"Allah istəsəydi, o peyğəmbərləri xilas edərdi"

Hörmətli oxucular! İslam.az “Quranı anlayaq” rubrikasında məqalələrin dərcini bərpa edir. Xatırladaq ki, bu rubrikada Siz Müqəddəs Kitabımızda yer alan konkret ayələrin təfsiri ilə tanış olmaq imkanı qazanacaqsınız.

"Rum" surəsi, 49-cu ayənin təfsiri

Qurani-Kərimin "Rum" surəsində buyurulur:

"(Ya Muhəmməd!) Şübhəsiz, səndən öncə də (bəzi) qövmlərə peyğəmbərlər göndərdik, onlara (Allah tərəfindən) aydın dəlillər gətirdilər (onların bəzisi kafir və bəzisi mömin oldular), bu zaman Biz günahkarlardan intiqam aldıq. Möminlərə daim kömək etmək Bizim öhdəmizdə olan bir haqdır və vacibdir." (Rum 49)

Bu ayədə bir neçə məsələyə işarə olunur:

1. Allah Təala insanları düz yola yönəltmək üçün həmişə elçilər göndərmişdir və heç zaman insanları öz başına buraxmamışdır.

2. Peyğəmbərlər insanları Allahın yoluna çox aydın və aşkar dəlillərlə dəvət etmişlər.

3. Tarix boyu peyğəmbərlərin dəvətini qəbul edənlər və etməyənlər qarşı-qarşıya gəlmişlər, onlar arasında hətta müharibələr də baş vermişdir. Ayədə bu iki cəbhənin mənsubları "mucrim" (cinayət və günah işləyən dəstə) və "mömin" olaraq tanıtdırılır.

4. "Biz mucrimlərdən intiqam aldıq" ifadəsinin "Möminlərə daim kömək etmək öhdəmizdə olan bir haqdır" ifafəsindən qabağa keçməsi onun göstəricisidir ki, bu qarşıdurmanın əsas səbəbkarları mucrimlərdir.

5. Allah Təala bəndələrinin əməllərinə biganə qalmamışdır, O, həmişə zalımları cəzalandırmış, möminlərin intiqamını onlardan almışdır.

Bu ayəni oxuduqda bəzi insanlarda suallar da yarana bilər.

Sual 1:

Allah yenilməz qüdrət sahibidir, intiqam məfhumunun özəyində isə bir ilkin məğlubiyyət dayanır. Yəni "biz intiqam aldıq" deyərkən harada isə məğlub olmağını qəbul etmək demək deyilmi? Bu Allahın qüdrəti ilə necə sığışır?

Cavab:

Allah Təalanın mübarək adlarından biri "əl-Müntəqim"dir, yəni "intiqam alan". Qurani-Kərimdə bu məfhum "zu-intiqam" (zuntiqam), yəni "intiqam sahibi" kimi ifadə olunur. Misal olaraq Ali-İmran surəsinin  4, Maidə surəsinin 95 və İbrahim surəsinin 47-ci ayələrini göstərmək olar.

Bu ad Allahın feli adlarından (sifətlərindən) biridir, feli adlar isə, sırf bəndələrin (və bütün yaranmışların) işləri və əməlləri ilə bağlı adlardır.  Allahın öz bəndələri ilə olan hər bir münasibəti bir ad, sifət və ya xüsusiyyət kimi təzahur edir. Xaliq adı, xəlq etməsi və yaratması, Raziq adı ruzi verməsi, Muhyi adı diriltməsi, Mumit adı öldürməsi, Nasir adı yardım etməsi, Muntəqim adı zalımlardan intiqam alması və s. ilə əlaqədardır. Bütün bu feli adların hər biri Onun zati adlarından qaynaqlandığı kimi (məsələn, xaliqliyi Onun qadirliyindən və alimliyindən qaynaqlanır), bəzi feli adlar da digər bir feli addan qaynaqlana bilir. Məsələn, Yardım etmək (nasirliyi), yardımını kəsmək (xazilliyi), hidayət etmək (hadiliyi), azdırmaq (mudilliyi) Onun ədalət və hikmətindən qaynaqlanır. Bu isə, bəndələrin əməllərindən asılıdır. Allah insanları öz əməllərində ixtiyar sahibi etdiyi üçün (İnsan surəsi 3) onların əməlləri onların taleyində rol oynayır. Yəni insan öz əməli ilə Allahın yardımını da cəlb edə bilər, qəzəbini də. İnsan zülm etdikdə Allahın qəzəbini cəlb edir, Allah bu zülmü yerdə qoymur və məzlumun intiqamını zalımdan alır. Çünki, O, ədalətli və hikmətlidir. Müntəqim adı məhz bu yerdə təzahur edir.

Sual 2:

Möminlərə yardım etməyi Allah özünə borc bilirsə, bəs niyə möminlər zülmə məruz qalıb və qalır?

Cavab:

Yuxarıdakı cavabda qeyd etdiyimiz səbəblər burada da keçərlidir. İnsanın yaxşı əməli Allahın yardımını cəlb edə bilər. "Təkcə iman etdik" deməklə iş qurtarmır (Ənkəbut sutəsinin ilk ayələri), təqvalı, səbrli olmaq, saleh rəhbərin ətrafında bir yumruq kimi birləşmək (Tövbə surəsi 119), Allahı, Onun rəsulunu və Onun yolunda cihad etməyi dünya həyatından daha çox sevmək (Tövbə 24) və digər lazım olan şərtlərə riayət etmək Allahın yardımını cəlb edən səbəblərdir. Bu səbəblər olmadıqda isə, məğlubiyyət qaçılmazdır.

Qeyd: Peyğəmbərlər, imamlar və övliyalar da zülmə məruz qalmışlar, hətta bəziləri qətlə yetirlimişlər. Allah Təala onların qisasını zülm edənlərdən və qatillərdən almışdır. Onlara bəla və əzab göndərmiş, onları həlak etmişdir.

Əlbəttə, Allah istəsəydi, o peyğəmbərləri xilas edərdi, onlara xüsusi yardımlar edərdi (necə ki, bəzilərinə xüsusi yardım etmişdir). Lakin, unutmayaq ki, Allahın bir adı da "Həkim"dir (hikmət sahibi). O, hər bir şəraitə uyğun və hikmətinin tələb etdiyi işi görür.

Hacı Samir Ağayev,

ilahiyyatçı



Yerləşdirilib:12 Sentyabr, 2017  13:43, ]]>Çap]]>
 
Bu bölmədə:
10 Yanvar, 2018
Ağıllı ol, şair!

Son şərhlər : 1
Müəllif: Asim | 12 Sentyabr, 2017  15:59
# Ответить
0


]]>]]>

Salam Aleykum, Tefsire yer ayirdigininz ucun tesekkurler, zehmet olmasa Allahin Kitabinda elmle subut olunmus ayelerin tefsirine de yer vererdiniz.
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
17 Yanvar, 2018
Bakıda satışına razılıq verilməmiş dini təyinatlı ədəbiyyat aşkarlanıb
17 Yanvar, 2018

DİN, DTX, Baş Prokurorluq və Dövlət Komitəsi arasında dini ekstremizmə qarşı Tədbirlər Planı imzalanıb

17 Yanvar, 2018

BMT: Yəmən əhalisinin 80 faizinin humanitar yardıma ehtiyacı var

17 Yanvar, 2018

ABŞ səfirliyinin Qüdsə köçürüləcəyi vaxt açıqlanıb

17 Yanvar, 2018

“Bu məqama necə çatdılar” kitabı nəşr olunub

17 Yanvar, 2018

BMT baş katibi: “Suriyada həddindən çox əcnəbi hərbçi cəmləşib”

17 Yanvar, 2018

İƏT Parlament İttifaqı Konfransının 13-cü sessiyası çərçivəsində Azərbaycanla bağlı iki qətnamə layihəsi qəbul edilib

17 Yanvar, 2018

Bərbər kişilərin üzünü ülgüclə qırxırsa, bərbərxana üçün icarəyə yer vermək olarmı? İslam suallarda

17 Yanvar, 2018

İran prezidenti İslam dünyası üçün əsas prioriteti açıqlayıb

17 Yanvar, 2018
Atəşkəs rejimi 133 dəfə pozulub
16 Yanvar, 2018
Azərbaycanda qanunsuz dini ədəbiyyat satan 13 nəfər cərimələnib
16 Yanvar, 2018

ABŞ-ın terrorçulardan ibarət 30 minlik “qoşun”u - Türkiyə təhdid edilir

16 Yanvar, 2018

Fələstin İsraili dövlət kimi tanımaqdan imtina edib

16 Yanvar, 2018

Ramzan Kadırov Azərbaycanda tapılan 104 yaşlı çeçen qadına Qroznıda ev bağışlayıb

16 Yanvar, 2018

ABŞ PKK-nın Suriya qoluna gizlicə zenit-raket kompleksləri verib

16 Yanvar, 2018

Hamamın suyu kanalizasiya yolu ilə axırsa, orada dəstəmaz və qüsl almaq olarmı? İslam suallarda

16 Yanvar, 2018

İsrail hərbçiləri bir fələstinlini güllələyərək öldürüb, digəri başından yaralanıb

16 Yanvar, 2018
Ermənistan silahlı bölmələri atəşkəs rejimini 124 dəfə pozub
15 Yanvar, 2018

Ərdoğan: "Bəzi ayağı palçıqlılar Suriyadan bizi təhdid edirlər"

15 Yanvar, 2018

İraqın baş naziri “Haşdi Şəbi” ilə koalisiya qurdu, Müqtəda əs Sədr “od püskürdü”

15 Yanvar, 2018

“Məddah döyüşü”: biz nə gündəyik? Günün nəbzi

15 Yanvar, 2018

XİN başçısı: "Rusiya Azərbaycanla strateji tərəfdaşlıqdan razıdır"

15 Yanvar, 2018
Ankara Vaşinqtonun Suriyada "sərhəd təhlükəsizliyi qüvvələri" yaratmaq planını pisləyir
15 Yanvar, 2018

Bağdadda törədilən iki partlayış nəticəsində 121 nəfər ölüb

15 Yanvar, 2018

Son 2 ayda Dəməşq yaxınlığındakı şəhərə hücum zamanı 329 dinc sakin həlak olub

15 Yanvar, 2018

Qadın yerinə yetirmədiyi ibadətlərini qəza edərkən heyz günlərini nəzərə almalıdırmı? İslam suallarda

15 Yanvar, 2018

Əfqanıstanda İŞİD-in 17 döyüşçüsü məhv edilib

15 Yanvar, 2018

Ağdamın Mireşəli kəndi Ermənistan ordusu tərəfindən atəşə tutulub

XƏBƏRARXİVİ
«Yan.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com