Gülməli: Məhərrəmliyi indi də sorğu ilə təhdid edirlər...

Məhərrəm ayının astanasındayıq. Sentyabrın 22-də hicri təqvimi ilə yeni il başlayacaq. Bu həm də Kərbəla şəhidlərinin yas mərasimlərinin başlanması deməkdir. Əsirlər boyu olduğu kimi bu il də imam Hüseyn (ə) və səhabələri yad ediləcək, mərsiyələr oxunacaq, rozələr deyiləcək.

Bununla yanaşı yenə də ürəkbulandıran ünsürlər peyda olacaq, yüzilliklərin süzgəcindən keçib gələn xalqımızın bu ənənəsini cahillik adlandıracaq, bu milləti “obrazovonnı” olmağa çağıracaqlar. Artıq bu tendensiyanın ilk işartıları sezilkməkdədir. Belə ki, Azərbaycanın elektron media sahəsində fəaliyyət göstərən bir sayt oxucularına sorğu təklif edib: “Məhərrəmliyin əsas şərtlərini qəbul edirsiniz?”

Əvvəla bu tip sorğuların nə üçün keçirildiyinə aydınlıq gətirilməlidir. Adətən belə üsulla cəmiyyətdə hər hansısa hadisə, fenomen barəsində fikirlərin qütbləşdiyi zaman məsələyə az-çox aydınlıq gətirmək istəyirlər. O da ki, məhdud kontent arasında. Çünki bütün xalq hansısa bir saytı izləmir, təbii ki, səs də verə bilməz. Amma gəlin bir düşünək: toxunulan məsələdə hansısa müəmma, şübhə, tərəddüd varmı? Bu “super-sorğunu” düşünənlər ən azından Azərbaycan mühitində böyüdüklərinə görə sıravi azərbaycanlının Məhərrəm ayına, Kərbəlaya, Əhli-beytə (ə) olan münasibətindən xəbərdar olmalıydılar. Lap elə “yuotube”də “Aşura Azərbaycan” açar sözlərini daxil edib axtarış verməklə, Məhərrəm ayının 10-cu günü elimizin əksər guşələrində yaşanan izdihamın video görüntülərini bir daha izləməklə  bu sorğunun absurd, gülünc və yersiz olduğuna özündə əminlik yarada bilərdilər. Amma etməyiblər. Ya buna düşüncələri yetməyib, ya da ki... Yaxşısını Allah bilir.

Daha bir məsələ. Ay sorğu teşnələri! “Məhərrəmliyin əsas şərtləri” deyilən bir anlayış yoxdur! Bunu birdəfəlik siz də, sizin düşüncədə olanlar da anlasın. Əgər bu millətin Məhərrəm ayında yas saxlamağından, toy, digər şənliklər etməməsindən (özü də bu həm şiələrə, həm də sünnilərə aiddir), hətta ən həris şərabxorların 2 ay bu vərdişlərindən imtina etməsindən duyğulanmısınızsa, bilin: bunu camaatımız özü edir, daxildən gələn bir hissdir, Peyğəmbərə (s), onun pak itrətinə olan məhəbbətdən doğur və heç kim də onlara belə şərt irəli sürməyib, məcbur etməyib! Daha bunları şərt və ya başqa cür səciyyələndirmək lazım deyil...

Amma bu sorğu üçün təklif edilən cavab variantları da olduqca maraqlıdır. Cəmi 4 variant təklif olunur:

- Bəli qəbul edirəm və mütləq yas saxlayacam

- Məhərrəmliyin şərtləri yalnız şiələr üçündür

- Bu şərtlərin heç birini qəbul etmirəm

- Məhərrəmlık əsl İslama ziddir

Bu variantlara nəzər salanda xoruzun quyruğunu görmək mümkündür. Yəqin ki, oxuculara da hər şey aydındır, hansısa şərhə ehtiyac qalmır...

Sonda isə bir daha Kərbəla hadisəsinin təqribən 1350 il əvvəl olduğunu xatırlatmaq istərdik. Yəni düşünən beyinlər üçün burda bir hikmət gizlənib. Bu illər, əsirlər ərzində faciə qurbanlarının məhəbbətini, xatirəsini heç kim – sözlə, qılıncla, hədə ilə, zülm ilə - xalqımızın qəlbindən silə bilməyib. Bu karvan əsirlərdir ki, yol gəlir. Ətrafdan duyulan müxtəlif səpgili səslərə də nə fikir verəcək, nə də yolundan qalacaq, özünüzə başqa iş tapın...



Yerləşdirilib:7 Sentyabr, 2017  12:05, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 1
Müəllif: Nazim | 8 Sentyabr, 2017  00:34
# Ответить
+2


]]>]]>

Milcək özü bir şey deyil,ammaki ürək bulandırır,əgər kafir sovet hökuməti kimi əjdaha İmam Hüseynə(əs) təslim olmuşdusa onda milcəklər elə ürək bulandırmaqdan savayı bir şeyə yaramazlarki,milcəkləri vızıldadan mənbə böyük və qüclü olsada belə!Ağılsiz məxluqat düşünə bilmirki bir şəxsiyətinki qarşısında eradan coxdurki şahlar,pezidentlər,nazirlər,generallar və akademiklər təzim eləyib onu özlərinə ağa bilibdə ona yas saxlayırlar mılcək vızıltısıynan özlərini niyə girinc edirlər,pul tutmaqcınsa milcək vızildamaqdan yorulmaz!
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
19 İyul, 2018

Azərbaycan və İtaliya prezidentləri Şah İsmayıl Xətaiyə həsr edilmiş sərgi ilə tanış olublar

19 İyul, 2018

Adnan Oktarın cinayət işi bağlı 116 nəfər həbs edilib

19 İyul, 2018

İsraildə irqçi qanun: ölkə ancaq yəhudilərindi!

19 İyul, 2018

Yəməndə vəba nəticəsində 2311 nəfər ölüb

19 İyul, 2018

Teymurləngin Hafiz Şirazi və Nəsimi kimi mütəfəkkirlərlə görüşməsi haqqında məlumatların əsası varmı? İslam suallarda

19 İyul, 2018
Ermənistan silahlı qüvvələri atəşkəsi 90 dəfə pozub
19 İyul, 2018
Kərkükdə ardıcıl beş partlayış törədilib, ölən və yaralananlar var
18 İyul, 2018

Bu il Azərbaycanda 16 dini icma dövlət qeydiyyatına alınıb

18 İyul, 2018
Əfqanıstanda iki ABŞ hərbçisi öldürülüb
18 İyul, 2018
Misir növbəti dəfə Qəzza ilə sərhədi bağladı
18 İyul, 2018

Səudiyyə Ərəbistanında 5 nəfər edam edildi

18 İyul, 2018

İntihar etmiş şəxs üçün ehsan vermək, onun qəbrini ziyarət etmək olarmı? İslam suallarda

18 İyul, 2018
Amerikalı konqresmen Trampı “Putinin pudeli” adlandırdı
18 İyul, 2018
Ermənistan silahlı qüvvələri atəşkəsi 98 dəfə pozub
17 İyul, 2018
Səudiyyəli qadınlara daha bir hüquq verildi
17 İyul, 2018

Şah İsmayıl Səfəvi Xətai kim olub?

17 İyul, 2018

Bu gün Şah İsmayıl Xətainin doğum günüdür

17 İyul, 2018
Müasir dövrün ən zəngin şəxsinin adı açıqlandı
17 İyul, 2018

Namaz qılan insanı çağırsalar, nə etməlidir? İslam suallarda

17 İyul, 2018

Putinlə Trampın mətbuat konfransında jurnalistə zor tətbiq edildi Video

17 İyul, 2018
Ermənilər atəşkəs rejimini 103 dəfə pozublar
16 İyul, 2018

Tramp və Putin arasında təkbətək görüş başa çatıb

16 İyul, 2018

Prezidentin bəyanatından bixəbərdilər, ya...? Bizim replika

16 İyul, 2018

İran hökuməti Gəncədəki sui-qəsdləri və terror hadisələrini pisləyib

16 İyul, 2018

Mübariz Qurbanlı: Din adı altında sabitliyi pozmağa çalışırlar

16 İyul, 2018

Tramp Avropa Birliyi və Rusiyanı ABŞ-ın düşməni adlandırdı

16 İyul, 2018

Xəlifə sözünün mənası nədir? İslam suallarda

16 İyul, 2018

Nigeriyada 70 əsgər yoxa çıxdı

XƏBƏRARXİVİ
«İyl.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com