Dəyişək, “onlar” olaq...?

İki əhvalatdan başlayaq...

Moskvada ictimai nəqliyyatda maraqlı eksperiment baş tutub və “gizli kamera” ilə qeydə alınıb. Atletik cüssəli gənc ayaq üstə qalan qocalara yaxınlaşaraq “yer olsaydı əyləşərdinizmi” sualını verib. Müsbət cavab alınca isə oturacaqlarda əyləşən cavanlara “bəlkə yerinizi verərdiniz?!” təklifini irəli sürüb. Maraqlıdır ki, heç kim etiraz etməyib, ayağa qalxaraq yerlərini qocalara veriblər. Cüssəli gəncdən çəkiniblər ya vicdanları oyanıb – bunun artıq elə bir əhəmiyyəti yoxdur...

Başqa bir hadisə. Malayziyada təhsil alan azərbaycanlı gənc nəql edir: “Avtobusda bəzən ayağa qalxaraq yaşlı adamlara yer verirəm. Nə yer vediyim adamlar, nə də ətrafdakılar nə baş verdiyini anlamırlar – axı nə üçün ayağa qalxdım? Bir təhər izah edirəm səbəbini, amma yenə də onlara nəsə çatmır bu məntiq”...

Bu iki əhvalatda biz azərbaycanlılar üçün böyük mətləblər gizlənib. Əlbəttə ki, real və sağlam düşüncə ilə dəyərləndirə bilsək. Başqaları biz malik olduğumuz dəyəri aşılamaq üçün pəhləvanlara ehtiyac duyur, kimisə təhdid edirlər. Bizdə isə bu anadangəlmədir, xalqın özəl xüsusiyyətidir, DNT səviyyəsində vücudumuza həkk olub. Onlar yiyələnmək istəyirlər buna, biz isə necə olursa olsun ondan azad olmağa çalışırıq. Son illər ərzində “avropalaşma” adı ilə bu dəyərimizi xeyli əldən vermişik, hətta bəzən bizim ictimai nəqliyyatda da qolu zorbalı qaqaşa ehtiyac yaranır. Lakin yenə də, hələ tam itirməmişik ağsaqqala olan hörməti.

Axı niyə özümüz olmaq istəmir, niyə bu qədər dəyişmək, daha doğrusu isə kiməsə bənzəmək istəyir bəzi müasir gənclərimiz? Axı bunun sonu özəllyimizi, bizi digərlərindən fərqləndirən xüsusiyyətlərimizi itirilməsinə gətirib çıxaracaq. Hərçənd, bizi biz edən elə var gücümüzlə tarixin zibilxanasına göndərməyə cəhd göstərdiyimiz dəyərlərdir. Hansı xalqda nə görürük, dərhal boynumuza biçirik.

Gah toydan öncə bəylə gəlin min hoqqadan çıxır, bunu fotolentə köçürürlər, sonra da toy günü bütün qonaqlara nümayiş etdirib adını qoyurlar “Love story”. Gah oğlan bir bölüklük adamı tökür küçələrə ki, bəs, mən şəhərin ortasında qıza eşqnamə oxuyacam, siz də bunu FB-də yayın. Gah KİV-də və sosial şəbəkələrdə “xoruzların” müdafiə kampaniyası keçirilir. Gah daha nə bilim nə... Ay millət, vallah, billah, bununla nə Avropada hörmətimiz artacaq, nə də müasirləşəcəyik. Əksinə, belə davam etsək, bir neçə onillikdən sonra amorf bir kütləyə çevriləcəyik. Adımız bəlkə də qalacaq – azərbaycanlılar, fəqət, artıq biz o biz olmayacağıq...



Yerləşdirilib:13 İyul, 2017  16:31, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 12
Müəllif: acizadamlar | 13 İyul, 2017  17:45
# Ответить
+1


]]>]]>

Salam.Onlar ozunu tesdiq ede bilmeyen,natamamliq kompleksi olan insanlardir ki,guya"muasir"olmaqla diqqet chekmek isteyirler.Onlarin pisixologa ehtiyaci var,mes,şəhərin ortasında qıza eşqnamə oxuyub,FB-də yayırlar ki,diqqet cheksinler,ozleri kimilerden terif eshitsinler,buna ehtiyaclari var,chunki,shexsiyyetleri zeifdir.Heqiqeten,bu ciddi menevi prablemdir.
Müəllif: roma | 14 İyul, 2017  19:17
# Ответить
-3


]]>]]>

avtobus sobeti ela ancaq digerleri o qederde onemli deyil ozumzde nevarki onuda qoruyaq ozumzden lazimsiz deyerlerden cixsaq belke ugur qazandiq.
Müəllif: salam | 14 İyul, 2017  20:24
# Ответить
+1


]]>]]>

"ozumzden lazimsiz deyerlerden cixsaq belke ugur qazandiq." O deyerler size lazimsiz gorune biler,amma bize lazimdir,bu xalqi ayagda tutan ele o deyerlerdir,hansi deyer size ugur qazanmaga mane olur?! hansi ugurdan daniwirsiz? hansisa exlaqsiz kucenin ortasinda "evlilik teklifi"edirse,parkda min oyundan chixirlarsa bununla ne ugur qazanacayiq? o ugur ki,pozgunluqla qazanilacaq,hech olmasin.
Müəllif: Salam | 14 İyul, 2017  21:50
# Ответить
0


]]>]]>

Bizim deyerlerimiz dinden gelir,mes,evveller butun toylarda qadin ve kishi meclisleri ayri olardi,qadini namehrem kishilerin oldugu meclise getirib,reklam etmek ar sayilardi,bu dinden gelir,indi de bu deyeri qoruyanlar var,amma teessuf ki,azdir.Indi ekser toy meclisleri sheytan meclisidir.
Deyerleri beyenmeyenler dini beyenmeyenlerdir.
Müəllif: roma | 15 İyul, 2017  12:09
# Ответить
-1


]]>]]>

insanlar azaddi ve kiminse kucede evlilik teklif etmesi bizden nese azaltmir eksine o insanin heqiqi serbest azad secim edib rahat hereket etmesin gorsedir neyinki qinagla tenqidle mecburi deyer.Ve qaldiki dine dinimzde menasiz deyerlere yer yoxdu.Toydan sonra munasibet ya evvel dine dexli yoxdu.Her kesin wexsi fikridi ancaq reallig budu lazimsiz deyerler getmelidiki istedadlar uze cixsin.Dunyanin uguru ele bundadi.
Müəllif: roma | 15 İyul, 2017  12:14
# Ответить
-1


]]>]]>

yene deyirem lazimsiz deyerler.Toyda kiwi qadin ayri eladi.Ancaq yersiz yeyib icmek ifrat beyenilmir oda deyerdi ancaq lazimsiz.Ancaq avropa kiwi qadin bir yerdedi toy ancaq sok ve wirniyyst sade.Demeli bezi deyerler getmeli bezileri qalmalidi.Qizin toya kimi bakire olmagi qaw almamagi dexlisiz weyler
Müəllif: Salam | 15 İyul, 2017  15:01
# Ответить
0


]]>]]>

Dinde esas kebindir.Kebin oxunandan sonra insanlar arasinda mehremlik yaranir,kebinsiz hetta semimi sohbet etmek de haramdir.
Toyda ifrat elbette,haramdir,bununla raziyam,bunu dinimiz de deyir,amma ichki meclisi,kishi ve qadinin bir yerde oturdugu meclislerin gunahi daha choxdur.
Qash alib, almamagin ise dinle ya da deyerlerimizle elagesi yoxdur,bu adetdir,isteyen eder,istemeyen etmez,kimse bu adete gore qash almirsa,kiminse ona nese demeye haqqi yoxdur,ozu biler.
Müəllif: Salam | 15 İyul, 2017  15:08
# Ответить
0


]]>]]>

Her halda hech bir mecburiyyet olmadan deyerlerini yashadanlar da az deyil,odur ki,"bu deyerler getmelidir" demek duzgun deyil.Insanlara zorla avropa kimi yashayin,deye bilmerik.
Heqiqeten,genclerin seriallarda gorub,teqlid etdiyi"rahat hereketleri"bize ugur getirecekmi? bunu ise zaman gosterecek,men wexsen buna hech inanmiram
Müəllif: Salam | 15 İyul, 2017  15:22
# Ответить
0


]]>]]>

Bunu da qeyd edim ki,qadinin qash almasi,namehreme gozel gorunmek ucun edilerse,gunahdir ve ortulmelidir,amma adi temizlik ishlerinin eybi yoxdur.
Müəllif: Nazim | 15 İyul, 2017  22:36
# Ответить
+2


]]>]]>

Bu lazım idarəciliyi day alıbda əlinə,lazım gəlsə lazım gəlməsə,axırdada lazım deyəcək ki hec kəbində ıazım deyil,"əsas odurki rahat hərəkət edib sərbəst olasan" nə istəyirsən onuda edəsən.Musəlman hələdə dərk edə bilmirki onun dəyər meyarın Quran və Əhli-beyt təyin edir!Xanım Zəhra(sa) ərəbistanın istisində yetdi cadranı üst üstə geyinmirdiki bu ona rahat idi,insanın gərək abır həyası olsun!Rəsululah öz istəyiynən dini quraşdırmırdıkı,ona vəyh olunanı cətdırırdı!Şəriət istəynən olsaydı onda hər bir kəs oz istəyinə görə özüycün şəriət qurardı,Lazımdaki gəlib cıxmadıki cıxmadı!Lazım getdi avropada liberal məscid tikdi cəmiyətində yığdı özüycün!
Müəllif: Nazim | 15 İyul, 2017  22:56
# Ответить
+2


]]>]]>

Müsəlman öz rəhbərinə baxıb nümunə götürməlidir,misəlmanın rəhbərləri özlərini hər zaman ağır aparib,abır həya saxlayıblar,məhrəm naməhrəm məsələsinin mühüm və ciddi olduğunu virğulayıblar,İmamlarımıza(as) baxıb onların təlqin etdiyi dəyərləri göz bəbəyi kimi qorumalıdır,müsəlman abırlı və həyalı olmalıdır,bu birmənalıdır,bunu bizə Quran və Əhli-beyt anlatib!Vəssəlamu əleykum və rəhmətullahi və bərəkatu!
Müəllif: Namus | 16 İyul, 2017  23:22
# Ответить
+2


]]>]]>

Mən də oturub bu "Roma"nın şərhlərini oxuyurdum... "Qizin toya kimi bakire olmagi qaw almamagi dexlisiz weyler"ə qədər. Adam zatən iş üzünü qoydu ortaya. Hər şey bəllidi
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
24 Noyabr, 2017

“Quran müqəddəs kitab deyil” deyən ilahiyyatçıya cavab

24 Noyabr, 2017

Donald Tramp: "ABŞ Yaxın Şərqə daxil olmaqla səhv edib"

24 Noyabr, 2017

Misirdə məsciddə törədilən terror aktı nəticəsində azı 184 nəfər ölüb

24 Noyabr, 2017

İŞİD-in köləsinə çevrilmiş 18 yaşlı Dilbər: “Atam bizi zorla gətirdi...”

24 Noyabr, 2017

Ərdoğan Əsədlə əməkdaşlığı istisna etmir

24 Noyabr, 2017

Niyə Quran onun üçün müqəddəs deyil? İYNƏ

24 Noyabr, 2017

Bakı MDB-nin ən yaxşı qış turizm şəhəri reytinqində 3-cü olub

24 Noyabr, 2017

"Kamilliyə aparan yol: ariflərin həyatından nümunələr" - 7 Video

24 Noyabr, 2017

Türkiyə prezidentinin müşaviri Bakıda “zühur edən” “Mehdi” ilə görüşdü

24 Noyabr, 2017

Avropa Parlamenti PKK-ya qarşı yeni sanksiya tətbiq edib

24 Noyabr, 2017

Türkiyə Fətullah Gülənin ekstradisiyası üçün ABŞ-a 7 sorğu göndərib

24 Noyabr, 2017

“Əmali” kitabı nə deməkdir? İslam suallarda

24 Noyabr, 2017

Türkiyədə 60 uşaq İŞİD təbliğatçılarından azad edilib

24 Noyabr, 2017
Ermənilər atəşkəs rejimini 134 dəfə pozublar
23 Noyabr, 2017

Şagirddən müəllimə tövhid dərsi Günün fotosu

23 Noyabr, 2017

Azərbaycan ordusunun əsgərinin meyiti Ermənistan mövqeləri yaxınlığında tapılıb

23 Noyabr, 2017

İstanbulda Dünya Halal Sammiti keçirilir

23 Noyabr, 2017

Səudiyyə Ərəbistanında saxlanılan şahzadələrə işgəncə verilir - KİV

23 Noyabr, 2017

Myanmadan qaçan müsəlmanların doğma yerlərinə qaytarılması ilə bağlı razılaşma imzalanıb

23 Noyabr, 2017

Arxayınlaşmayın, “qırmızı xəttlər”ə diqqət! Bizim replika

23 Noyabr, 2017

6 min Myanmalı müsəlman sərhəddə çarəsiz durumda qalıb

23 Noyabr, 2017

Məkkə və Mədinədə foto və video çəkilişi qadağan olundu

23 Noyabr, 2017

Gürcüstanda terrorçuluquda şübhəli bilinən üç nəfər öldürülüb

23 Noyabr, 2017
Roma Papası Banqladeşə sığınan myanmalı müsəlman qaçqınlara baş çəkəcək
23 Noyabr, 2017

Hillari Klinton prezident seçkilərindəki məğlubiyyətində Obamanı günahlandırıb

23 Noyabr, 2017

BMT: İŞİD Suriya və İraqda nəzarət etdiyi ərazilərin 95 faizindən məhrum olub

23 Noyabr, 2017

Sehr və cadunu eyni yolla batil etmək olarmı? İslam suallarda

23 Noyabr, 2017
Aralıq dənizində 1000-dən çox miqrant xilas edilib
XƏBƏRARXİVİ
«Noy.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
27282930   
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com