Tramp Qətərdən necə xərac aldı?

Üç gün çəkmədi ki, Britaniyada çıxan “The İndependent” qəzetinin yazdıqları doğruldu.

Bu qəzet ABŞ prezidenti Trampın ərəb qardaşları tərəfindən mühasirəyə alınan, boykot edilən Qətər dövlətindən şəxsi biznesinin intiqamını aldığını yazmışdı.

Yazıda qeyd olunurdu: “Cənab Tramp və onun qızı İvanka bundan 7 il əvvəl Qətərə gəlibmişlər. Onlar Qətərdə investisiya dəstəyi almaq üçün iki Qətər rəsmisinə yaxınlaşıblar. Onlardan biri Qətər investisiya şurasının üzvü Hüseyn əl-Abdullah, digəri isə hakim ailədən o vaxtlar baş nazir olan Şeyx Həmid bin Qassem ət-Tani olub. Trampın o sövdələşməsi baş tutmayıb”.

“The İndependent” yazırdı ki, Qətərə qarşı bu kampaniyanın sifarişçisi Donald Trampdır.

“Yeni Müsavat”ın 16 iyun sayında çıxan “Ortada mlyardların söhbəti var” başlıqlı felyetonda isə göstərilirdi ki, görünür, ABŞ prezidenti Qətər əmirini Ağ Evə ona görə çağırırdı ki, onunla əlverişli saziş bağlasın və Qətəri öz himayəsinə götürüb Səudiyyə Ərəbistanına tapşırsın.

Hər şey necə də düz gəldi. Ortada gerçəkdən də milyardların söhbəti olduğu təsdiqləndi. Dünən Qətərin Müdafiə Nazirliyi ABŞ-dan 12 milyard dəyərində F-15 döyüş təyyarəsi almaqla bağlı razılığa gəlib.

Belə anlaşılır ki, Qətər 12 milyard həcmində xərac ödəyərək canını qurtarmağa çalışır və artıq bunun təminatını alıb.

Bəs ABŞ dünənə qədər terror təşklatlarına dəstək verməkdə suçlaığı Qətərlə nə tez barışdı və onunla silah ticarətinə dair sazişi necə imzaladı?

Bu qəfil fikir dəyişikliyi də sübut edir ki, ABŞ Körfəz avantürasından Qətərdən pul qoparmaq üçün yararlanıb.

Tramp iki həftə öncə Səudiyyə Ərəbistanından da 100 milyard dollardan artıq pul qopartmış, onunla silah ticarətinə dair saziş imzalamışdı.

İşə baxın, ərəb dövlətləri bir-birilə çəkişir, öcəşir, düşmənçilik edir, arada qazanan okeanın o tayındakı superdövlət olur.

Təsdiqlənir ki,Tramp gerçəkdən də yeni tipli siyasətçidir. O, uzun-uzadı diplomatik danışıqlar apamağı sevmir, prosesin öz axarıyla sürüb getməsini istəmir, şərtlərini kobud bir şəkildə diktə edir, özünün və dövlətinin mənafeyi olan yerdə dünya ictimaiyyətinin nə deyəcəyi onu düşündürmür.

Tramp dünyaya yeni oyun qaydaları təklif edir: dünya hegemonu ABŞ-dır, hamı onunla hesablaşmalıdır, kim hesablaşmasa, haqq-hesab çəkərik.

Hələlik Tramp əlinin suyunu Qətərə dadızdırdı, necə deyərlər, onu sındırdı.

Bu davranışın davamı da olacaq. Bir müddətdən sonra Tramp eyni fəndi başqa varlı ölkələrə də tətbiq etməyə çalışacaq. Ancaq onun hər dəfə uğurlu olacağını bilmək olmaz.

Elə dövlətlər var ki, onlar Qətər kimi dərhal əllərinin arxasını yerə qoymayacaqlar, müqavimət göstərəcəklər.

Qətərin öz ərəb qardaşlarına və ABŞ-a dirəşə bilməyəcəyi öncədən bəlliydi. Xanədanlıqların hamısı belədir. Onlar güclərini xalqdan almadıqları, hakimiyyəti itirməyə ölüm hadisəsi kimi baxdıqları üçün daima güzəştə getməyə, təslim olmağa məhkumdurlar.

Qətərin yerində başqa bir dövlət olsaydı, hakimiyyətdə olan iqtidar komandası istefa verər, dövlətin ümdə mənafelərinə zərbə olacaq addım atmazdılar.

Xanədanlıqlarda isə dövlət və hakimiyyət eyni şeydir.

Tramp və onun kimilər bunu bilir və gen-bol faydalanırlar.

Hər halda bu hadisə göstərir ki, dünya sürətlə köhnə əyyamlara, iri dövlətlərin kiçikləri vassala çevirdiyi və vaxtaşırı xərac aldığı dövrlərə qayıdır.

Keçmişdə adına xərac deyilən və xurcun-xurcun qızıldan, top-top ipək parçalardan, ilxı-ilxı atlardan, dəvələrdən ibarət olan bəxşişlərin adı indi “milyardlıq ticarət sazişi”dir. Böyük dövlətlər öz istehsal etdikləri inventarları böyük partiya ilə iri məbləğ qarşılığında kiçiklərə sırıyırlar, iş bitir.



Yerləşdirilib:16 İyun, 2017  13:50, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
19 Avqust, 2017

Özbəkistanlı zəvvar Məkkəyə tiryək aparmaq istəyərkən tutulub

19 Avqust, 2017

Kişi çox əsəbi halda öz arvadına “çıx get atanın evinə” kimi sözlər desə, bu, talaq sayılırmı? İslam suallarda

19 Avqust, 2017
Livan ordusu Suriya ilə sərhəddə İŞİD əleyhinə əməliyyata başlayıb
19 Avqust, 2017
Erməni silahlı bölmələri atəşkəsi 121 dəfə pozub
18 Avqust, 2017

Fələstinlilərin nə marağı var ki, Qarabağda döyüşsün? - səfir

18 Avqust, 2017

Hacı Şahin məhbuslarla görüşüb, camaat namazı qıldı Fotolent

18 Avqust, 2017
İŞİD növbəti hədəfini açıqlayıb
18 Avqust, 2017

Suriya qırıcısı vuruldu, pilot terrorçular tərəfindən əsir alındı Video

18 Avqust, 2017

Rakka ətrafında 100-dən çox İŞİD terrorçusu məhv edilib

18 Avqust, 2017
İŞİD Barselonadakı terror aktına görə məsuliyyəti üzərinə götürüb
18 Avqust, 2017
Cenevrədə Suriya üzrə növbəti danışıqlar sentyabrın əvvəlində başlayacaq
18 Avqust, 2017

Milçək, ağcaqanad, qarışqa, arı kimi həşəratları öldürmək olarmı? İslam suallarda

18 Avqust, 2017
Atəşkəs rejimi 112 dəfə pozulub
18 Avqust, 2017

Barselonada terror aktları nəticəsində 13 nəfər ölüb (VİDEO)

17 Avqust, 2017

Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb

17 Avqust, 2017

Rusiyada “Yehovanın şahidləri” təşkilatının fəaliyyəti qadağan edilib

17 Avqust, 2017
Rakkadakı İŞİD terrorçularının sayı açıqlandı
17 Avqust, 2017

Prezident Duterte: "Əladır, gündə 32 nəfər öldürsək..."

17 Avqust, 2017

Rusiyadan Suriya və İraqa aparılmış uşaqların sayı açıqlanıb

17 Avqust, 2017

Qətər vətəndaşlarının Həcc xərclərini Səudiyyə Ərəbistanı kralı ödəyəcək

17 Avqust, 2017

Koalisiyanın Suriyaya endirdiyi zərbə nəticəsində 40 dinc sakin ölüb


17 Avqust, 2017

Bəzi dindarlar namaz qılmayan insanlarla kobud davranırlar. Bu münasibət düzgündürmü? İslam suallarda

17 Avqust, 2017

İŞİD İraqda polis postuna hücum edib: ölənlər və yaralananlar var

17 Avqust, 2017
Ermənilər atəşkəs rejimini 117 dəfə pozublar
16 Avqust, 2017

Tacikistan məktəblərində hicaba qadağa qoyuldu

16 Avqust, 2017

Türkiyədə terror aktı törətməyi planlaşdıran 5 İŞİD üzvü saxlanılıb

16 Avqust, 2017

Türkiyəyə sığınan 50 minə yaxın qaçqın Suriyaya qayıdıb

16 Avqust, 2017
İsrailli nazir: "Knessetin qondarma "erməni soyqırımı"nı tanıması ehtimalı azdır"
XƏBƏRARXİVİ
«Avq.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com