Qumarbaz və şərəbxorun Allahı

İkisi də Azərbaycan vətəndaşıdır və iİkisinin də davranışı fərqli miqyasda dini cameədə etirazlara səbəb oldu. Biri mərc edərək 1 litr arağı birnəfəsə “Ya Allah!” deyib içdi və bu görüntülər sosial şəbəkələrdə sürətlə yayıldı, digəri isə namaz qılan insanları “şizofrenik” adlandırdı. Birincisi sadəcə bir qədər pul qazanmaq məqsədi güdürdüsə, necə deyərlər, heç kimlə işi yox idisə, ikincisi özünün və saytının “qara” PR-kampaniyasını keçirdi, minlərlə insanı təhqir elədi, murdar daxili aləminin çirkabını bayıra axıtdı. Haqlı olaraq birinci də, ikinci də qınandı.

Əlbəttə, Allahın adını çəkməklə 2 haram işi (qumar və şərab) birdən görmək, Allahın buyurduğu vacibatı həyata keçirənləri ruhi xəstə adlandırmaq çox pis haldı. Etirazlar da anlaşılandı. Amma İslam bizə hər şeydə bir gözəlliyin, zərrə qədər də olsa xeyrin işartılarının gizləndiyini təlqin edir. Zənnimizcə, diqqətlə baxsaq, bu 2 hadisədə də müəyyən pozitiv məqamlar tapa bilərik.

Birincisi. Sıradan biri olan sayta rəhbərlik edən adam düşünüb-daşınıb və saytının reklam kampaniyasını İslam, müsəlmanlar üzərindən qurmağa qərar verib. İnsafən qeyd etməliyik ki, hələlik pis alınmır. Müsəlmanlar bu işdə qeyri-ixtiyarı (sərsəm atmacalara, axmaq statuslara cavab verməklə) həm adama, həm də onun saytına yardım edirlər. Deməli, müsəlmanlar bu məmləkətdə hələ kifayət qədər nüfuza sahibdirlər və ən azından bir saytın PR-ını yüksək səviyyədə həyata keçirəcək qüvvədə olan elektoratdırlar. Nə 70 illik sovet ateizmi, nə də müstəqillik illərindəki "avropalaşma" bu elektoratın axırına çıxa bilib.

İkincisi. Artıq qeyd etdiyimiz kimi, 2 böyük günahı bir anın içində edən adam günaha mürtəkib olmamışdan öncə Allahı çağırır. Əlbəttə, absurd bir səhnədir. Ancaq burda da düşündürücü məqam var. Cəmiyyətimizdə mənəviyyatsızlığın baş alıb getməsinə rəğmən, hətta deyərdik ki, ədəbsizliyin, həyasızlığın, utanmazlığın artıq brend olaraq təbliğinə baxmayaraq, insanların qəlbindən Allahın varlığını, yaddaşlarından və leksikonlarından isə “Allah” sözünü silmək mümkün olmayıb. Hətta gözünü qırpmadan günah edən insanımız da DNT səviyyəsində vücuduna hopan Rəbbinə bağlılığından qopa bilmir. Deməli, hələ hər şey itirilməyib və inşallah itirilməz də. Ölkədə çox sayda əsl müsəlman potensialına malik, lakin müxtəlif səbəblər üzündən Allaha aparan yoldan uzaq düşən (terminoloji olaraq onlara “fasiq” deyilir) insanlar var. Üzərimizdə olan vəzifələrdən biri də belələrinə yardım etmək, düzgün istiqaməti göstərməkdir. Allahın tövbə qapısı həmişə açıqdır. Bunu hələ də “Ya Allah!” deməyi unutmayan insanlara başa salmalı, o qapıdan daxil olamağa yardım etməliyik.

P.S. Kim bilir, bəlkə bir gün tövbə qapısının kəndarına bu gün namaz qılanları “şizofrenik” adlandıran, bu vasitə ilə ucuz populyarlıq qazanmaq eşqinə düşən insan da, 1 litr arağı içib bunu qumar vasitəsi edən insan da gələcək. Axı Allah bağışlayandır, Allah onların da Allahıdır, bunu bilsələr də, bilməsələr də...



Yerləşdirilib:27 İyul, 2017  11:22, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 4
Müəllif: tovbedenmehrumolmaq | 27 İyul, 2017  11:48
# Ответить
0


]]>]]>

insan birden bire namaz qılanları “şizofrenik” adlandırmaq heddine gelmir,Allah bilir,bu adam ne qeder chirkaba batib,heyatda ne qeder sinib,alchalib,gunahlara bulashib ki,axirda bu hedde chatib,meneviyyatini saytdan 5,10 manat qazanmaga satib...Elbette,Allah tovbeleri qebul edendir,amma tovbe etmek uchun de bir istedad lazimdir,bu da her adamin ishi deyil...insan,Allahdan ne qeder chox uzaglashirsa,geri qayitmaq uchun de,bir o qeder zehmet chekmelidir...
Müəllif: Nazim | 27 İyul, 2017  14:13
# Ответить
+1


]]>]]>

Səlamun əleykum.Mən şəxsən özüm n qədər elə inasanlar tanıyıramki həyatının cox hissəsını qatı günahkarlıqla yaşayıb və dindarlari xəstə sayıb lakin ani olaraq Allaha tərəf qayıdaraq üzün muddət ibadətlə məşqul olanları imanda və təqvada qeridə qoyub,əksinidə görmüşük!Bu birbaşa Allahin hidayətinə bağlıdır və əlbətdəki bizləridə bu işdə vasitəci qərar verəndə hikmət sahibi olan Allahdır,buda Onun bizə olan lütvlərindən biridir!Cəfəri Sadiq əlehissəlamın eşqi quldurlari belə comərd mömin edib!
Zənn eylə Nuhun tufanıdır,dəryada batırsan
Bəlkə ata dəryada səni,sahilə tövbə!
Müəllif: Tovbe | 27 İyul, 2017  14:43
# Ответить
0


]]>]]>

Aleykum salam.Nazim qardash,haqlisiniz.Her shey hidayete baglidir,amma bu da var ki,gunah ne qeder agirdirsa,tovbe de o qeder chetinlesir,bu adam namaz qilanlarin haqqina girib,tovbe etse bele,qul haqqi halalliq olmadan bagishlanmir...
Müəllif: Nazim | 27 İyul, 2017  15:23
# Ответить
0


]]>]]>

Bağışlayınki bağışlanasız,biz bağışlamağı öyrənsək cəmiyətimiz hamısı hidayət olar,dünyanın Əşrəfi qədər təhqir olunan insan olmayıb və onun qədər hağışlayanda olmayıb,Onun fəzilətidə buna bağlıdır,Quran buyururki,dişə diş gözə qöz halaldır,bağışlasanız sizin ücün xeyirlidir.Bu o demək deyilki laqeyd etiraz etməyəsən,əksinə bəlkədə daha həssas olub Əhli-beyt öyrətdiyi kimi cəzb etməyi bacarmalıyıq.Yuxarıda qeyd olunan məsələnin həlli bundan kecir,əks halda təhqir elə təhqir artıradacaq.İslam düşmənlərinə qarşısa sərt mövqeydə durmalıyıq!
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
23 Avqust, 2017
Əfqanıstanın cənubunda baş verən partlayış nəticəsində 5 nəfər həlak olub
23 Avqust, 2017
Türkiyədə keçiriləcək prezident seçkilərində Ərdoğanın ilk rəqibi məlum olub
23 Avqust, 2017
Daha bir ölkə niqaba qadağa qoyur
23 Avqust, 2017

ABŞ yenidən Rusiyanı “Taliban” qruplaşmasını silahlandırmaqda ittiham edib

23 Avqust, 2017

BMT: Nigeriyada terrorçular 83 uşaqdan kamikadze kimi istifadə ediblər

23 Avqust, 2017

Möhürün üstündə tünd ləkə qatı yaranıbsa, o möhürdən istifadə etmək olarm? İslam suallarda

23 Avqust, 2017
Liviyanın oğurlanmış keçmiş baş naziri azad edilib
23 Avqust, 2017

Ermənilərin Cəbrayıl və Füzuli rayonlarını işğal etməsindən 24 il ötür

22 Avqust, 2017

16 ildir spirtli içkinin satılmadığı kənd – Təngərüd

22 Avqust, 2017

Dinşünaslıqla tanışlıq dövlət təhsil müəssisələrinin tədris proqramına daxil edilə bilər - DQIDK

22 Avqust, 2017

Hacı Ramil gənclərə səsləndi: "Nə qədər gözlərini yumdun..." (Video)

22 Avqust, 2017

Türkiyə prezidenti: “Bu vətəni bölməyə çalışanlara hər tərəfi məzar edərik”

22 Avqust, 2017

Allah kimin əməllərini puç edəcək, kimin günahlarının üstünü örtəcək? Quran cavab verir

22 Avqust, 2017

Bu gün imam Məhəmməd Təqinin (ə) şəhadət günüdür

22 Avqust, 2017
Atəşkəs rejimi 134 dəfə pozulub
22 Avqust, 2017

Səfir: İraq 2 ay ərzində tamamilə İŞİD-dən azad olunacaq

22 Avqust, 2017
Livan ordusu İŞİD rəhbərlərindən birini yaxalayıb
22 Avqust, 2017

ABŞ Əfqanıstana daha 4000 əsgər göndərəcək

22 Avqust, 2017

İraq hökuməti kürd muxtariyyətinin keçirəcəyi referendumun nəticələrini tanımayacaq

22 Avqust, 2017

Təkfir nədir? İslam suallarda

22 Avqust, 2017
Tramp Pakistanı terrorçulara sığınacaq verməkdə ittiham edib
22 Avqust, 2017
Türkiyə hərbçiləri İraqın şimalında 3 terrorçunu zərərsizləşdirib
21 Avqust, 2017

Suriyanın Hələb şəhəri İŞİD terrorçularından tam şəkildə azad edilib

21 Avqust, 2017

Ayətullah Muhəmməd Təqi Behcətin bəzi tövsiyələri

21 Avqust, 2017
"Al Jazeera" telekanalı ilk dəfə olaraq Bəşər Əsədi Suriya prezidenti kimi təqdim edib
21 Avqust, 2017

Türkiyə prezidenti: Müsəlmanlar Qüds mövzusunda həmrəylik içində olmalıdırlar

21 Avqust, 2017
Məkkədə zəvvarların qaldığı oteldə yanğın olub
21 Avqust, 2017

"Halal bişir, halal ye". 5-ci veriliş Video

XƏBƏRARXİVİ
«Avq.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com