Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz - İlham Əliyev

Azərbaycanda məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz.

İslam.az SalamNews-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Astanada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə birinci Sammiti çərçivəsində keçirilən “XXI əsrdə elmin cəmiyyətə artan təsiri” mövzusunda sessiyada çıxış edib.

Prezident İlham Əliyev deyib: "Azərbaycan üzv olduğu beynəlxalq təşkilatlarda müsəlman ölkələrini daim dəstəkləyir. İƏT də öz növbəsində Azərbaycana böyük dəstək göstərir və ölkəmizin apardığı siyasətə yüksək qiymət verir. İƏT daim Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini dəstəkləyən ədalətli mövqe nümayiş etdirib və Azərbaycanın ədalətli mövqeyini əks etdirən bir çox qətnamələr qəbul edib. Keçən il İslam Əməkdaşlıq Təşkilatının Türkiyədə keçirilmiş Zirvə görüşündə Ermənistanın Azərbaycana qarsı təcavüzü ilə əlaqədar Təmas Qrupu yaradılıb. Biz bu qərarı çox yüksək qiymətləndiririk və bu ədalətli mövqeyə görə İƏT-ə və onun üzvlərinə təşəkkürümüzü bildiririk”.

İlham Əliyev daha sonra deyib: “İşğal edilmiş torpaqlarımızda Ermənistan rəhbərliyinin göstərişi ilə bütün məscidlərimiz dağıdılıb. Şuşa, Ağdam və digər şəhərlərimizin dağıdılmış məscidlərinin fotoşəkilləri erməni vandalizminin sənədli sübutudur. Ermənistanda islamofobiya pik həddə çatıb. Ermənistan çox çalışır ki, müxtəlif müsəlman ölkələri ilə əlaqələrini genişləndirsin. Onların riyakar və yalan sözlərinə inanmaq lazım deyil. Azərbaycanda müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz”.

Dövlət başçısı Azərbaycanın İslam həmrəyliyi işinə böyük töhfə verdiyini vurğulayaraq çıxışının sonunda deyib:" Qeyd etmək istəyirəm ki, Azərbaycan bundan sonra da İƏT-in fəal üzvü kimi İslam həmrəyliyinin möhkəmlənməsinə öz töhfəsini verəcək”.



Yerləşdirilib:11 Sentyabr, 2017  11:32, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
20 Sentyabr, 2017

Bu il Məhərrəm ayı sentyabrın 22-də başlayır

20 Sentyabr, 2017

İŞİD-dən təmizlənən ərazidə tapılan 3 yaşlı azərbaycanlı oğlan: "Papa, mama ölüb" (VİDEO)

20 Sentyabr, 2017

İngiltərə və Uelsdə körpələrə qoyulan adlar arasında Məhəmməd adı ilk onluqdadır

20 Sentyabr, 2017

"Halal bişir, halal ye". 7-ci veriliş Video

20 Sentyabr, 2017
İŞİD-ə qoşulanlara 23 il cəza istənildi
20 Sentyabr, 2017

İraqın Kürdüstan vilayətində İsrail bayrağı qaldırılıb - VİDEO

20 Sentyabr, 2017

Səddamın səhvləri bu gün təkrarlanır – İraqın Baş naziri

20 Sentyabr, 2017
Tramp İranla bağlanmış nüvə sazişini yenə də tənqid edib
20 Sentyabr, 2017
“Azərbaycan İsrail-Fələstin münaqişəsinin siyasi həllini dəstəkləyir”
20 Sentyabr, 2017
İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə iclas keçirib
20 Sentyabr, 2017
Ərdoğan Myanmadakı böhranı soyqırımı adlandırıb
20 Sentyabr, 2017

Yaxını rəhmətə getmiş kişinin 40 gün saqqal saxlaması barədə dinimizdə göstəriş varmı? İslam suallarda

20 Sentyabr, 2017

Myanmada təqribən 200 kənd yandırılıb

20 Sentyabr, 2017
Ermənilər atəşkəs rejimini 127 dəfə pozub
19 Sentyabr, 2017
Suriya ordusu Deyr əz-Zor hava limanında təhlükəsizliyi bərpa edib
19 Sentyabr, 2017

Kərbəlada İmam Hüseyn (ə) ziyarətgahında Məhərrəm ayına hazırlıq işləri görülür

19 Sentyabr, 2017
BMT İranın nüvə proqramı üzrə sazişin saxlanılmasına təkid edir
19 Sentyabr, 2017

Hansı qaşlı üzükləri taxmaq lazımdır? İslam suallarda

19 Sentyabr, 2017
Bu gün Elşad İskəndərovun atasının 40 mərasimidir
19 Sentyabr, 2017
Suriyada terrorçu-kamikadze şəhər mərkəzində özünü partladıb
19 Sentyabr, 2017
Atəşkəs rejimi 125 dəfə pozulub
19 Sentyabr, 2017

ABŞ Əfqanıstandakı hərbçilərinin sayını 14,5 min nəfərə çatdıracaq

19 Sentyabr, 2017
BMT İranın nüvə proqramı üzrə sazişin saxlanılmasına təkid edir
18 Sentyabr, 2017

Şeyx nə üçün və kimin hədəfindədir...

18 Sentyabr, 2017

Azərbaycanda yeni yaradılan İslam kollecləri bu il tələbə qəbulu apara bilməyib

18 Sentyabr, 2017

Rəsmi Bağdad: “Ölkənin şimalında ikinci İsrail yaratmağa imkan verməyəcəyik”

18 Sentyabr, 2017
İran İraqın şimalındakı sərhəd-keçid məntəqələrini bağlaya bilər
18 Sentyabr, 2017
Prokuror "Nardaran işi" üzrə təqsirləndirilən şəxslərə cəza istəyib
XƏBƏRARXİVİ
«Sen.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com