Qədir-Xum gününün müstəhəb əməlləri

Məşhur dua kitablarından sayılan “Misbahül-Kəfəmi”də yazılıb ki, İmam Cəfər Sadiqdən (ə) soruşdular: “Əmirəl-mömininin insanlara tanıdılıb, uca məqama təyin edildiyi gündə hansı əməlləri yerinə yetirməyimiz məsləhətdir?"

İmam Sadiq (ə) cavab verdi: “Oruc tutun, Mühəmmədə və nəslinə çoxlu salavat göndərin, onlara zülm edənlərin əlindən Allaha bizarlıq (narazılıq) edin. Hər peyğəmbər öz vəsisinə (canişinlərinə) tapşırırdı ki, canişin təyin edildiyi günü bayram kimi keçirsin”. Ravi bu günün orucunun savabı haqqında soruşanda İmam buyurur: “Altmış ayın orucuna bərabərdir”.

Başqa bir hədisdə İmam Sadiq (ə) Qədir gününün orucunu altmış mübarək ayın orucuna tay tutur. “Məfatihül-cinan” kitabında Qədir gününün orucunun 60 illik günahları sildiyi, bir ömrlük oruca, 100 həccə və 100 ümrəyə bərabər olduğu yazılıb.

Qədir günündə qüsl almaq, təzə və gözəl libaslar geyinmək, ətir vurmaq da çox bəyənilən işdir. Bir-biri ilə görüşən zaman bu duanı oxumağın böyük savabı var: “Əlhəmdü lillahilləzi cəələna minəl-mütəməssikinə bi-vilayəti Əmiril-mömininə vəl-əimməti əleyhimüs-səlam” (“Həmd olsun Allaha ki, bizi Əmirül-mömininin və imamların vəlayətinə bağlananlardan etdi”).

Qədir günündə bu duanı da 100 dəfə təkrar etməyin savabı var: “Əlhəmdü lillahilləzi cəələ kəmalə dinihi və təmamə nimətihi bi-vilayəti Əmiril-mumininə Əliyyibni Əbitalibin əleyhis-səlam”. (“Həmd olsun Allaha ki, öz dininin kamilliyini və nemətlərinin tamamını Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissalamın vəlayətində qərar verdi”).

Bu gün İmam Əlinin (ə) məzarını ziyarət etməyin hədsiz savabı var. İmamlar öz səhabələrinə tövsiyə edirdilər ki, imkan daxilində Qədir günündə özlərini Nəcəfə yetirib Həzrət Əlinin (ə) məzarını ziyarət etsinlər. Əlbəttə, buna imkanı olmayanlar ziyarətnaməni uzaqdan da oxuya bilərlər. Xüsusilə, dua kitablarında qeyd edilən “Əminallah” ziyarətini vətəndə də oxumaq olar.

Qədir-Xum günü günorta vaxtı, kölgələr məğribə doğru qısalmağa başlamazdan yarım saat əvvəl iki rükət namaz qılmağın xüsusi savabı var. Əslində İmam Sadiqin (ə) buyurduğuna görə bu namazı günün istənilən vaxtında qılmaq olar, amma hicrətin 10-cu ilində hadisə məhz günün bu vaxtında baş verdiyi üçün, namazı da o zaman qılmağın savabı böyükdür. Namazın hər iki rükətində bir dəfə Fatihə surəsi, 10 dəfə İxlas surəsi, 10 dəfə ayətül-kürsi və 10 dəfə Qədr surəsi oxunur. Ardınca Həzrət Fatimənin (ə) təsbihi deyilir: 34 dəfə “Allahü əkbər”, 33 dəfə “Əlhəmdü lillah” və 33 dəfə “Sübhan Allah”. Bu namazı qılan adamın arzularını Allah yerinə yetirər.

Seyyid ibn Tavus “əl-İqbal” kitabında qeyd edir ki, hər kim Qədir günü ziyarətnaməni oxuyub müstəhəb namazı qıldıqdan sonra səcdəyə getsə, səcdədə 100 dəfə “əlhəmdü lillah” və 100 dəfə “şükrən lillah” söyləsə, sanki Qədir-Xum hadisəsində iştirak edib, Peyğəmbərlə və Əli ilə beyət etmiş kimi savab qazanar.

İmam Rza (ə) buyururdu ki, Allah-təala bu gündə mömin kişi və qadınların 60 illik günahlarını bağışlayar. Allah Qədir günündə üst-üstə Ramazan ayı, Qədr gecəsi və Fitr gecəsinə nisbətən iki dəfə artıq mömini cəhənnəm əzabından xilas edər (əlbəttə, bunlar həqiqi möminlərə və Qədir gününü layiqli ibadətlə keçirən insanlara aiddir).

Qədir günündə sileyi-rəhim etmək, yəni qohumların görüşünə getmək, möminlərə hədiyyə vermək, ehsan etmək böyük savaba malikdir. İmam Rza (ə) buyururdu ki, bu gündə edilən ehsanın hər dirhəmi savab cəhətdən başqa gündə edilən min dirhəm ehsana bərabərdir.

Təsadüfi deyil ki, xalq arasında Qədir-Xum gününə seyidlərin bayramı deyirlər. Bu gündə seyidləri təbrik etmək, onlara kiçik də olsa hədiyyə aparmaq, ümumiyyətlə bir-birinin görüşünə getmək, möminlərin qəlbini sevindirmək tövsiyə edilib.

Qeyd edək ki, bu il Qədir-Xum bayramı sentyabrın 9-na təsadüf edir.



Yerləşdirilib:8 Sentyabr, 2017  10:48, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
20 Noyabr, 2017

Rusiyanın XİN başçısı: "Dağlıq Qarabağ münaqişəsinin həlli planı masa üzərindədir"

20 Noyabr, 2017

Qırğızıstan prezidenti: “Yaxşı ki, şalvarımı istəməmisən” (Video)

20 Noyabr, 2017

İraq məhkəməsi Kürdüstan bölgəsində keçirilən referendumu qanunsuz elan edib

20 Noyabr, 2017

"Kamilliyə aparan yol: ariflərin həyatından nümunələr" - 6 Video

20 Noyabr, 2017

İndoneziya parlamentinin sədri korrupsiyada ittiham olunaraq həbs edilib

20 Noyabr, 2017
“Nike” idmançı müsəlman xanımlar üçün xüsusi baş örtükləri hazırlayıb
20 Noyabr, 2017

Yeni il bayramında Azərbaycanda 5 gün istirahət olacaq

20 Noyabr, 2017

Nə üçün İslamda üzü üstə yatmaq bəyənilməz hal sayılır? İslam suallarda

20 Noyabr, 2017
Atəşkəs rejimi 128 dəfə pozulub
20 Noyabr, 2017

Ermənilərin törətdiyi Qarakənd faciəsindən 26 il ötür

20 Noyabr, 2017

Türkiyədə 16 terrorçu zərərsizləşdirilib

19 Noyabr, 2017

Bu gün imam Rzanın (ə) şəhadət günüdür

18 Noyabr, 2017
Livanın istefa verən Baş naziri Saad Hariri Fransaya gəlib
18 Noyabr, 2017
Suriyanın Deyr-ez-Zor əyalətində partlayış baş verib
18 Noyabr, 2017
Türkiyə Dini İşlər İdarəsinə ilk dəfə qadın yüksək vəzifəyə gətirilib
18 Noyabr, 2017

Əfqanıstanda qar uçqunu baş verib, 10 nəfər ölüb

18 Noyabr, 2017

Satılan malın qiymətinin üstünə nə qədər əlavə pul qoymaq olar? İslam suallıarda

18 Noyabr, 2017
Atəşkəs rejimi 123 dəfə pozulub
18 Noyabr, 2017
İŞİD Rakkanı tərk etməzdən əvvəl şəhərdə hər bir tikilini minalayıb
17 Noyabr, 2017

Türkiyədə tikilməkdə olan məscid çöküb, 1 nəfər ölüb

17 Noyabr, 2017

Azərbaycanda yenidən zəlzələ olub

17 Noyabr, 2017

NATO baş katibi Türkiyədən üzr istəyib

17 Noyabr, 2017

“ABŞ İraqdakı səhvləri Suriyada da təkrarlayır” – Çavuşoğlu

17 Noyabr, 2017

ABŞ komandanlığı: Türkiyə S-400 alarsa, NATO texnologiyalarını əldə etməsi məhdudlaşdırılacaq

17 Noyabr, 2017

İraqda İŞİD-in son dayaq nöqtəsi təmizlənib

17 Noyabr, 2017
Zimbabvedə hərbçilər Robert Muqabenin bir neçə yaxın adamını həbs ediblər
17 Noyabr, 2017

"Yığdığınızı qaytarın, sizi evə buraxaq" Şahzadələrə ultimatum

17 Noyabr, 2017

Ərdoğan: “Putin Qarabağ probleminin həllinə inanmır”

XƏBƏRARXİVİ
«Noy.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
27282930   
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com