“İslam həmrəyliyi və media” mövzusunda yazı müsabiqəsi elan edilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mətbuat Şurası və Bakı şəhər Məşədi Dadaş Dini İcması kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında “İslam həmrəyliyi və media” mövzusunda yazı müsabiqəsi keçirir.

Mətbuat Şurasından bildiriblər ki, müsabiqəyə təqdim olunan yazılarda mövzunu dolğun əhatə etmə səviyyəsinə, faktlardan istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə, ifadə vasitələrinin zənginliyinə, oxucu üçün informasiyalılıq dərəcəsinə, qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisəyə, Azərbaycanın İslam həmrəyliyinə töhfəsi, İslam həmrəyliyini zəruri edən səbəblər kimi məsələlərə üstünlük veriləcək. Müsabiqəyə 2017-ci il sentyabrın 13-dən noyabrın 20-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.

Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur. Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır. Yazıda “İslam həmrəyliyi və media” mövzusundakı müsabiqəyə təqdim olunur” qeydi olmalıdır. Müəllifin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir. Müsabiqə üçün təqdim ediləcək yazı müəllifin çalışdığı KİV-də verilməlidir. Hər kütləvi informasiya vasitəsindən yalnız bir yazı qəbul ediləcək. Eyni KİV-dən iki və daha çox müəllifin müsabiqədə iştirakı yolverilməzdir.

Müsabiqəyə təqdim edilmiş yazıların Azərbaycan Mətbuat Şurasının “qara siyahısı”nda yer alan kütləvi informasiya vasitələrində yayımlanması yolverilməzdir.

Yazılar ayrıca zərfdə şəxsən təqdim olunmalıdır. Həmçinin müəllifin elektron ünvanından elektron qaydada da təqdim oluna bilər. Yazını elektron qaydada təqdim etmək istəyən şəxslər yuxarıda göstərilən sənədləri ms.musabiqe@gmail.com elektron poçt ünvanına təqdim etməlidirlər.

Müsabiqə üçün yazılar 2017-ci il sentyabr ayının 13-dən noyabr ayının 20-dək həftənin iş günləri saat 10.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı - Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək. Həmçinin müsabiqə materialları ms.musabiqe@gmail.com elektron poçt ünvanına da göndərilə bilər.

Birinci yerin qalibinə (1 nəfər) 1000 manat, ikinci yeri tutanlara (2 nəfər) 800 manat, üçüncü yerin sahiblərinə isə (3 nəfər) 600 manat məbləğində mükafat veriləcək. Həvəsləndirici mükafat (12 nəfər) 100 manatdır.



Yerləşdirilib:13 Sentyabr, 2017  12:34, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
19 İyul, 2018

Azərbaycan və İtaliya prezidentləri Şah İsmayıl Xətaiyə həsr edilmiş sərgi ilə tanış olublar

19 İyul, 2018

Adnan Oktarın cinayət işi bağlı 116 nəfər həbs edilib

19 İyul, 2018

İsraildə irqçi qanun: ölkə ancaq yəhudilərindi!

19 İyul, 2018

Yəməndə vəba nəticəsində 2311 nəfər ölüb

19 İyul, 2018

Teymurləngin Hafiz Şirazi və Nəsimi kimi mütəfəkkirlərlə görüşməsi haqqında məlumatların əsası varmı? İslam suallarda

19 İyul, 2018
Ermənistan silahlı qüvvələri atəşkəsi 90 dəfə pozub
19 İyul, 2018
Kərkükdə ardıcıl beş partlayış törədilib, ölən və yaralananlar var
18 İyul, 2018

Bu il Azərbaycanda 16 dini icma dövlət qeydiyyatına alınıb

18 İyul, 2018
Əfqanıstanda iki ABŞ hərbçisi öldürülüb
18 İyul, 2018
Misir növbəti dəfə Qəzza ilə sərhədi bağladı
18 İyul, 2018

Səudiyyə Ərəbistanında 5 nəfər edam edildi

18 İyul, 2018

İntihar etmiş şəxs üçün ehsan vermək, onun qəbrini ziyarət etmək olarmı? İslam suallarda

18 İyul, 2018
Amerikalı konqresmen Trampı “Putinin pudeli” adlandırdı
18 İyul, 2018
Ermənistan silahlı qüvvələri atəşkəsi 98 dəfə pozub
17 İyul, 2018
Səudiyyəli qadınlara daha bir hüquq verildi
17 İyul, 2018

Şah İsmayıl Səfəvi Xətai kim olub?

17 İyul, 2018

Bu gün Şah İsmayıl Xətainin doğum günüdür

17 İyul, 2018
Müasir dövrün ən zəngin şəxsinin adı açıqlandı
17 İyul, 2018

Namaz qılan insanı çağırsalar, nə etməlidir? İslam suallarda

17 İyul, 2018

Putinlə Trampın mətbuat konfransında jurnalistə zor tətbiq edildi Video

17 İyul, 2018
Ermənilər atəşkəs rejimini 103 dəfə pozublar
16 İyul, 2018

Tramp və Putin arasında təkbətək görüş başa çatıb

16 İyul, 2018

Prezidentin bəyanatından bixəbərdilər, ya...? Bizim replika

16 İyul, 2018

İran hökuməti Gəncədəki sui-qəsdləri və terror hadisələrini pisləyib

16 İyul, 2018

Mübariz Qurbanlı: Din adı altında sabitliyi pozmağa çalışırlar

16 İyul, 2018

Tramp Avropa Birliyi və Rusiyanı ABŞ-ın düşməni adlandırdı

16 İyul, 2018

Xəlifə sözünün mənası nədir? İslam suallarda

16 İyul, 2018

Nigeriyada 70 əsgər yoxa çıxdı

XƏBƏRARXİVİ
«İyl.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com