Şah İsmayıl Səfəvi Xətai kim olub?

Şah İsmayıl Səfəvi Xətai – 14 yaşında hakimiyyətə gələn, 14 ilə 14 eli birləşdirərək, vahid və indiyə qədər ən böyük Azərbaycan dövləti – Səfəvi dövlətini yaradan bir şəxsiyyətdir.

Şah İsmayıl Səfəvi Xətai – ilk dəfə türk dilini rəsmi dövlət dili elan edən dövlət başçısıdır. Bunun nəticəsidir ki, Azərbaycan dilində fars sözləri istifadə olunduğu kimi, fars dilində də türk sözləri öz yerini tapıb.

Şah İsmayıl Səfəvi Xətai – ilk dəfə türk dilində heca vəznində şeir yazan şairdir. Onun türk dilində yazdığı gözəl şeirlər meydana gəldikdə şeiriyyata öz damğasını vurmuş fars dili ikinci plana keçdi. Məhz onun başlatdığı ənənə nəticəsində Mühəmməd Füzuli kimi dahi yetişdi.

Şah İsmayıl Səfəvi Xətai – ilk dəfə güləşi döşək üzərinə gətirən pəhləvan idi. Onun vaxtında zorxanalar, yəni güləş məşq zalları açılmışdır və Azərbaycana xas bu idman növü geniş yayılmışdır.

Şah İsmayıl Səfəvi Xətai – dahi strateq idi. Öz qoşünlarını 12 İmamın (ə) eşqinə 12 yerə bölərək, aypara şəklində düzərdi. Bu düzülüş zəif mərkəzə və güclü cinahlara malikdir. Düşmən zəif mərkəzi əzməklə məşğul olduğu zaman, güclü cinahlar düşməni əhatə edir, qoşunu mühasirəyə alıb darmadağın edirdi. Gələcəkdə bu strategiyanı Həzi Aslanov öz tankları ilə həyata keçirəcək və ona ruslar “Aslanovskaya podkova”, yəni “Aslanov nalı” adını verəcəklər.

Şah İsmayıl Səfəvi Xətai – bir fateh idi. Tarixi Azərbaycan torpaqlarını: Şimali Ağqoyunlu və Şirvanşahlar dövlətini (Albaniya), Cənubi Ağqoyunlu dövlətini (Atropatena) və Qaraqoyunlu dövlətini (Anadolu) birləşdirərək, Vahid Azərbaycan dövləti olan Səfəvilər dövlətinin banisidir. Şah İsmayıl döyüşdə hücum taktikasına üstünlük versə də, heç vaxt yürüş edib qonşu dövlətlərin ərazisini zəbt və qəsb etməyib. Onun hər bir yürüşünün ya kiminsə onun dövlətinə meydan oxuması, ya da bir məzlumun imdadı nəticəsində olub. Bu da fatehlərə xasdır.

Şah İsmayıl Səfəvi Xətai – zəmanəsinin dindar lideri idi. O, Bağdada daxil olarkən Bağdad əhli onu məhz belə tanıyaraq könüllü surətdə şəhərin qapılarını onun üzünə açıb onu alqışla qarşıladı. Yalnız onun qurduğu hökümət dövründə əsrlər boyu inanclarına görə təqib olunan Əhli-Beyt (ə) ardıcılları rahat nəfəs ala bildilər. O, ilk dəfə olaraq Əhli-Beyt (ə) məktəbini dövlət dini kimi elan etdi. Şah İsmayılın əmri ilə dövrün fiqh aliminin risaləsi şəriət qanunu kimi təsdiq olundu. Onun dövründə bir çox Əhli-Beyt (ə) alimi yetişərək, ölkədən kənarda da islamı yaymağa başladı. Məhz bunun nəticəsidir ki, indi Anadoluda, Gürcüstanda, Orta Asiyada, Kəşmirdə, Pakistanda, Hindistanda və digər ölkələrdə Əhli-Beyt (ə) ardıcılları yaşayır. Çünki, bu bölgələrə İslamı həmin zamanda yetişən azərbaycanlı alimlər yayıb.

Şah İsmayıl Səfəvi Xətai – ağlasığılmaz cəsarətə malik bir bahadır idi. Başqa dövlət başçıları çadırlarından döyüşü izlərkən, hələ 14 yaşı tamam olmamış İsmayıl, qoşunun önündə hücuma keçirdi. Şirvana yürüş zamanı Kür çayı daşır, qoşunun yolunu sel alır. Qoşunda tərəddüd yayıldığını görən Şah İsmayıl atıyla birgə çaya atlayır. Onun dalınca digər sərkərdələr və qoşun də çayı yararaq qarşı sahilə keçir.

Çaldıran döyüşündən öncə o, Sultan Səlimə meydan oxuyaraq onu döyüşə dəvət etdi. Lakin Sultan Səlim qorxaraq öz yerinə Osmanlıda yenilməz sayılan Malqoçoğlunu göndərdi. Şah İsmayılın ətrafı: “Şaha bir sərkərdə ilə vuruşmaq yaraşmaz” dedi. O isə cavab verdi – “İstəmirəm sonra döyüşə qorxub çıxmadı desinlər”. Şah İsmayıl Malqoçoğluna elə bir zərbə endirdi ki, hər iki tərəf heyrətdən alqış dedi. Onun qılıncı Malqoçoğlunun dəbilqəsini, zirehini və qalxanın bir hissəsini yararaq, Malqoçoğlunu başından iki yerə bölmüşdü.

Şah İsmayıl Səfəvi Xətai – ədalətli hakim idi. Məlumdur ki, Şah İsmayıl Osmanlı dövləti ilə vuruşmaq istəmirdi. Lakin şərqində güclü qonşu istəməyən Sultan Səlim, 200 minlik qoşunla Azərbaycana yürüş etməyə qərarlı idi. Buna görə də Şah İsmayıl qərara gəlir ki, Osmanlı qoşununun qarşısına çıxacaq bütün torpaqları yandırıb yararsız hala salsın. Məqsəd - düşmən qoşununun ac, susuz qalıb əldən salaraq geri qaytarmaq idi. Bunun üçün Şah İsmayıl torpaq sahiblərinin ziyanları müqabilində onları neçə illik vergidən azad etdi.

Şah İsmayıl Səfəvi Xətai – döyüşlərdə yenilməyən sərkərdə idi. “Ya Əli!” sədası ilə özündən neçə dəfə  çox sayda olan qoşuna hücum edib, qalib gələrdi. Buna misal kimi Şah İsmayılın 7 minlik qoşunla Ağqoyunlu Əlvəndin 30 minlik qoşununa hücum edib qalib gəlməsini, 12 minlik qoşunla Ağqoyunlu Muradın 70 minlik qoşununa hücum edib qalib gəlməsini və digərləri göstərmək olar. İstisna yalnız Çaldıran döyüşü oldu. Sultan Səlimin 200 minlik qoşunu, 300 topuna qarşı Şah İsmayıl 20 minlik süvari ordu ilə çıxmışdı. Döyüş 3 gün davam etdi. Qızılbaşlar görünməyən qəhrəmanlıq göstərərək, qalib gələ də bilərdi. Lakin Sultan Səlim Yavuz elə bir işə qol atdı ki, qalib gəldi, amma özünü rüsvay etdi. O, əmr etdi ki, yerdə qalan topların lülələrini yuxarı qaldırsınlar. Bu zaman toplar döyüş meydanına atəş açdı və nəticədə hər iki tərəfin əskərləri həlak oldu. Qızılbaş ordusu süvarı olduğu üçün mərmilər onlara daha çox təsir etdi, çünki atlar partlayışdan hürkürdü. Nəticədə qızılbaş ordusu 5 min nəfər, osmanlı ordusu isə 30-40 min arası itki verdi...

Şah İsmayıl Səfəvi Xətai – İmam Əli (ə) aşiqi idi. Yuxarıda sadalanan bütün xüsusiyyətləri ilə o, əslində Həzrətə (ə) borcludur. Şah İsmayıl Xətai üçün ideal nümunə İmam Əli (ə) idi. Onun bütün cəsarətinin, mərdliyinin, uğurlarının səbəbi bu eşqdə idi – Əli (ə) eşqində...

(deyerler.org saytında dərc edilən yazıdan seçmələr)



Yerləşdirilib:17 İyul, 2017  17:35, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 12
Müəllif: Salam | 17 İyul, 2017  18:10
# Ответить
0


]]>]]>

Sultan Səlim Yavuza Allah lenet etsin,cehennemlik pis kafir......
Mene ele gelir ki,shah Ismayil chox mukemmel olmayib,torpaqlari yandirma meselesi ve bezi meqamlar menim xowuma gelmedi,amma umumilikde,o yaxwi insan olub.
Müəllif: 114 | 17 İyul, 2017  20:13
# Ответить
-4


]]>]]>

Allah və Rəsuluna iman edən şəx döyüşə Allahu Əkbər sədaları altında girir. Bu kafir və müşrik olan şah İsmayıl Xətai isə Ya Əli sədaları altında girib və şərəfsizcəsinə məğlub olub. Allah qələbəni yalnız Tövhid əhlinə bəxş edir.
Müəllif: Akif | 21 İyul, 2017  11:23 | Ответ на #5814
# Ответить
0


]]>]]>

sən 114ü dəyiş elə 666,çünki süfyanilərə bu rəqəm uyğun gəlir. Sənin mətiqinlə ata qatili, əyyaş Sultan Səlim tohid əhli imiş, Əli(ə) aşiqi olan, 27 yaşinda o boyda Səfəvi dövlətinin quran Şah İsmayıl isə kafir və müşrik imiş. Dilin qurusun!!!
Müəllif: Salam | 17 İyul, 2017  21:23
# Ответить
+1


]]>]]>

Ay cahil,bisavad,ne achmisan burada murdar agzini?Sen get evvel,Allah və Rəsuluna iman etmeyin ne demek oldugun oyren,sonra gel bu pak adama dil uzat ay murdar vahabi tokuntusu,ele o Suriyada,Iraqda muselman qani token Allahu Ekber deyen,werefsiz,necis vahabiler deyilmi? get,onlara lenet oxu,niye serf etmir?
Eli.e.Allahin edaletinin bir tecellasidir,Eli,e.Peygemberin canidir.Ya Eli.e.deyib,bele eceb edib,deyib.InahaAllah,Agamiz gelib,pis vahabileri ele ya Eli.e.deyib,yer uzunden temizleyecek.
Müəllif: Salam | 17 İyul, 2017  21:31
# Ответить
+1


]]>]]>

O meglub olmayib,meglub olsaydi indi de onun pak adi hormet,izzetle chekilmezdi,nece ki,Imam Huseyn.e.shehid oldu ve Qalib oldu,murdar yezid.lenet olsun.murdar.muaviye.Allah lenet etsin.murdar omer ve bawgalarinin adi choxdan tarixin zibilliyine gedib.Insanlar ovladlarina fexrle Huseyn,Eli adi qoyurlar,gor hech murdar yezidin adin qoyan var?? murdar sultan selim ise indi cehennemde citir citir yanir,seni gorum onun yanina gedesen
Müəllif: 114 | 17 İyul, 2017  22:00
# Ответить
-3


]]>]]>

Savadsız rafizisən. Sizi Lə İləhə İlləallah kəlamına dəvət edəndə qəbul etmirsiniz. Çünki bu kəlam müşrik-kafirlərə ağır gəlir. Kimin Cənnət və Cəhənnəmə düşməyinə isə qərarı Allah verir. Allah isə söz verib ki, Tövhid əhli Cənnətə daxil olacaq. Xətai və sənin kimilər isə batil ilahlara iman gətirib, Allahı yaddan çıxarıblar. Allahın lənəti var belə müşrik və kafirlərin üstündə. Ay yazıq get Tövhidi, Lə İləhə İlləllahın şərtlərini öyrən.
Müəllif: salam | 17 İyul, 2017  22:32
# Ответить
+2


]]>]]>

Tovhid ehli cennete gedecek,bedbext adam,ne bilirsen kimdir tovhid ehli?Tohvid ehli Quranda,Beqere suresinde adi kechen Allahin ipinden yapishanlardir....
Tovhid ehli Allaha cism vermir,el,ayaq,goz,qulaq nisbet vermir,Allahi benzersiz bilir...
Allahin adi ile mezlum insanlarin basin kesen,cihad nigahi adli exlaqsizliq,pozgunluq fetvasi veren,insanlarin ishgencesinden zovq alan,Islam dushmeni olan dovletlere yaltaqlanan,daha ne bilim,ne pislik varsa eden insanlar ve onlari buna sovq eden cehennemlik"alimler",bir omur yemeyib,ichmeyib le ilahe illellah dese faydasi yoxdur,bu onlarin ancaq kufrunu artirar..
Get,shie ruhanilerle danish,alimlerin kitablarin oxu,dushun,tovbe et,hele ki,gec deyil
Müəllif: 114 | 17 İyul, 2017  22:55
# Ответить
-3


]]>]]>

Sən deyəsən heç vaxt Quran kitabını oxumamısan. Ay rafizi Allah Nisə surəsi 48 ayədə buyurur:"Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar.." Allah yalnız şirki bağışlamır. Zumər surəsi 3 ayə :"Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: 'Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!' Məyər görmürsən ki, sizinkilər-rafizilər gedib ölülərə yalvarırır, Tövhidə dəvət edəndə də Zumər surəsidəki müşriklər kimi deyirlər ki, onlar bizi Allaha yaxınlaşdırır. Mən burada tək olan Allaha ibadətdən danışıram, sən baş kəsməkdən. Heç olmasa təkfirin qaydalarını öyrən.
Müəllif: Aaaa | 17 İyul, 2017  23:39
# Ответить
0


]]>]]>

114 adli kimse rafizi rafizi deyirsen, beyenmirsen biz wieleri ne iwin var onda wielerim iwletdiyi saytda??? Kimi itirmisen burda gelmisen axtarmaqa? ?? Hele ustelik yazilan meqaleleride oxuyub, agilsiz cavablarda verirsen. Get vehabi sayitlarina gir sen de onlarda sene destek cixsin. Xow getdin .
Müəllif: Nazim | 18 İyul, 2017  01:34
# Ответить
0


]]>]]>

Səlamun aleykum.Məni hər dəfə maraqlandırırki nə səbəbə şərh yazan adının əvəzınə nömrə yazır?Bunun iki variantı var,ya o kəs adına görə utanır,yadaki qorxur əsl adını bildirsın!Bir dustağ varidi o qədər kitab oxumuşduki başı qetmişdi,axırda caşıb özünü 12-cı imam elan etmişdi,beyət edən giclərdə tapılmışdı,ona görə başında stol stul sındırdılar,başladı kasıt eləməyə,pereklicka vaxtı sira sayi 89 idi,boylu pişiyin başını kəsib kəllə sümüyündən asma tərəzinin gözlərin düzəltmişdi,sırada yanında dayanana deyirdıkı sən 88-sən mən 89-uz,qiyamət günü sənin haqq hesabıvı bu mizan tərəzisilə cəkəcəm!Yaratdığlarıva şükr pərvərdigara!Quran buyururki Allah yolunda şəhid olanlara ölü deməyin,onlar diridirlər və Allah yaninda onlara ruzi verilir!məxluqda deyirki yox onlar ölüdür!Bu məntiqə nə deyəsən!
Müəllif: Xalid | 19 İyul, 2017  11:46
# Ответить
0


]]>]]>

Salam, əvvəla Şah İsmayıl Xətayiyə lənət oxumaq və ya onun yeri cəhənnəmdir deyən bir kəsin vay halına ki, o cür şəxsiyyətin haqqında bilib bilmədən bu cahilliyi edir, hansı ki hal-hazırda onun bünövrəsini qurub, qoruyub yaratdığı dövlətdə nəfəs alır və su içir. Qaldı ki, yezid və müaviyyəni Allah bildiyi kimi edəcək amma bu xəlifələr haqqında bir də Peygəmbər s.a.v-ın zövcəsi hz.Ayişə barəsində bilib bilmədən ağzına gələni danışan özünə şiyə deyənlərində mənim gpzümdə heç o tövhid tövhid salan baş kəsənlərdən fərqi yoxdu
Müəllif: Salam | 19 İyul, 2017  14:06
# Ответить
0


]]>]]>

Hech kim bilib bilmədən ağzına gələni danishmir,tarixi faktlara esasen danishirlar,qaldi ki,hech kim hansisa sehabeni ya da Aisheni sevmeye mecbur deyil,onlarin sehvlerini muzakire etmeyi Islam qadagan etmir.Elbette,ixtilaf yaranmamasi uchun hech kimin muqeddes saydigina lenet oxumaq olmaz,Xamneyi aga bunu qadagan edib.
Shie uchun Allahin yaninda eziz olmaq kifayetdir,kiminse gozunde nece olmagin ehemiyyeti yoxdur.
"yezid və müaviyyəni Allah bildiyi kimi edəcək." O lenete gelmish murdar,necisler indi cehennemde yanirlar,bu 100% beledir.
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
25 İyul, 2017
Terrorçular Dəməşqin Rusiya səfirliyinin yerləşdiyi rayonunu atəşə tutublar
25 İyul, 2017

MN: Ermənistan növbəti dəfə döyüş PUA-dan istifadə edib, əsgərimiz yaralanıb

25 İyul, 2017
Ərdoğan Əl-Aksa məscidi ilə bağlı dünya müsəlmanlarına çağırış edib
25 İyul, 2017

“Övladınız sağlam böyüsün: gənc valideynlərə həkim məsləhətləri” - 5 VİDEO

25 İyul, 2017

"İnam və dini ideologiya məhz əməl məqamında çox effektlidir" - Rövşən Abdullaoğlu

25 İyul, 2017
İdlibdə hərbi əməliyyatlar dayandırıldı
25 İyul, 2017
İŞİD liderinin varisi öldürüldü
25 İyul, 2017
Terrorçular bank kartı ilə maaş alacaq
25 İyul, 2017

Müctəhidə təqlid etmədən, ayə və hədisləri oxumaqla şəriətin hökmlərinə əməl etmək olarmı? İslam suallarda

25 İyul, 2017
Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini minaatanlardan atəşə tutub
25 İyul, 2017

Rusiya Suriyada hərbi polis yerləşdirib –Atəşkəsə əməl olunduğuna nəzarət ediləcək

25 İyul, 2017

“Ölkəmizdə Rusiyanın hərbi və siyasi varlığını istəyirik” – Rəsmi Bağdad

25 İyul, 2017

ABŞ S-400 raketləri almaq istəyən Türkiyədən açıqlama tələb edib

25 İyul, 2017
Qətər Türkiyə və ABŞ ilə birgə hərbi təlim keçirəcək
24 İyul, 2017

Pakistanda partlayış olub, 24 nəfər ölüb

24 İyul, 2017
İsrail Türkiyədəki təmsilçiliklərini bağlayıb
24 İyul, 2017
İsrail ordusu Qəzza sektoruna zərbələr endirib
24 İyul, 2017
Xristianlar Məbəd dağı ətrafındakı münaqişədə müsəlmanları dəstəkləyiblər
24 İyul, 2017
İran milli valyutasının adı dəyişib
24 İyul, 2017

MN: Erməni hərbçiləri yaşayış məntəqələrindəki mülki obyektlərə ziyan vurub

24 İyul, 2017

İdlibdə döyüş sursatlarının olduğu maşın partlayıb: 50 nəfər ölüb

24 İyul, 2017

İsrail Qüdsə tətbiq etdiyi qadağaları qüvvədə saxladı

24 İyul, 2017

Əmmanda İsrail səfirliyinə silahlı hücum olub, ölənlər var

24 İyul, 2017

Səfərdə olan adam vaxtı daxil olduqda günorta namazlarını qəsr, yoxsa Günəş batmamış vətənə çatacağı təqdirdə qayıtdıqdan sonra bütöv qılmalıdır? İslam suallarda

24 İyul, 2017

Əfqanıstanda partlayış törədilib: 24 nəfər ölüb

24 İyul, 2017
Ermənilər atəşkəs rejimini 155 dəfə pozub
22 İyul, 2017
“Əbu Bəkr” məscidi yenidən fəaliyyətə başlayacaq
22 İyul, 2017

ABŞ qırıcılarının endirdiyi hava zərbələri nəticəsində Əfqanıstanda 12 polis həlak olub

XƏBƏRARXİVİ
«İyl.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com