Qüdsün İslam Dünyasının Gənclik paytaxtı elan edilməsi təsdiqləndi

Elşad İskəndərov: “Qüdsün 2018-ci il üçün Gənclik paytaxtı seçilməsi tarix qarşısında məsuliyyətimizdən irəli gəlir.”

Türkiyənin Anadolu agentliyinin yayımladığı xəbərə görə, Dialoq və Əməkdaşlıq uğrunda İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun İstanbul baş qərargahında beynəlxalq təşkilatlar və media nümayəndələri üçün keçirilən tədbirdə “Qüds İslam Dünyasının Gənclik Paytaxtı - 2018” beynəlxalq proqramının işçi planı üzrə Fələstin Dövlətinin Gənclik və İdman Naziri Cibril Rəcub və İƏT Gənclər Forumunun sədri Elşad İskəndərov arasında müvafiq protokol imzalanmışdır.

Qeyd etmək lazımdır ki, protokolun imzalanması Fələstin xalqının son həftələr ərzində Əl-Aqsa məscidində məruz qaldığı hüquq pozuntularına cavab olaraq bu ilin 25 iyul tarixində İƏT Gənclər Forumu İdarə Heyətinin, Qüdsü 2018-ci il üçün “İslam Dünyası Gənclik Paytaxtı” elan etməsi ilə bağlı qəbul etdiyi qərarın icrası çərçivəsində baş tutmuşdur.

Qeyd edilməlidir ki, 2017-ci il, 1 avqustda İstanbulda baş tutan İƏT Xarici İşlər Nazirlərinin Qüdslə bağlı fövqəladə iclasında qəbul edilən yekun bəyannamədə də Qüdsün İslam dünyasının Gənclik Paytaxtı Seçilməsi ilə bağlı sözügedən qərar öz əksini tapmışdır.

İstanbulda tərəflər arasında imzalanan protokoldan sonra keçirilən mətbuat konfransında çıxış edən İƏT Gənclər Forumunun sədri Elşad İskəndərov bildirmişdir: “Əl-Aqsa məscidində zülmə uğrayan tək qardaş Fələstin xalqı deyil,  bütün müsəlmanlar, bütün insanlığın sahib olduğu ortaq dəyərlərdir. İƏT Gənclər Forumu olaraq, 2018-ci il üçün Qüdsü Gənclik paytaxtı elan etməyimiz tarix qarşısında fələstinlilərin haqq mübarizəsi üçün məsuliyyət daşıdığımızın təcəssümüdür”.

Tədbirdə çıxış edən  Fələstinin Gənclik və İdman Naziri Cibril Rəcub qərarla bağlı İƏT Gənclər Forumuna öz xalqı adından təşəkkürünü bildirərək bunları qeyd etmişdir: “Bu qərarın qəbul edilməsindən dərhal sonra işçi planın imzalanması müsəlman dünyasına və dünya ictimaiyyətinə bir çağırış olmaqla yanaşı, fələstinlilər və Qüdslə həmrəyliyin praktik sahədə həyata keçirilməsini əks etdirən dəyərli və vacib bir addımdır”. Nazir çıxışında eləcə də BMT və İƏT qərarlarına istinadən Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı olması faktına da öz diqqətini yönəltmişdir.

İƏT Gənclər Forumunun sədri E.İskəndərov proqram çərçivəsində bir il ərzində Qüds şəhərində rəhbəri olduğu təşkilatın və Fələstin Gənclik və İdman Nazirliyinin koordinasiyası ilə dünyanın müxtəlif ölkələrindən olan gənclərin iştirakı ilə bir sıra tədbirlərin həyata keçiriləciyindən bəhs edərək bildirmişdir ki, akademik, mədəni və könüllü yardımlaşma prinsipləri əsasında baş tutacaq tədbirlər müsəlmanların ilk qibləmizin olduğu Qüdsü həm də ziyarət etmələri üçün mühüm vasitə rolunu oynayacaqdır. Tək Qüdsdə deyil, bütün islam coğrafiyası və dünyanın bir çox yerində həyata keçiriləcək tədbirlər ilə bu şəhərin müsəlman identikliyi, Fələstin xalqının təməl haqları və Qüdsün 3 dinin ortaq müqəddəs şəhəri olması kimi mövzular dünya ictimaiyyətinin diqqətinə çatdırılacaqdır.

Qeyd etmək lazımdır ki, “İslam Dünyası Gənclər Paytaxtı” beynəlxalq proqramı İƏT Gənclər Forumunun təşəbbüsü və koordinasiyası ilə ilk dəfə 2015-ci ildən həyata keçirilməyə başlamış,  2016-cı ildə İstanbul, 2017-ci ildə isə Malayziyanın Putracaya, Mərakeşin Fəs və İranın Şiraz şəhərləri İslam dünyası gənclər paytaxtı elan olunmuşlar.



Yerləşdirilib:3 Avqust, 2017  16:23, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
12 Dekabr, 2017

HƏMAS İsrailə qarşı üçüncü İntifadanın başlandığını bəyan edib

12 Dekabr, 2017

İsrail Qəzza zolağına hava zərbəsi endirib, iki mülki fələstinli ölüb

12 Dekabr, 2017

İstanbulda 20 mindən çox polis FETÖ ilə bağlı işdən qovulub

12 Dekabr, 2017

"Kamilliyə aparan yol: ariflərin həyatından nümunələr" - 10 Video

12 Dekabr, 2017

Myanma hökuməti bir həftə ərzində Arakan ştatında 16 məscid söküb

12 Dekabr, 2017
Özbəkistanda ilk islami online radio fəaliyyətə başlayıb
12 Dekabr, 2017

Mövlud Çavuşoğlu: "Türkiyə Suriyadakı rejimdən artıq heç bir təhlükə gözləmir”

12 Dekabr, 2017
Ermənistan ordusunun əsgəri minaya düşüb
12 Dekabr, 2017

Mixail Saakaşvili sərbəst buraxılıb

12 Dekabr, 2017

Hilal (Ay) İslamın rəmzi sayılırmı? İslam suallarda

12 Dekabr, 2017

KİV: Vaşinqton Bəşşar Əsədin 2021-ci ilə qədər hakimiyyətdə qalmasına maneə törətmək niyyətində deyil

12 Dekabr, 2017
Ermənilər atəşkəs rejimini 121 dəfə pozublar
11 Dekabr, 2017

Nyu-York meri: "Avtobus terminallındakı partlayış uğursuz terror cəhdidir"

11 Dekabr, 2017

İsrailə etiraz olaraq Aya-Sofyada namaz qıldılar

11 Dekabr, 2017

Türkiyə HHQ-nin əməliyyatı nəticəsində 17 PKK terrorçu məhv edilib

11 Dekabr, 2017

Peyğəmbər (s): "Günah, onu etməyən kəs üçün də bədbəxtlikdir. Çünki..."

11 Dekabr, 2017

“Göstərəcəm ki, prezident necə ölər” - Saakaşvili məhkəmədə

11 Dekabr, 2017

Saakaşvilinin tərəfdarları Kiyevdə məhkəmə binasına girməyə cəhd ediblər

11 Dekabr, 2017

Rusiya hərbi qüvvələrini Suriyadan çıxarır

11 Dekabr, 2017

İŞİD üzvü olan 6 min nəfər Afrikaya qayıda bilər

11 Dekabr, 2017
Səudiyyə Ərəbistanında ictimai kinoteatrlara icazə verilir
11 Dekabr, 2017

“Dünya bilməlidir ki, İsrail – yəhudi dövləti deyil!” - Yəhudi Hərəkatından etiraz

11 Dekabr, 2017

Ərdoğan: "Trampın Qüds qərarının həyata keçirilməsinin asan olmayacağını göstərəcəyik"

11 Dekabr, 2017

Adam özünə ölüm arzulaya bilərmi? İslam suallarda

11 Dekabr, 2017

İraq İŞİD üzərində qələbəni bayram edib

11 Dekabr, 2017
Ermənilər atəşkəs rejimini 117 dəfə pozublar
9 Dekabr, 2017

Rəcəb Tayyip Ərdoğan Prezident İlham Əliyevi İstanbulda Qüdslə bağlı toplantıya dəvət edib

9 Dekabr, 2017
Tramp Rusiya əleyhinə yeni sanksiyaları təsdiqləyib
XƏBƏRARXİVİ
«Dek.2017»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com