Məscidi sökdüyünə görə ölən “JEK” rəisinin “nağılı”

Bu gün bəzi elektron KİV-də belə bir xəbər yayıldı: “Məscid sökən “JEK” rəisi kabinetində öldü”. Sosial şəbəkələrdə də buna dərhal reaksiya verildi: “Allah cəzalandırdı!”, “Allah zalımlara lənət eləsin!”, “Allahın intiqamı yubanmadı” və s.

Əvvəla qeyd edək ki, heç bir Mənzil İstismar İdarəsinin rəisi məscid və ya hansısa tikilini sökmək səlahiyyətinə malik deyil.

İkincisi, bu günə qədər bu adamın adı heç yerdə hallanmayıb və heç kim də onu tanımırdı. Şübhəsiz ki, həqiqətən də “Hacı Cavad” məscidinin sökülməsində mərhumun ciddi rolu olsaydı, bu barədə əvvəlcədən bilərdik.

Üçüncüsü, Allahı bu qədər aciz, İslam dinini isə bu qədər “Sindbadın nağılları”na bənzər bir təlim sanmayaq. Nədənsə əks cəbhədə olanlarla dialoq qurduqda onları baş verən hadisələri yalnız bu dünyanın prizmasından qiymətləndirməməyə, axirət məhkəməsini də xatırlamağa dəvət edirik. Amma bəzən özümüz bunu unuduruq. Nə üçün kiminsə ölümünü dərhal Allahın məhz məscid söküntüsünə görə cəzası olaraq dəyərləndiririk? Ölüm cəzadırmı? Əcdadlarımız, alimlərimiz əsirlərdir bəşəriyyətə İmam Hüseynin (ə) Kərbəladakı aqibətini çatdırarkən əksini təlqin etmirlərmi? Ya imamlarımızın şəhadətini cəza sanaq? Yox, əlbəttə.

Burda bir incə məqamı nəzərdən qaçırmamalıyıq. Söz yox, Tanrı Onun dininə qarşı mübarizə aparnları, məscidləri dağıdanları və sair cinayətlərə bulaşanları cəzasız qoymayacaq. Onlar bu və ya o biri dünyada törətdikləri əməllərin qarşılığını görəcəklər. Amma hər şeyi belə bəsid qiymətləndirmək olmaz. İstər dünyada, istərsə də Azərbaycanda tarixin müxtəlif dövrlərində çox sayda başqa məscidlər də sökülüb. Sökənlərin hamısı dərhal ölübmü? Bir də ki, axı bu insan nə vaxtsa ölməlidir da! Bunu ki Allah Öz Kitabında bizə vəd edib!

Sözümüzün canı budur ki, Allahın və Onun ədalətinin mövcudluğunu yumurta üzərindəki “Allah” sözü ilə, şirin zooparkda “Ya Əli!” nərəsi çəkməsi ilə, hansısa məmurun qəfil ölümü ilə təsbit etməyə çalışmayaq. Allahın qüdrəti sonsuzdur. O istəsə, əbabil quşları Məkkəni mühafizə etməyə kifayətdir. Eyni zamanda istəsəydi, Kərbəlada imam Hüseyn (ə) və tərəfdarlarına mələkləri dəstək olaraq göndərərdi, Bədr savaşında möminlərə yardıma göndərdiyi kimi. Həmçinin bu əbabil quşları məscid söküləndə də peyda ola bilərdilər, ümumiyyətlə məscidi sökməyə qoymazdılar. Amma Allah bu dəfə də əbabil quşlarını göndərmədi. Niyə? Onu Allah Özü bilir. Biz isə bilmirik. “Məscid sökən “JEK” rəisi kabinetində öldü” tipli xəbərlərlə də özümüzə təskinlik verməyək. Real həyatı real duyğularla yaşayaq.

P.S. Bu “niyə” suallarını da gözləməyək ki, gəlib ateistlər bizə versinlər. Elə əvvəlcədən özümüz özümüzə verib cavab arayaq...



Yerləşdirilib:11 İyul, 2017  18:24, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 7
Müəllif: salamaleykum | 11 İyul, 2017  22:05
# Ответить
0


]]>]]>

"Mənzil İstismar İdarəsinin rəisi məscid və ya hansısa tikilini sökmək səlahiyyətinə malik deyil." Kimse mescid sokmek haqqina malik deyil,eger mescidi bu adam sokdurubse,bunu yuxaridan gosterish verseler bele,o bunu etmemeli idi,memur bir terefe,o mescidi sokmeye gelen fehle gunah etmish olubmu? Elbette,edib,Islamda islah olmayan ogrunun eli kesilir,baxmayaraq ki,hokm eden ogrunun bashi olub.....
Müəllif: Salamaleykum | 11 İyul, 2017  22:06
# Ответить
0


]]>]]>

Allah elbette ki,əbabil quşları gondere bilerdi,hicab qadagasi zamani da goyden dash yagdira bilerdi,bes o zaman bizim imtahanimiz ne olacaqdi? mominle munafiq nece sechilecekdi? her shey bizim imtahanimiz uchundur yoxsa Allahin bizim komeyimize ehtiyaci yoxdur.Allah insanlarin qorxu,mecburiyyet uzunden yox,oz iradeleri ile iman getirmelerin isteyir,belke,bu sebebden de zalimlara mohlet verilib.
Müəllif: Salam | 11 İyul, 2017  22:10
# Ответить
0


]]>]]>

Men heqiqeten,merhumun məscidinin sökülməsində rolu olub olmadigin bilmirem,olmayibsa,sozlerim ona aid deyil.
Müəllif: Nazim | 11 İyul, 2017  23:33
# Ответить
0


]]>]]>

Salamun əleykum.Hər bir halda Məscidin ehtiramı saxlanılmalıdır,bu birmənalıdır!Hətda məscid daha böyük və yaraşığlısıyla əvəz olunsada belə onun daşlarini həttda mıxlarını belə səlıqə ilə dağıtmadan dənə dənə götürüb əzizləyərək daşıyıb yeni tikilənin inşasında istifadə etmək lazımdır,hərcəndki əvvəldən arxitektor parkın dizaynındna Məscıdı nəzərə alıb kompozisiyanı Məscıdə üyğunlaşdırmalı idi,əlbətdəki əmr edənlərin göstərişi ilə,hətda məscıdın ovulan suvağını belə əzizləyərək daşıyıb yenisində istifadə etmək lazımdır!Jek nacalniki isə buraxaq Allahın ixtiyarina,doğrusunu O bilir,bizdəndə məsləhət almır!
Müəllif: Bakinec | 12 İyul, 2017  00:21
# Ответить
0


]]>]]>

Ucan elem zad...
Müəllif: Qardash | 12 İyul, 2017  09:35
# Ответить
0


]]>]]>

İslamin nagila ehtiyaci yoxdu. Amma insanlar bunu anlamir
Müəllif: Zalimalenet | 12 İyul, 2017  11:58
# Ответить
+2


]]>]]>

jek rəisi kimdi axı? Ona qalsa gərək elə Yasamal rayonun icra başçısı ondan qabaq öleydi. Amma vəzifədən atdılar bayra, 1-2 aya təzədən görəciyik hardasa kresloda oturub
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
24 Noyabr, 2017

“Quran müqəddəs kitab deyil” deyən ilahiyyatçıya cavab

24 Noyabr, 2017

Donald Tramp: "ABŞ Yaxın Şərqə daxil olmaqla səhv edib"

24 Noyabr, 2017

Misirdə məsciddə törədilən terror aktı nəticəsində azı 184 nəfər ölüb

24 Noyabr, 2017

İŞİD-in köləsinə çevrilmiş 18 yaşlı Dilbər: “Atam bizi zorla gətirdi...”

24 Noyabr, 2017

Ərdoğan Əsədlə əməkdaşlığı istisna etmir

24 Noyabr, 2017

Niyə Quran onun üçün müqəddəs deyil? İYNƏ

24 Noyabr, 2017

Bakı MDB-nin ən yaxşı qış turizm şəhəri reytinqində 3-cü olub

24 Noyabr, 2017

"Kamilliyə aparan yol: ariflərin həyatından nümunələr" - 7 Video

24 Noyabr, 2017

Türkiyə prezidentinin müşaviri Bakıda “zühur edən” “Mehdi” ilə görüşdü

24 Noyabr, 2017

Avropa Parlamenti PKK-ya qarşı yeni sanksiya tətbiq edib

24 Noyabr, 2017

Türkiyə Fətullah Gülənin ekstradisiyası üçün ABŞ-a 7 sorğu göndərib

24 Noyabr, 2017

“Əmali” kitabı nə deməkdir? İslam suallarda

24 Noyabr, 2017

Türkiyədə 60 uşaq İŞİD təbliğatçılarından azad edilib

24 Noyabr, 2017
Ermənilər atəşkəs rejimini 134 dəfə pozublar
23 Noyabr, 2017

Şagirddən müəllimə tövhid dərsi Günün fotosu

23 Noyabr, 2017

Azərbaycan ordusunun əsgərinin meyiti Ermənistan mövqeləri yaxınlığında tapılıb

23 Noyabr, 2017

İstanbulda Dünya Halal Sammiti keçirilir

23 Noyabr, 2017

Səudiyyə Ərəbistanında saxlanılan şahzadələrə işgəncə verilir - KİV

23 Noyabr, 2017

Myanmadan qaçan müsəlmanların doğma yerlərinə qaytarılması ilə bağlı razılaşma imzalanıb

23 Noyabr, 2017

Arxayınlaşmayın, “qırmızı xəttlər”ə diqqət! Bizim replika

23 Noyabr, 2017

6 min Myanmalı müsəlman sərhəddə çarəsiz durumda qalıb

23 Noyabr, 2017

Məkkə və Mədinədə foto və video çəkilişi qadağan olundu

23 Noyabr, 2017

Gürcüstanda terrorçuluquda şübhəli bilinən üç nəfər öldürülüb

23 Noyabr, 2017
Roma Papası Banqladeşə sığınan myanmalı müsəlman qaçqınlara baş çəkəcək
23 Noyabr, 2017

Hillari Klinton prezident seçkilərindəki məğlubiyyətində Obamanı günahlandırıb

23 Noyabr, 2017

BMT: İŞİD Suriya və İraqda nəzarət etdiyi ərazilərin 95 faizindən məhrum olub

23 Noyabr, 2017

Sehr və cadunu eyni yolla batil etmək olarmı? İslam suallarda

23 Noyabr, 2017
Aralıq dənizində 1000-dən çox miqrant xilas edilib
XƏBƏRARXİVİ
«Noy.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
27282930   
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com