Arakan, Cənubi Asiyanın Qəzzası: bu kimin “əsəridir”?

Türkiyənin "Sabah" qəzetində dərc edilən məqaləni oxucuların diqqətinə təqdim edirik.

Artıq 5 ildən çoxdur ki, Arakan müsəlmanları Myanmada hətta Qəzza müsəlmanlarından daha çox qanlarına qəltan edilirlər. 2012-ci ildən Arakan əyalətində müsəlman-rohinyaların məruz qaldıqları zorakılıq heç də İsrailin işğalı altında olan fələstinlilərə qarşı tətbiq edilən kütləvi qırğınlar, mütəmadi işgəncələrdən və etnik təmizləmərdən geri qalmır. Son həftə ərzində isə Arakanda zorakılıq artıq soyqırım həddinə çatıb.

Üç gün ərzində (25-28 avqust) irqçi buddistlər və Birma hərbçiləri 3 min müsəlmanı qətlə yetirdilər. Arakanda 8 əsrdir ki yaşayan müsəlmanları vətənlərindən didərgin salırlar, evlərini yandıraraq torpaqlarını zəbt edirlər.  Buddistlər hətta 100 kilometrlik meşə zolağına da od vurdular və burada gizlənən müsəlmanların düşərgələrinin külünü göyə sovurdular. 2012-ci ildən davam edən etnik təmizləmələr nəticəsində müsəlman-rohinyaların sayı 1,3 milyondan 8—minə enib. 100 min müsəlman öldürülüb, 400 min isə Banqladeş, Hindistan, Tailand, Malayziyaya sığınıb.

Buna görə kim cavabdehlik daşıyır? Daha yaxından nəzər salanda, biz Fələstin faciəsinə yol açanları görə bilərik. Arakan böhranının əsas səbəbi Böyük Britaniyadan sonra ABŞ, Çin və Rusiyanın yürütdükləri imperiya strategiyasıdır. Britaniyadan başlayaq... Afrika, Asiya və Yaxın Şərqdə olduğu kimi, britaniyalılar Birmada da çirkin siyasətə əl atdılar. 1948-ci ildə Arakanı Şərqi Pakistana (1971-ci ildən Banqladeş dövləti) deyil, buddist Birmaya birləşdirərək, onlar nifaq toxumları səpdilər və bu nifaq günümüzə qədər davam edir. Bundan əlavə, 1942-ci ildə Yaponiya işğalı zamanı arakanlılar qəhrəmancasına Birmanı müdafiə edirdilər. Britaniyalılar isə 1948-ci ildə Birmanı yaponlarla əmkdaşlıq edən general Aun Sana təhvil verdilər. Aun San hazırda Myanmanın xarici işlər naziri olan Nobel mükafatı laureatı Aun San Su Çjinin atasıdır. 1948-ci il Konstitusiyasında general San arakanlılara vətəndaşlıq vermədi və onları yalnız etnik qruplardan biri kimi müəyyənləşdirdi.

Xunta administrasiyası isə hətta bu təyinatı da ləğv etdi. Beləliklə də, sayı az qala 1,5 milyon nəfərə çatan rohinya Arakanda dünyanın ən böyük dövlətsiz və vətəndaşsız xalqına çevrildi. Bir zamanlar Birmanı xilas edən arakanlıları indi ölkədən qovurlar. İngilis-sakson siyasəti də məhz bundan ibarətdir: aldatmaq və şəxsi mənafe əldə etmək.

Arakan faciəsinin digər qütbündəsə ABŞ, Çin və Rusiyanın rəqabətidir. 2004-cü ildə Arakanda böyük energetik ehtiyatlar yataqları aşkarlandıqdan sonra müsəlmanların vəziyyəti bir qədər də pisləşdi. 2013-cü ildə Çin Arakandan Yunnan vilayətinə qaz və neft kəmərinin tikintisini başa vurdu. Bu boruların yardımı ilə Çin Yaxın Şərqdən nəql edilən energetik ehtiyatları daha ucuz və təhlükəsiz, ABŞ-ın nəzarətində olan Malaq boğazından yayınaraq əldə etmək imkanı qazandı.

Bunu görən ABŞ 2012-ci ildə Arakan problemini qlobal böhrana çevirdi və Çinin mühasirəyə alınması planına start verdi. Artıq 5 ildir ki, əsas etibarı ilə Corc Soros tərəfindən maliyyələşdirilən 18 qeyri-hökümət təşkilatının cəm olduğu “Birma üzrə məqsəd qrupu” (Burma Task Force) guya arakanlıların faciəsinə əlac etmək yollarını arayır. Hərçənd, İsrail-Fələstin “sülh prosesindən” bizə məlumdur ki, imperiya dövlətlərinin sülhü bərqərar etmək üçün göstərdikləri bütün səylər münaqişə strategiyası, işğal və nəzarət edilən faciənin tərkib hissəsidir. Axı ABŞ-ın işə qarışmasından sonra Arakandakı zorakılıq bir anın içində soyqırıma çevrildi.

Bəs nə üçün bu soyqırıma cavab olaraq dünya məşhur 3 meymunu təqlid edir? Nə üçün Pekin və Moskva mart ayında BMT Təhlükəsizlik Şurasının Arakan üzrə qətnaməsinə veto qoydular? Çünki Arakan müsəlmanlarının məhv edilməsinin faydası çox böyükdür. ABŞ, Çin və Rusiya energetika, buddistlər isə torpaqlar arzusundadırlar. Onlar hamısı əlbirdilər. Elə bu səbəbdən də susurlar!

(Tərcümə: İslam.az)



Yerləşdirilib:2 Sentyabr, 2017  16:09, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 22
Müəllif: Nazim | 2 Sentyabr, 2017  17:04
# Ответить
+1


]]>]]>

Bu müsibətin qaşısın almaq bütün dünya müsəlmanlarının boynunda vacib və mütləqdir,hər bir müsəlman əlindən gələni etməlidirki bu qətliyam dur vəziyətinə düşsün,ən zəlil müsəlman belə duaların gecə gündüz əsirgəməsin,güc strukturları mianmadaki lənətullah höküməti və ordusunu dizə cökməyə vadar etməlidir,murdar bütpərəstlərin başını əzmədikcə bütün hədləri aşıblar,şükr Allahadaki gücümüz var Tükiyə,İran,Pakistan nüvəsi belə var,Qaxaxstan kim nəhəng qüdrətli müsəlman ölkələri mianmadakı nəcis bütpərəst hökuməti və ordusunu yerinə batırmağa vadar etməlidir,müsəlman qardaşlarımızı bu müsibətdən qurtarmaliyiq,bu birmənalıdır,buna laqeyd qalmaq müsəlmancılıqdan kənardır!Əla lənətullah ələl qovmi zalimin!
Müəllif: aydin | 3 Sentyabr, 2017  00:24
# Ответить
0


]]>]]>

Amin.amma bu dovlatlar zahirda musalman olsalarda bunlarin bawcilari tagutlardi va hecbirinda weriet yoxdu birdana irandan bawqa va bunlarin hecbirinin sozu bir yera galmir birlik va Allahin wariati olmasa o nacis butparastlara qalib galmak mumkun olmayacaq.hatta man ewitmiwam muharibalarin birinda omarin xilafatinda musalmanlar gec qalib galiblar oda cox narahat olaraq deyib musalmanlar sahardan axwama qadar kafirlara qalib galiblar Allah buqdar geciwdiribsa qalabani demali gunah ozumuzdadi.indida bizim asrda gorun kafirlar dunyada neca at oynadirlar.bu olkalar hec oz dovlatlarinda Allahin warietin qurmuyublar oki qaldi myanma.
Müəllif: Nazim | 3 Sentyabr, 2017  08:42
# Ответить
0


]]>]]>

Dövlətlərimiz siyasi vəziyətlərinə görə tam bir araya gələ bilməsələrdə müəyyən məqamlarda eyni niyətlərin nümayiş etdirirlər.Hakimiyyət və qanunlar bu ölkələrdə şəri olmasada onlar müsəlmandırlar.Hiyləgər düşmən yüzillərlə müsəlmanların sadəlöhv səmimiliyindən istifadə edib elə siyasi vəziyət qurmayıbki müsəlmanlar ordan asanlıqla sağ və salamat cıxsınlar,əvvəl hələ bu müsibəti durdurmaqcun mianma hökumətinə sərt və real bəyanatlar verilməlidir durmasalar onda ordu ora girib öz işini görməlidir necəki Suriyada və iraqda Türkiyə,İran vı livan öz ordusunu yeridib işini gördü,ömərsə doğru deyib ki günah onun özündədir,əgər Əli əlehissələm müharibədə başcılıq etsəydi qələbə tez bir zamanda mütləqiydi,necəki İmam Əli(əs) Xəndək savaşında bir zərbə ilə kafirləri qacmağa vadar elədi və Rəsulullah buyurduki Xəndəkdə Əlinin(əs) vurduğu zərbə bütün məxluqatın ibadətindən üstündür!Mən inaniramki müsəlman ölkələri mianmadakı müsibətin qarşısını alacaqlar!
Müəllif: aydin | 3 Sentyabr, 2017  09:37
# Ответить
0


]]>]]>

Xalqlar musalmandirlar orasi eladi amma dovlatin bawcilari dovlati idara edanlar tagutlardi asasda bawcilarin coxu amerikaya rusa tabedilar va bunlar munafiq murtat bir insanlardi misir.pakistan afqanistan bunlar hamisi zalim tagut insanlardi va bunlar hecvaxt musalmanlara komak edan deyillar va islam dininida hec canlari yanmir bauna gorada adi ali yalin musalmanlar hec bir iw gora bilmaz o kafirlara qarsi .bu qisasdar getdi qiyamata yaxin im imamin zohurunda bunlarin koku kasilacak indi hecda inandirici deyil.ela bizda asl alimlarimizi neca warlayib habs etdilar halbuki asl islami tablig edirdilar.
Müəllif: Nazim | 3 Sentyabr, 2017  11:15
# Ответить
0


]]>]]>

Mənki yuxarıda faktlara işarət etmişəm,niyəki,Cində uyğurların qıtliyamı baş verəndə Ərdoğan şəxsən özü Cinə gedib orada qətliyamın qarşısın aldı,rusiyanın təyyarəsin vurmağ əmrinidə elə Ərdoğan verdi,Azərbaycancında az işlər görməyiblər,Afrikada müsəlmanlar susuzluq və aclıqdan qırılanda yenədə həmən Türkiya dadlarına catdı,suriyadan milyonlarla qacqına yiyəlik eləyib onları məhv olmaqdan xilas eləyəndə elə Türkiyə oldu,Krım tatarlarınıda müdafiyə edən elə Türkiyədir,Avropda müsəlmanları müdafiyə edəndə elə Türkiyədir,Fələstinliləridə dəstəkləyən Türkiyədir,Amerikanın təşkilatlandırdığı nurculuğ fətullahcılığıda dəf edən Amerikadan tələb edəndə Türkiyədir,İsraillə marmarada kəllə kəlləyə gələndə Türkiyədir,Davosda peresi yerinə oturdubda ona həddi aşma deyəndə Ərdoğandır,Təklənmiş Qətərədə ordu yeridəndə Türkiyədir,Azərbaycana hər zaman istəsəz hərbu yardım etməyə hazırıq deyəndə Pakistandır və ilə sairə və ilə axır,bunlar hamısı faktdır və hec kəs bunu dana bilməz,bunları görməzdən!
Müəllif: Nazim | 3 Sentyabr, 2017  11:34
# Ответить
0


]]>]]>

Bunları görməzdən gəlib ancaq neqativi axtarmaqda doğru deyil,bizim xasiyətimizdir bir pisi görən kimi yüz yaxşının üstündən xətt cəkirik,bilmək lazımdırki siyasət cox mürəkkəb oyundur və bu oyundan baş cıxartmaq hecdə hər zaman istəklərlə uzlaşmır,vəziyətə uyğun iş görməlisənki olduqca hiyləgər və güclü düşmən bu oyunda tələyə salıb müsəlmanları yer üzündən silə bilməsin necəki məqsədi və hədəfi budur!Siyasətin zahinirə baxıb aldanmaq lazım deyil batinindəki oyunlardan baş cıxardmaq ücün onun ustadı olmaq gərək bu göründüyü kimi o qədərdə asan iş deyil!Bəli,şəri hökuməti bütün dünyada İmam Sahibbəzzəman(əs) quracaq buna hec bir şübhə yoxdur,amma bu o demək deyilki müsəlmanlar müsibətlərə göz yumubda laqeyd yanaşacaqlar,bunada şübhə yoxdur!Mianmadaki qərliyama son deyirik və hər kəsi buna qarşı cıxmağa səsləyirik!Allah müvəffəq eləsin!Amin!
Müəllif: aydin | 3 Sentyabr, 2017  12:21
# Ответить
0


]]>]]>

Kim yaxwi iw gorsa mukafatin alacaq kimda war iw gorsa cazasin alacaq bu Allahin amridi iz yerinda amallarda niyyata baglidi.ama siyasata galanda hecda turklar tamiz siyasat aparmir duzdu bu catindi turkiyanin ozunda ela naqadar massonlar varki bunu ela oz alimlari arpaslan kuyuti oz cixiwdarinda deyir va tanqid edir.rusun tayyarasin vurdu nolsun sonra uzr istadi marmarada sionistlar gamilarin vurdu asgarlarin oldurdu hec uzr istamadi o tazimatida turklara sadaqa kimi verdi bunu sanadiyla subut edir alparslan kuyuti.oki qaldi suriyaya isida qowulmagi kim warait yaradirdi ela hamin turkiya azarbaycandan ela iwida hami cerz turkiya qowulurdu yani yaxwi amal olsada hal hazirki musalman olkalari asl Allah va rasulunun yolunda deyillar.incirliyi amerikaya veran va irakdaki muharibada birbawa qirilan musalmanlarin qaninda ela turkiyaninda ali var va bunun avazin oduyacaklar.
Müəllif: Nazim | 3 Sentyabr, 2017  13:31
# Ответить
0


]]>]]>

Nəinki Türkiyə hətda Rəsulullahın qurduğu hökumətdədə yan yörəsi münafiqlərlə dolu idi,bəs bunlardan niyə arpaslan danışmir,Rəsulullahın əziz və sevimli balası hər iki dünyanın xanımlarının Xanımı Fatimənin(sə) qanını tokənlərdən bəs niyə danışmır arpaslan,Fatimənin(sə) bətnindəki Möhsinin qatillərindən niyə danışmır alpaslan,bəs Əhli-beytin xilafət haqqından niyə danışmır arpaslan və ilə axır və ilə sairə!Hər bir ölkədə nöqsanlar mövcuddur və Türkiyədə istisna deyil Türkiyə cənnət deyilki nöqsansız olsun,amma hamını pisin oduna yandırmaq olmaz,qadağa və təhdidlərlə qısnanmış Türkiyə şiələrinə öz əqidələrini izhar etməyə böyük şətaiti və imkanlarıda məhz elə Ərdoğan hökuməti əmələ gətirdi bunu niyə biz görmürükki,sənə sualım var konkret və səmimi cavab istəyən!Əgər siyasət şəxsən səni iki secim qarşısında qoysaki cətin və acı olsada belə ya ümmətdən qurbanlar verib Muhəmməd ümmətinin xilasını secməlisən yadaki Mühəmməd ümməti yer üzündən silinəcək,hansın secərdin?
Müəllif: aydin | 3 Sentyabr, 2017  16:27
# Ответить
0


]]>]]>

Albatta ummatin xeyiri vacibdi.san turkiyani cox tarifladin .alparslan kuyuti wia deyil sunni alimidi bu bir aydindiki sunni aqidasi ila wia aqidasi arasinda farq var sadaca o siyasatcidi va bazi weylari sandan farqli olaraq turkiya siyasati haqda o daha duz deyir.takca o yox butun sunni alimlari onsuzda na 12imami na imam zaman aganin sag olmasin qabul etmirlar.amma siyasata galanda duz yolda deyil hal hazirda Muhammads.a.s ummati.an asasda vahdat birlik yoxdu bu olmayinca musalmanlar asl istaklarina catmayacaqlar
Müəllif: Abduzzahir | 3 Sentyabr, 2017  17:32
# Ответить
0


]]>]]>

İslam ümmətində vəhdət birlik yalnız Tövhid, düzgün əqidə ətrafında ola bilər. İslam ümmətinə qələbəni verən Allah Azzə Və Cəll Tövhidə görə verib ki, Peyğəmbər (ə) səhabələri Fransaya, Puatye çayına qədər islamı yaya biliblər. Necə vəhdət ola bilər ki, azmış firqələr şirki, Allahdan qeyrisinə yalvarmağı tövhid, bidət xə zəlaləti isə sünnə sayırlar. Qardaş səni aldadıblar. Hətta Livanlı şiə alimi Hüseyn Fəzlullah Fatimənin qapı arasında qalmasını, uşağının düşməsini nağıl adlandırıb və təsdiqini məşhur şiə mühəddisi Tusinin "əl İstibsar" kitabından götürüb. Bu nağıla deyəsən çox adam inanıb.
Müəllif: Nazim | 3 Sentyabr, 2017  21:39 | Ответ на #5971
# Ответить
0


]]>]]>

Əbdüzahir deyəsən sənin sənədlərdən xəbərin yoxdur,link qoyuram sənin ücün,hələ tarixi sənədlərə bax nə qədəri bu hadisəni təsdiqləyir özüdə hər iki tərəfin alimləri,ac kitablar oxu nağıllara qulaq asma! ]]>https://m.ok.ru/]]> qroup/51764186316947/ topic/62332396544147
Müəllif: Nazim | 3 Sentyabr, 2017  21:44 | Ответ на #5973
# Ответить
0


]]>]]>

Qoyduğum linki guogledə yaz oxu elmivi artır!
Müəllif: Nazim | 3 Sentyabr, 2017  22:24 | Ответ на #5974
# Ответить
0


]]>]]>

Acılmasa qouqledə yazki 1)Xanımlar Xanımı Fatimeyi-Zəhranın Başı na gətirilən müsibetler silsiləsinden(birinci hissə) ac bəhrələn!
Müəllif: Nazim | 3 Sentyabr, 2017  17:55
# Ответить
0


]]>]]>

Mən alpaslanın hansı əqidəyə qulluq etdiyini yaxşı bilirəm və onun cıxışları ilə coxdan tanışam,ammaki iki ağır haqqı Quran və Əhlı-beyti bolüşməməyi aydınlığına şübhə gətirib kölgə salır,siyasətdə bir cox vaxt düşünərkən istədiklərinə qarşı qərarlar verməlisən özüdəki doğru qərarlar,israil ancaq almağa öyrəşib və hec kəsə hec nə vermir sədəqəni isə xoşluqla verərlər,türkiyə siyasəti seonistləri təzminat ödəməyə məcbur elədi,təyyarə məktubunun mətni üzr yox humanistlikiydi,mən Türkiyəni tərifləməmişəm həqiqətləri ortaya qoymuşam.Tərifsə tamam başqa şeydir!Tərifə layiqdir Ağa Sistani,bir əsrə yaxındır har an islam düşmənləri tərəfindən ölümlə təhdid olduğu halda ən ağır və qarışıq zamanlarda doğru qərarlar verməklə İki ağır əmanəti qoruya bildi,tərifə Layiqdir Ağa Xomeyni İki ağir əmanəti dircəltdi,tərifə layiqdir Ağa Xamneyi bu iki əmanətə özünü sipər eləyib qorudu və qoruyurda,vəhdətə onlar təkid və israr edirlər!
Müəllif: aydin | 4 Sentyabr, 2017  09:33
# Ответить
0


]]>]]>

Manda aga xomeyninin ham uzaqgiran aboyuk alim hamda siysatci qabul ediram.amma oki qaldi sionistlara olar turklari alcaltdi sadaqani dilanciya ozundan awagilara verirlar olar dunyada ozlarina sigorta ucun verdilar ela hamin pullarida musalmanlardan alir onsuzda masonlar.hatta o sanadda turklarin birdaha bu tazminati talab etmak haqqida yoxdu.turklar guclu orduya sahibdi garak o sionistlari ela hamin an cavabin verardi qirardi olari.daha buqadar uzatmazdi.olarinda turklari birinci qirmagi naqadar qorxmadigin saymadigin gostariri.olar hamda yalniz irandan qorxurlar xomeyni agadan.bawqa hecbir musalman bawcilarindan qorxmurlar cunki hamisi tagutdu va Allah azza va calla hecvaxt bu tagutlara qalaba nasib etmaz ela an bariz numuna bizim qarabagdi.
Müəllif: Nazim | 4 Sentyabr, 2017  15:30
# Ответить
0


]]>]]>

Nə əcəb sən sənədin birin ğörürsən qalan minin ğörmürsən?Tez tez şəriətdən israr edirsən amma sənin məntiqin nə şəriətlə uzlaşır nədəki məntiqlə hətda səmimən sənə deyimki təkficilərin məntiqinə bənzəyir,özlərindən savayı hamını kafir sayirlar,bu yol yaxşı yol deyil və hec bir islam alimi bu yolu təqdir etmir təkfircilərdən savayı,sənki təkfirci deyilsən bəs niyə belə fikirlərə düşürsən,bu yolla vəhdətə nail olmaq mümkün deyil!Sənin məntiqinlə şəriətin hökmüylə ölü sahibinin qan bahası almaqı elə sədəqə almaqdır və yaxüdda seonistlər özü almanlardan təzminat yox sədəqə aldılar və yaxutda alcaldılar halbuki almanlarin yahudiləri qətl etməsiylə marmaradakı olay dağla toz nisbətinə bənzəyir,siyasət təmkin və soyuqqanlı olmağı tələb edir əks halda emosiya və şəxsi ambisiyalar məğlubiyətə aparir!Oturub internetdə "ğərək qıraydılar" deməyə nə varki amma bütün dünyada bu qədər müsibətlərin icində həlledici qərarlar vermək tamam başqa məsuliyətdir!
Müəllif: Nazim | 4 Sentyabr, 2017  16:14
# Ответить
0


]]>]]>

Sənədlərdə beynəlxalq konvensiyaların müddəalarına imzalar atılıb,bu sənədləridə görmək lazım,siyasətdə düşünülməmiş bircə səhv addım bəs edərki dünyada dənizlər qanla əvəz olunsun,bir cox tarixi müqavilə və sazişlər varki onları pozmaq dünya müharibəsinə qətirib cıxartmaqa qadirdır!Səudiyəda əvəllərda həccdə iranlilar öldürülüb bu yaxınlardada minə yaxın iranli bir oyinla həlak oıdu hətda cəsədləri tələsik ekskovatorlarla zibil kimi yığıb yük maşınlarina aparıb atıb quyuya basdırdılarki bilinməsin,onda gərək İran səudiyəni yernən yeksan edəydi,odurki qardaşım gəl buraxaq bu müzakirəni siyasətcilərin ixtiyarına,onsuzda bu işlərə onlar rəvac verir biz yox,biz isə ancaq səslənə bilərik və bu səslənmənin əhatə dairəsinin miqyasından asılı olaraq idarə eləyənlərə təsir edə bilərik və mianmadakı qətliyamın durdurması ücün hər bir müsəlman səlahiyətinə əsasən əlindən gələni etməlidir,ən azından səslənməli və dua etməlidir,səndə elə!Vəssəlamu aleykum və təhmətullahi və bərəkatu!
Müəllif: aydin | 4 Sentyabr, 2017  20:35
# Ответить
0


]]>]]>

Sanda sanki cox alimsan ham siyasatda ham dinda .man bazi wiya amallarina baxanda wiyaliya nifrat ediram amma bazi sunnilaranda baxandada ela asl wiya olar oldugun tasaffur ediram.bas neca olur sionistlar rahat qirir turku hec dunya muharibasin fikirlarwmir ama turkqisas alanda dunya muharibasi oolur.san hec fikirlawirsan na deyirsan.quran deyir kafirlara qarwiw sart mominlara qarwi mehriban olun.kimsa kafirlara qarwi sart daniwanda saninkimilar ya radikal ya terorist yada takfirci deyir.halbuki quran aciq qisasda hayat var deyir.turk dovlatida dunyada boyuk guclu dovlatdi.haramlarda orda na qadar desan hec olmasa oz alimlarinin dediklarina qulaq as ela turklarin siyasati haqda nalar deyirlar.
Müəllif: aydin | 4 Sentyabr, 2017  20:39
# Ответить
0


]]>]]>

Allah azza va calla baxir millata qovma ocurda rahbar tayin edir indi bax gor musalman olkalarinda Allaha itaet var yoxsa weytana.Allah rasulunun qurdugu dovlat hara bu dovlatlar hara.axirazzaman olan hadisdari oxu gorr bu dunyadan Allah razidi ya yox hala oz prablemlari awib dawir din movzusunda bu musalmanlarin oki qaldi myanma.bali bizim borcumuzdu dua etmak yardim dilamak.
Müəllif: Nazim | 5 Sentyabr, 2017  01:29
# Ответить
0


]]>]]>

Adyın,alim olmasamda coxlarına dərs kecərəm həm dində həmdə syasətdə,hal hazırda Türkiyə rəhbərliyilə İran rəhbərliyi arasında yüksək səviyyədə mianma müsibətinin həlli barəsində müzakirələr gedir və inşallahda elə iki qardaş ölkə bu problemidə o biri problemlər kimi həll edəcəklər və buna şübhə yoxdur sən hec narahat olma,yaqinki hələ cavansan mənsə demək olarki ömrümün cox hissəsini yaşamışam və bəs qədərdə dünyada və həyatda vəziyətlər görmüşəmki hər şeyi dəqiq analiz eləyə bilim,cox mənəm mənəm deyib axıtda özünü itirənləridə görmüşəm,mən səninlə bu müzakirəni edəndə əzizim və qardaşım deyib muraciət eləmişəm sənisə xoflanıb özün özüvü təkfirci və terorist adlandırirsan,Quran və hədis oxu deyirsən amma düşünmürsənki ola bilsin qarşındakı Quran və hədis oxuyanda sən hələ ibtidai sinifdə əlifba öyrənirdin,inşallah Quranın buyurduğu kimi mianmadakı müsəlmanlarin dadına catanda elə sənin dediyin "tağutlar" olacaq,səni əmin edirəm!
Müəllif: Nazim | 5 Sentyabr, 2017  02:39
# Ответить
0


]]>]]>

Amma onları tağut hesab edənlərsə bu işdə hec tüklərində tərpədməyacaklər bunada əmin ol,görsənənsə budurki sən internetdə başqalarının fikirlərinə qilaq asıb inanırsan,lakin hər bir təfəkkürlü insan reallığa baxıb nəticə çıxartmalıdır,Rəsullulah islam hökumətini qurmaq ücün bir ömür vaxt sərf etməyibki Qadir Allah bunu bir anın icində edə bilməzdi,hər bir işin və qərarın öz vaxtı var bu labüddür,Muxtar doğru siyasət sayəsində hədəfə catdı naşıların aqibətisə bəlli oldu,mən burda səninlə müzakirəni bitirirəm,cünki mən bu mövziya şərh yazanda müsəlmanlara dəstək istədim sənisə mız qoydun,istədimki döğru mövqey tutasan sənisə inadkarlıq elədin,təssüfki zülm icində boğulan din qardaşlarıva hec nə edə bilmərik deyə iddia irəli sürdün,odurki məni yorma onsuzda müsəlmanların acıları və öz həyatımın acıları məni yorub,mənisə səndən fərqli olaraq son nəfəsiməcən yüz minlərlə müsəlmanı bu dəhşətli zülmdən qurtarmaqcun hər zaman cağırış edəcəm! Sən sağ məndə salamat!
Müəllif: aydin | 5 Sentyabr, 2017  21:46
# Ответить
0


]]>]]>

Aziz qardaw man xoflanmiram sana balka ela galir.sadaca man radikal olamgi qabul ediramtakfircilik manim qalbimda yoxdu olsada aciq yyazaram.sadaca man asl gunumuzun realligin gorub deyiram taki musalmanlar birlawsin iranda turkda afqanistanda misirda amma bu mumkun deyil.man demiramki alibow dayanaq bizim hal hazirda an guclu silahimiz duadi.naqadarki halal harama .taqvaya millatlar amal etmir ugurda olmuyacaq necaki Allah azza va calla buyurub har hansi qovm oz tovrunu dayiwmasa Allahda onlari dayiwmaz.sananda ugurlar Allahdan sag salamatliq dilayiram.
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
20 Sentyabr, 2017

Bu il Məhərrəm ayı sentyabrın 22-də başlayır

20 Sentyabr, 2017

İŞİD-dən təmizlənən ərazidə tapılan 3 yaşlı azərbaycanlı oğlan: "Papa, mama ölüb" (VİDEO)

20 Sentyabr, 2017

İngiltərə və Uelsdə körpələrə qoyulan adlar arasında Məhəmməd adı ilk onluqdadır

20 Sentyabr, 2017

"Halal bişir, halal ye". 7-ci veriliş Video

20 Sentyabr, 2017
İŞİD-ə qoşulanlara 23 il cəza istənildi
20 Sentyabr, 2017

İraqın Kürdüstan vilayətində İsrail bayrağı qaldırılıb - VİDEO

20 Sentyabr, 2017

Səddamın səhvləri bu gün təkrarlanır – İraqın Baş naziri

20 Sentyabr, 2017
Tramp İranla bağlanmış nüvə sazişini yenə də tənqid edib
20 Sentyabr, 2017
“Azərbaycan İsrail-Fələstin münaqişəsinin siyasi həllini dəstəkləyir”
20 Sentyabr, 2017
İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə iclas keçirib
20 Sentyabr, 2017
Ərdoğan Myanmadakı böhranı soyqırımı adlandırıb
20 Sentyabr, 2017

Yaxını rəhmətə getmiş kişinin 40 gün saqqal saxlaması barədə dinimizdə göstəriş varmı? İslam suallarda

20 Sentyabr, 2017

Myanmada təqribən 200 kənd yandırılıb

20 Sentyabr, 2017
Ermənilər atəşkəs rejimini 127 dəfə pozub
19 Sentyabr, 2017
Suriya ordusu Deyr əz-Zor hava limanında təhlükəsizliyi bərpa edib
19 Sentyabr, 2017

Kərbəlada İmam Hüseyn (ə) ziyarətgahında Məhərrəm ayına hazırlıq işləri görülür

19 Sentyabr, 2017
BMT İranın nüvə proqramı üzrə sazişin saxlanılmasına təkid edir
19 Sentyabr, 2017

Hansı qaşlı üzükləri taxmaq lazımdır? İslam suallarda

19 Sentyabr, 2017
Bu gün Elşad İskəndərovun atasının 40 mərasimidir
19 Sentyabr, 2017
Suriyada terrorçu-kamikadze şəhər mərkəzində özünü partladıb
19 Sentyabr, 2017
Atəşkəs rejimi 125 dəfə pozulub
19 Sentyabr, 2017

ABŞ Əfqanıstandakı hərbçilərinin sayını 14,5 min nəfərə çatdıracaq

19 Sentyabr, 2017
BMT İranın nüvə proqramı üzrə sazişin saxlanılmasına təkid edir
18 Sentyabr, 2017

Şeyx nə üçün və kimin hədəfindədir...

18 Sentyabr, 2017

Azərbaycanda yeni yaradılan İslam kollecləri bu il tələbə qəbulu apara bilməyib

18 Sentyabr, 2017

Rəsmi Bağdad: “Ölkənin şimalında ikinci İsrail yaratmağa imkan verməyəcəyik”

18 Sentyabr, 2017
İran İraqın şimalındakı sərhəd-keçid məntəqələrini bağlaya bilər
18 Sentyabr, 2017
Prokuror "Nardaran işi" üzrə təqsirləndirilən şəxslərə cəza istəyib
XƏBƏRARXİVİ
«Sen.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com