Azərbaycan ordusu apreldə daha çox ərazini azad etməli idi - Həsən Amuli

“İran və Azərbaycan bir millət-iki dövlətdir... Biz öz torpaqlarımızın izzətini necə istəyiriksə, Azərbaycan üçün də o cür izzət və başucalığı istəyirik”.

İslam.az xəbər verir ki, bunu APA-nın Tehran bürosuna açıqlamasında İranın ali rəhbəri Ayətullah Seyyid Əli Xameneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyyid Həsən Amuli deyib.

“Azərbaycanın problemlərini öz problemimiz bilirik. Hazırda Ərdəbildə Əhli-beyt məktəbinin güclənməsində Səfəvilərin rolu ilə bağlı konfrans keçirilir. Səfəvilər Azərbaycan və İranın müştərək tarixidir. Azərbaycanın mədəniyyəti, tarixi, bizim tariximizlə birdir və ayrıla bilməz. İran və Azərbaycanın bir çox müştərək tarixi şəxsiyyətləri var. Bu özü iki ölkənin əməkdaşlığında və bir-birinə dayaq olmasında çox təsiredici amilə çevrilə bilər”, - deyə Həsən Amuli söyləyib. O bildirib ki, hər iki ölkə öz tarixi şəxsiyyətlərinə sahib çıxmalıdır: “Azərbaycan və İran bir millət-iki dövlətdir. İran və Azərbaycan Arazın iki qoludur. Mənşəyi, əsli və kökü birdir. Bu, tələb edir ki, iki ölkə arasında əlaqələr daha da inkişaf etsin. Şükürlər olsun, getdikcə əlaqələr daha da yaxşılaşır”.

Dağlıq Qarabağ problemindən danışan H. Amuli qeyd edib ki, hazırda Qarabağın işğalda olmasından istifadə edən Rusiya Azərbaycan və Ermənistana istədiyi təzyiqi göstərir: “Ermənistan Qarabağa görə Rusiyaya möhtacdır. Amerika da, İsrail də elə Rusiya kimi, bu vəziyyətdən istifadə edirlər. Dağlıq Qarabağ problemi hazırda regional bir problem deyil, böyük dövlətlərin maraq dairəsinə çevrilib”.

Ayətullah Seyyid Əli Xameneyinin nümayəndəsi 2016-cı ilin aprel döyüşlərində  Azərbaycan ordusunun uğurlarından da danışıb və bildirib ki, Azərbaycan ordusu bu döyüşlərdə özünü çox yaxşı göstərdi: “Bu, bizim hamımızı sevindirdi. Ordu gərək durmazdı, irəliləyib daha çox əraziləri işğaldan azad edərdi. Hazırda elə bir zaman gəlib çatıb ki, bir dövlətin öz taleyini həll etməsinə imkan vermirlər. Amerika və Rusiya digər dövlətlərin, əsasən də kiçik dövlətlərin taleyini həll etməkdə maraqlıdır. Amerika Dağlıq Qarabağdakı qondarma hökumətə yardım edir. Qondarma rejim BMT-də rəsmən tanınmır, lakin Amerika onlara viza verir”.

H. Amuli ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsindəki rolunu tənqid edib və bəyan edib ki, Dağlıq Qarabağın azadlığı Minsk qrupu ilə baş tutmayacaq: “Artıq 20 ildən çoxdur ki, müzakirə aparılır, bu qədər uzun müzakirə olar?! Azərbaycan və Ermənistan özləri problemi həll etmək istəsələr də, bu, mümkün olmayacaq. Çünki Rusiya istəmir buradan geri çəkilsin. Necə ki, Amerika və İsrail İŞİD-in çox güclənməsini və tam məhv olmasını istəmir. İŞİD nə qədər ki, bölgədə var, Amerika İraqı da, İŞİD-i də, Suriyanı da idarə edəcək. Ona görə, Qarabağ problemi Rusiya və Amerikanın əlinə düşmüş yağlı bir tikədir. Dağlıq Qarabağın həlli prosesi nə qədər uzanırsa, onun Azərbaycana qaytarılması bir o qədər çətin olur”.

H. Amuli Dağlıq Qarabağda referendum keçirilməsi məsələsinə də toxunub və deyib ki, ermənilərin çirkin planlarından biri də referendumun keçirilməsidir: “Azərbaycan xalqı və hökuməti referenduma heç bir halda razı olmamalıdır. Harada görünüb ki, bir məmləkətin torpağı üçün referendum keçirilsin? Bu, ona oxşayır ki, bir nəfər gəlsin və  Bakı üçün referendum keçirilməsini istəsin. Buna icazə verilməməlidir. Bakı da Azərbaycanındır, Qarabağ da”.

Seyyid Həsən Amuli əlavə edib ki, İran qonşu ölkə olaraq Qarabağ probleminin həlli üçün çox səy göstərib: “Ali rəhbər Ayətullah Xamenei deyib ki, Qarabağ torpağı uğrunda ölən şəxslər şəhiddir”.



Yerləşdirilib:31 İyul, 2017  16:15, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
12 Dekabr, 2017

HƏMAS İsrailə qarşı üçüncü İntifadanın başlandığını bəyan edib

12 Dekabr, 2017

İsrail Qəzza zolağına hava zərbəsi endirib, iki mülki fələstinli ölüb

12 Dekabr, 2017

İstanbulda 20 mindən çox polis FETÖ ilə bağlı işdən qovulub

12 Dekabr, 2017

"Kamilliyə aparan yol: ariflərin həyatından nümunələr" - 10 Video

12 Dekabr, 2017

Myanma hökuməti bir həftə ərzində Arakan ştatında 16 məscid söküb

12 Dekabr, 2017
Özbəkistanda ilk islami online radio fəaliyyətə başlayıb
12 Dekabr, 2017

Mövlud Çavuşoğlu: "Türkiyə Suriyadakı rejimdən artıq heç bir təhlükə gözləmir”

12 Dekabr, 2017
Ermənistan ordusunun əsgəri minaya düşüb
12 Dekabr, 2017

Mixail Saakaşvili sərbəst buraxılıb

12 Dekabr, 2017

Hilal (Ay) İslamın rəmzi sayılırmı? İslam suallarda

12 Dekabr, 2017

KİV: Vaşinqton Bəşşar Əsədin 2021-ci ilə qədər hakimiyyətdə qalmasına maneə törətmək niyyətində deyil

12 Dekabr, 2017
Ermənilər atəşkəs rejimini 121 dəfə pozublar
11 Dekabr, 2017

Nyu-York meri: "Avtobus terminallındakı partlayış uğursuz terror cəhdidir"

11 Dekabr, 2017

İsrailə etiraz olaraq Aya-Sofyada namaz qıldılar

11 Dekabr, 2017

Türkiyə HHQ-nin əməliyyatı nəticəsində 17 PKK terrorçu məhv edilib

11 Dekabr, 2017

Peyğəmbər (s): "Günah, onu etməyən kəs üçün də bədbəxtlikdir. Çünki..."

11 Dekabr, 2017

“Göstərəcəm ki, prezident necə ölər” - Saakaşvili məhkəmədə

11 Dekabr, 2017

Saakaşvilinin tərəfdarları Kiyevdə məhkəmə binasına girməyə cəhd ediblər

11 Dekabr, 2017

Rusiya hərbi qüvvələrini Suriyadan çıxarır

11 Dekabr, 2017

İŞİD üzvü olan 6 min nəfər Afrikaya qayıda bilər

11 Dekabr, 2017
Səudiyyə Ərəbistanında ictimai kinoteatrlara icazə verilir
11 Dekabr, 2017

“Dünya bilməlidir ki, İsrail – yəhudi dövləti deyil!” - Yəhudi Hərəkatından etiraz

11 Dekabr, 2017

Ərdoğan: "Trampın Qüds qərarının həyata keçirilməsinin asan olmayacağını göstərəcəyik"

11 Dekabr, 2017

Adam özünə ölüm arzulaya bilərmi? İslam suallarda

11 Dekabr, 2017

İraq İŞİD üzərində qələbəni bayram edib

11 Dekabr, 2017
Ermənilər atəşkəs rejimini 117 dəfə pozublar
9 Dekabr, 2017

Rəcəb Tayyip Ərdoğan Prezident İlham Əliyevi İstanbulda Qüdslə bağlı toplantıya dəvət edib

9 Dekabr, 2017
Tramp Rusiya əleyhinə yeni sanksiyaları təsdiqləyib
XƏBƏRARXİVİ
«Dek.2017»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com