Qədir-Xum bayramınız mübarək, əziz müsəlmanlar!

Bu gün, Zilhiccə ayının 18-də İslam dünyasının ən əhəmiyyətli bayramlarından biri – Qədir-Xum bayramı qeyd edilir.

Məhz bu gün, hicrətin 10-cu ili (miladi 632-ci ilin mart ayı) Məhəmməd Peyğəmbər (s) Allahın buyruğuna müvafiq olaraq Həzrət Əlini (ə) canişini təyin edib.

Qədir-Xum hadisəsi Məkkə ilə Mədinə arasında yerləşən Qədir-Xum (əslində Ğədir əl-Xum) vahəsində baş vermiş məşhur hadisənin adıdır. Rəvayətlərə görə, Peyğəmbər (s) 100 min nəfərdən çox səhabə ilə birlikdə vida həccini yerinə yetirib, Zilhiccə ayının 14-də Məkkəni tərk edib və Mədinəyə sarı üz tutub. Məhz Məkkə ilə Mədinə arasında, Cühfə kəndi yaxınlığında Qədir-Xum hadisəsi baş verib.

Allah-Təala öz Peyğəmbərinə aşağıdakı ayəni vəhy edib: "Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!" ("Maidə", 67).

Bu ayə nazil olduqdan sonra Peyğəmbər (s) karvana köç salmaq əmrini verib. Həzrət Məhəmməd Peyğəmbər (s) camaatla zöhr namazını qılıb, sonra isə hazırlanmış minbərə qalxıb xütbə söyləyib. Peyğəmbər müsəlmanlara xatırladıb ki, özündən sonra iki qiymətli əmanəti – Quranı və Əhlibeytini tapşırır. Müsəlmanların vəzifəsi budur ki, həmin iki əmanətə ehtiramla yanaşsınlar, onlardan uzaq düşməsinlər.

Sonra Peyğəmbər (s) yanında durmuş Əli ibn Əbu Talibin (ə) əlini tutub yuxarı qaldırdı və buyurdu: "Allah mənim mövlamdır, mən də möminlərin mövlasıyam və onlara hökm etməyə özlərindən daha layiqəm. Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır".

Peyğəmbər (s) bu cümləni üç dəfə təkrar edib və ardınca söyləyib: "İlahi, Əlinin dostları ilə dost, düşmənləri ilə düşmən ol! Əlini sevənləri sən də sev, ona kin bəsləyənlərlə ədavət et! Ey camaat! İndicə eşitdiklərinizi burada olmayanlara da çatdırın!".

Camaat Peyğəmbərin əhatəsindən dağılışmazdan əvvəl bu mübarək ayə nazil oldu: "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim" ("Maidə", 3-cü ayədən).

Sonra Peyğəmbər (s) Əli ibn Əbu Talib (ə) üçün çadır qurdurub, özü da başqa bir çadırda əyləşib. Bütün müsəlmanlar Əlinin çadırına yaxınlaşıb, Onu təbrik ediblər. Rəvayət edirlər ki, Həzrət Əli ibn Əbu Talibi (ə) təbrik etmiş ilk şəxs gələcək raşidi xəlifələri Əbu Bəkrlə Ömər ibn Xəttab olublar.

İmam Sadiq (ə) buyurub: "O gün oruc tutun, ibadət edin, Mühəmməd Peyğəmbəri (s) və nəslini xatırlayıb onlara salavat söyləyin. Peyğəmbər Əliyə vəsiyyət etmişdi ki, həmin günü bayram etsin".

Bayramınız mübarək, əziz müsəlmanlar!



Yerləşdirilib:9 Sentyabr, 2017  09:51, ]]>Çap]]>
 
Bu bölmədə:
10 Yanvar, 2018
Ağıllı ol, şair!

Son şərhlər : 1
Müəllif: Nazim | 10 Sentyabr, 2017  07:09
# Ответить
0


]]>]]>

Amin!Mübarəkdir!
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
17 Yanvar, 2018
Bakıda satışına razılıq verilməmiş dini təyinatlı ədəbiyyat aşkarlanıb
17 Yanvar, 2018

DİN, DTX, Baş Prokurorluq və Dövlət Komitəsi arasında dini ekstremizmə qarşı Tədbirlər Planı imzalanıb

17 Yanvar, 2018

BMT: Yəmən əhalisinin 80 faizinin humanitar yardıma ehtiyacı var

17 Yanvar, 2018

ABŞ səfirliyinin Qüdsə köçürüləcəyi vaxt açıqlanıb

17 Yanvar, 2018

“Bu məqama necə çatdılar” kitabı nəşr olunub

17 Yanvar, 2018

BMT baş katibi: “Suriyada həddindən çox əcnəbi hərbçi cəmləşib”

17 Yanvar, 2018

İƏT Parlament İttifaqı Konfransının 13-cü sessiyası çərçivəsində Azərbaycanla bağlı iki qətnamə layihəsi qəbul edilib

17 Yanvar, 2018

Bərbər kişilərin üzünü ülgüclə qırxırsa, bərbərxana üçün icarəyə yer vermək olarmı? İslam suallarda

17 Yanvar, 2018

İran prezidenti İslam dünyası üçün əsas prioriteti açıqlayıb

17 Yanvar, 2018
Atəşkəs rejimi 133 dəfə pozulub
16 Yanvar, 2018
Azərbaycanda qanunsuz dini ədəbiyyat satan 13 nəfər cərimələnib
16 Yanvar, 2018

ABŞ-ın terrorçulardan ibarət 30 minlik “qoşun”u - Türkiyə təhdid edilir

16 Yanvar, 2018

Fələstin İsraili dövlət kimi tanımaqdan imtina edib

16 Yanvar, 2018

Ramzan Kadırov Azərbaycanda tapılan 104 yaşlı çeçen qadına Qroznıda ev bağışlayıb

16 Yanvar, 2018

ABŞ PKK-nın Suriya qoluna gizlicə zenit-raket kompleksləri verib

16 Yanvar, 2018

Hamamın suyu kanalizasiya yolu ilə axırsa, orada dəstəmaz və qüsl almaq olarmı? İslam suallarda

16 Yanvar, 2018

İsrail hərbçiləri bir fələstinlini güllələyərək öldürüb, digəri başından yaralanıb

16 Yanvar, 2018
Ermənistan silahlı bölmələri atəşkəs rejimini 124 dəfə pozub
15 Yanvar, 2018

Ərdoğan: "Bəzi ayağı palçıqlılar Suriyadan bizi təhdid edirlər"

15 Yanvar, 2018

İraqın baş naziri “Haşdi Şəbi” ilə koalisiya qurdu, Müqtəda əs Sədr “od püskürdü”

15 Yanvar, 2018

“Məddah döyüşü”: biz nə gündəyik? Günün nəbzi

15 Yanvar, 2018

XİN başçısı: "Rusiya Azərbaycanla strateji tərəfdaşlıqdan razıdır"

15 Yanvar, 2018
Ankara Vaşinqtonun Suriyada "sərhəd təhlükəsizliyi qüvvələri" yaratmaq planını pisləyir
15 Yanvar, 2018

Bağdadda törədilən iki partlayış nəticəsində 121 nəfər ölüb

15 Yanvar, 2018

Son 2 ayda Dəməşq yaxınlığındakı şəhərə hücum zamanı 329 dinc sakin həlak olub

15 Yanvar, 2018

Qadın yerinə yetirmədiyi ibadətlərini qəza edərkən heyz günlərini nəzərə almalıdırmı? İslam suallarda

15 Yanvar, 2018

Əfqanıstanda İŞİD-in 17 döyüşçüsü məhv edilib

15 Yanvar, 2018

Ağdamın Mireşəli kəndi Ermənistan ordusu tərəfindən atəşə tutulub

XƏBƏRARXİVİ
«Yan.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com