər gələcək bütün insanlar və cinlər.

Yəni Rəsulullaha (s.ə.s.) peyğəmbərlik vəzifəsinin verilməsi asandan çətinə doğru mərhələ şəklində irəliləyən bir yolla davam etmişdir. Allah-Təalanın ilk əmri "Oxu" ilə başlamışdır. (Ələq, 1). Bunun ardınca Peyğəmbərimizə (s.ə.s.) təbliğ vəzifəsi verilmiş və bu, Quran ayələri ilə belə ifadə olunmuşdur:

"Qalx və (qövmünü Allahın əzabı ilə) qorxut!" (Müddəssir, 2).

Bundan sonra sıra ilə əvvəlcə: "Ən yaxın qohumlarını qorxut (xəbərdar et)" deyilmiş, daha sonra isə bu vəzifə şəhəri əhatə edəcək bir hala gəlmişdir:

"(Ya Rəsulum) Sənin Rəbbin mərkəzlərinə (ən böyük şəhərlərinə) ayələrimizi oxuyan bir peyğəmbər göndərməmiş məmləkətləri məhv etmədi. Biz yalnız əhalisi zalım olan məmləkətləri yox etdik!" (Qəsəs, 59).

Bundan sonra isə dəvətin hüdudları ətraf vilayətləri də əhatə edə biləcək şəkildə genişlənmişdi:

"Bu (Quran) da mübarək, özündən əvvəlkiləri təsdiq edən bir kitabdır ki, onu sənə Məkkə əhlini və ətrafındakı insanları qorxutmaq üçün nazil etmişik" (Ənam, 92).

Ən sonuncu mərhələdə isə bu vəzifənin hüdudlarının bütün bəşəriyyəti əhatə etdiyi elan edilmişdir:

"(Ya Rəsulum) Biz Səni aləmlərə ancaq bir rəhmət olaraq göndərdik" (Ənbiya, 107).

Rəsulullah (s.ə.s.) təbliğdəki bu mərhələlərin hamısını mükəmməl bir şəkildə tamamlamış və bizlərə necə davranmalı olduğumuzu ən xırda təfərrüatlarına qədər öyrətmişdir. Kainatın fəxri Həzrəti Peyğəmbərimizin və digər peyğəmbərlərin təbliğdəki həssaslıqlarını Allah-Təala bu şəkildə mədh etməkdədir: "O Peyğəmbərlər ki, Allahın hökmlərini təbliğ edər, Ondan çəkinər və Allahdan başqa heç kimdən qorxmazlar. Allah özü haqq-hesab çəkməyə kifayətdir" (Əhzab, 39).

Allah Rəsulu ömrünün sonuna qədər həssaslıqla yerinə yetirdiyi bu vəzifənin ümməti tərəfindən də yerinə yetirilməsini istəmişdir. Belə ki, "Məndən bir ayə (kəlmə) belə olsa insanlara çatdırın" buyuraraq istənilən halda onları təbliğə təşviq etmişdir. Peyğəmbərimiz (s.ə.s.) bir dəfə səhabləri ilə birlikdə yol gedərkən qəflətən dayanmış və Hz. Əliyə (r. a.) işarə edərək: "Aranızda mənim Quranın nazil olması və təbliğində göstərdiyim həssaslıq kimi, onun təfsir edilib başa düşülməsində də eyni həssaslığı göstərən kimsələr vardır" buyurmuş və bu yoldakı xidmətlərinin böyüklüyünə diqqət çəkmişdir.

Eyni zamanda onun sünnəsinə tabe olaraq gözəl əxlaqa malik olmaq istəyənlərin etdikləri xidmətin xüsusi əhəmiyyətini açıq bir şəkildə bəyan etmişdir. Əziz Peyğəmbərimizin bu yolla gedənləri çox sevdiyini onlar üçün etdiyi bu duasından açıq şəkildə görmək mümkündür. "Bizdən bir şey eşidib, onu eynilə eşitdiyi kimi başqalarına çatdıran kimsənin Allah üzünü ağ etsin!".

Rəsulullah (s.ə.s.) ümmətinə qarşı olan şəfqət və mərhəmətindən hətta onlaarın ən uzaqda olanlarına belə həqiqəti çatdırmaq və İslam ilə şərəfləndirmək üçün sanki quş kimi çırpınırdı. Elə bu səbəbdən də bir çox səhabəsini müxtəlif yerlərə dəvətçi kimi göndərmişdi. Hz. Əlini (r.a.) belə bir vəzifəyə göndərərkən Rəsulullah belə buyurmuşdu: "Allaha and olsun ki, Allah-Təalanın sənin vasitənlə sadəcə bir insanı hidayətə çatdırması (ən qiymətli dünya neməti sayılan) qırmızı (qızıl) dəvələrə sahib olmağından daha xeyirlidir".

Bir şəxsin hidayətinə vəsilə olan kəs, həmin şəxsin nail olduğu gözəl və səmərəli həyatdan öz nəsibini alacaq və savabını qat-qat artıracaqdır. Bunu ifadə edən bu hədisi, İslamı təbliğ edən müsəlmanlara nə gözəl bir müjdədir: "Hidayətə dəvət edən şəxsə ona tabe olanların savabı qədər səvab verilır. Bu onların savabından heç bir şey əksiltmir". Bir şəxsin iman etməsi Hz. Peyğəmbərimizin (s.ə.s.) çox böyük sevincinə səbəb olduğu halda, bir adamın da imansız olaraq ölməsi o böyük şəxsiyyətin son dərəcə kədərinə səbəb olurdu.

Kainatın fəxri Hz. Peyğəmbər özü ilə ümmətinin vəziyyətini bu hədisində nə gözəl bir şəkildə göstərir: "Mənimlə insanlar arasındakı münasibət bu təmsilə bənzəyir: Bir nəfər od yandırır. Alov ətrafı işıqlandırdıqda pərvanələr və digər həşaratlar özlərini oda atmağa başlayıır. Həmin adam var gücü ilə onlara mane olmağa çalışır. Amma onlar üstün gələrək bir çoxu özünü oda atır. Mən də həmin adam kimi atəşə düşməməyiniz üçün sizi kürəyinizdən tutub geri çəkirəm, siz isə atəşə düşməyə tələsirsiniz".

Onu bu dəvətindən nə bir müşrik çəkindirə bilmiş, nə də bir kafir mane ola bilmişdi. Bir dəfə müşriklər Əbu Talibin vasitəsilə Rəsulullaha (s.ə.s.) xəbər göndərərək bu dəvətindən əl çəksə ona bunun qarşılığında nə istəsə verəcəklərini bildirirlər. Rəsulullah (s.ə.s.) əmisinə onların bu təklifinə qarşı bu ibrətli cavabı verir:

"Əmi! Allaha and olsun ki, Allahın dinini təbliğ etməkdən əl çəkməyim üçün sağ əlimə günəşi, sol əlimə də ayı versələr, mən yenə də bu mübarizəmdən əl çəkməyəcəyəm! Allah-Təala ya onu bütün cahana yayar və vəzifəm bitər, ya da mən bu yolda ölərəm!". Sonra isə mübarək gözləri yaşarır və ağlayır. Bununla Peyğəmbər (s.ə.s.) insanın etməsi mümkün olmayan bir şərti deməklə, müşriklərin bir daha başqa bir təklif etmələrinə də imkan qoymur.

O İslamı yaymaq üçün qapı-qapı gəzir, dönə-dönə izah edir və bir sözlə əlinə düşən hər fürsətdən istifadə edirdi. Bezmək, yorulmaq nədir bilməzdi. Ən qatı düşmənçilik edənlərə belə eyni həqiqətləri dəfələrlə başa salmışdı. Buna misal ola biləcək bir hadisəni Muğirə ibn Şubə belə rəvayət edir:

Mən və Əbu Cəhl Məkkənin küçələri ilə gedərkən Allahın Rəsulu ilə qarşılaşdıq. Həzrəti Rəsulullah (s.ə.s.), Əbu Cəhlə: "Ya Əbu’l Hakəm! Gəl Allaha və Rəsuluna tabe ol ki, sənin üçün Allaha dua edim! - buyurdu. Əbu Cəhl bunun cavabında belə dedi: "Ya Muhəmməd! Sən yenə tanrılarımza sataşacaq, onlara sitayiş etməyimizə mane olacaqsan, eləmi? And olsun ki, sənin söylədiklərin həqiqət olsaydı sənə tabe olardım!"..

Hz. Peyğəmbər (s.ə.s.) çıxıb getdikdən sonra Əbu Cəhl mənə tərəf çevrilərək: "Vallah, mən çox yaxşı bilirəm ki, onun söylədikləri haqq və həqiqətdir!" deyə etiraf etdi.

Daha sonra Əbu Cəhl iman etməməsinin səbəbinin tayfalar arasındakı üstünlüyünü qorumaqdan ötrü və qısqanclıq üzündən olduğunu uzun-uzadı başa saldı".

Abbas QURBANOB (abbas@islam.az)

 



Yerləşdirilib:20 Noyabr, 2007  23:19, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
22 Avqust, 2019
Azərbaycanda dünya din xadimlərinin sammiti keçiriləcək
22 Avqust, 2019
Tramp İŞİD-in ən böyük qurbanlarını açıqladı
22 Avqust, 2019

Azərbaycanda qəbiristanlığın saytı yaradılacaq

22 Avqust, 2019
Əfqanıstanda 2 ABŞ əsgəri həlak olub
22 Avqust, 2019
Vaşinqton İŞİD liderlərinə görə 5 milyon dollar mükafat söz verdi
22 Avqust, 2019
Pentaqon hipersəs silahı əldə edəcəyi vaxtı açıqladı
22 Avqust, 2019

İslam ədalətə riayət etməyi tələb edir. Bu ədalət bərabərlik deməkdirmi? İslam suallarda

22 Avqust, 2019

MiQ-29 təyyarəsinin qəzaya uğrama səbəbi müəyyən edilib

22 Avqust, 2019
İsrail ordusu səhvən mülki təyyarəyə atəş açıb
21 Avqust, 2019

İmam Əli (ə): "Varlıların Allah yanında olan savabı əldə etmək üçün..."

21 Avqust, 2019

Qazaxıstana Amerika demokratiyasının “papağını taxmaq” alınmayacaq - Nazarbayev

21 Avqust, 2019

Zəvvarların ilk qrupu Azərbaycana qayıdıb

21 Avqust, 2019

Sinay yarımadasının şimalında 11 terrorçu məhv edilib

21 Avqust, 2019

Kabildə toyda partlayış nəticəsində ölənlərin sayı 80-ə çatıb

21 Avqust, 2019

Hərbi pilot Rəşad Atakişiyev dəfn edildi

21 Avqust, 2019

Qadın qurban kəsə bilərmi? İslam suallarda

21 Avqust, 2019
Danimarka rəhbərliyi Qrenlandiyanı satmağa hazırdır
21 Avqust, 2019
Hindistan-Pakistan sərhədində atışma olub, ölənlər var
20 Avqust, 2019
Türkiyədə FETÖ-çü polislər həbs olundu
20 Avqust, 2019

Hərbi pilotumuzun meyiti tapıldı

20 Avqust, 2019

Alim: Nəsiminin şeirlərindəki kamil insan obrazı Həzrət Əlidir (ə)

20 Avqust, 2019

Qədir-Xum hadisəsini hansı səhabələr rəvayət etmişlər?

20 Avqust, 2019
Məhkəmə Atambayevin həbs müddətini artırdı
20 Avqust, 2019

Qüsl alanda bədəni mütləq yuxarıdan aşağıya doğru yumaq lazımdır? İslam suallarda

20 Avqust, 2019

Qədir-Xum bayramınız mübarək, əziz müsəlmanlar!

20 Avqust, 2019

Sudanın devrilmiş lideri: Səudiyyə şahzadəsindən 25 milyon dollar almışam

19 Avqust, 2019

Suriya Türkiyənin hərbi karvanını bombaladı: 3 ölü

19 Avqust, 2019
Türkiyə İraqın şimalına raket zərbəsi endirib
XƏBƏRARXİVİ
«Avq.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com